Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-1703/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər X3 və cavabdeh1 qarşı yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşına dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 Sığorta Şirkəti ASC-yə, X3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 Sığorta Şirkəti ASC-dən, X3 və cavabdeh1 müştərək qaydada 4.196 manat məbləğindəki maddi zərər, 70 manat məbləğindəki dövlət rüsumu, 300 manat məbləğindəki hüquqi xidmət xərci olmaqla, cəmi 4.566 manat pul tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə iddiaçıların cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı tələblərindən imtinaları qəbul edilmiş və iddia tələbinin cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı hissəsi üzrə işin icraatına xitam verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 iddiaçı2 xeyrinə “Hyundai Sonata” minik markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş ziyanın əvəzi kimi 4.196 manat, həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat, cəmi 4.566 (dörd min beş yüz altmış altı) manat məbləğində pulun tutulması və iddia tələbinin cavabdeh X3 münasibətdə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının e-*(*-*)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilərək apellyasiya baxışı iclasına təyin edilmişdir. Həmin işə, iddiaçı iddiaçı1 verdiyi apellyasiya şikayətinə baxılan zaman “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən digər iddiaçı iddiaçı2 da apellyasiya şikayəti vermişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinə daxil olduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə (apellyasiya şikayətinin mümkün hesab edilməsi)” e-*(*-*)- ****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ləğv edilsin və mülki iş, iddiaçı iddiaçı2 verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-1703/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-1703/2026
18.05.2026 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver