Məhkəmə qərarları › İş №2(3-6)-2079/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2079/2026

16.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2079/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər “xxxxsı” ASC-yə və cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “pul” tələbinə dair dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Kazımov Faiq Nizami oğlunun, Cavabdeh “xxxxsı” ASC-nin nümayəndəsi və vəkili X2 oğlunun, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-nın nümayəndəsi və vəkili Məmmədov Asəf Sahib oğlunun iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı cavabdehlər “xxxxsı” ASC-yə və cavabdeh1 MMC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “qeyri-yaşayış sahəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan ticarət obyekti kimi istifadə olunmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində, ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin sahənin 1/3 hissəsi üzərində mülkiyyət hüququ olan qızı İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq cavabdeh “xxxxsı” ASC tərəfindən hazırda həmin ərazidə inşa edilən dördmərtəbəli yaşayış binasından 35 m2 sahəyə malik olan qeyri-yaşayış sahəsinin İddiaçı verilməsi öhdəliyinin cavabdeh “xxxxsı” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin sahənin 1/3 hissəsi (yəni 35 m2 sahəsi) üzərində mülkiyyət hüququ olan İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 387730 manat məbləğində kompensasiyanın və məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 678 manat məbləğində pulun iş üzrə cavabdehlər “xxxxsı” ASC-dən və cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan ticarət obyekti kimi istifadə olunan qeyriyaşayış

3. sahəsi vərəsəlik qaydasında (##.##.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə) 1/3 hissədə paylı mülkiyyət hüququ ilə qızı İddiaçı vəfat etmiş X6 Tofiq oğlundan keçib. Sözügedən ticarət məqsədli qeyri-yaşayış sahəsinə baxmaq üçün əraziya daxil olmaq istədikdə həmin ərazidə quraşdırılmış “Məlumat lövhəsi”ndən məlum oldu ki, həmin ərazi “xxxxsı” ASC-yə aiddir və “xxxxsı” ASC-nin sifarişi əsasında hazırlanıb, bu səbəbdən əraziyə daxil olmaq mümkün olmadı. “xxxxsı” ASC-yə bu barədə rəsmi qaydada müraciət etdikdə cavab olaraq bildirildi ki, bu ərazi “xxxx” ASCdən problemli aktivlərin əvəzində əldə edilmiş cavabdeh1 MMC-nin əsas vəsaitləri “xxxx” QSC BOKT tərəfindən “xxxxsı” ASC-yə təhvil verilmişdir. Daha sonra digər yazılı müraciətlərinə cavab verildi ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerini dəqiq müəyyən etmək məqsədi ilə Dövlət reyestrinin arxivindən ərazinin tikinti planı təqdim olunmalıdır və bununla əlaqədar edilən müraciətə cavab olaraq “xxxxsı” ASC sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin yerinin və sərhədlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsini tövsiyə olundu. Buna əsasən də iddiaçı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsinin texniki pasportunun təsdiq olunmuş surəti böyük çətinliklə əldə edildi və “xxxxsı” ASC-yə təqdim olundu. Bundan sonra “xxxxsı” ASC-nin nümayəndələri ilə əraziyə baxış keçirilərkən məlum oldu ki, vərəsəlik qaydasında 1/3 hissədə paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsi qanunsuz olaraq sökülmüşdür. Bu hal isə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Eləcə də, iddiaçının atası və Azərbaycan Respublikasının vətəndaşı ##.##.1962-ci il təvəllüdlü X7 ##.##.2021-ci il tarixində xəstəlikdən vəfat edib. İddiaçı miras qalmış qeyri-yaşayış sahəsini problemli aktiv olaraq dəyənləndirmək mümkün deyil, belə olduğu halda qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü olardı və qeyri-yaşayış sahəsi nəinki vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçə bilməz, hətta Dövlət reyestrindən çıxarış belə verilməzdi, verildiyi halda isə əmlakın ipoteka ilə yüklü olduğu bildirilərdi. Sözügedən qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşir. Əmlaka dair qızının mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrindən ##.##.2023-cü il tarixində, ********** qeydiyyat və 0080110007587- 05101-****** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

4. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim - : Ülkər Xəlil) ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh1 MMC-dən 387730 manat məbləğində pul və ödənilmiş 678 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Elxan qızına ödənilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun cavabdeh cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X21, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO1360100000003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, artıq ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı geri qaytarılması, iddia tələbinin qalan hissədə təmin olunmaması qərara alınmışdır.

5. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, cavabdehlər qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, qeyd etmişdir ki, iddiaçıya qanuni əsaslarla xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin məhz iş üzrə cavabdeh “xxxxsı” ASC tərəfindən hasara alınması, həmin ərazidə onun tərəfindən söküntüyə dair “Məlumat lövhəsi”nin yerləşdirilməsi, iddiaçının qanuni nümayəndəsi ilə birlikdə həmin əraziyə daxil olmaq istədikdə məhz ASC tərəfindən qanunsuz müdaxilələrin yaradılaraq, həmin əraziyə buraxılmaması ASC-nin də iddiaçıya dəymiş maddi ziyanda təqsirli olduğuna və bundan başqa iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində hazırda həmin ərazidə inşa edilmiş yaşayış binalarının satışından gəlir əldə etməsi, başqa bir sözlə faydalanması ASC-nin də iddiaçıya mülkiyyət hüququnun pozulması nəticəsində dəymiş ziyanda təqsirli olduğuna dəlalət edir və hesab edir ki, cavabdeh ASC də iddiaçıya dəymiş maddi ziyan məbləğinin ödənilməsində digər cavabdeh cavabdeh1 MMC kimi maddi məsuliyyət daşımalıdır. Odur ki, qətnamə qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə də iddia tələbi tam təmin edilməklə, ünvan 15 ünvanında yerləşən və ümumi sahəsi 105 m2 olan qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin sahənin 1/3 hissəsi (yəni 35 m sahəsi) üzərində mülkiyyət hüququ olan İddiaçıElxan qızına dəymiş maddi ziyanın əvəzi olaraq 387.730 manat məbləğində kompensasiyanın (pulun) iş üzrə digər cavabdeh “xxxxsı” ASC-dən də tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə yeni məhkəmə qətnaməsi qəbul edilməlidir.

7. Cavabdeh “xxxxsı” ASC-nin nümayəndəsi və vəkili F.Əlizadə apellyasiya şikayətinə yazılı etiraz edərək, qeyd etmişdir ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, “xxxx” ASC-yə məxsus problemli aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının (bundan sonra - “xxxx” QSC) idarəetməsinə verilməsi qərara alınmışdır. Sözügedən Fərmanın icrası ilə əlaqədar, “xxxx” ASC-yə məxsus problemli aktivlər üzrə tələb hüququ “xxxx” QSC-yə keçmiş, o cümlədən cavabdeh1 MMC-nin problemli kredit öhdəlikləri ilə bağlı sonuncuya qarşı iddia tələbi ilə məhkəməyə müraciət olunmuş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli, *-*(**)-***/**** nömrəli qətnaməsinə və ##.##.2018-ci il tarixli *- *(**)-**/***** nömrəli qərardadına əsasən “xxxx” QSC-nin iddiası təmin edilmiş, cavabdeh1 MMC-dən 54.284.832,52 Azərbaycan manatı və 20.405.843,10 ABŞ dolları kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin “xxxx” MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən tikintisi başa çatmamış yaşayış kompleksinə, ünvan 3 ünvanında yerləşən 0,2576 ha və 0,0052 ha torpaq sahələri üzərində mülkiyyət hüququna və Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə yerləşən 0,3354 ha torpaq sahəsi üzərində icarə hüququna yönəldilməsi, həmin əmlak üzərində cavabdeh1 MMC-nin mülkiyyət hüququna xitam verilməsi və “xxxx” QSC-nin mülkiyyətinə verilməsi qət edilmişdir. Daha sonra, “xxxxsı” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanına əsasən, “xxxx”xxxx” ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən həmin Fərmanın əlavəsində göstərilən hüquqi şəxs “xxxx” MMC-yə vaxtilə məxsus olmuş, dövlət əmlakının “xxxx” QSC tərəfindən “xxxx” ASC-nin mülkiyyətinə (balansına) verilməsi qərara alınmışdır. Fərmanın icrası ilə əlaqədar, “xxxx” QSC və “xxxx” ASC-nin nümayəndələrindən ibarət tərkibdə yaradılmış Təhvil-Təslim Komissiyasının (bundan sonra Komissiya) ## ### 2018-ci il tarixli ** nömrəli protokolu ilə, RX seriyalı, ******* nömrəli çıxarışlara əsasən, “xxxx” QSC-nin xüsusi mülkiyyətində olan ünvan 6 175,179 ünvanları arasında 0,2576 ha və 0,0052 ha torpaq sahələri və onun üzərində tikintisi başa çatmamış yaşayış binası, o cümlədən həmin ünvanda yerləşən 0,0404 ha və 0,3354 ha torpaq sahələri üzərində icarə hüququ səhmlərinin 100 %-i dövlətə məxsus olan “xxxx” ASC-nin mülkiyyətində (balansına) verilmişdir. O cümlədən, tərəflər arasında əsas vəsaitlərin təhvil-təsliminə dair ## ### 2018-ci il tarixli akt imzalanmışdır. Bundan sonra, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - ƏMDX) RX seriyalı, ******* nömrəli, ##.##.2078-ci il tarixli, ********** qeydiyyat nömrəli, o cümlədən RX seriyalı, ******* nömrəli, ##.##.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlarına əsasən “xxxx” ASC-nin müvafiq olaraq 0,0052 ha və 0,2576 ha torpaq sahələri üzərində mülkivvət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, icarə hüququ ötürülmüş 0,0404 ha və 0,33549 ha torpaq sahələrinə dair “xxxx” ASC ilə Bakı Şəhər Icra Hakimiyyəti arasında müvafiq olaraq ##.##.2019-cu il tarixli 1547 və **** nömrəli icarə müqavilələri bağlanılmış, “xxxx” ASC tərəfindən icarə hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə ƏMDX-yə müraciət olunmuş və sonuncunun ##.##.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlarına əsasən “xxxx” ASC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq, birinci instansiya məhkəməsinə də təqdim edilən «Google Earth» proqram təminatından əldə olunmuş 1, 2 və * nömrəli foto çıxarışlardan göründüyü kimi, * saylı Bakı Inzibati- Iqtisad Məhkəməsinin qətnaməsi qəbul olunan tarixdə və həmin tarixdən əvvəlki dövrlərdə, yəni 2026-cı ilin aprel, 2015-ci ilin mart aylarında qeyd olunan ünvanda iddiaçının iddia etdiyi Rəsul Rza küçəsi tərəfindən hər hansı istifadəyə yararlı qeyri-yaşayış sahəsi, bina müşahidə olunmur. Eyni zamanda yuxarıda qeyd olunan torpaq sahələrinin və tikintisi tamamlanmayan yaşayış binaları “xxxx” QSC tərəfindən “xxxx” ASC-yə təhvil verilərkən, həmin dövrü əhatə edən 4 və * nömrəli foto çıxarışlardan müəyyən olunur ki, sözügedən ünvanda iddiaçının iddia etdiyi qevri-vaşayış sahəsi təsbit edilməmişdir. Beləliklə, təqdim olunmuş sənədlərdən və sadalanan faktlardan müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidentinin məlum **** nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-yə boş torpaq sahələri və inşası yarımçıq qalmış tikili təhvil verilmişdir. Daha sonra yarımçıq tikili “xxxx” ASC-nin sifarişi əsasında sökülərək sözügedən torpaq sahələri üzərində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun “5+mansard” tipli yaşayış binasının tikintisi həyata keçirilir. “xxxx” ASC-nin ## ####### 2023-cü il tarixli **-*/*-****/**** nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, yuxarıda qeyd olunan əsaslarla “xxxx” QSC tərəfindən “xxxx” ASC-yə təhvil verilən cavabdeh1 MMC-yə məxsus əmlaklar arasında iddiaçının iddia etdiyi əmlak müəyyən olunmamışdır və eyni zamanda qeyri-yaşayış sahəsinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi üçün Xidmətin nümayəndəsinin iştirakı ilə baxış keçirilməsinin zəruriliyi bir daha vurğulanmışdır. “xxxx” ASC-nin mülkiyyət hüququnu və icarə hüququnu təsdiq edən, ƏMDX tərəfindən təqdim edilən çıxarışlardan və “xxxx” ASC ilə Bakı Şəhəri Icra Hakimiyyəti arasında imzalanmış icarə müqavilələrindən göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov 80, L.Tolstoy 175/179 ünvanında yerləşən torpaq sahələri üzərində vaxtilə üçüncü şəxslərin hər hansı bir hüququ dövlət qeydiyyatında olmadığı üçün “xxxx” ASC-nin hüquqları dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar verilmişdir. Beləliklə, “xxxx” ASC-nin mülkiyyət və icarə hüququnun dövlət qeydiyyatına alındığı çıxarışların tarixi və foto çıxarışlarla iddiaçının məhkəməyə təqdim etdiyi çıxarış arasında müqayisə aparılarkən müəyyən olunur ki, iddiaçı İddiaçı adına çıxarış ## ### 2023-cü ildə dövlət qeydiyyatına alınmışdır. “xxxx” ASC-nin mülkiyyət və icarə hüquqları isə müvafiq olaraq 2018-ci və 2019-cu illərdə dövlət qeydiyyatına alınmış və qeydə alınarkən foto çıxarışlardan görünür ki, həmin torpaq sahələri üzərində istifadəyə yararlı qeyri-yaşayış sahəsi yoxdur. Odur ki, həmin ünvanda qeyri-yaşayış sahəsi, ümumiyyətlə istismara yararlı tikili olmadığı halda iddiaçıya hansı əsasla mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış təqdim olunması anlaşılmaz olaraq qalır. Iddiaçının istinad etdiyi söküntü işləri “xxxx” ASC-yə əmlakın verilməsindən və sonuncunun həmin ərazi üzərində hər hansı hüquq əldə etməsindən uzun illər əvvəl həyata keçirildiyindən, iddiaçıya ASC tərəfindən zərər vurulması halı mövcud deyil, buna görə də iddia olunan zərərlə ASC-nin fəaliyyəti arasında səbəbnəticə əlaqəsi yoxdur. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi və bildirdi ki, iddia ərizəsi ilə tələb edilən kompensasiya məbləği hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır.

9. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili F.Əlizadə apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, şikayət tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya zərər dəydiyi müəyyən edilsə də, ASC-nin təqsiri müəyyən edilməmişdir. Iddiaçının istinad etdiyi söküntü işləri ASC-yə əmlakın verilməsindən və ASCnin həmin ərazi üzərində hər hansı hüquq əldə etməsindən uzun illər əvvəl həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-nın nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, onlar tərəfindən həmin ərazidə tikinti işləri yalnız 2023-cü ildən etibarən həyata keçirilir.

11. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

12. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

13. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli ** nömrəli biznes və yaşayış binasının layihələndirilməsi haqqında sərəncamına əsasən Nəsimi Rayon Icra Hakimiyyətinin ##.##.2005-ci il tarixli, **-**/*** saylı, Xüsusi Dövlət Mühafizə Xidmətinin ##.##.2005-ci il tarixli, **** saylı rəyi, Mədəniyyət və Turizm Nazirliyinin ##.##.2006-cı il tarixli, 29/09 sayı razılıq məktubları, cavabdeh1 MMC-nin ##.##.2005- ci il tarixli, ** saylı müraciəti, Iqtisadi Inkişaf Nazirliyinin ##.##.2005-ci il tarixli, 006233;006234; ****** saylı şəhadətnamələri, “Azərdövlətlayihə” institutunun ##.##.2005-ci il tarixli, ***-***A/** saylı rəyi nəzərə alınaraq, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə özəlləşdirilmiş 2628,1 kv.m. torpaq sahəsində biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə həmin cəmiyyətə icazə verilmişdir.

14. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli *** nömrəli Bakı Şəhər Icra Hakimiyyətinin ##.##.2006-cı il tarixli, ** saylı sərəncamına əlavələr edilməsi haqqında sərəncamına əsasən cavabdeh1 MMC-nin ##.##.2007-ci il tarixli, ***/**/CD saylı məktubunu nəzərə alaraq, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2006-cı il tarixli, ** saylı sərəncamında “2628,1 ha” ifadəsi “0,3758 ha” kimi oxunmalı, cavabdeh1 MMC-yə qeyri-yaşayış tikililərinin tutduğu 0,0404 ha torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi ilə icarə müqaviləsi bağlanması tapşırılmalıdır.

15. Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2019-cu il tarixli *** nömrəli Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı Sərəncamlarının addan ada keçirilməsi haqqında sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə biznes və yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi barədə Bakı Şəhər Icra Hakimiyyəti başçısının cavabdeh1 MMC-yə dair ##.##.2006-cı il tarixli ** saylı, ##.##.2007-ci il tarixli *** saylı və ##.##.2007-ci il tarixli *** saylı Sərəncamları, ***** saylı Inşaat Pasportu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adına keçirilməsi və aparılmış sənədləşmə işlərinin həmin cəmiyyətə aid edilməsi qərara alınmışdır.

16. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakı şəhəri Icra Hakimiyyətinin başçısına ünvanlanmış ##.##.2006-cı il tarixli məktubuna əsasən müəyyən olunur ki, “Qızıl Şərq” mətbəəsi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Azərbaycan Dövlət Baş Layihə Institutunun (Azərdövlətlayihə) ## ### 2005-ci il tarixli Aktına əsasən sökülmüşdür. Faktla bağlı Mədəniyyət Nazirliyi tərəfindən vaxtilə akt və protokol tərtib olunmuş cavabdeh1 təşkilatı cərimələnmiş və aidiyyəti orqanlara məktublar göndərilmişdir. ünvan 2 ünvanında yerləşən “Qızıl Şərq” mətbəəsinin Mədəniyyət və Turizm Nazirliyi yaradılmasından öncə söküldüyünü nəzərə alaraq ərazidə Bakı şəhərinin memarlıq üslubuna uyğun binanın inşa olunmasına etiraz etmirlər.

17. Bakı şəhəri Nəsimi rayon Icra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər Icra Hakimiyyəti Başçısına ünvanlanmış ##.##.2006-cı il tarixli məktubdan görünür ki, “Qızıl Şərq” mətbəəsinin yerləşdiyi, ##.##.2005-ci il tarixli, ****** saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən cavabdeh1 MMC-yə məxsus H.Aslanov küçəsi 80 ünvanında yerləşən bina və ona bitişik digər tikililər mülkiyyətçiləri tərəfindən tamamilə sökülmüşdür.

18. Bakı şəhər Icra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovla cavabdeh1 MMC arasında ##.##.2007-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış torpaq sahəsinə **** nömrəli icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarə əsasında sahəsi 3354,9 kv.m. olan torpaq sahəsi 49 il müddətinə cavabdeh1 MMC-nin istifadəsinə verilmişdir.

19. Bakı Şəhər Icra Hakimiyyətinin başçısının ##.##.2007-ci il tarixli, *** nömrəli sərəncamına əsasən cavabdeh1 MMC-nin ##.##.2007-ci il tarixli, ***/**/CD saylı məktubunu nəzərə alaraq Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2007-ci il tarixli, *** saylı sərəncamında “0,3758 ha” ifadəsi “6387 kv.m.” kimi oxunmalı, cavabdeh1 MMC-yə tapşırılmalıdır ki, 2629 kv.m. torpaq sahəsinə mövcud qanunvericiliyə uyğun olaraq icarə müqaviləsinin bağlanmasını təmin edilməsi, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, sifarişçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi Idarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarışı almalıdır.

20. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin dəyəri barədə ( mart 2006-mart 2008) aktdan görünür ki, ## #### 2006-cı il tarixli ***/** saylı müqaviləyə əsasən L.Tolstoy və H.Aslanov küçələri arasındakı 345-ci məhəllədə tikinti-quraşdırma işləri sifarişçi cavabdeh1 MMC tərəfindən podratçı “Xəzər” Gənclərin X23 həvalə olunaraq icra olunmuşdur.

21. Mülki iş materiallarında olan ##.##.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X4 vərəsələri İddiaçı, X5, X8r və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2013 tarixdə X4 verilmiş 008011000587-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 105 kv.m. olan qeyri-yaşayış sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2022-ci il tarixli qeydiyyat nömrəsi 2210051505QJ70401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək həmin qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

22. * saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ##.##.2017-ci il tarixdə verilmiş AZ-III seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, İddiaçı ##.##.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X6, anası Nurəliyeva Züleyxa Əlidadaş qızıdır.

23. Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş AZII seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, X4 ##.##.2021-ci il tarixdə ölmüşdür.

24. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/3 hissəsi İddiaçı xüsusi mülkiyyətindədir.

25. ünvan 13 ünvcanında yerləşən ümumi sahəsi 105 kv.m olan qeyri-yaşayış sahəsinə dair texniki pasportun surətindən görünür ki, pasport ##.##.2013-cü il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuşdur.

26. “xxxxsı” ASC-nin ##.##.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin yerinin və sərhədlərinin müəyyən edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.

27. “xxxxsı” ASC-nin ##.##.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış TəhvilTəslim Komissiyasının ## ### 2018-ci il tarixli ** nömrəli protokoluna əsasən “xxxx” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş cavabdeh1 MMC-nin əsas vəsaitləri “xxxx” QSC BOKT tərəfindən “xxxx” ASC-yə müvafiq qaydada təhvil verilmişdir. Sözügedən təhvil-təslim aktında Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin “xxxx” ASCyə təhvil verilməsi öz əksini tapmamışdır.

28. “xxxxsı” ASC-nin ##.##.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, “xxxxsı” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının icrası ilə əlaqədar müvafiq qaydada təhvil verilmiş əmlaklar üzərində qanunvericiliyə uyğun olaraq “xxxx” ASC-nin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Odur ki üçüncü şəxslərin mülkiyyətində olan hər hansı bir əsasla yüklü edilmiş əmlakın “xxxx” ASC-nin mülkiyyətinə verilməsi qeyri-mümkündür. Eyni zamanda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında “xxxx” ASC tərəfindən hər hansı yaşayış və qeyriyaşayış sahəsinin söküntüsü işləri həyata keçirilməmişdir.

29. Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-2(81)- ***/**** nömrəli, ## #### 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh cavabdeh1 MMC-dən iddiaçı “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 37999138 manat əsas borc, 16285694,52 manat faiz borcu, cəmi 54284832,52 manat və 13543069 ABŞ dolları əsas, 6862774,10 ABŞ dolları faiz, 20405843,10 ABŞ dolları kredit borcu və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Asalanov küçələrinin arasındakı, 354ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən, bazar dəyəri 36055760 manat olan yaşayış kompleksinə (ümumi sahəsi 9047,3 kv.m. olan 54 ədəd mənzil, ümumi sahəsi 2004,0 kv.m.olan qeyri-yaşayış sahələri və 24 ədəd yeraltı dayanaca) və “Toyota Camry minik” markalı, **-AA-*** qeydiyyat dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, cavabdeh1 MMC-nin yuxarıda qeyd edilən əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və həmin əmlakların “xxxx” QSC Bank Olmayan Kredit Təşkilatının mülkiyyətinə verilməsi, həmin əmlakların dəyəri borcun tam ödənilməsi üçün kifayət etməzsə qalıq borc məbləğinin “xxxx” MMC-dən tutulması qət edilmişdir.

30. “xxxxsı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Fərmanına əsasən “xxxxsı” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, habelə alınacaq aktivlər üzrə tələb hüququ “xxxx” Açıq Səhmdar Cəmiyyətindən “xxxx” QSC-yə ötürülmüş X17 “Fujairah” azad iqtisadi zonasında yerləşən pambıq iplik istehsalı üzrə “xxxx” müəssisəsinin maşın və avadanlıqları “xxxxsı” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə (balansına) verilməsi qərara alınmışdır.

31. Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il # ###### tarixli **** nömrəli Fərmanına əlavəyə əsasən müəyyən olunur ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin əvəzində mülkiyyət hüququ əldə edilmiş, onun mülkiyyətində olan dövlət əmlakının siyahısına “xxxx” MMC daxildir.

32. “xxxxsı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında ## ###### 2017-ci il tarixli **** saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə “xxxx” ASC-nin və “xxxx” QSC-nin nümayəndələri ilə birgə yaradılmış Təhvil- Təslim Komissiyasının ## ### 2018-ci il tarixli, ** nömrəli iclas protokoluna əsasən “xxxx” QSC BOKT-un, RX №******* saylı çıxarışla xüsusi mülkiyyətində olan, ümumi 6299306 manat bazar dəyərində olan ünvan 4 ünvanında yerləşən 0,2576 ha torpaq sahəsinin, ünvan 9 ünvanında yerləşən 0,0052 ha torpaq sahəsinin, cavabdeh1 MMC-nin mülkiyyətində olan, tikintisi başa çatmamış obyekt kimi, 2782780 manat dəyərində yaşayış binasının 1-ci və 2-ci bloku, 1488144 manat dəyərində 8-ci bloku, cəmi 10570230 manat dəyərində əmlakın, “xxxxsı” ASC-nin balansına verilməsinin təsdiq edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzili, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinin əmlak kimi Bakı şəhəri, Nəsimi rayonu, M.Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış 3354,9 kv.m. torpaq sahəsi üzərində icarə hüququ qeyri-maddi aktiv kimi, əlavə olaraq qiymətləndirici “xxxx” MMC tərəfindən qiymətləndirilərək “xxxx” ASC-nin balansına verilməsinin təmin edilməsi qərara alınmışdır.

33. “xxxxsı” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # ###### 2017-ci il tarixli **** nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “xxxx” ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış Təhvil-Təslim Komissiyasının ## ### 2018-ci il tarixli ** nömrəli protokoluna əsasən “xxxx” ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş cavabdeh1 MMC-nin əsas vəsaitlərinin “xxxx” QSC tərəfindən “xxxxsı” ASC-yə təhvil verilməsi barədə ## ### 2018-ci il tarixli təhvil-təslim aktına əsasən cavabdeh1 MMC-yə məxsus olmuş ünvan 10 ünvanında yerləşən tikintisi başa çatmamış obyekt kimi yaşayış binasının 1-ci və 2-ci bloku 2.782.780 manat, 8-ci bloku 1.488.144 manat dəyərində “xxxx”xxxx” ASC-yə təhvil verilməsi həyata keçirilmişdir.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 345-ci məhəllə, Tolstoy və H.Aslanov küçələrinin kəsişməsi ünvanında yerləşən torpaq sahəsi 49 il müddətinə icarə müqaviləsinə əsasən “xxxxsı” ASC-nin xeyrinə yüklü edilmişdir.

35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən torpaq sahəsi “xxxxsı” ASC-nin xüsusi mülkiyyətindədir.

36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 6 175, 179 ünvanında yerləşən torpaq sahəsi “xxxxsı” ASC-nin xüsusi mülkiyyətindədir.

37. Bakı şəhər Icra Hakimiyyəti Başçısı Eldar Əzimovla “xxxxsı” ASC arasında ##.##.2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə ayrılmış torpaq sahəsinə **** nömrəli icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarə əsasında sahəsi 3354,9 kv.m. olan torpaq sahəsi 49 il müddətinə “xxxxsı” ASC-nin istifadəsinə verilmişdir.

38. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, ünvan 16 məhəllə ünvanında yerləşən torpaq sahəsi “xxxxsı” ASC-nin xeyrinə yüklü edilmişdir.

39. Bakı şəhəri Icra Hakimiyyəti ilə “xxxxsı” ASC arasında bağlanmış ## ######## 2019-cu il tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu. Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 404 kv.m torpaq sahəsi 49 il müddətinə sonuncuya icarəyə verilmişdir.

40. Bakı şəhəri Icra Hakimiyyəti ilə “xxxxsı” ASC arasında bağlanmış ## ######## 2019-cu il tarixli **** nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri Nəsimi rayonu. Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 3354,9 kv.m torpaq sahəsi 49 il müddətinə sonuncuya icarəyə verilmişdir.

41. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ## ###### 2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, qeyd edilən ünvan ilə bağlı Baş Idarə tərəfindən söküntü və ya tikinti işlərinə icazə verilməmişdir.

42. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsinin ##.##.2019-cu il tarixli məktubuna əsasən müəyyən olunur ki, Şəhərsalma və Tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq yeni tikinti obyektinin inşası üçün onun tikinti sahəsində mövcud digər tikinti obyektinin sökülməsi nəzərdə tutulduğu hallarda, sökülmə yalnız tikinti obyektinin inşası ilə bağlı tikintiyə icazə alındıqdan sonra həyata keçirilə bilər. Belə icazə alınanadək mövcud tikinti obyektinin sökülməsini müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq hazırlanmış layihə sənədləri əsasında yalız sökülmə ilə bağlı ayrıca tikintiyə icazə alındıqdan sonra həyata keçirilməsini məqsədəuyğun hesab edir.

43. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, arxiv qovluğunda aşkar edilən 2013-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı”nda mühəndis tərəfindən qeyri-yaşayış sahəsinin 4 mərtəbəli binanın zirzəmisində yerləşməsi və anbar kimi istifadə olunması göstərilmişdir. ##.##.2022-ci il tarixli, 2210051505QJ70401 qeydiyyat nömrəli arayış haqqında məlumat arxiv əsaslarında aşkar edilməmişdir.

44. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X4 xüsusi mülkiyyətindədir.

45. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış ##.##.2013-cü il tarixli, **** nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 14 ünvanında yerləşən 105 kv.m. qeyri-yaşayış sahəsini 3885 manata X4 satmışdır.

46. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “xxxxsı” ASC-yə ünvanlanmış ## ######## 2019-cu il tarixli ##/## **** nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən sökülməsi nəzərdə tutulan 3 ədəd yarımçıq inşa edilmiş yaşayış binalarına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. 44. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X18 X24 Ekspertiza Baş Idarəsinin ##.##.2019- cu il tarixli, ***** nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 11 mərtəbəli yaşayış binalarının söküntüsü barədə rəyə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə 11 mərtəbəli yaşayış binalarının söküntüsü” üzrə, 1991-ci ilin bazis qiymətləri ilə lokal smeta üzrə cəmi – 14113 min manat, o cümlədən TQI – 14113 min manat, o cümlədən TQI – 14113 min manat dəyərində olan tikinti layihəsi razılaşdırılır.

47. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli məktubuna əsasən müəyyən olunur ki, idarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ünvan 14 ünvanında yerləşən 008011000587-05101-****** reyestr nömrəli qeyriyaşayış sahəsinin yerləşdiyi bina faktiki olaraq sökülmüşdür.

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən, torpaq sahəsi (sənəd üzrə qeyri-yaşayış sahəsi 105 kv.m.) iddiaçının şifahi məlumatına əsasən göstərilən faktiki ümumi ərazi daxilində yerləşib (torpaq sahəsində söküntü işləri aparıldığından sərhədlərini dəqiq bilmir) və hazırda ümumi torpaq sahəsi üzərində digər şəxslər (ASB ASC) tərəfindən yeni inşa olunmuş 5 mərtəbəli + mansardlı, zirzəmili tikililər və transformator daş tikilisi mövcuddur. Qeyri-yaşayış sahəsinin arxiv texniki pasportunda qeyd olunan perimetrik ölçülər və istinad planında qeyd olunmuş küçə adlarına əsasən koordinatlar əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi 008011005125 reyestr nömrəsi ilə “xxxxsı” ASC-nin adına icarə hüququ üzrə dövlət qeydiyyatından keçmiş 0,3759 ha torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binalarının inşası aparılır. Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** saylı mütəxəssis rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi 008011005125 reyestr nömrəsi ilə “xxxxsı” ASC-nin adına icarə hüququ üzrə dövlət qeydiyyatından keçmiş 0,3759 ha torpaq sahəsi ilə üstüstə düşür. Hazırda torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binalarının inşası aparılır.

49. “xxxxsı” ASC ilə “xxxx” MMC arasında bağlanmış birgə layihənin icrasına dair ##.##.2023-cü il tarixli, **/BL/**** nömrəli razılaşmaya əsasən müəyyən olunur ki, tərəflər “xxxx” ASCnin icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə yerləşən, sahəsi 0,0404 ha və 0,33549 ha olan torpaq sahələrinin və “xxxx” ASCnin mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən və sahəsi 0,0052 ha və 0,2576 ha olan torpaq sahələrinin üzərində birmərtəbəli zirzəmiyə malik və birinci mərtəbəsi qeyriyaşayış sahəsi olan və ümumi sahəsi 18077,7 kv.m. olan 5+ mansard mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı birgə layihə icra etmək niyyətindədirlər. Birgə layihənin həcmplanlaşdırma və funksional həllini əsaslandıran şəhərsalma sənədi hazırlanmış və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq dövlət qurumları tərəfindən təsdiq olunmuşdur. Tərəflər Birgə layihənin icrası ilə əlaqədar gələcəkdə sərmayənin qoyulmasını, tikinti ilə əlaqədar işlər üzrə vəzifə bölgüsünü müəyyən edilməsini, “xxxx” ASC-nin və Cəmiyyətin iştirakı ilə Mənzil-Tikinti Kooperativinin yaradılmasını nəzərdə tuturlar.

50. “xxxxsı” ASC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK arasında bağlanmış birgə layihənin icrasına dair **/BL/**** nömrəli ##.##.2023cü il tarixli razılaşmaya ##.##.2024-cü il tarixli * nömrəli əlavə razılaşmaya əsasən müəyyən olunur ki, tərəflər arasında imzalanmış ## #### 2023-cü il tarixli **/BL/**** nömrəli “Birgə layihənin icrasına dair” razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə, ünvan 8 ünvanında yerləşən torpaq sahələrində “5+mansard” mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı razılıq əldə olunmuşdur. Birgə layihənin icrası ilə əlaqədar “xxxx” ASC və Cəmiyyətin iştirakı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK yaradılmışdır. Tərəflər arasında imzalanmış ## ### 2024-cü il tarixli **/**** nömrəli razılaşmaya əsasən sözügedən tikinti işlərinin yerinə yetirilməsi, tikinti işinin başa çatdırılması MTK-ya həvalə olunmuşdur.

51. ## #### 2023-cü il tarixli birgə layihənin icrası barədə **/BL/**** nömrəli razılaşmaya dair ##.##.2024-cü il tarixli, ** nömrəli razılaşma protokoluna əsasən müəyyən olunur ki, tərəflər arasında imzalanmış ## #### 2023-cü il tarixli **/BL/**** nömrəli razılaşmanın 2.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə, ünvan 8 ünvanında yerləşən torpaq sahələrində “5+ mansard” mərtəbəli yaşayış binasının tikintisi ilə bağlı birgə layihə üzrə tikinti üçün lazımi layihə sənədləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MTK-ya təhvil verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy və Həzi Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə, ünvan 8 ünvanında yerləşən torpaq sahələrində “5+ mansard” mərtəbəli yaşayış binasının tikintisinin başlanılma tarixi kimi ## ### 2024-cü il təsdiq edilmişdir.

52. Bakı şəhəri Nəsimi rayonu Icra Hakimiyyətinin başçısının Bakı şəhəri Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş Idarəsinə ünvanladığı ## #### 2005-ci il tarixli ****/*** nömrəli məktubdan görünür ki, Nəsimi rayonu, 345-ci məhəllə, Tolstoy, H.Aslanov, R.Rza və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki ərazidə mövcud yaşayış sahələrinin sakinlərini qüvvədə olan müvafiq qanunlar əsasında qarşılıqlı razılaşma yolu ilə cavabdeh1 MMC-nin şəxsi vəsaiti hesabına köçürməklə, həmin ərazidən keçən mövcud kommunikasiya və enerji xətlərinin layihə gücündən artıq yüklənməməsi şərti ilə, bu sahədən gələcəkdə Bakı şəhər Icra Hakimiyyəti tərəfindənbaşqa məqsədlər üçün istifadəsi nəzərdə tutulmamışdırsa, qaldırılan məsələni Bakı şəhərinin Baş Planına uyğun olmaqla səlahiyyətləti daxilində baxılmasına etiraz etməmişdir.

53. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin kəsişməsi, 345-ci məhəllə ünvanında yerləşən torpaq sahəsi “xxxx” QSC BOKT-nin xeyrinə yüklü edilmişdir.

54. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən torpaq sahəsi “xxxx” QSC BOKT-nin xüsusi mülkiyyətindədir.

55. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli qərardadına əsasən * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ## #### 2017- ci il tarixli qətnaməsinin icra üsulunu dəyişdirərək, borclu cavabdeh1 MMC-dən cəmi 54284832,52 manat və 20405843,10 ABŞ dolları məbləğində kredit borcu və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” ASC BOKT-nin xeyrinə tutulması, borc tələbinin cavabdeh1 MMC-yə məxsus Bakı ş., Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı, 345-ci məhəllədə 0,6387 ha torpaq sahəsi üzərində yerləşən bazar dəyəri 36055760 manat olan yaşayış kompleksinə, “Toyota Camry minik” markalı, **-AA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə, ünvan 5 ünvanında yerləşən 0,2576 ha torpaq sahəsinə, ünvan 5 ünvanında yerləşən 52,4 kv.m. torpaq sahəsinə, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinə, Nəsimi rayonu, Mərdanov qardşları küçəsində yerləşən * nömrəli binanın ** saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, M.Tolstoy və H.Aslanov küçələrinin kəsişməsindəki *** saylı məhəllədə ayrılmış 3354,9 kv.m. torpaq sahəsi üzərində icarə hüququna və cavabdeh1 MMC-nin mülkiyyətində olan digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, yuxarıda qeyd edilən əmlaklar üzərində cavabdeh1 MMC-nin mülkiyyət və icarə hüquqlarına xitam verilməsi və “xxxx” ASC BOKT-nin həmin əmlaklar üzərində mülkiyyət və icarə hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş X1 Idarəsinin və digər səlahiyyətli orqanların üzərinə “xxxx” ASC BOKT-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi və icarəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda göstərilən əmlakların dəyəri borcun ödənilməsi üçün kifayət etmədikdə yerdə qalan borc məbləğinin borclu cavabdeh1 MMC-dən tutulması qərara alınmışdır.

56. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubuna əsasən “Elektron notariat” informasiya sistemində saxlanılan məlumata əsasən X3 ilə cavabdeh1 MMC arasında respublikanın notariat ofislərində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi aşkar olunmamışdır.

57. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, QT-**** nömrəli hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, ev 18 ünvanında 105 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırki dövrə 1 kv.m. dəyəri 11078 manat, bazar dəyəri 1163000 manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

58. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

59. Maddə 6.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

60. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

61. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

62. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

63. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

64. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

65. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

66. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

67. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

71. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

72. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

73. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

74. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

75. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

76. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

77. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

80. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

81. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

82. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mərhum atasına məxsus olmuş, ##.##.2013-cü il tarixdə həmin əmlaka dair dövlət qeydiyyatı aparılmışdır. Iddiaçı həmin əmlaka münasibətdə qanun üzrə vərəsəlik hüququ əldə etmiş və ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Iddiaçıya qanun üzrə vərəsəlik hüququ üzrə məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsi də işin mübahisəsiz halıdır. Iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində əmlakın naturada verilməsi mümkün olmadığından cavabdehlər “xxxx” ASC və cavabdeh1 MMC tərəfindən onun payına mütənasib kompensasiyanın verilməsini tələb etmişdir.

83. Mülki iş materiallarında olan ##.##.2006-cı il tarixli ** nömrəli Bakı şəhər Icra Hakimiyyəti Başçısının “biznes və yaşayış binasının layihələndirilməsi haqqında” sərəncamı əsasında Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy və H.Aslanov küçələrinin arasındakı 345-ci məhəllədə özəlləşdirilmiş 2628,1 kv.m torpaq sahəsində biznes və yaşayış binasının tikintisinin layihələndirilməsi üçün cavabdeh cavabdeh1 MMC-yə icazə verilmişdir. Rayon məhkəməsində Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza tədqiqatı əsasında verilmiş ##.##.2025-ci il tarixli rəyə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi ilə həmin sərəncam əsasında cavabdeh1 MMC-nin icarəsinə verilmiş, sonradan isə “xxxxsı” ASC-nin sahibliyinə keçmiş Bakı şəhəri, ünvan 17 məhəllə ünvanında yerləşən torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir.

84. Rayon məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü işlərinin cavabdeh cavabdeh1 MMC-yə həvalə edilməsi, mübahisəli əmlakın həmin ərazidə yerləşməsi və kompensasiyanın ödənilməsinin sübuta yetirilməməsinə əsaslanaraq, iddia tələblərini qismən təmin etmiş və iddiaçının tələb etdiyi 387730 manat məbləğində pulun cavabdeh cavabdeh1 MMC-dən tutulmasını qət etmişdir.

85. Cavabdeh cavabdeh1 MMC qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir.

86. Qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti verən iddiaçının şikayətinin yeganə dəlili onun mülkiyyət hüququnun pozulması nəticəsində dəymiş ziyanda “xxxxsı” ASC-nin də təqsiri olduğuna görə tələb edilən kompensasiyanın ASC-dən də tutulmalı olmasıdır.

87. Məhkəmə iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh ASC tərəfindən təqdim edilmiş sübutlardan həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi mübahisəli ərazinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən ASC-nin mülkiyyətinə keçməsi və həmin vaxt iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin artıq mövcud olmaması öz təsdiqini tapır. Belə ki, cavabdeh ASC-nin etirazına əlavə etdiyi «Google Earth» proqram təminatından əldə olunmuş foto çıxarışlardan göründüyü kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ərazisi 2015- 2021-ci illər ərzində boş olmuş, həmin dövrdə o ərazidə qeyri-yaşayış sahəsi mövcud olmamışdır.

88. Həmçinin sifarişçi cavabdeh1 MMC podratçı “Xəzər” Gənclərin X23 arasında bağlanmış № ***/** saylı, ## #### 2006-cı il tarixli müqaviləyə əsasən tərtib edilmiş mart 2006-mart 2008-ci illəri əhatə edən L.Tolstoy və H.Aslanov küçələri arasındakı 345-ci məhəllədə “yerinə yetirilmiş tikintiquraşdırma işlərinin dəyəri” aktından söküntü işlərinin 2006-cı ilin mart-dekabr ayları ərzində həyata keçirilməsi müəyyən olur. (2-ci cild, səh. 73-87)

89. Beləliklə də, müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə söküntü işləri həmin ərazi ASC-nin mülkiyyətinə keçməmişdən xeyli müddət öncə baş vermiş, ASC həmin sahəyə nəzarətə başladığı vaxt həmin qeyri-yaşayış sahəsi sökülmüş - mövcud olmamışdır. Odur ki, apellyasiya şikayətində qeyd edildiyi kimi ASC tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulması iş materialları və hazırkı işin faktiki halları ilə öz təsdiqini tapmır və iddiaçı tərəfindən də ASC-nin həmin əmlakın sökülməsində iştirak etməsi və ya söküntüyə görə məsuliyyət daşıması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

90. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

91. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

92. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

93. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

94. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

95. Beləliklə Məhkəmə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilə və mahiyyət etibarilə və faktlar nöqteyi nəzərindən düzgün və əsaslı olan rayon məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.

96. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

97. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

98. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

99. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

100. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

101. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

102. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar