Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2186/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzilə suyun axıdılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 2 ünvanında yerləşən *** saylı mənzil İddiaçı, həmin ünvanda yerləşən *** nömrəli mənzil isə cavabdeh Cavabdeh mülkiyyətindədir.
2. Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 35-ci Polis Bölməsinin ##.##.2024-cü il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, yaşadığınız mənzilin üst mərtəbəsində yaşayan qonşu tərəfindən mənzilinizə su axıdılaraq maddi ziyan vurması ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. 3.
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən *** saylı mənzildən ona məxsus *** saylı mənzilə su axıdılmasının dayandırılması, ünvan 2 ünvanında yerləşən *** saylı mənzildən su axıdılması nəticəsində ona məxsus ünvan 2 ünvanında yerləşən *** saylı mənzilə dəymiş 4.090 manat məbləğində maddi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən *** saylı mənzil onun şəxsi mülkiyyətindədir. Həmin mənzilin üst mərtəbəsində yaşayan Cavabdeh ailə üzvləri iddiaçının evdə olmamasından istifadə edərək üç gün müddətində suyu açıq vəziyyətdə qoyaraq evdə olmamış, nəticədə suyun aşağı mərtəbəyə axması səbəbindən iddiaçıya məxsus mənzilə ümumilikdə 4.090 manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin 35-ci Polis Bölməsinə şikayət ilə müraciət etmiş, aparılmış araşdırma zamanı ərizədə göstərilən hallar yerində yoxlanılaraq öz təsdiqini tapmışdır. Polis bölməsi tərəfindən cavabdeh tərəfə müvafiq xəbərdarlıq edilmiş və məsələnin mülki-hüquqi xarakter daşıdığı, mübahisənin məhkəmə qaydasında həll edilməli olduğu iddiaçıya izah olunmuşdur. Iddiaçı isə dəymiş zərərin könüllü qaydada ödənilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinə əlavə təqdim edərək bildirmişdir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərlə yanaşı mənəvi zərər də yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən maddi zərərlə yanaşı 1.000 manat məbləğində mənəvi zərərin də tutulmasını məhkəmədən xahiş etmişdir.
7. Iddiaçı məhkəməyə yenidən iddia tələbinə əlavə ilə müraciət edərək bildirmişdir ki, ##.##.2025-ci il tarixində cavabdehə məxsus mənzildən yenidən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində onun mənzilinə əlavə zərər dəymişdir. Bu səbəbdən iddiaçı əvvəlki tələbinə əlavə olaraq cavabdehdən əlavə 1000 manat məbləğində vəsaitin tutulmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, 2023-cü ilin yay aylarının birində yaşadığı mənzilin hamam otağında yerləşən su kranına gedən su borusu qırılmış və həmin borudan qısa müddət ərzində su sızması baş vermişdir. Nəticədə iddiaçının mənzilində mətbəx və hamam arasında yerləşən divarda su ləkələri yaranmışdır. Cavabdeh bildirmişdir ki, hadisə baş verdikdən dərhal sonra usta çağırılmış və nasazlıq aradan qaldırılaraq su kranı və boru təmir edilmişdir. Cavabdeh iddiaçının göstərdiyi kimi bir neçə dəfə deyil, yalnız bir dəfə su sızması halının baş verdiyini qeyd etmişdir. Bundan başqa, cavabdeh bildirmişdir ki, digər bir halda isə su sızması onların üst mərtəbəsində yaşayan qonşunun mənzilindən baş vermiş və həmin su iddiaçının mənzilinə də axmışdır ki, bu halın baş verməsinə iddiaçının özü də şahid olmuşdur. Cavabdeh həmçinin iddiaçı tərəfindən tələb edilən zərər məbləğinin həddindən artıq çox olduğunu göstərərək, dəymiş zərərin məbləğinin ekspertiza rəyi əsasında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
9. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə (3-cü mərtəbə), yuxarıda yerləşən *** saylı mənzildən su sızmış və nəticədə aşağı mənzilin konstruktiv elementlərinə (divar, tavan və s.) ziyan vurulmuşdur. Bununla belə, qiymətləndirmə fəaliyyəti məhkeme ekspertizası sahəsinə aid olmadığı üçün dəymiş ziyanın maddi miqdarı bu tədqiqat çərçivəsində müəyyən edilməmiş və müvafiq sual üzrə araşdırma aparılmamışdır.
11. Məhkəmə tərəfindən həmçinin mütəxəssis rəyinin verilməsi üçün “xxxx” MMC-yə müraiət olunmuş, “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən *** saylı mənzilinə dəyən zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyəri görülməli işlərin və istifadə edilməli materialların dəyəri 1.001,70 manat təşkil edir.
12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ə.R.Abbasova) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 1.001,70 manat, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh alınaraq dövlət büdcəsinə, qiymətləndirmə tədqiqatının dəyərində görə 200 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə iddiaya 4090 manat məbləğində maddi zərərin cavabdeh tərəfdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir.
14. Məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə tikinti-texniki espertiza rəyi nəzərə alınmaqla tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən *** saylı mənzilə cavabdehin mülkiyyətində olan həmin yaşayış evinin *** saylı mənzilindən suyun axıdılması nəticəsində zərər dəymişdir. Dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən vəsaitin müəyyən edilməsi üçün iş üzrə qiymətləndirmə aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində müəyyən edilmişdir ki, dəymiş zərərin aradan qaldırılması üçün 1.001,70 manat məbləğində vəsait tələb edilir.
15. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin təqsirli qanuna zidd hərəkət və hərəkətsilikləri nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 1.001,70 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçıya ödənilməlidir.
16. Məhkəmə 1.000 manat məbləğində mənəvi zərərin cavabdeh tərəfdən tutularaq iddiaçıya ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir.
17. Belə ki, şəxsin mənəvi ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində fiziki şəxs mənəvi sarsıntı və iztirab keçirtsin. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan mənzildən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən *** saylı mənzilsu sızması nəticəsində, mənzilin təmirinin və əşyaların yararsız hala düşməsi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və iddiaçı keçirtdiyi stress və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkən iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi 1.000 manat mənəvi zərər ağlabatan və ədalətli deyildir, ona görə iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mənəvi zərərin həcmi 1.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 500 manat məbləğində müəyyən edilməlidir.
18. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiası qismən təmin edildiyinə görə, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq dövlət ekspertiza və qiymətləndirmə tədqiqatına görə xidmət haqqı cavabdehə aid edilməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli 7 №li qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14, 77, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki haları və suyun sızma səbəbi və su sızmasının mərtəbə arası olması Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış və bu məsələlərə heç bir münasibət bildirilməmişdir. Iddiaçı İddiaçı mülkiyyətində olan mənzilə dəymiş ziyan kimi qətnamədə qeyd edilən məbləğ şişirdilmişdir. Halbuki ekspert baxış keçirən zaman o, ekspertə bildirmişdi ki, onun üst qonşusundan su sızması nəticəsində mənzilinə tökülən su alt qonşuya tökülmüşdür, bu da onun günahı deyil. Halbuki onun mənzilinin hamam hissəsinin əl-üz yuyan yerindən su sızmışdır, bununda nəticəsində alt qonşunun bir divarının divar kağızı korlanmışdır. Yəni ki, qətnamədə qeyd edilən məbləğdən qat-qat ağaşı məbləğdə. Həmçinin bildirmək istəyir ki, onun mənzilindən su sızması nətəcəsində o, alt qonşusuna bildirmişdir ki, “özün usta çağır, xərc nə qədər olsa, təmirin pulunu verməyə razıdır.” Lakin iddiaçı onun təklifi ilə razı olmamışdır. Əlavə olaraqda bildirmək istəyir ki, iddiaçı İddiaçı keçirilən məhkəmə iclaslarından birində əlavə olaraq cavabdeh olaraq ondan mənəvi zərərin əvəzi olaraq 1.000 manat tələb etmişdir. Məhkəmə qətnamə qət edərkən isə mənəvi zərərin əvəzi olaraq qismən təmin edərək 500 manat miqdarında təmin etmişdir. Halbuki mənəvi zərərlə bağlı iddiaçı məhkəməyə heç bir sübut tədqim edə bilməmişdir. Həmçinin məhkəmə qətnaməsində qeyd edilmişdir ki, qiymətləndirmə tədqiqatının dəyərində görə 200 manat məbləğində pul vəsaiti cavabdeh olaraq ondan alınaraq “xxxx” MMC-yə ödənilsin. Halbuki ekspert mənzilə baxış keçirin zaman onun tərəfindən həmin 200 manat ekspert xərci ##.##.2026-cı il tarixdə ödənilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair ## ##### 2020-ci il tarixli qərarı: Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.
28. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** №-li ##.##.2025-ci il tarixli Qərarı: Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Bənd 5.5. Şəxsin əmlak hüquqlarının pozulması o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bənd 7.1. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Bənd 7.2. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Hazırki işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərcləri ilə bağlı hissədə qismən ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iddiaçı cavabdehin mənzilindən ona məxsus mənzilə su axıdılmasına istinad edərək, ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb edir.
34. Cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan və apellyasiya şikayətində bildirdiklərindən də müəyyən edilir ki, onun mənzilindən iddiaçının mənzilinə suyun axıdılması halı baş vermişdir.
35. Bununla yanaşı, birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə (3-cü mərtəbə), yuxarıda yerləşən *** saylı mənzildən su sızmış və nəticədə aşağı mənzilin konstruktiv elementlərinə (divar, tavan və s.) ziyan vurulmuşdur.
36. Göründüyü kimi, cavabdehə məxsus olan mənzildən iddiaçının mənzilinə su sızması baş vermiş və bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir.
37. Bundan başqa, birinci instansiya məhkəməsində iş üzrə əldə edilmiş “xxxx” MMCnin mütəxəssis rəyinə əsasən iddiaçının mənzilinə dəyən zərərin aradan qaldırılması məqsədilə təmir işlərinə çəkiləcək xərclərin dəyəri, görülməli işlərin və istifadə edilməli materialların dəyəri 1.001,70 manat müəyyən edilmişdir.
38. Kollegiya sözügedən rəyləri digər iş materialları ilə birgə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin rəylərin əsassızlığı üçün hallar müəyyən edilmir. Kollegiya qeyd edir ki, mütəxəssis rəyində mənzilə dəymiş ziyanın həcmi göstərilmiş, rəy kifayət qədər əsaslandırılmış və rəydə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.
39. Kollegiya iddiaçıya dəymiş mənəvi ziyanla bağlı hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 500 manat məbləğində vəsaitin tutulmasını ağlabatan və ədalətli hesab edir. Belə ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə su sızması nəticəsində mənzilin təmirinin və əşyaların yararsız hala düşməsi iddiaçının şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olmuşdur.
40. Bununla belə işdən görünür ki, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün cavabdeh tərəfindən ##.##.2026-cı il tarixində “xxxx” MMC-yə 200 manat məbləğində xidmət haqqı ödənilmiş, lakin birinci instansiya məhkəməsi bunu nəzərdən qaçıraraq öz qətnaməsi ilə yenidən həmin məbləğin cavabdehdən MMC-nin xeyrinə tutulmasını qət etmişdir. Göstərilənə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.
41. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın mübahisələndirilən hissədə qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
42. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin.
Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.