Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-1885/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәrdәn Azad Nizam oğlu İmanovun sәdrliyi, Sәadәt Rәşid qızı Sәlimova vә Mәmmәd Allahverdi oğlu Mәmmәdovdan ibarәt tәrkibdә, Bakı Apellyasiya Mәhkәmәsinin binasında Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı iddiaçı2 tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh5 Əlövsәt oğlu, cavabdeh4, cavabdeh3, cavabdeh2 Savuxanovna vә cavabdeh1 qarşı “mәnzilә istifadә hüququnun tanınması” tәlәbinә dair iddia әrizәsi mәhkәmәyә daxil olmuşdur. Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı ilә iddiaçılar iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh5 Əlövsәt oğlu, cavabdeh4, cavabdeh3, cavabdeh2 Savuxanovna vә cavabdeh1 qarşı “mәnzilә istifadә hüququnun tanınması” tәlәbinә dair iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmış, qәrardadda göstәrilәn nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyәti mәhkәmәyә müraciәt etmәk hüququ iddiaçıya izah edilmişdir. iddiaçı2 vәkili vә nümayәndәsi Vәkil Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qәrardadından şikayәt verәrәk, Nizami Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli 2(5-99)- ***/**** saylı qәrardadın lәğv edilәrәk, iddia әrizәsinin mәhkәmәnin icraatına qәbul edilmәsi barәdә qәrardad çıxarılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, iddiaçılar iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh5 Əlövsәt oğlu, cavabdeh4,cavabdeh3, cavabdeh2 Savuxanovna vә cavabdeh1 qarşı “mәnzilә istifadә hüququnun tanınması” tәlәbinә dair iddia әrizәsi ilә Nizami Rayon Mәhkәmәsinә müraciәt edәrәk ünvan 1 ünvanında yerlәşәn üç otaqlı mәnzilә iddiaçı2 vә iddiaçı1 istifadә hüququnun tanınması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli,2(5- **)-***/**** saylı qәrardadı ilә iddia әrizәsi mәhkәmәnin icraatına qәbul edilmәdәn geri qaytarılmışdır. Mәhkәmә qeyd edir ki, qanunverici iddianın verilmәsini cavabdehin rәsmi qeydә alındığı yeri nәzәrә alaraq müәyyәnlәşdirmişdir. Eyni zamanda iddiaçı cavabdehlәrin eynilәşdirmә mәlumatlarını mәhkәmәyә tәqdim etmәmiş, hәmçinin iddiaçının qeyd etdiyi ad, soyad, ata adı vasitәsilә elektron mәhkәmә sistemindә hәmin şәxslәrә dair mәlumatların әldә edilmәsi dә mümkün olmamışdır Bildirirlәr ki, iddiaçıların istifadә hüquqularının tanınmasını tәlәb etdiklәri ünvan 1 ünvanında yerlәşәn mәnzil cavabdeh cavabdeh5 Əlövsәt oğluna # ####### 1967-ci il tarixli orderә әsasәn mәxsus olmuşdur. Orderdә cavabdeh5 başqa Ayrapetova Aykanuş, cavabdeh2 Davudovna, cavabdeh4 vә cavabdeh3 adları göstәrilmişdir. Cavabdehlәrin sonuncu qeydiyyat yeri ünvan 1 ünvanı olmuşdur. Bu barәdә işdә qeydiyyat haqqında arayış vardır. Cavabdeh cavabdeh5 qeydiyyat yeri barәdә arayışda qeydiyyat ünvanı “Xәtai rayonu, ünvan 3 29” göstәrilmişdir. Bununla әlaqәdar tәqdim etdiklәri Nizami rayon MKTB-nin ** saylı MKİS-nin arayışına әsasәn C.ünvan 3 29 әvvәllәr Xәtai rayonunun әrazisindә yerlәşib, halhazırda Nizami rayonunun әrazisindәdir. Hesab edirlәr ki, hazırkı mübahisә üzrә iddiaçıların iddia әrizәsinә Nizami rayon Mәhkәmәsindә baxılması üçün kifayәt qәdәr әsaslar vardır. İddiaçılar Nizami rayon Mәhkәmәsinә müraciәt etmәkdә haqlı olmuşlar. Ona görә dә Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, 2(5-99)- ***/**** saylı qәrardadı lәğv edilmәli vә iddia әrizәsi mәhkәmәnin icraatına qәbul edilib baxılmalıdır. Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş, şikayәtin mülki işlә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Mәhkәmә işdә iştirak edәn şәxsin bu barәdә verdiyi vәsatәti әsaslı hesab etdikdә vә ya öz tәşәbbüsü ilә şikayәt üzrә işә mәhkәmә iclasında baxa bilәr. Bu barәdә mәhkәmә tәrәfindәn müvafiq qәrardad qәbul edilmәklә işdә iştirak edәn şәxslәrә mәlumat verilir. Mәhkәmә kollegiyası iş materiallarını vә şikayәtin dәlillәrini araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, iddiaçılar iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh5 Əlövsәt oğlu, cavabdeh4, cavabdeh3, cavabdeh2 Savuxanovna vә cavabdeh1 qarşı “mәnzilә istifadә hüququnun tanınması” tәlәbinә dair iddia әrizәsinin icraata qәbulu mәsәlәsinә yenidәn baxılması üçün mülki iş Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi qәrardadını onunla әsaslandırmışdır ki, iddia әrizәsinin mәhkәmә icraatının mümkünlüyü mәsәlәsi yoxlanılarkәn müәyyәn edilmişdir ki, әrizә prosessual qanunvericiliyin tәlәblәri pozulmuşdur. İddiaçı cavabdehlәrin eynilәşdirmә mәlumatlarını mәhkәmәyә tәqdim etmәmiş, hәmçinin iddiaçının qeyd etdiyi ad, soyad, ata adı vasitәsilә elektron mәhkәmә sistemindә hәmin şәxslәrә dair mәlumatların әldә edilmәsi dә mümkün olmamışdır. Mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi iddia әrizәsinin geri qaytarılması nәticәsinә gәlmәklә haqlı olmamışdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 4.2-ci maddәsinә әsasәn mәhkәmәyә müraciәt etmәk hüququndan imtina edilmәsi etibarsızdır. Hәmin Mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. İş materiallarında olan 0# ####### 1967-ci il tarixli orderdәn görünür ki, ünvan 1 ünvanında yerlәşәn mәnzil cavabdeh cavabdeh5 mәxsus olmuşdur. Orderdә cavabdeh5 başqa cavabdeh1, cavabdeh2 Savuxanovna, cavabdeh4 vә cavabdeh3 adları göstәrilmişdir. İş materiallarında olan Azәrbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbәsi tәrәfindәn verilmiş arayışlardan görünür ki, ##.##.1933-cü il tәvәllüdlü vәtәndaş cavabdeh5 Xәtai rayonu, ünvan 2 ünvanında qeydiyyatdadır. 1968-ci ildә qeydiyyatdan çıxmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Deparatamenti Nizami rayon MKTB-nin ** saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, C. Naxçıvanski, ev 16, mənzil 29 əvvəllər Xətai rayonunun ərazisində yerləşib. Hal-hazırda Nizami rayonunun ərazisindədir. Mәhkәmә kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, iddiaçıların istifadә hüquqularının tanınmasını tәlәb etdiklәri ünvan 1 ünvanında yerlәşәn mәnzil 0# ####### 1967-ci il tarixli orderә әsasәn cavabdeh cavabdeh5 mәxsus olmuşdur. Orderdә cavabdeh5 başqa cavabdeh1, cavabdeh2 Savuxanovna, cavabdeh4 vә cavabdeh3 adları göstәrilmişdir. Cavabdeh cavabdeh5 qeydiyyat yeri barәdә arayışda qeydiyyat ünvanı “Xәtai rayonu, ünvan 3 29” göstәrilmiş, Azәrbaycan Respublikası Bakı şәhәri İcra Hakimiyyәti Mәnzil-Kommunal Tәsәrrüfat Deparatamenti Nizami rayon MKTB-nin ** saylı Mәnzil Kommunal İstismar Sahәsinin arayışında isә C.ünvan 3 29-un əvvəllər Xətai rayonunun ərazisində yerləşməsi, halhazırda Nizami rayonunun ərazisində olması qeyd edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı qanunda müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdir vә buna görә dә qanunvericiliklә müәyyәn olunmuş qaydada iddia әrizәsi ilә birinci instansiya mәhkәmәsinә müraciәt etmişdir. Birinci instansiya mәhkәmәsi isә iddia әrizәsinin qaytarılması barәdә qәrar qәbul etmәklә iş üzrә üzrә qәbul etdiyi qәrardadla iddiaçının mәhkәmәyә müraciәt etmәk vә mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququnu pozmuşdur. “Q.Hüseynovun şikayәti üzrә mәhkәmәyә müraciәt hüququnun pozulmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2007-ci il tarixli qәrarrında göstәrilmişdir ki, Konstitusiyannın 60-cı maddәsinin 1-ci hissәsi hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmәdә müdafiәsinә tәminat verir. Mәhkәmә müdafiә hüququ vә bu hüquqla әhatә olunan mәhkәmәyә müraciәt hüququ beynәlxalq hüquqi aktlarda әdalәtli mәhkәmә araşdırması hüququ kimi geniş әks olunmuşdur. İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında Avropa Konvensiyasının 6-cı maddәsinin 1-ci bәndindә göstәrilmişdir ki, hәr kәsin onun mülki hüquq vә vәzifәlәri müәyyәn edilәrkәn vә ya ona qarşı hәr hansı cinayәt ittihamı irәli sürülәrkәn, qanun әsasında yaradılmış müstәqil vә qәrәzsiz mәhkәmә vasitәsilә, ağlabatan müddәtdә işin әdalәtli vә açıq araşdırılması hüququna malikdir. Şәxsin mәhkәmәyә müraciәt etmәk hüququnun olmaması әdalәtli mәhkәmә araşdırması hüququnu mәnasız edir. Mәhkәmә kollegiyası qeyd etmәyi zәruri hesab edir ki, heç bir halda mәhkәmәyә müraciәt hüququ mәhdudlaşdırılmamalıdır. Bu hüquq şәxsin prosessual hüququnun lazımi ünsürü qüvvәsinә malik olaraq şәxsin hüquq vә azadlıqlarının keyfiyyәtli dәrәcәdә müdafisinә xidmәt etmәlidir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Qeyd edilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn iş üzrә çıxarılmış qәrardad lәğv edilmәklә mülki iş birinci instansiya mәhkәmәsinә qaytarılmalı, mәhkәmә tәrәfindәn yuxarıda qeyd edilәnlәr nәzәrә alınaraq hazırki iddia әrizәsinin icraata qәbulu mәsәlәsinә yenidәn baxılmaqla qanuni vә әsaslı qәrardad çıxarılmalıdır. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk, qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk, qәrardadı tam vә ya qismәn lәğv edib qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk hüququ vardır. Bu halda mәhkәmә kollegiyası hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Bakı şәhәri Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilmәli, iddiaçılar iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh5 Əlövsәt oğlu, cavabdeh4, cavabdeh3, cavabdeh2 Savuxanovna vә cavabdeh1 qarşı “mәnzilә istifadә hüququnun tanınması” tәlәbinә dair iddia әrizәsinin icraata qәbulu mәsәlәsinә yenidәn baxılması üçün mülki iş Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398- 400, 405-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiaçı2 şikayәti qismәn tәmin edilsin. Bakı şәhәri Nizami rayon Mәhkәmәsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilsin. İddiaçılar iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh5 Əlövsәt oğlu, cavabdeh4, cavabdeh3, cavabdeh2 Savuxanovna vә cavabdeh1 qarşı “mәnzilә istifadә hüququnun tanınması” tәlәbinә dair iddia әrizәsinin icraata qәbulu mәsәlәsinә yenidәn baxılması üçün iş Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-6)-1885/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1885/2026
13.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver