Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1928/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Iddiaçı Iddiaçı və onun nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Iddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manat və 5000 manat olmaqla, cəmi 14000 manat məbləğində pulun, həmçinin məhkəməyə ödənilmiş 132 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, qızı X2 həyat yoldaşı olan cavabdeh Cavabdeh Sumqayıt şəhərində ondan borc adı ilə 9000 manat almışdır ki, 2 aya qaytaracaqdır. Lakin məlum olmuşdur ki, onun əsl məqsədi heç də borcu qaytarmaq deyil, borc adı ilə pulunu ələ keçirmək olmuşdur. Vaxt yetişəndə nə vaxt imkanı olanda o zaman verəcəyini bildirmişdir. Uzun müddət keçməsinə baxmayaraq pulu qaytarmaqdan qətiyyətlə imtina edir. Ona görə də, cavabdehin Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa və Sumqayıt şəhər Prokurorluğuna müraciət etməyə məcbur olmuş, Azərbaycan Respublikası Prokurorluğu Sumqayıt şəhər prokuroru, R Mürvət Həsənovun ##.##.2024-cü il tarixli, *-*-***/*-******/**** saylı məktubuna əsasən, müraciəti aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Polis Idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası DIN Sumqayıt şəhər Polis Idarəsi 1-ci Polis Bölməsinin rəisi Sadiq Heydərovun ##.##.2025-ci il tarixli, **-*/*-Q-*****/**/** saylı məktubuna əsasən, müraciət əsasında PB-də araşdırma aparılmış, müraciətdə göstərilən xüsusatlar ##.##.2024-cü il tarixli müraciətlə eyni məzmunlu olduğu üçün işə alınmış materiala əlavə olunmuşdur. Hal-hazırda, cavabdehə görə onun digər vətəndaşlara və banklara borcu yaranmışdır. Belə ki, cavabdehin 9000 manat pulu vaxtında qaytarmaması nəticəsində başqa vətəndaşlardan götürdüyü pulu qaytarmaq üçün bankdan 5000 manat faizlə pul götürərək həmin şəxslərin pulunu qaytarmağa məcbur olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 132 manat pulun 66 (altmış altı) manat hissəsinin tutularaq iddiaçı Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını, həmin hissədə də təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırlmaması, iddiaçının onun keçmiş qaynatası olması, iddiaçı tərəfindən verilmiş həmin pulun məhz onların evinin təmiri məqsədilə maddi yardım kimi bağışlanması, bağışlanmasının isə geri qaytarılmasının əsassız olması, aralarındada borc münasibətlərinin olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Izahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştikar etmiş cavabdehin nümayəndəsi (vəkili) şikayəti müdafiə edərək orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, təqribən 2022-ci ildə cavabdehə müvafiq pul vəsaitini borc olaraq vermiş, lakin sonradan dəfələrlə tələb etməsini, hətta hüquq mühafizə orqanlarına müraciət etməsinə baxmayaraq pulunu tam geri ala bilməmiş, bu səbəbdəne də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh işi süni uzadaraq pulu qaytarmaqdan imtina edir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında əvvəllər qohumluq münasibətlərinin olması, yəni cavabdehin iddiaçının qızının keçmiş ərinin olması, iddiaçı tərəfindən cavabdehə müəyyən pul vəsaitinin verilməsi halları mübahisələndirilmir. Eyni zamanda işdə olan Sumqayıt şəhər Prokurorluğunun və Sumqayıt şəhər Polis Idarəsinin iddiaçıya ünvanladığı 2024 və 2025-ci il tarixlərə aid məktublarından görünür ki, iddiaçı ən azı 2024-cü ildən etibarən analoji pul vəsaitinin alınmasü üçün cavabdehdən hüquq mühafiəzə orqanlarına şikayətlər etmiş, nəticə ona mülki məhkəmə icraatı qaydasında müraciət etməsi tövsiyə olunmuşdur. Hazırki iş üzrə iddiaçı cavabdehə yazılı müqavilə bağlamadan qaytarılmaq şərti ilə borca 9000 manat pul verdiyini, onun cəmi 2000 manat hissəsinin qaytarılmasını, cavabdeh isə iddiaçıdan borc olaraq 9000 manat pul almamasını, pulun təmiq məqsədilə onun ailəsinə maddi yardım olaraq bağışlanmasını bildirmişdir. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə mövqeyini onunla əsaslandırmışdır ki, işdə olan səs yazılarından göründüyü kimi, cavabdeh özü səs yazısında “9000-7000 aramızda olan şeylərdir”, “dəqiq gün deyə bilməsəm də qardaşımın evini sataraq pulu ödəyəcəm” kimi ifadələr işlədərək, borcun faktiki mövcudluğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasında həmin səs yazısının ona məxsus olduğunu, lakin iddiaçının qızının adına götürdüyü 1000 manat krediti tələb etdiyini bildirmiş, lakin səs yazılarında dediyi ifadələrin hansı səbəbdən işlətdiyini izah edə bilməmiş, bir-birini inkar edən ziddiyyətli izahatlar vermiş, borcun tam qaytarılmasınqa dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc (kredit) müqaviləsidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırda işin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasındakı mübahisənin obyekti 9000 manatdır, lakin iddiaçı birinci instansiya məhkəməsində cavabdeh tərəfindən hissə-hissə olmaqla ona ümumilikdə 2000 manat qaytarıldığını bildirmişdir. Qeyd olunmalıdır ki, MM-nin 329.2-329.3-cü maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. MM-nin 331.1-ci madələrinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. MM-nin 389.1-389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli qərarına əsasən fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, mülki hüquqi münasibətlərinin subyektləri onların bərabərliyi və iradə sərbəstliyi əsasında azad surətlə şifahi və ya yazılı formada (qanunvericliyin məcburi tələbi və ya qarşılıqlı razılıqları əsasında) müqavilə bağlayaraq, mülki hüquq münasibətlərinə daxil ola bilərlər. Hazırkı halda isə, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamış, yalnız iddiaçı iddiasının əsas dəlili kimi tərəflər arasında aparılmış səs yazısını məhkəməyə təqdim etmişdir. Belə olan halda, borc müqaviləsi üçün yazılı forma tələbinə riyaət olunmaması səbəbindən tərəflər arasında olmuş borc münasiətlərinin etibarsız hesab olunması müqavilə azadlığı, eləcə də digər mülki hüquqi prinsiplərə ziddir. Eyni zamanda, borc müqaviləsi üçün yazılı tələbin irəli sürülməsi sübutetmə aid olmaqla, tərəflər arasında olan faktiki münasibətlərin mövcudluğu, borcun məbləğinin, eləcə də digər faktiki halların sübuta yetirilməsinin təmin olunması üçündür. Bu cür yazılı müqavilə olmaqdıqda isə, iş üzrə digər sübutlarla (telefon danışıqlar, tərəflər arasında yazışmlar, qəbz və s.) təsdiq oluna bilər. Nəzərə alınmalıdır ki, qanunvericlik müqavilə münasibətlərinə girən tərəflər üçün müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu səbəbdən də, müqavilə münasibəti tərəfləri üçün onun şərtləri vicdanlılıq prinsipinə riyaət etməklə icra olunmalıdır. Hazırkı halda isə, məhkəməyə təqdim olunmuş səs yazısında cavabdeh “9000-7000 aramızda olan şeylərdir”, “dəqiq gün deyə bilməsəm də qardaşımın evini sataraq pulu ödəyəcəm” kimi ifadələr işlədərək, borcun faktiki mövcudluğunu dolayısı yolla etiraf etmişdir. Eyni zamanda, cavabdeh səs yazısındakı danışıqların hazırkı borcla bağlı olmadığını, eyni zamanda iddiaçının pulu maddi yardım olaraq, təmir üçün onların ailəsinə bağışlamasını və s. bildirsə də, bu bu halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında əvvəllər qohumluq münasibətlərinin mövcud olması və iddiaçının cavabdehə müəyyən məbləğdə pul vəsaiti verməsi tərəflər arasında yaranmış münasibətin hüquqi xarakterinin müəyyən edilməsi baxımından əhəmiyyətli olsa da, özlüyündə həmin pul vəsaitinin bağışlanması nəticəsinə gəlmək üçün kifayət deyildir. Tərəflər arasında mübahisə pulun verilməsi faktına deyil, onun hansı hüquqi əsasla verilməsinə – qaytarılmaq şərti ilə borc, yaxud əvəzsiz olaraq hədiyyə (bağışlama) kimi verilməsinə aiddir. Buna görə də mübahisənin həlli zamanı tərəflərin sonradan irəli sürdükləri izahatlarla yanaşı, pulun verilməsinin məqsədini və tərəflərin həqiqi iradəsini obyektiv şəkildə müəyyən etməyə imkan verən digər sübutlar, o cümlədən onların sonrakı davranışı və aralarındakı danışıqların məzmunu məcmu halında qiymətləndirilməlidir. Iş materiallarında olan və cavabdehin özünə məxsusluğunu mübahisələndirmədiyi səs yazılarında onun “9000-7000 aramızda olan şeylərdir”, habelə “dəqiq gün deyə bilməsəm də qardaşımın evini sataraq pulu ödəyəcəyəm” məzmunlu ifadələr işlətməsi pul vəsaitinin əvəzsiz verilməsi barədə mövqelə uzlaşmır. Əksinə, həmin ifadələr, xüsusilə pulun gələcəkdə ödəniləcəyinin bildirilməsi və bunun üçün vaxt istənilməsi cavabdehin qaytarma öhdəliyinin mövcudluğunu qəbul etdiyini göstərən davranış kimi qiymətləndirilməlidir. Səs yazılarında pulun hədiyyə edilməsi, ailəyə əvəzsiz maddi yardım kimi verilməsi və ya qaytarılmasının tələb edilə bilməməsi barədə hər hansı fikir ifadə olunmadığı halda, cavabdehin yalnız mübahisə yarandıqdan sonra pulun bağışlanmasını bildirməsi onun əvvəlki davranışı ilə ziddiyyət təşkil edir. Bundan başqa, cavabdehin məhkəmə iclasında səs yazısındakı danışıqları iddiaçının qızının adına götürülmüş 1000 manat kreditlə əlaqələndirməsi, apellyasiya şikayətində isə aldığı pul vəsaitinin ailəyə edilmiş hədiyyə olduğunu bildirməsi onun müdafiə mövqeyinin ardıcıl olmadığını göstərir. Cavabdeh səs yazılarında 9000 və 7000 manat məbləğlərinin çəkilməsinin, eləcə də qardaşının evini satdıqdan sonra pulu ödəyəcəyini bildirməsinin 1000 manatlıq kreditlə hansı əlaqəsinin olduğunu ağlabatan şəkildə izah etməmişdir. Bu hallar tərəflər arasındakı əvvəlki qohumluq münasibətləri və pulun verilməsi faktı ilə birlikdə qiymətləndirildikdə, sübutların üstünlüyü iddiaçının irəli sürdüyü versiyanı – 9000 manatın qaytarılmaq şərti ilə verildiyini və onun 2000 manatının qaytarılmasından sonra 7000 manat ödənilməmiş borcun qaldığını – daha inandırıcı edir. Buna görə də cavabdehin pulun bağışlanması barədə dəlilinin qəbul edilməsi üçün iş materiallarında kifayət qədər faktiki əsas yoxdur. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” ## ##### 2021-ci il tarixli Qərarında öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, iş üzrə toplanmış sübutlardan görünür ki, tərəflər arasında olan borc münasibətləri üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməyərək iddiaçıdan aldığı borc məbləğini tələb olunmasına baxmayaraq tam şəkildə qaytarmamışdır. Həmçinin, pulun qaytarılmasına dair sübut etmək yükünü cavabdeh daşıyır. Cavabdeh tərəf isə, öhdəliyin onun tərəfindən icra olunmasına dair hər hansı sübut təqdim edə bilməmişdir. MM-nin 529.1-cu maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Iş materiallarında isə, öhdəliyin cavabdeh tərəfindən icra olunmasına dair hər hansı sübut yoxdur. MM-nin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 425.1-ci maddəsinə sasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş həqiqi halları fonunda cavabdehin hərəkətləri həmçinin hüquqdan sui-istifadəyə yönəlməklə, vicdanlılıq prinsipi ilə də uzlaşmır. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş sübutlar və qanunvericiliyin qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra, həmçinin etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəmə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin özünün izahatı isə iddianın əsassız olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1928/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1928/2026
25.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver