Məhkəmə qərarları › İş №2(3-6)-2064/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2064/2026

21.05.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2064/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər X3 və cavabdeh1 qarşı “torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılmış maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən ərazi aidiyyətinin müəyyənləşdirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər X3 və cavabdeh1 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən (plan ölçü sənədində təsərrüfat başçısı olaraq qayınanası X2 adı qeyd edilmiş) 300,08 kv.metr həyatyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmasına cavabdehlər X3 və cavabdeh1 yaratdığı maneələrə (ölçü işlərinin aparılmasına edilən müdaxilələrə) son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər X3 və cavabdeh1 qarşı “torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılmış maneələrə son qoyulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə istinadən ilk növbədə qeyd edir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarı). Hazırki iş üzrə iddiaçı ona məxsus olduğunu iddia etməklə ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində olan evə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyini, bu məqsədlə həmin əmlakın sərhədlərinin müəyyən edilməsi üçün ölçü işlərinin aparılması məqsədi ilə səlahiyyətli quruma müraciət etdiyini, lakin həmin qurumun əməkdaşları tərəfindən həmin işlərin görülməsinə cavabdehlər tərəfindən maneənin yaradıldığını bildirir və bu maneələrin (ölçü işlərinin aparılmasına edilən müdaxilələrin) aradan qaldırılmasını tələb edir. Bununla belə, hazırki iddia hüquqi nəticə etibarı ilə qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Bu da öz növbəsində həmin iddianın müstəsna aidiyyət qaydaları baxımından bu əmlakların olduğu yerə görə, yəni Gədəbəy Rayon Məhkəməsinə verilməsini şərtləndirir. Bu səbəbdən iddianın verildiyi birinci instansiya məhkəməsi mülki işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin mahiyyətini, habelə son qoyulması tələb edilən maneələrin Gədəbəy rayonunda yerləşən daşınmaz əmlakda səlahiyyətli qurumun əməkdaşları tərəfindən ölçü işlərinin aparılmasına müdaxilədən ibarət olduğunu nəzərə alıb hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər X3 və cavabdeh1 qarşı “torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılmış maneələrə son qoyulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 39-cu, 45-ci, 399-cu, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı cavabdehlər X3 və cavabdeh1 qarşı “torpaq sahəsində ölçü işlərinin aparılmasına yaradılmış maneələrə son qoyulması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar