Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-202/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi, Iddiaçının nümayəndəsi və vəkili vəkil2, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. IXP seriyalı, ******* nömrəli, ##.##.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı maddi ziyan vurulmaqla, Inzibati Xətalar Məcəlləsində 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
2. TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
3. “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli qiymətləndirmə aktı ilə iddiaçıya məxsus “Toyota Corolla” ağ rəngli minik markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaranmış nasazıqların aradan qaldırılması üçün 19.741,53 manat ehtiyat hissələri, 9.355,93 manat xidmət haqqı olmaqla, 34.335 manat məbləğin tələb edildiyi müəyyən edilmişdir.
4. Sığorta hadisəsinin baş verməsi ilə əlaqədar ##.##.2024-cü il tarixdə iddiaçının hesabına 5.000 manat sığorta ödənişi köçürülmüşdür.
5. Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2024-cü il tarixli, *** nömrəli müqavilənin surətindən və ##.##.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı adından Kredo Vəkil Bürosuna hüquqi yardım göstərilməsi üçün 2.100 manat ödəniş edilmişdir.
6. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, ƏIA/6 seriyalı, 543381 və ****** saylı mədaxil qəbzlərinin surətindən görünür ki, “Toyota” markalı avtomobilin evakuasiya xidmətləri üçün 95 manat ödənilmişdir.
7. ##.##.2024-cü il tarixli Hesab fakturanın surətindən görünür ki, qiymətləndirmə aktının hazırlanmasına görə İddiaçı tərəfindən “xxxx” MMC-nin hesabına 400 manat ödənilmişdir.
8. Iddiaçıya məxsus nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdə iddiaçının adından etibarnamə əsasında X5 tərəfindən 12.000 manata X2
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 34.335 (ƏDV daxil) manat miqdarında iddiaçıya dəymiş maddi zərərin əvəzi tutulmalı, hüquqi yardıma görə ödənilən 2.100 cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, etibarnaməyə görə ödənilən 17 cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu olaraq ödənilmiş 204 manat tutularaq iddiaçıya ödənilməsi, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, evakuasiyaya görə ödənilmiş 95 cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qüsur aktına görə ödənilmiş 400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə iddiaçıya “BMW 330I MINIK” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yol-nəqliyyat hadisəsi törətmiş və iddiaçının mülkiyyətində olan “Toyota Corolla” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər vurmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş ##.##.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 100 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərardan da göründüyü kimi iddiaçıya məxsus avtomobilə cavabdehin təqsiri ucbatından maddi ziyan dəymişdir. Iş materiallarında olan "xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, ##.##.2024-cü ildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 34.335 (ƏDV daxil) manat müəyyən edilir. Cavabdeh yüksək sürətlə avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törədərkən avtomobilə ziyan vurmaqla yanaşı törətdiyi qəza nəticəsində avtomobil yararsız hala düşmüş və uzun müddətdir ki, avtomobildən istifadə edə bilməməklə iddiaçının maddi vəziyyəti pisləşmişdir. Tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək avtomobilə dəymiş zərərin ödənilməsi xahiş edilsə də, cavabdeh ödənişi ödəməkdən imtina etmişdir, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Qeyd edir ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin iddiaçı mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində də iddiaçıya mənəvi zərər dəyib və ona dəymiş mənəvi ziyanı 1.000 manat vəsait kimi qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” AR Qanununun 8.1.2-ci maddəsinə əsasənhazırki iddianın qaldırılması üçün 204 manat dövlət rüsumu ödənilmişdir. Iddia təmin edildikdən sonra həmin rüsumun cavabdehdən tutulmalı olduğu qənaətindədir.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, avtomobil yararsız hala düşüb deyə dəmir formasında, metal kimi satmışdır. Sığorta tərəfindən 5.000 manat məhkəmə prosesi zamanı ödənilmişdir. “Toyota Servis”də 29.000 manat qiymət müəyyən edilmiş, ƏDV isə 5.000 manat olduğuna görə 34.000 manat qeyd etmişlər.
12. Məhkəmənin iclasında cavabdeh Cavabdeh bildirmişdir ki, onun avtomobilinə də ziyan dəymiş, düzətmiş və satmışdır. Iddiaçıya demişdir ki, öz ustası vasitəsilə təmir etdirsin, lakin razı olmamışdır. Onun avtomobili 2022-ci ilin avtomobili olduğundan, detalları çox bahadır. Maşının bazar qiyməti 40.000-42.000 dollardır. Lakin “Toyota Corolla” 22.000 manat olar. 0 kilometr isə hazırda 34.000 manatdır. Bu qədər xərc tuta bilməz, maksimum 7.000-8.000 manat təmir xərci olar. Ekspert rəyi ilə razıdır, maşının dəyəri 22.000 manat olar. “Turbo.az” saytında da qiymət elədir. Təmir xərci 7.000-8.000 manat olar. 5.000 manat sığorta tərəfindən ödənilmişdir. O, 2.000 manat verə bilər, həmin məbləği də ayda 200-300 manat olmaqla verə bilər.
13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə qiymətləndirilmənin aparılması “X6” MMC-yə həvalə edilmişdir.
14. “X6” MMC-nin ##.##.2024-cü il tarixli məktubu ilə iş rəy verilmədən məhkəməyə daxil olmuşdur.
15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2017-ci il buraxılışlı, mühərrik həcmi 1598 kub metr, “Toyota Corolla” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 24.640 manat, likvid dəyəri isə təxminən 22.180 manat müəyyən olunmuşdur. Avtomobilin 2024-cü ilin sentyabr ayına satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Iş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli qüsur aktında qeyd edilən, 2017-ci il buraxılışlı, mühərrik həcmi 1598 kub metr “Toyota Corolla” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus ehtiyat hissələrinin 2024-cü ilin sentyabr ayına satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadı. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş 2-ci və 3-cü suallara cavab verilməsi mümkün olmamışdır.
17. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə qiymətləndirilmənin aparılması ““xxxx” MMC-yə həvalə edilmişdir.
18. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, LP-***/**** nömrəli rəyinə əsasən, “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin həmin günə olan real bazar qiyməti 18.540 manat, Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 18.840 manat və Təmir xərcinin məbləği 8.400 manat təşkil edir.
19. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim R.T.Əhmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi qismində 27.240 manat, İddiaçı vurulmuş mənəvi ziyanın əvəzi qismində 500 manat, hüquqi xidmətə görə ödənilmiş 2.100 manat, etibarnaməyə görə ödənilmiş 17 manat, qüsur aktının alınmasına görə ödənilmiş 400 manat, evakuasiya xidmətinə görə ödənilmiş 95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 204 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pulun cavabdeh Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat pulun cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
20. Məhkəmə ilk olaraq iddia tələbinin 34.335 manat maddi ziyanın cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş qüsur aktında həmin məbləğ göstərilsə də, işin obyektiv və hərtərəfli araşdırılması baxımından dəymiş maddi ziyanın müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir.
21. Məhkəmə bu yerdə qeyd etmişdir ki, məhkəməyə təqdim edilən hər iki ekspert rəyi tədqiq edilmiş və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla, “xxxx” MMC tərəfindən təqdim edilmiş ekspert rəyi əsas götürülmüşdür.
22. “xxxx” MMC tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir ki, “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli qüsur aktında göstərilmiş ehtiyat hissələrinin həmin günə olan real bazar qiyməti 18.540 manat, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 18.840 manat və təmir xərcinin məbləği 8.400 manat təşkil edir.
23. Məhkəmə hesab etmişdir ki, avtomobilə dəymiş mövcud real ziyanın dəyəri olan 18.840 manat və 8.400 manat təmir xərci əsas götürülməklə iddiaçıya ümumilikdə 27.240 manat maddi ziyan vurulmuşdur.
24. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsinin verdiyi izahata, habelə iş materiallarında olan ödəniş qəbzinə əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın 5.000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçının hesabına köçürülmüşdür.
25. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, avtomobilə dəymiş real zərər, sığorta tərəfindən ödənilmiş 5.000 manat məbləğində pul çıxılmaqla, 22.240 manat olmaqla cavabdehdən tutulmalıdır.
26. Məkhəmə iddia tələbinin 95 manat evakuasiya xidməti üçün ödənilmiş pulun və qüsur aktının hazırlanması üçün ödənilmiş 400 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən 65 manat, 30 manat olmaqla ümumilikdə 95 manat evakuasiya xidməti üçün və 400 manat pulun qüsur aktının hazırlanması üçün ödənilməsi iş materiallarında olan qəbzlər ilə təsdiq edilir. Buna görə də, iddia tələbi həmin hissədə əsaslı sayılaraq, həmin xərclərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
27. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iddia tələbi mənəvi ziyanın tutulması hissəsində, cavabdehdən tələb olunan məbləğin ağlabatan həddə olmaması səbəbindən qismən təmin edilməlidir. Belə ki, iddiaçının mülkiyyətində olmuş avtomobilə cavabdeh tərəfindən ziyan vurulması, avtomobilin yararsız vəziyyətə düşməsi, uzun çəkən məhkəmə çəkişməsi və.s nəzərə alınmaqla iddiaçı mənəvi sarsıntıya məruz qalmışdır. Belə olan halda cavabdehdən mənəvi ziyanın əvəzi olaraq ağlabatan həddə 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.
28. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı isə tələb etdiyindən, onun tərəfindən hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2.100 manat, etibarnamə verilməsi üçün ödənilmiş 17 manat, dövlət rüsumu qismində ödənilmiş 204 manat pul vəsaiti də cavabdehdən tutulmalıdır.
29. Bundan başqa məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat pul cavabdehdən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə qiymətləndirmə ekspertizasının keçirilməsinə sərf edilmiş 350 manat pul cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir.
30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllləsinin 21.1, 21.2, 21.3, 386.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ##.##.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasına, 8-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * saylı Qərarının 8-ci bəndinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli, “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarlarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 107, 115, 119.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
31. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və təkrar ekspertiza keçirilərək ziyanın qiymətləndirilməsi va real ziyana uyğun hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, iddiaçıya məxsus “Toyota Corolla” 22.000 manatadır. Sıfır kilometr isə hazırda 34.000 manatdır. Ekspert rəyi ilə razı deyil, yalnız maşının dəyəri 20.000-22.000 manat olar. “Turbo.az” saytında da qiymət elədir. Dəymiş ziyan isə maksimum 8.000 – 9.000 manat civarlarında olmuşdur. 5.000 manat sığorta tərəfindən ödənilmişdir. 27.240 manat olaraq ziyanın qiymətləndirilməsi reallığı əks etdirmir. Məhkəmə avtomobilə dəymiş ziyanın hesablanmasında bir mənalı formada real bazar qiymətinə uyğun olmayan qərar vermişdir. Nəzərə çatdırır ki, qarşı tərəf sığortadan pulu almış, avtomobilin özünü satıb dəyərini almış, bir də yeni maşının qiymətindən daha artıq pulu ondan tələb edir. Halbuki, məhkəmə iclasında cavabdehə ya maşını təmir etdirib təhvil verməyi, ya da sığorta pulunu, avtomobili ona təhvil verəcəyi hal üçün saz vəziyyətdə olan maşın alıb verməyi təklif etmişdir. Iddiaçı bununla razılaşmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iş materialarına əlavə edilmiş sənəslər iddianın əsaslı olmasına dəlalət edir və birinci instansiya məhkəməsi araşdırılması zamanı dəymiş zərər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 107 və 115-ci maddələrinə istinad etməklə məhkəmədən xahiş edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməsin və iddiaçı tərəfindən öz hüquqlarının müdafiəsi ilə bağlı vəkilə ödənilmiş 350 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
35. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, avtomobil iddiaçı tərəfdən satılmayıb. O, etibarnamə ilə birinə satıb, həmin şəxsə də başqasına satıb. Iddiaçı avtomobili əzik vəziyyətdə 5.000 manata satıb. Alan da alverçidir, təmir etdirib, üzərində 3.000- 5.000 gəlir əldə edib.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa əsasən cavabdeh qətnaməni iddianın nəqliyyat vasitəsinə vurulmuş maddi zərərlə bağlı təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya məxsus nəqliyyat vasitəsinin zədələnməsinə görə vurulmuş maddi zərərin məbləği və məhkəmə xərcləri ilə bağlı hissədə dəyişdirilməlidir.
41. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsinin törədilməsi, bunun nəticəsində iddiaçının mülkiyyətində olan “Toyota Corolla” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi, bunun nəticəsində cavabdehin sığortaçısı tərəfindən iddiaçıya 5.000 manat məbləğində sığorta ödənişinin ödənilməsi işin mübahisəsiz halıdır.
42. Işdə olan ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən, iddiaçıya məxsus nəqliyyat vasitəsinin orta bazar qiyməti təxminən 24.640 manat təşkil etmişdir.
43. Apellyasiya araşdırması zamanı Baş Dövlət Yol Polisi Idarəsinə ünvanlanmış sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdə iddiaçının adından etibarnamə əsasında X5 tərəfindən 12.000 manata X2.
44. Iddiaçının nümayəndəsi və vəkili iddiaçı tərəfindən nəqliyyat vasitəsinin təmirsiz vəziyyətdə 5.000 manata satıldığını bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
45. Bu məbləğ həmçinin ona görə ağlabatan sayılmır ki, apellyasiya araşdırılması zamanı alınmış “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, MEB-m***-**** nömrəli rəyində göstərilmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin qəzalı vəziyyətdə 2024-2025-ci illər üçün təqribi orta bazar dəyəri (işdə olan “xxxx” MMC tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli qüsur aktında göstərilən qüsurlar nəzərə alınmaqla və fotoşəkillərə əsasən nəzəri hesablama yolu ilə) 7.800 manat təşkil edir.
46. Həmçinin, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin təmirsiz vəziyyətdə 5.000 manata satıldığı qəbul edilsə, deməli sonradan həmin nəqliyyat vasitəsini təmir-bərpası üçün 7.000 manat məbləğində vəsait sərf olunmuşdur (12.000-7.000). Lakin, təmir-bərpa işlərinin 7.000 manata başa gəlməsi də ağlabatan sayıla bilməz, çünki işdə olan ##.##.2025-ci il tarixli, LP-***/**** nömrəli rəyə əsasən, iddiaçının nəqliyyat vasitəsinin bərpası üçün 27.240 manat tələb olunur.
47. Məhkəmə kollegiyası nəqliyyat vasitəsinin təmirsiz vəziyyətdə 5.000 manata satıldığı barədə sübutların təqdim edilməməsini, ##.##.2026-cı il tarixli rəydə hesablamanın nəzəri qaydada aparıldığını nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği hesablanarkən alqı-satqı müqaviləsində göstərilən satış qiyməti nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi maddi zərərlə bağlı iddianı qismən təmin edərkən nəzərə almamışdır ki, iddiaçı artıq onun mülkiyyətində olmayan nəqliyyat vasitəsinin təmirbərpasına
48. hər hansı vəsait sərf etməyəcəkdir.
49. Iddiaçının nəqliyyat vasitəsinin bazar dəyərinin 24.640 manat təşkil etməsi, onun 12.000 manata satılması və iddiaçı tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi alındığı nəzərə alındıqda, iddiaçıya vurulmuş zərərin məbləği 7.640 manat təşkil edir (24.640 – 12.000 – 5.000 = 7.640).
50. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir.
51. Kollegiya qeyd edir ki, iddia qismən təmin olunduğundan məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq düzgün bölüşdürülməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 106,35 manatı, vəkilə ödənilmiş xidmət haqqının 1.000 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
52. Kollegiya həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsində çəkilmiş xərclər tərəflərin özlərinə aid edilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçıya məxsus nəqliyyat vasitəsinin zədələnməsinə görə vurulmuş maddi zərərin məbləği və məhkəmə xərcləri ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh Cavabdeh iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 7.640 manat məbləğində vəsait tutularaq iddiaçı İddiaçı ödənilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 106,35 manatı, vəkilə ödənilmiş xidmət haqqının 1.000 manatı cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya instansiya məhkəməsində çəkilmiş xərclər tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKIMLƏR