Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2074/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanova Aynur Sahib qızının katibliyi, iddiaçı X2 iştirakları ilə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Belə ki, tərəflərin imzaladığı əlyazmadan görünür ki, cavabdeh ##.##.2022-ci il tarixində iddiaçı iddiaçı1 10.000 manat, ##.##.2023-cü il tarixində isə 20.000 manat olmaqla, ümumilikdə 30.000 manat məbləğində borc almışdır. İddiaçının istinad etdiyi hallara əsasən, cavabdeh həmin borcdan yalnız 6.000 manatını qaytarmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş digər əlyazmadan görünür ki, cavabdeh ##.##.2023-cü il tarixində iddiaçı iddiaçı2 da 10.000 manat borc almışdır. Cavabdeh iddiaçı1 olan borcundan 6.000 manat, iddiaçı2 olan borcundan isə 1.000 manat qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Cavabdeh 24.000 manat pulun tutularaq iddiaçı1, 20.000 manat pulun isə iddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdeh Cavabdeh ilə uzaq qohum kimi bir-birinin xeyir və şərində iştirak etmiş, böyük etibarları olmuşdur. Cavabdehə inandıqları və etibar etdikləri üçün böyük məbləğdə pul vermişlər. Belə ki, ümumilikdə hər ikisindən 50.000 manat pul almışdır. Pulun alınması barədə qəbzlər də vardır. Bu məbləğdən cəmi 2024-cü ildə 6.000 manat pul ödəmişdir.
4. Cavabdeh Cavabdeh nümayəndəsi-vəkili Vəkil iddiaya etiraz edərək bildirmişdir ki, pulu götürdüklərini qəbul edirlər, lakin bunun on min manatdan çox hissəsi qaytarılmışdır. İddiaçı əvvəlki məhkəmə iclasında ona hər ay 1.000 manat pul ödədiyini bildirsə də, sonradan bunu inkar etmişdir. İddiaçının dediklərindən elə çıxır ki, 13.000 manata yaxın pul qaytarılmışdır. Əslində isə cavabdeh 21.000 manat pul qaytardığını bildirir
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçı onun qonşusudur. Ondan 1 ildir ki, 10.000 manat pul almış, qaytaracağını bildirmişdir. Pulu geri istədikdə hər səfərində sadəcə qaytaracağını bildirir. İddiaçı ona onun cavabdeh tərəfindən aldadıldığını bildirmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 24.000 (iyirmi dörd min) manat pulun tutularaq iddiaçı iddiaçı1, 19.000 (on doqquz min) manat məbləğində pulun tutularaq iddiaçı iddiaçı2 ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh ilə qohumluq münasibətlərində olmuş, ona ayrı-ayrı vaxtlarda 20.000, 20.000, 10.000 manat, ümumilikdə 50.000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin pulu müəyyən müddətə qaytaracağına dair iltizama imza çəkmişdir. Hazırda iddiaçılar borcun ödənilmədiyini əsas gətirərək, pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Cavabdeh tərəf isə borcun 20.000 manata yaxın hissəsinin ödənildiyini bildirmişdir.
8. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ##.##.2022-ci il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli yazılı iltizamlardan açıq şəkildə görünür ki, cavabdeh Cavabdeh müvafiq olaraq 10.000 manat və iki dəfə 20.000 manat məbləğində pul vəsaitini iddiaçılardan aldığını yazılı qaydada təsdiq etmiş, həmin məbləğləri müəyyən olunmuş müddətlərdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili də həmin pulun götürüldüyünü qəbul etmişdir. Tərəflər arasında yaranmış mübahisə qaytarılmış borcun məbləği ilə bağlıdır.
9. Nəzərə alınmalıdır ki, pulun qaytarılmasını sübut etmək yükünü cavabdeh daşıyır. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında 21.000 manata yaxın pulun ödənildiyini, 13.000 manat hissəsini isə iddiaçının etiraf etdiyini bildirmişdir. Lakin mülki prosessual qanunvericiliyin tələbinə əsasən, öhdəliyin icra edildiyini iddia edən tərəf sübut etməlidir. Hazırki iş üzrə cavabdeh isə öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı X2 etirafına gəlincə qeyd edilməlidir ki, əvvəlki məhkəmə iclasında iddiaçı ona bir neçə ay gəlir kimi 500 və 1.000 manat verildiyini bildirsə də, sonra cəmi 6.000 manat pulun qaytarıldığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının sonradan inkar etdiyi izahatına əsaslanaraq hansısa konkret məbləğdə pulun qaytarıldığı qənaətinə gəlinməsi mülki qanunverciliyin tələblərinə ziddir. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, cəmi 6.000 manat məbləğində pul cavabdeh tərəfindən qaytarılmışdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən daha çox pulun qaytarıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia Musayeva Şükufəyə münasibətdə təmin edilməli, 24.000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Digər iddiaçı iddiaçı2 ona tələb etdiyi puldan 1.000 manat ödənildiyini bildirmişdir. Bu halı nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçı2 münasibətdə 20.000 manat borcdan 1.000 manat çıxılmaqla cavabdehdən 19.000 manat məbləğində pul tutularaq, iddiaçı iddiaçı2 ödənilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.2.1, 385, 386.1, 425, 442, 448.1, 739.1 və 740-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar tərəfindən ona ##.##.2022ci ildə 10.000 manat 500 manat qaytarmaq şərtilə, ##.##.2023-cü il tarixndə 20.000 manat iki il müddətinə tam qaytarmaq və ##.##.2023-cü il tarixində isə 20.000 manat 2024-cü ilin dekabr ayına qədər tam qaytarmaq şərtilə pul verilmişdir. Məhkəmə prosesində iddiaçı bildirmişdir ki, 10.000 puldan hər aya 500 manat 12 ay ödəməklə 6.000 manat, 20.000 manat puldan 6 ay 1.000 manat ödəməklə ümumilikdə 6.000 manat, iddiaçı2 verdiyi 20.000 manat puldan 1.000 manat pul ödənilmişdir. Eyni zamanda əlavə olaraq hiss-hissə 6.000 manat da ödənilmişdir. Bunula bağlı qəbzləri də məhkəməyə təqdim etmişdir. Tərəfindən iddiaçılara ona verilən puldan 21.000 manat pul qaytarılmışdır. Göründüyü kimi iddiaçının özü belə etiraf etdiyi kimi o, öhdəliyinin müəyyən hissəsini icra etmişdir. Məhkəmə isə öz qətnaməsində qeyd edir ki, “pulun qaytarılmasını sübut etmək yükünü cavabdeh daşıyır . Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında 21.000 manata yaxın pulun ödənildiyini, 13.000 manat hisəsini isə iddiaçının etiraf etdiyini bildirmişdir. Lakin mülki qanunvericliyin tələbinə əsasən öhdəliyin icra edildiyini iddia edən tərəf sübut etməlidir. Əgər iddiaçı öz iddia tələbinin bir hissəsini onun xeyrinə qəbul edərək etiraf edirsə onun bu halı sübut etməsinə gərək yoxur. Məhkəmə iddiaçının bu etirafını qanuna zidd olduğunu hesab edirsə onda digər ödənişin, yəni 6.000 manatın ödənilməsinə dair iddiaçının məhkəmə prosesində bildirdiyi də mülki qanunvericiliyin tələbinə zidd sayılmalı idi. Məhkəmə prosesi audio-video çəkilişinin aparılması ilə keçirilir. Hətta məhkəmə dəfərlərlə iddiaçıya pulun qaytarılması barədə yəni 13.000 manatın onun tərəfindən geri qaytarılması barədə dediklərini prosesin gedişi zamanı audio-video çəkilişi vasitəsilə qeydə alındığını xatırlatmışdır. Amma nədənsə belə bir sübutu nəzərə almadan bir nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinə etiaz edərək təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Nəzərə alınmaldıır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunana hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.445-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24.448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyibütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 25.528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsindəxitam verilir. 26.529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissəqəbul etdiyini təsdiqləyən sənəd verməlidi. 27.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (mübahisəli münasibətlərin yarandığı tarixdə qüvvədə olan redaksiyada)
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
28.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 29.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 30.Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (106.3-cü maddə). 31.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33.Qeyd olunmalıdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 34.İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması həmin hallara istinad edən tərəfin birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 35.Belə ki, tərəflərin imzaladığı əlyazmadan görünür ki, cavabdeh ##.##.2022-ci il tarixində iddiaçı iddiaçı1 10.000 manat, ##.##.2023-cü il tarixində isə 20.000 manat olmaqla, ümumilikdə 30.000 manat məbləğində borc almışdır. İddiaçının istinad etdiyi hallara əsasən, cavabdeh həmin borcdan yalnız 6.000 manatını qaytarmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş digər əlyazmadan görünür ki, cavabdeh ##.##.2023-cü il tarixində iddiaçı iddiaçı2 da 10.000 manat borc almışdır. İddiaçının məhkəmə iclasında verdiyi izahata görə, cavabdeh bu borcdan cəmi 1.000 manat qaytarmışdır. 36.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətlərinə tətbiq etdiyi maddi hüquq normaları və iddia üzrə apardığı hesablamalarla razılaşaraq, apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 37.Belə ki, iddiaçıların cavabdehə qaytarılmaq şərti ilə ayrı-ayrılıqda 30.000 manat və 10.000 manat məbləğində borc verdikləri iş materialları ilə sübuta yetirilmişdir. Borcun verilməsi faktı müəyyən edildiyindən, həmin borcun tam və ya qismən qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 38.Cavabdeh isə iddianı qismən qəbul edərək bildirmişdir ki, həmin borclar üzrə ümumilikdə 21.000 manat məbləğində ödəniş etmişdir. O, həmçinin məhkəmə iclasında iddiaçı iddiaçı1 borcun müəyyən hissəsinin, o cümlədən 13.000 manat məbləğində ödənildiyini etiraf etdiyini göstərmiş və həmin etirafın sübutetmə baxımından nəzərə alınmalı olduğunu bildirmişdir. 39.Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 40.Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə iclasının protokolundan müəyyən edilir ki, iddiaçı iddiaçı1 cavabdehin vəkili və nümayəndəsinin sualını cavablandırarkən, 2022-ci ilin iyun ayından növbəti ilin iyul ayınadək cavabdehin hər ay ödəniş etdiyini bildirmişdir. 41.Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sonradan borcun faiz müqabilində verildiyini inkar etsə də, iş materiallarından müəyyən olunur ki, tərəflər ##.##.2022ci il tarixində 10.000 manat məbləğində borcun faiz müqabilində verilməsi barədə razılığa gəlmişlər. Belə ki, həmin razılaşmaya əsasən, cavabdeh borc məbləğindən istifadəyə görə hər ay 500 manat ödəməyi, əsas borcu isə iddiaçının tələbi irəli sürüldükdən sonra 3 ay müddətində tam həcmdə qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən razılaşma hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 42.Bu səbəbdən iddiaçının cavabdehin 2022-ci ilin iyun ayından başlayaraq növbəti ilin iyul ayınadək hər ay ödəniş etdiyi barədə izahatı tərəflər arasında bağlanmış razılaşmanın şərtlərinə uyğun olmaqla, cavabdehin iddia ərizəsində göstərilən məbləğdə borclu olması faktını istisna etmir. 43.Məhkəmə kollegiyası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsaslanaraq vurğulayır ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırkı işdə də tərəflər borcun qaytarılma müddəti və faiz ödənilməsi barədə qanuna zidd olmayan şərtləri sərbəst şəkildə müəyyən etmişlər. 44.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar ilə cavabdeh arasında borc müqaviləsi üzrə razılaşma əldə olunduğundan, tərəflər həmin razılaşmadan irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. İddiaçılar tərəfindən cavabdehə qaytarılmaq şərti ilə ümumilikdə 40.000 manat məbləğində pul vəsaitinin verilməsi iş materialları ilə təsdiq edilmişdir. Pul vəsaitinin verilməsi faktı müəyyən edildiyindən, həmin borcun tam və ya qismən qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Çünki sübutetmə yükünün bölgüsünə əsasən, alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi borcluya aiddir. 45.Lakin cavabdeh tərəfindən əsas borcdan ümumilikdə 7.000 manatdan artıq məbləğin qaytarıldığını, habelə qalan hissədə borc öhdəliyinin tam və lazımi qaydada icra edildiyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh borc öhdəliyinin həmin hissədə icra olunduğunu sübuta yetirə bilməmiş, nəticədə iddiaçıların əmlak mənafelərinin pozulduğu müəyyən edilmişdir. 46.Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində iddiaçıların pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmə müdafiəsinə müraciət etmək hüququ yaranmışdır. Bu baxımdan, iddiaçıların Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi məqsədilə irəli sürdükləri tələblər hüquqi əsasa malikdir. 47.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). 48.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə ## ### 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il tarixli qərarlar). 49.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 50.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 51.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 52.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev