Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-1961/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Kazımov Elşәn Cәlәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Cәfәrov Namiq Şamil oğlu vә Şirinov İkram Sabir oğlundan ibarәt tәrkibdә, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadından İddiaçı şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı İddiaçı cavabdeh “Finca Azerbaijan” X1-Bank Kredit Tәşkilatına qarşı zaminliyə xitam verilməsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edib. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә (hakim Ülkәr Xәlil) iddia әrizәsi vә әlavә olunmuş sәnәdlәr geri qaytarılması, iddia әrizәsi verilәrkәn ödәnilmiş 100 (yüz) manat dövlәt rüsumu iddiaçı İddiaçı geri qaytarılması, әrizәnin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dәfә aidiyyәti mәhkәmәyә müraciәt etmәyә mane olmadığının izah edilmәsi qәrara alınmışdır. Birinci instansiya mәhkәmәsi qәnaәtindә göstәrir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh “Finca Azerbaijan” X1-Bank Kredit Təşkilatının hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 Göründüyü kimi cavabdeh Bakı şəhəri Yasamal rayonu ərazisində qeydiyyatda deyil. Cavabdehin rəsmi qeydə alındığı yer Nəsimi rayonu olduğundan iddiaçının tələbinə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz. İddiaçı İddiaçı hәmin qәrardaddan şikayәtdә lәğv edilib iddia әrizәsinin icraata götürülmәsinin tәmin edilmәsini xahiş edib. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün iş materialları ilә birlikdә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. İşdә iştirak edәn şәxslәrә şikayәtә yazılı icraat qaydasında baxılacağı barәdә mәhkәmә bildirişi göndәrilmiş vә onlarda olan bütün sübutların, elәcә dә şikayәtә dair etiraz vә ya izahatlarının tәqdim edilmәsi tәklif edilmiş, lakin işdә iştirak edәn şәxslәr tәrәfindәn sübut, etiraz vә ya izahat mәhkәmәyә tәqdim edilmәmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәt tәmin edilmәmәlidir. Çünki birinci instansiya mәhkәmәsinin iddia әrizәsini geri qaytararkәn gәldiyi nәticә düzgün olmuşdur. İddiaçı isә birinci instansiya mәhkәmәsinin yekun qәnaәti ilә razılaşmayaraq qәrardaddan şikayәt vermişdir. Lakin iddia әrizәsinin qaytarılmasına sәbәb olan nöqsanı aradan qaldıraraq yenidәn iddia әrizәsi ilә aidiyyәti üzrә mәhkәmәyә müraciәt etmәk әvәzinә qәrardaddan şikayәt vermәsi әsaslı hesab edilә bilmәz. İddiaçı nail olmağa çalışdığı mәqsәd üçün düzgün vasitә (yol) seçmir. Mülki Prosessual Mәcәllәnin 152.1 vә 152.1.3-cü maddәsinin tәlәbinә әsasәn әgәr iş әrazi... aidiyyәti üzrә hәmin mәhkәmәdә baxılmalı deyildirsә hakim iddia әrizәsini vә ona әlavә edilmiş sәnәdlәri geri qaytarır. İşdәn görünür ki, hazırki iddia zaminliyә xitam verilmәsi ilә bağlıdır. Cavabdehin hüquqi ünvanı Yasamal rayonuna aid deyil. Mülki Prosessual Mәcәllә isә iddiaçının әrazi aidiyyәti qaydalarını pozaraq iddia әrizәsi ilә istәdiyi mәhkәmәyә müraciәt etmәsinә yol vermir. Belә ki, Mülki Prosessual Mәcәllәnin 35.1-ci maddәsinә әsasәn iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. Hәmin Mәcәllәnin 35.2-ci maddәsinә әsasәn hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şәxsin törәmә müәssisәsinin fәaliyyәtindәn әmәlә gәlәn iddialar müәssisәnin ünvanının olduğu yerә görә verilir. Hәmin Mәcәllәnin 36.2-ci maddәsinә әsasәn rәsmi yaşayış yeri, olduğu yer vә ya hüquqi ünvanı müxtәlif olan bir neçә cavabdehә iddia cavabdehlәrdәn birinin rәsmi yaşayış yeri vә ya hüquqi ünvanı üzrә verilә bilәr. Hәmin Mәcәllәnin 40.1-ci maddәsinә әsasәn әrazi aidiyyәti qaydalarının pozulmasına yol verilmir. İddiaçı seçiminә görә aidiyyәt qaydasını müәyyәn edәn hallardan istifadә edә bilәr. Lakin hazırkı işdәn belә bir hal müәyyәn edilmir. Yәni hәmin norma da mәhkәmәyә әrazi aidiyyәtinә әmәl edilmәmәsinә görә iddia әrizәsini geri qaytarmağa imkan verir. Düzdü, bu qәnaәt kimin üçünsә anlaşılmayan yaxud әdalәtsiz kimi görünә bilәr. Ancaq qanunun mәcburi(imperativ) tәlәbinә dә әmәl edilmәlidir. Əks halda әrazi aidiyyәti ilә bağlı mülki prosessual qanunvericiliyin tәlәblәri heçә enmiş olar. Mülki Prosessual Mәcәllәsinin 398.0 vә 398.0.1-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi şikayәtә baxıb qәrardad qәbul etdikdә mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk hüququ vardır. Şәrh olunanlara әsasәn apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, şikayәtlәr tәmin edilmәmәli, Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 398.0.1, 400-402-ci maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi q ə r a ra a l d ı: Şikayәt tәmin edilmәsin. Bakı şәhәri Yasamal Rayon Mәhkәmәsinin *(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad qәbul edildiyi andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-6)-1961/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1961/2026
25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver