Məhkəmə qərarları › İş №2(3-6)-1917/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1917/2026

19.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1917/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2005-ci il tarixli, 2- ***/**** saylı qətnaməsindən Maraqlı şəxs İsfəndiyar oğlu tərəfindən ##.##.2026-cı il tarixdə verilən apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sabunçu Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Məmmədəliyev 2 küçəsi, * saylı evin ** saylı mənzilin yaşayış sahəsinə istifadə hüququnun tanınmasına və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə qəbul etdiyi ## ##### 2005-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədəliyev -2 küçəsi, * saylı evin ** saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınması və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanılması Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə oğlu Maraqlı şəxs İsfəndiyar oğlunun nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *- ***/**** saylı iş üzrə qəbul etdiyi ## ##### 2005-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs İsfəndiyar oğlunun nümayəndəsi və vəkili vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması ilə bağlı iclas təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2005-ci il tarixli, 2- ***/**** saylı qətnaməsindən Maraqlı şəxs İsfəndiyar oğlu tərəfindən ##.##.2026-cı il tarixdə verilən apellyasiya şikayətinin mümkün hesab edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə verdiyi şikayət qanunla müəyyən edilmiş qaydada və formada tərtib edilmədiyi üçün Məhkəmənin eyni saylı ##.##.2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən növbəti dəfə ##.##.2026-cı il tarixində şikayət verilmiş və Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və şikayət Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul edilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından şikayət qeyri-mümkün hesab edilməli, hazırki mülki iş Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmaqla baxışdan çıxarılmalı və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının şikayətindən görünür ki, o, Sabunçu Rayon Məhkəməsinin *(***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadını mübahisələndirsə də, birinci instansiya məhkəməsinin AR MPM-in 269-cu maddəsinə əsasən şikayətə baxılması üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardadında Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadından verilən şikayətə baxılması və həmin qərardaddan verilən şikayətin təmin olunmamasınının qərara alındığı müəyyən olunmuşdur. Qeyd edilən hal isə o anlama gəlir ki, AR MPM-in 269-cu maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından verilən şikayətə baxılmadan, birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-in 269-cu maddəsində qeyd olunur ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Yaranmış vəziyyət isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən şikayətin vaxtında verilibverilməməsini yoxlamamış, bununla bağlı hər hansı əlavə prosessual hərəkət etməyərək şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, MPM-in 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Məcəllənin 130.3cü maddəsinə görə isə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Kollegiya tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçının şikayətində MPM-ə * saylı Əlavədə göstərilən formaya uyğun olaraq “şikayət verən şəxsin tələbi” adlanan 12-ci qrafa mövcud deyildir. Belə ki, MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada (həmin forma MPM-ə * saylı Əlavədə müəyyən olunmuşdur) verilməsi tələbi göstərilmiş, 363.1.1-1-ci maddədə isə qeyd edilmişdir ki, əgər apellyasiya şikayəti MPM-in 361ci maddəsinin tələblərinə cavab vermirsə, geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin şikayət üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. MPM-in 384.0.6-cı maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Hazırki mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılsın və həmin şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar