Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-210/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı işi üzrə Açar sözlər: (“dəymiş zərərin əvəzinin və debitor borcun ödənilməsi”) hakimlər X2, Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3116/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı cavabdeh tərəfindən iddiaçıya vurulmuş 11 850,14 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 406,44 manat və 126,77 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 12 383,35 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeharasında xx.xx.2025-ci il tarixində 03-14270 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********1090 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və "X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X3 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 725,76 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 202,08 manat (video); xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 597,50 manat (video); Cəmi 11 850,14 (on bir min səkkiz yüz əlli manat 14 qəpik) manat məbləğində "Azəriqaz” İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildirir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin noyabr-dekabr ayları üzrə 41,90 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 310,60 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-fevral ayları üzrə 62,64 manat sərfiyyat borcu və uçotu pozulmuş qaz sərfin 17,80 manat sərfiyyat borcu, cəmi 432,94 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh 26,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 406,44 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin "Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 12 256,58 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində "Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi elektron kabineti vasitəsilə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh borcunu öz ərizəsi ilə etiraf edərək qəbul etdiyini, bundan əlavə onun təqsirli hərəkətlərinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Tənzimləmə Agentliyinin Qərar və Protokolları ilə təsdiq edildiyini, iddia tələbi üzrə cavabdehin "Azəriqaz" İB-yə olan ümumilikdə 12 383,35 manat borcdan 11 850.14 manat hissəsi - sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə nəticəsində dəymiş ziyan məbləğinin dəyəri, bundan 597.50 manat hissəsi Energetika Nazirliyinin Enerji Tənzimlənmə Agentliyi tərəfindən təsdiq edilmiş, 406.44 manat hissəsi debitor borc məbləği.
2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3116/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 597.5 AZN məbləğində pul vəsaiti və ödənilmiş 30 AZN dövlət rüsumunun məbləğinin tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 448, 1096.1; Mülki Prosessual Məcələnin 14.2, 77.1, 81, 88, 217.2, 217.4, 218.3, 222.2; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 3.4, 11.6, 13.8-1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə qaydaları”nın 3.1.3, 4.8, 4.9, 6.7-ci bəndlərinə istinadən qeyd edilmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə tərəfləri istehlakçı (cavabdeh) Cavabdeh ilə qaz paylayıcısı (iddiaçı) "Azəriqaz” İB xx.xx.2025-ci il tarixli, 03-14270 nömrəli "Qazın alqı-satqısı müqaviləsi” bağlanmış və Cavabdeh məxsus, abonent kodu 1**********1090 olan ünvan 2 ünvana təbii qaz verilmişdir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, İddiaçı İB tərəfindən istehlakçı Cavabdeh sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etdiyi halı aşkar edilərək aktlar tərtib olunmaqla, dəymiş zərər kimi 11850.14 manat borc hesablanmış və bu borc məbləği iddiaçının abonent saldosuna daxil edilmişdir. Habelə, cavabdehin istifadə etdiyi təbii qazın sərfiyyatına görə ödənilməmiş 2020-2022-ci illərə dair 406.44 manat debitor borcu vardır və bu borcları cavabdeh ödəməmişdir. Ona görə İddiaçı İB həm dəymiş maddi zərərin əvəzinin, həm də debitor borcun cavabdehdən tutulmasını istəyir. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq cavabdeh orqan sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Mülki - prosessual qanunvericiliyin tələbinə görə də qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə araşdırması ilə işin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi təbii X3 pozulması ilə bağlı müxtəlif tarixli Aktlar və tələbnamələr tərtib edilmiş, lakin yalnız xx.xx.2024-cü il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, İddiaçı İB cavabdeh barəsində xx.xx.2024-cü il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X1 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi məhkəmə araşdırması zamanı da belə qərarların olduğu müəyyən edilməmişdir. İddiaçının nümayəndəsinin xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə də sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə nəticəsində dəymiş ziyan məbləğinin yalnız 597.50 manat hissəsinin Energetika Nazirliyinin Enerji Tənzimlənmə Agentliyi tərəfindən təsdiq edildiyi qeyd edilmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 597.5 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında "Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2025-ci il tarixində bağlanmışdır. Yəni tərəflər arasında müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Ondan əvvəlki dövrə münasibətdə iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətlərinin olması ilə bağlı isə iddiaçı tərəfindən sübut təqdim edilmədiyi kimi, məhkəmə araşdırması ilə də, belə fakt müəyyən edilməmişdir. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə (əksinə razılaşmanın olduğu müəyyən edilmir) tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (xx.xx.2025-ci il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Lakin hazırkı iş üzrə iddiaçı "Azəriqaz” İstehsalat Birliyi tərəflər arasında müqavilə bağlanan andan əvvəlki tarixə dair (2020-ci ilin noyabr-dekabr ayları, 2021-ci ilin yanvar dekabr ayları, 2022-ci ilin yanvar-fevral ayları) debitor borclarının cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hətta abonent saldosuna əsasən həmin ünvana qaz sayğacının quraşdırılma tarixi xx.xx.2022-ci il qeyd olunub. Yuxarıda qeyd olunan qanunvericilik normaların tələbinə əsasən isə cavabdeh tərəflər arasında mövcud olan müvafiq müqavilədən əvvəl aid qaz sərfiyyatı borcuna görə məsuliyyət daşımır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qaz sərfiyyatına görə yaranmış debitor borc məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən dövlət rüsumu onun iddia tələbi həcminə (12256.58 manat) mütənasib olaraq ödənilmişdir. Lakin iddia tələbi qismən, cəmi 597.5 manat hissəsində təmin edilmişdir. Bu səbədən dövlət rüsumu iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğinədək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: - "Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 03-14270 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, "Azəriqaz” İstehsalat Birliyi müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür; - xx.xx.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh, abonent kodu 1**********1090, ünvan ünvan 3ibi 5, sayğac quraşdırılma tarixi xx.xx.2022-ci il və həmin abonent saldosuna əsasən ümumilikdə 12256.58 manat borc mövcuddur; - xx.xx.2022-ci il tarixli (0367675 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 4147.2 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (Qapı açılmadı qeyd edilmişdir); - xx.xx.2022-ci il tarixli (0367675 saylı) Akt və xx.xx.2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0375223 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0376616 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0372888 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0381321 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 734.4 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0384263 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 725.76 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0392236 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 362.88 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2023-cü il tarixli (0392380 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); xx.xx.2023-cü il tarixli (0397662 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 246.24 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); xx.xx.2023-cü il tarixli (0410118 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); xx.xx.2023-cü il tarixli (0411212 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); xx.xx.2024- cü il tarixli (0421049 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. xx.xx.2024-cü il tarixli (0420620 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); xx.xx.2024-cü il tarixli (0422424 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir). xx.xx.2024-cü il tarixli (0424376 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İştirak etmədi qeyd edilmişdir); - xx.xx.2024-cü il tarixli (0427497 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 20208 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (İmtina etdi qeyd edilmişdir); - xx.xx.2024-cü il tarixli (0427354 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 597.5 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır; - X1 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Q.İsmayıl küçəsi, ev 1, mənzil 109 ünvanında qazpaylayıcı tərəfindən sayğacdan kənar qoşulmaqla az miqdarda (597.5 manat) təbii qazın talanması aşkar edilmişdir və Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək, Xəzər Rayon Məhkəməsinin e-2(003)-3116/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5; Azərbaycan Respublikası Mülki Prosessual 77, 88, 97.1, 217.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, tələbnamələr, abonent saldosu) istehlakçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda iddiaçının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi, iddia tələbini tam təmin edərdi. Çünki tərəfindən təqdim edilmiş sübutlar (aktlar, fotoşəkillər, tələbnamələr, abonent saldosu) iddia tələbinin əsaslı olduğunu sübut edir. İş materiallarında yer almış və tərəfindən təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. İş materiallarında yer almış və tərəfindən təqdim olunan sübutlar iddia tələbinin tam əsaslı olmasını təsdiq etdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia tələbini qismən təmin etmişdir. İddia tələbi tam əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda 1-ci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilmiş iddia tələbini qismən təmin etmişdir. Məhkəmə qətnaməsindən məlum olduğu kimi birinci instansiya məhkəməsi təbii qazdan qeyri-qanuni istifadə faktlarını əsassız olaraq tanımamış və bununla bağlı cavabdeh dindirilməmişdir. Birinci instansiya Məhkəməsinin qətnaməsindən o da, məlum olur ki, məhkəmə qanunsuz istifadəyə görə Paylayıcıya vurulmuş maddi zərərin miqdarının müəyyənləşdirilməsinə görə xüsusi bilik tələb edən mütəxəssisə müraciət edilməsi məqsədilə işi Ekspertizaya göndərməmişdir. Hesab edir ki, istehlakçının qeyd olunan dövrdə təbii qazdan qanunsuz istifadə etməsi nəticəsində paylayıcıya dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Məhkəmə tərəfindən ekspertiza təyin edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq norması ilə bağlı da pozuntuya yol verilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Energetika Nazirliyi tərəfindən Qərar əsasında təsdiq edilmiş borc da, əsassız olaraq təmin edilməmişdir. Göstərilənlər və məhkəmənin yuxarıda qeyd etdiyi prosessual pozuntulara yol verməsi həmçinin iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması kimi qiymətləndirilməlidir. Bildirir ki, İddiaçı İB-nin iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan İddiaçı hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdankənar əlavə xətt vasitəsilə istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Apellyasiya instansiyası icraatı zamanı müəyyən edilən hallar
5. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
6. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə Təsdiq edilmiş X3 tələbələrinə əsasən: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalı; 3.1.8. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2ci maddəsinə uyğun olaraq müayinəni həyata keçirməli; 3.1.9. qazpaylayıcı şəbəkəyə texniki xidməti həyata keçirməli; 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.10. Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qazın dəyəri barədə ödəniş hesabının nümunəsi bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmişdir. 5.3. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
8. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən (3 və 8-ci maddə): Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur.
10. Məcəllənin 1096.1-1096.2-ci maddələrinə əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
12. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən: 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
14. Qeyd edilən qanunvericiliyin tələblərinə müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-390-cı maddələrinə istinadən hesab edir ki, iddiaçının apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlillərinə müvafiq məhkəmə qərarları ilə qiymət verilməsi zamanı hazırki mübahisə edilən dövr əhatə edilmədiyindən hazırki iddia o qərarlarla istisna edilə bilməz, habelə iddiaya görə pozuntunun davamlı surətdə təkrar baş verməsi ehtimalı iddiaçının fəaliyyətinə (fəaliyyətsizliyinə) aid vəzifələri əhatə edir. Bundan əlavə, mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlilləri(dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, pozuntuların təkrar baş verməsi və bunun səbəbləri inzibati xətadan və ya cinayət əməlindən irəli gələn hallara aid olduğundan deliktin sübuta yetirilməsi mübahisə edilən hissədə müəyyən edilmir.
15. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.
16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3116/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iddiaçı tərəfindən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə İnformasiya Sismeti”) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.