Məhkəmə qərarları › İş №2(3-6)-219/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-219/2026

18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-219/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ##.##.2025-ci il tarixli əl yazısından görünür ki, Cavabdeh İddiaçı aldığı yüz min dollardan geriyə qalan 87.000 ABŞ dollarını 11 ay içərisində ödəməyi, bu borcu gələn ilin mart ayının sonunadək hissə-hissə ödəməyi və hal-hazırda gözlədiyi ödənişdən iyun ayının sonuna kimi 5.000 AZN ödəyəcəyini öhdəliyinə götürmüşdür. Borcverən İddiaçı ilə borcalan direktoru Cavabdeh şəxsində “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsindən görünür ki, borcverən cəmiyyətin dövriyyə vəsaitini artırmaq məqsədilə borcalana 5 il müddətində qaytarmaq şərtilə, faizsiz 100.000 USD məbləğində borc pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 446 manat dövlət rüsumu ödənilmişdir. ##.##.2025-ci il tarixi pretenziya məktubundan görünür ki, İddiaçı ilə “xxxx” məhdud məsuliyyətli cəmiyyəti arasında bağlanmış ## ###### 2024-cü il tarixli, AZ-** nömrəli borc müqaviləsinin əhəmiyyətsiz hesab edilməsini və İddiaçı verdiyi borc pulun qaytarılmasını tələb etmiş, əks halda məhkəməyə iddia ərizəsi veriləcəyini bildirmişlərdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 87.000 ABŞ dolları əsas borcun və 7.395 manat, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 446 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 100.000 ABŞ dolları borc pul almış, 13.000 dolları qaytarmış, 87.000 ABŞ dolları borcu qalmışdır. ##.##.2025ci il tarixdə cavabdeh Cavabdeh iddiaçıya yazaraq göstərmişdir: “Mən Cavabdeh İddiaçı borc aldığım yüz min dollardan geriyə qalan 87.000 ABŞ dollarını önümüzdəki 11 ay içərisində ödəməyi öhdəlik götürürəm. Bu borcu gələn ilin mart ayının sonunadək hissə-hissə ödəmək öhdəliyimə götürürəm”. Cavabdeh Cavabdeh davamı olaraq yazmışdır: “Hal hazırda götürdüyüm ödənişdən iyun ayının sonuna kimi 5.000 AZN ödəyəcəyimi söz verirəm.” Cavabdeh Cavabdeh iddiaçıya borcunu ödəməmişdir. Cavabdeh Cavabdeh 2024-cü ildən iddia ərizəsi tərtib edilən günə kimi iddiaçının 87.000 ABŞ dolları pul vəsaitini özündə saxlayır. Cavabdeh bir il müddətdə iddiaçının 147.900 manat pulu gecikdirdiyinə görə həmin məbləğin illik 5% məbləğində, 7.395 manat pul ödəməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, 2025-ci ilin əvvəli cavabdehə 100.000 ABŞ dolları vermişdir. 13.000 ABŞ dollarını qaytarmışdır. Borcun etirafı barədə əl yazması da var. Cavabdeh bir il müddətdə iddiaçının 147.900 manat pulu gecikdirdiyinə görə həmin məbləğin illik 5% məbləğində, 7.395 manat ödəməlidir. Qeyd etmişdir ki, qarşı tərəf 2024-cü ilin noyabr tarixli müqavilə təqdim etmiş, amma müqavilənin təyinatı şirkətin vəsaitinin artırılması olmuşdur. Təmsilçi cavabdeh olmağına baxmayaraq o müqavilənin bu işə aidiyyatı yoxdur, müqavilə üzrə borcu 5 ilə qaytarmağı öhdəsinə götürmüşdür, amma cavabdeh əl yazmasında iyunda 5.000 ödəyəcəyini qeyd etmişdir. Bildirmişdir ki, müddətlə əlaqədar müqavilədə dəyişiklik edə bilərdilər, belə ki, bu şəxsin öz borcudur, cavabdeh 87.000 dolları da etiraf edir. Əlavə olaraq qeyd etmişdir ki, müqavilənin etibarsızlığı ilə bağlı pretenziya məktubu təqdim etmişdir, müqvilənin təyinatı dəyişib, mədaxil orderi olmadığını qarşı tərəf özü etiraf etmişdir. 5% bir illik müddət üçün istədiklərini, borcu 2025-ci ilin əvvəli verdiklərini, icra müddətini hesablasalar 1 il olacağını, # ###### 2024-cü il tarixdə şirkətin vəsaitlərinin artırlması üçün müqavilə bağlandığını, əl yazmanın iyunda verildiyini bildirmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 bildirmişdir ki, iddiaçı tərəf artıq pretenziyanı verdiklərini demişdilər, lakin pretenziyanın 17 oktyabr tarixində verildiyi görünür, iddiaçı tərəfin pretenziya məktubunu vermək niyyətləri olmayıb. Qeyd etmişdir ki, qarşı tərəf bir tərəfdən şirkətə pul verdiklərini etiraf etmişdir, amma onu əhəmiyyətsiz əqd adlandırırlar. Qeyd etmişdir ki, 100.000 dollar bir dəfə şirkətin məqsədləri üçün alınıb. Əl yazma ayaqüstü yazılıb. Yanında möhür olmadığına görə təsdiq edə bilməmişdir. Əl yazmada qeyd olunan müddət də 11 aydır. 11 ay hələ yekunlaşmayıb. Tələbetmə hüququ yaranmayıb. 2026cı ilin may ayına qədər məbləği qaytara bilər. 5 % tələb edilməsi üçün də hüquq yaranmayıb. Hesab edir ki, bununla bağlı mübahisə 2026-cı ilin may ayında yarana bilər. Bildirmişdir ki, pulun qaytarılması barədə məlumatı yoxdur, imzadan sonra yazılıb. Kassa mədaxil orderinin verilməsi də vergi orqanlarını maraqlandıran məsələdir. Mikroşirkətdir, nağd hesablaşmalar da apara bilər. Pul şirkət üçün alınmışdır, hazırda da istifadədir. Borc şirkətin borcudur. Çıxış edərək bildirmişdir ki, hüquqi şəxs nağd şəkildə alıb. İddianın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 87.000 ABŞ dollar məbləğində pulun, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 437.9 manat dövlət rüsumunun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh Cavabdeh 87.000 ABŞ dolları əsas borcun və 7.395 manat pulun cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında ayrı-ayrı iqtisadi münasibətlər yaranmış, eyni zamanda iddiaçı tərəfindən cavabdehə müəyyən məbləğdə pul verilmişdir və bununla bağlı cavabdeh Cavabdeh birtərəfli iradə ifadəsi olan əl yazmasında borcun qaytarılmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli əl yazmasından görünür ki, Cavabdeh İddiaçı aldığı 100.000 dollardan geriyə qalan 87.000 ABŞ dollarını 11 ay içərisində ödəməyi, bu borcu gələn ilin mart ayının sonunadək hissə-hissə ödəməyi və hal-hazırda gözlədiyi ödənişdən iyun ayının sonuna kimi 5.000 AZN ödəyəcəyini öhdəliyinə götürmüşdür. Həmin əl yazmasının “mən, Cavabdeh İddiaçı aldığı 100.000 dollardan geriyə qalan 87000 ABŞ dollarını 11 ay içərisində ödəməyi, bu borcu gələn ilin mart ayının sonunadək hissə-hissə ödəmək öhdəliyimə götürürəm” hissəsində cavabdeh Cavabdeh tərəfindən yazılmasını və imzalanmasını cavabdehin nümayəndəsi və vəkili məhkəmədə iclasında təsdiq etmişdir. İddia tələbinin 87.000 ABŞ dollarının qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, aşağıdakılara əsasən iddia bu hissədə təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, təqdim olunmuş yazılı sənəd tərəflər arasında bağlanan borc müqaviləsi hesab edilmir. Belə ki, mülki qanunvericiliyin normalarına əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox idisə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin sənəd yazılı formada tərtib olunsa da, yalnız bir tərəfin iradə ifadəsi əks etdirir və iddiaçı tərəfindən imzalanmamışdır. Lakin, bu sənəd borc müqaviləsi hesab edilməsə də, onun məzmunu cavabdehin pulu aldığı faktını sübuta yetirir. Yəni, yazılı sənəd və cavabdehin məhkəmədə verdiyi etiraf birgə nəzərə alınmaqla, pulun iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Belə olan halda, cavabdehdən əsassız varlanma nəticəsində yaranmış öhdəliyinin icrası tələb olunur. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, pulu şirkət üçün almışdırlar. Eyni zamanda, iş materiallarından da görünür ki cavabdeh həmçinin “xxxx” MMC-nin (VÖEN: 1906132611) direktorudur və bu iş üzrə iddiaçı olan İddiaçı ilə “xxxx” MMC arasında 100.000 ABŞ dolları məbləğində ayrıca borc müqaviləsi mövcuddur. Lakin, cavabdeh məhkəməyə 87.000 ABŞ dollarının məhz həmin müqavilə üzrə “xxxx” MMC verildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bunları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanmışdır və aldığı 87.000 ABŞ dollar məbləği qaytarmalıdır. İddia tələbinin gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz, yəni 7.395 manat məbləğində pulu ödənilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, aşağıdakılara əsasən iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, borclunun icranı gecikdirməsi onun öhdəliyin müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra müddəti çatmasınadək kreditor tərəfindən edilən xəbərdarlığa baxmayaraq icranın həyata keçirilməməsi ilə müəyyən edilir (MM-nin 445.1 və 445.2-ci maddələri). Qanunvericilikdən görünür ki, gecikdirmə faktının yaranması üçün kreditor tərəfindən borcluya icra müddəti çatanadək xəbərdarlığın göndərilməsi şərtlərdən biri kimi nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehə qarşı 5% cərimənin hesablanması ilə bağlı hər hansı yazılı xəbərdarlıq (pretensiya) göndərildiyini sübut edə bilməmişdir. Həmçinin təqdim edilmiş əl yazma sənədinin tarixindən məhkəməyə müraciət olunan günədək cəmi bir aydan bir qədər artıq müddət keçmiş, yəni qeyd olunan faiz tətbiqi üçün tələb olunan illik dövr tamamlanmamışdır. Qeyd olunan hüquqi normalar və iş üzrə mövcud faktlar birlikdə qiymətləndirildikdə, iddiaçının hesablanmış 5% faiz tələbinin irəli sürülməsi üçün zəruri olan gecikmə və xəbərdarlığın edilməsi şərtləri mövcud olmadığından, tələb bu hissədə əsassız hesab edilir və təmin edilmir.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh 87.000 ABŞ dollar məbləğində pul alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 329.1, 329.2, 331.1, 331.2, 385.1, 386.1, 389.1, 406.1, 425.1, 425.2, 439.1, 439.3, 439.4, 442, 443.1, 443.2, 443.3, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 739.1, 739.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 119.1, 124.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiaya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı məhkəməyə müraciət edərək, onunla “xxxx” MMC arasında bağlanılmış AZ-** saylı, ##.##.2024-cü il tarixli borc müqaviləsinə əsasən ümumi məbləği 100.000 ABŞ dolları olan borc münasibətlərinin mövcud olduğunu iddia etmişdir. İddiaçı borc müqaviləsinin subyekti kimi “xxxx” MMC-ni deyil, həmin şirkətin təsisçisi və direktoru Cavabdeh göstərmişdir. İddiaçı tərəfindən bildirildiyinə görə, AZ-** saylı müqavilə üzrə 13.000 ABŞ dolları məbləğində vəsait nağd qaydada geri qaytarılmış, qalan 87.000 ABŞ dolları əsas borcun, habelə gecikməyə görə 7.395 manat cərimənin və məhkəməyə müraciət üçün ödənilmiş 446 manat dövlət rüsumunun cavabdehdən tutulması xahiş edilmişdir. Cavabdeh tərəf isə məhkəməyə təqdim etdiyi izahatlarda AZ-** saylı borc müqaviləsinin subyektinin “xxxx” MMC olduğunu, habelə müqavilə üzrə tələbetmə hüququnun yaranmadığını əsas gətirərək iddia tələbinə xitam verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianı qismən təmin etmişdir. Hesab edilir ki, məhkəmə tərəfindən işin faktiki halları tam və düzgün araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və nəticədə əsassız qətnamə qəbul edilmişdir. Belə ki, mübahisənin əsasını tərəflər arasında bağlanılmış AZ-** saylı borc müqaviləsi təşkil edir. Lakin məhkəmə qətnaməsində borcun həmin müqavilədən deyil, tərəflərin guya ayrı-ayrı iqtisadi münasibətlərindən yarandığını əsas götürmüşdür. Bununla da mövcud müqavilə münasibətləri nəzərə alınmadan hüquqi münasibətləri əsassız olaraq “əsassız varlanma” kimi qiymətləndirilmişdir ki, bu yanaşma işin faktiki hallarına və müvafiq maddi hüquq normalarına uyğun gəlmir. Bundan əlavə, məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli əl yazısına həlledici sübut kimi qiymət verilmişdir. Həmin sənəd cavabdeh tərəfindən təzyiq və psixoloji təsir altında, ictimai iaşə obyektində kafedə tərtib edilmiş, sənəd tərtib edilərkən cavabdehin yanında şirkətin möhürü və hüquqi şəxsi təmsil etmə niyyətini təsdiq edən hər hansı atribut olmamışdır. Bu səbəbdən qeyd edilən sənəddə “xxxx” MMC-nin möhürü vurulmamışdır. Yuxarıda göstərilənlər nəzərə alındıqda, həmin sənədin nə borc müqaviləsi, nə də hüquqi şəxsin öhdəliyinin təsdiqi kimi qəbul edilməsi hüquqi əsasdan məhrumdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən, öhdəlik, bir qayda olaraq, tərəflər arasında bağlanmış müqavilədən yaranır. İş üzrə mövcud olan AZ-** saylı, ##.##.2024-cü il tarixli borc müqaviləsi iddiaçı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmışdır. Cavabdeh Cavabdeh həmin müqaviləni yalnız hüquqi şəxsin direktoru qismində imzalamışdır. Bu halda, müqavilə üzrə hüquq və öhdəliklər yalnız müqavilənin tərəfi olan hüquqi şəxs üçün hüquqi nəticə doğura bilər. Birinci instansiya məhkəməsi bu hüquqi halı nəzərə almadan müqavilə münasibətinin subyektini səhv müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə əsasən, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında tərəflərin razılaşmasıdır. Mübahisəli borc münasibəti üzrə tərəflərin iradəsi hüquqi şəxs olan “xxxx” MMC ilə bağlanmış yazılı müqavilədə ifadə edilmişdir. Fiziki şəxs olan cavabdehin həmin müqavilə üzrə borclu kimi tanınması müqavilə hüququnun əsas prinsipləri ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi yalnız icra müddəti başa çatdıqdan sonra mümkün hesab edilə bilər. AZ-** saylı borc müqaviləsinin şərtlərinə görə, borcun qaytarılması 5 il müddətində nəzərdə tutulmuşdur. Müqavilə üzrə icra müddəti başa çatmadığı halda, öhdəliyin icra edilməməsi və ya gecikmə barədə nəticə çıxarılması hüquqi əsasdan məhrumdur. Bu baxımdan, borcun vaxtından əvvəl tələb edilməsi maddi hüquq normalarına ziddir. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2007-ci il ## ###### tarixli Qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırılması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə ## #### 2008-ci il, M.Şahverdiyevanın şikayəti üzrə ## #### 2013-cü il tarıxli Qərarları). Məhkəmə işin faktiki və hüquqi tərəflərini ətraflı araşdırmamış, nəticədə əsaslı və qanuni olmayan qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı pulu məhz fiziki şəxs Cavabdeh verdiyini, habelə borc öhdəliyinin icra müddətinin başa çatdığını sübut etməli idi. Lakin bu halları təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyi halda, məhkəmə tərəfindən sübutetmə yükü faktiki olaraq cavabdehin üzərinə yönəldilmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz və hərtərəfli şəkildə qiymətləndirməmişdir. Xüsusilə, borc müqaviləsinin subyektinin hüquqi şəxs olması, ##.##.2025-ci il tarixli əl yazmasının hansı şəraitdə tərtib edilməsi və həmin sənədin hüquqi qüvvəsi məsələlərinə lazımi hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya sikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinə tərəflər arasında bağlanılmış müqaviləni təqdim etsələr də, həmin müqaviləyə birinci instansiya məhkəməsi ümumiyyətlə münasibət bildirməmişdir. Həmin müqavilə “xxxx” MMC ilə İddiaçı arasında imzalanmışdır. Cavabdeh “xxxx” MMC-nin 50% payçısıdır. 100.000 ABŞ dolları “xxxx” MMC-yə biznes məqsədləri üçün verilmişdir. Müqavilə də bunu təsdiq edir, iddiaçı həmin müqaviləni imzalayıb. Şirkət daha çox reklam fəaliyyəti ilə məşğuldur. Verilən borc xaricə çıxmaq üçün nəzərdə tutulmuşdur. Yəni şirkətin fəaliyyəti xaricə daşınmalı idi. Onda olan məlumata görə tərəflər bir-birilərini ətrafdan tanıyırlar, çox keçmişə dayanan tanışlıqları yoxdur. Əvvəllər yüngül iş birlikləri olub. Həcmi bu qədər olmayıb. Bir-birilərinə müştəri ötürüblər, əməkdaşlıq ediblər. 2024-cü ildən əvvəl tərəflər arasında hansısa yazılı müqavilə olmayıb. Tərəflər pul lazım olanda bir-birilərinə köməklik ediblər. Bu müqavilə 5 il müddətinə bağlanıb, İddiaçı 100.000 ABŞ dollarını verir, Emil də 5 il müddətinə bu pulu hissə-hissə qaytarır. Dövr keçdikcə Emilin biznesində zəifləmə baş verir, özü də bunu qəbul edir. Bunu bilən Məmməd kafedə Emilin yanına gəlir, mənəvi təzyiq göstərir, pulumu qaytar, 5 il gözləməyəcəm deyir, Emil də deyir ki, nə qədər bacarıramsa o qədər tez qaytaracam, narahat olma. Məmməd Emilin qarşısına kağız qoyur ki, ora bu dəqiqə imza çək ki, pulu qaytaracaqsan. Emil də xoş məramlı olduğunu göstərmək üçün deyir ki, nəyə deyirsən qol çəkim, borcumdur, borcu danmıram, qaytaracam. Kağızı yazıb imzalayanda borcun şirkət tərəfindən qaytarılacağını qeyd etməyib, çünki çayxanada kim üzərində möhür gəzdirir ki, şirkətin də möhrünü üstünə vursun. Amma münasibətlərin başlanmasının əsası fiziki şəxslə hüquqi şəxs arasında bağlanmış borc müqaviləsidir. Çayxanada gəlib Məmməd əlyazma ilə yaz ver deyəndə gözləməyib ki, möhürü götürüb gətirsin, əlyazma ilə Emil yazıb ki, pulu sənə qaytaracağıq. Kağızı Məmməd özü gətirib. Burda ümumiyyətlə cavabdeh yalnışdır, cavabdehin öhdəliyi yoxdur, cavabdeh hüquqi şəxs olmalıdır, fiziki şəxs olmamalıdır. Biznesə borc verilib, 13.000 ABŞ dolları qaytarılıb, qalanı da qaytarılacaqdır. Pul Emilə nağd qaydada dollar formasında verilib, nağd qaydada da qaytarılıb. Emil tərəfindən borcla bağlı kağız yazılıb imzalandıqdan sonra borcun hansı müqavilə üzrə olması, şirkətin borcu olması barədə, müqavilə müddətinin 11 aya qısaldılması, müqavilədə dəyişikliklər edilməsi barədə hansısa müraciət olmayıb. Üstündən bir az keçdikdən sonra iddiaçı artıq məhkəməyə müraciət edib, bundan sonra onlar həmin mövqelərini məhkəmədə bildirmişlər. Birinci instansiya məhkəməsində də bu nüansları bildirmişdir. Qarşı tərəf isə bildirdi ki, bu borclar ayrı-ayrı borclardır. O, elədirsə niyə o borcu tələb etmirsiniz demiş, qarşı tərəf bildirmişdir ki, onlar artıq pretenziya göndərmişlər. Lakin pretenziya onlara çatmamışdır. Məhkəmə sübutun təqdim olunması ilə bağlı iclası təxirə salmış, pretenziya onlara təqribən 5 gün sonra göndərilmişdir. Şirkət borcu əldə etdikdə şirkətin verdiyi ərizə direktorun adından imzalanır. Birinci instansiya məhkəməsində cavabdehin əsl cavabdehlə əvəz olunması barədə şifahi vəsatət versələr də, məhkəmə tərəfindən bu hal müzakirə edilmiş, münasibət bildirilməmişdir. Qəbzin necə tələsik yazıldığını başa düşmək üçün ekspert olmağa ehtiyac yoxdur. Hələ imzadan sonra bir cümlə də yazılıb, bəlli deyil ki, o cavabdehin özü tərəfindən ya kimin tərəfindən yazılıb. Həmin an Məmməd Emilin başının üstündə dayanmış, nə deyibsə Emil də onu yazıb verib ki, buyur, təki məndən əl çək. Onların mövqeyi odur ki, iki müqavilə yoxdur, cəmisi bir müqavilə var. Kapital qoyuluşu deyil, bu borcdur. 50/50 bölünmə şirkət ləğvinə aid məsələdir, şirkət fəaliyyətini davam etdirdiyi müddətdə təsisçilər arasında heç bir məsuliyyət bölünmür. Borc hüquqi şəxsin adına alınıb. İddiaçının mnümayəndəsi deyir ki, birinci borc var, cavabdehin dedikləri də onun etirafıdır. Amma cavabdeh dəfələrlə deyir ki, bu şirkət adına alınmış borcun etirafıdır. Nümayəndə deyir ki, qəbzə möhür vurulmalı idi. Cavabdeh gətirib möhürü indi də vura bilər. Cavabdeh özü bildirir ki, o vaxt iradə ifadəsi bu formada olub. Müqaviləyə dəyişiklik ediləndə orda iddiaçının da imzası olmalı idi. Səs yazılarında Emil tərəfindən borc onun borcudur, ya şirkətin şəxsi borcudur deyə bir şey deyilmir, bu məsələlərə ümumiyyətlə münasibət bildirilmir. Heç kim səs atanda demir ki, filan MMC-yə görə aldığım borcdur. Onların mövqeyi eynidir ki, borc verilib, pul alınıb, biznes məqsədləri üçün borc alınıb. Həmçinin təqdim etdikləri diskdəki qəbzlər pulun göndərilməsini təsdiq edən sənədlərdir, çatmanı təsdiq edən sənədlər deyildir. 100.000 ABŞ dollarının nağd qaydada verilməsi yalandır. Bu pul nağd qaydada verilməyib, bunun barəsində hansısa sübut da yoxdur. 100.000 ABŞ dollarlarının bəxtəbəxt üst-üstə düşməyi də absurddur. Əvvəlcədən razılaşdırılıb ki, borc 100.000 ABŞ dolları həcmində olacaqdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, gənc vaxtından motosikletletçilər klubundan işləmiş, Məmməd müəllim də həmin klubun üzvü olmuşdub. Məmməd onun hörmət etdiyi, çox sevdiyi böyüyüdür. Axrıncı dəfə Məmməd müəllimlə görüşəndə əlyazısı vermişdir ki, borc onundur, borcunu danmır. Sadəcə orda bir məsələ var ki, o, “xxxx” MMC-nin direktoru və yarı təsisçisidir. Onların razılaşması belə olmuşdur ki, onun həmin dönəm vergi ilə problemləri, vergi borcu olmuşdur, şirkət marketinq, reklam şirkətidir. Tender var idi, o, həmin tenderə girmək istəmiş, şirkətin büdcəsini böyütmək üçün maddi dəstəyə ehtiyacı olmuşdur. Yaxınlarının bir çoxuna müraciət etmiş, Məmməd müəllimlə də əlaqəsi olduğu üçün kömək edə biləcəyini demişdir. Məmməd müəllim kömək edə biləcəyini lakin xaricdə - İsveçərdəki bank hesabından pulu xarici banka köçürəcəyini demişdir. Şirkətlə bağlı müqavilə bağlamışlar, amma pul gəlib ora çıxmamışdır. Məmməd müəllimin göndərdiyi vəsaitlərdən biri – 10.500 ABŞ dolları gəlib ona çatmış, onu da 5.000 faizi ilə birgə yəni, 15.500 ABŞ dolları geri qaytarmışdır. Yerdə qalan məbləğlər isə gəlib ona çatmamışdır. Lakin onun istəyinə görə Məmməd müəllim pullarını hesabından çıxmasını ona sübut etdiyi üçün o, da borcu qəbul edir. Amma bir məsələ var ki, onun şəxsi hesabına ya da şirkət hesabına həmin pullar oturmayıb. Pullar İsveçrədən Almaniyaya ya da Türkiyəyə gedib. Pul onun təsisçisi olduğu hüquqi şəxsin hesabına pul daxil olmayıb. Məmməd müəllim pulu xaricdəki insanlara göndərəcəkdi, PaşaBank ASC-də olan hesabına istənilən adam müqavilələr üzrə mədaxil edə bilər. O pullar nağd vəsait olaraq çatmalı, həmin şəxs də onun hesabına mədaxil etməli idi. Sadəcə ordan bir məbləğ – 10.500 ABŞ dolları gəlib ona çatmışdır. Onun da 5000 faizi ilə 15.500 ABŞ dolları olaraq Məmməd müəllimə əlbəəl çatdırmışdır. O, Məmməd müəllimlə “Port Baku”-nun yanında bir kafedə görüşmüşdür. Məmməd ona narahat olduğunu bildirmişdir. O, narahatlığa əsas olmadığını demiş, Məmməd ona əlyazma verməsini təkilf etmiş, o, da etiraz etməmişdir. Qəbzi ona görə ofisində deyil, kafedə vermişdir ki, Məmməd müəllim onu kafeyə dəvət etmişdi, kafe onun evinə və iş yerinə yaxındır. Borcunun ümumi məbləğ 100.000 ABŞ dolları olub. Borc onun şirkəti ilə iddiaçı arasında bağlanmış müqavilə üzrə olmuşdur. O pulların iki hissəsi avro olaraq Almaniya hesabına göndərilib, qalanı da xırda-xırda dollar olaraq göndərilib. Sadəcə bir dəfə ona pul çatıb, o pulu da iddiaçıya qaytarılıb. Şirkətin digər təsisçisi onun uzun müddət dostu olub, bütün işləri də onunla şərikli olub. O, işdən ayrılanda vergi borcu yaratdı. Ona görə də, onun bu yaşda ölkədən çıxışına məhdudiyyət qoyulub, çıxıb araşdıra bilmir. Məmməd müəllim bu məsələni daha yaxşı araşdıra bilər, pul göndərdiyi bank hesabına dair İsveçrəyə müraciət etsə pulun getdiyi hesablara dair şikayətlər verib araşdıra bilər ki, pullar gəlib ona çatmamışdır. O, iddiaçı ilə 2024-cü ildə bir müqavilə bağlamışdır. Ona görə qəbzin mətnində borcun onun deyil, müəssisənin borcu olması barədə heç nə qeyd etməmişdir. Məmməd müəllimlə onun arasında xeyli yaş fərqi var, Məmmədin ən kiçik oğlu belə yaşca ondan böyükdür. Onlar ailəvi dost olmuşlar. Ona hörmət edən bir insan kimi nə dedisə onu etmişdir. Həm də bu məsələnin xoşluqla bağlanmasını istəyirdi. 100.000 ABŞ dolları şirkətə gəlsəydi, malları icarəyə verə, sata bilsəydi, heç olmaya 20.000 ABŞ dolları il ərzində qazana bilsəydi çox böyük bir xeyir olardı. O, qəbzdə iddiaçının birəbir ona dediklərini yazmışdır. İddiaçı ondan 5.000 manat xahiş etmiş, o, bu barədə qəbzdə də yazmış, amma tapıb 5.000-i də iddiaçıya verə bilməmişdir. Hesab edir ki, bu borc şirkətin borcudur, amma o pulllar nə ona, nə də şirkətə gəlib çatmayıb. Məhkəmə əgər sorğu versə bu məsələni hesabdan çıxarışlarla aydınlaşdıra bilər. Müqavilədə borcun qaytarılması müddətini 5 il, qəbzdə isə 11 ay yazmışlar. Ona görə ki, aralarında narazılıq yarandı, Məmməd dedi ki, ən qısa vaxtı yaz, sən ödədikcə aramızda razılaşarıq. O, iddiaçı ilə əlaqə saxlamaq istəmiş, hətta bu gün onu məhkəmədə görməyi ümid etmişdir, növbəti iclasa gəlsə çox sevərək qatılar. O, sentyabr ayında telefonunu itirmiş, ordakı bütün məlumalar da itmişdir. Hal-hazırda Məmməd müəllimin nömrəsi də onda yoxdur. İkinci dəfə Məmməd müəllim ona 100.000 ABŞ dollarını necə və harda verib? Məmməd müəllim müxtəlif məbləğlərdə təxmini 100.000 ABŞ dollarını öz xarici hesabından xarici hesablara pul köçürüb, həmin puldan ona 10.500 ABŞ dolları pul çatıb, 10.500 ABŞ dolları isə 15.500 ABŞ dolları olaraq ona əlbəəl vermişdir, yerdə qalan borc isə gəlib ona çatmayıb, şirkətin hesabına girməyib, onun vasitəçiliyi ilə hörmət etdiyi, sevdiyi adamın hesabından pul çıxıb, iddiaçı bunu da ona sübut edirsə, o, da borcu öhdəliyi olaraq qəbul edir. İddiaçı öz hesabından onun göstərdiyi rekvizitlərə müxtəlif məbləğlərdə pul göndərib axrıncı dəfə yazdığı qəbzə əsasən onun iddiaçıya 87.000 ABŞ dolları borc var. O, sadəcə deyir ki, pul ona gəlib çatmayıb, amma onun vasitəçiliyi ilə Məmməd müəllimin hesabından çıxdığı üçün öhdəlik daşıyır. O, etiraf edir ki, onun şirkət müqaviləsi ilə Məmməd müəllimə borcu vardır. Pul şirkətə və ona gəlməyib. Onun təsis etdiyi şirkət Azərbaycan Respublikasında yaradılan hüquqi şəxsdir, xaricdə hesabı yoxdur. Pul onun göstərdiyi rekvizitlərə göndərilməyib. O, Məmməd müəllimə PaşaBankın rekvizitlərini vermişdir. Bu barədə yazışmalarda da vardır. İddiaçı deyirdi ki, Azərbaycana pul göndərə bilmir, başqa hesablara göndərəcək, sonra da ordan götürüb nağd şəkildə PaşaBanka yatırdacaqdır. O, iddiaçıya xarici rekvizitləri verməmiş, onun xarici rekviziti yoxdur. İddiaçının Orxan adında bir tanışı var idi, xaricdən gələndə 10.500 ABŞ dolları xarici hesabdan çıxarıb gətirmişdi. O da onun əvəzində 15.500 ABŞ dolları aparıb gecə ikən evində iddiaçıya vermişdir. Pulu dollar olaraq verməmiş, 25.000 nə qədərsə manatla vermişdir. Həmin pul da başqa məqsədlər üçün xahiş olunmuşdu, o da yazışmada var. Pul ona məxsus müəssisədən gəlməmişdir. O, qəbzdə iddiaçının xahişilə 5.000 manatı təcili ödəməsi barədə yazmışdır. Qəbzdə yazılanların hamısı ona aiddir. Yazıb imzaladıqdan sonra iddiaçı 5.000-ə təcili ehtiyacı olduğunu bildirmiş, o, da təzədən həmin sözləri yazmışdır. O, şirkətin təsisçisi və direktorudur, şirkətdə 50 faiz pay ona aiddir. Digər 50% Murad Hüseynlinin olmuş, o da artıq yoxdur. Şirkətin digər təsisçisi ilə yolları ayırılmış, şirkətin xeyli müddətdir vergi borcu olduğundan bir ildir fəaliyyətini dayandırıb. Şirkətin möhürü ondadır. O, möhürü yanında daşımır. İddiaçı ona görüşməyi təklif etmiş, görüşəndə də rahat olması üçün ona əlyazma verə biləcəyini soruşmuş, o, da əlbəttə yaza bilər deyə cavab vermişdir. Rəsmi yazıb müqavilə vermişlər. Pul barədə danışıqlar olub, amma pul gəlib çatmayıb. Onun iddiaçıya bir borcu var, bir dəfə cəmi pul köçürülüb, bir 100.000 ABŞ dolları olub, o da hissəvi şəkildə köçürülüb. O, qəbzi yazanda müəssisənin borcunu nəzərdə tutmuş, şirkətin direktoru da odur, müəssisənin borcu da onun borcu sayılır. Maddi məsul şəxs şirkətin direktorudur, borc təsisçiyə yox, direktora aiddir. Yaşca böyük, hörmət etdiyi bir adam gəlib onunla gərgin bir şəkildə danışdığı halda o, ya gərək onunla hörmət çərçivəsindən kənar başqa bir münasibətə keçəydi, ya da onun dediyini etməli idi. Onun iddiaçıya 87.000 ABŞ dollar borcu varsa, o, bu gün də danmır, heç kimin haqqına girmək istəmir. O, qəbzdə iddiaçı borcun 11 aya qaytarılmasını istədiyi üçün 11 ay yazmışdır. Bunu borcun qaytarılması şərtinin dəyişməsi kimi qəbul edə bilərlər. İddiaçı ilə müqavilə bağladıqdan sonra hər ikisi bəzi şərtləri yerinə yetirmədilər. Qısası insan olaraq iddiaçı bu məsələdən narahat qalıb ondan əlyazma verməsini, ehtiyacı olduğu üçün borcun qaytarılması müddətinin qısaldılmasını xahiş etmiş, o, da müddəti qısaltmışdır. Oranın kameraları da var, kamera görüntüləri altında hər şey baş verib. İddiaçı kafeyə özü ilə kağız və fayl gətirmişdi. Qələmi də otelin kafetariyasından götürüb yazmışlar. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, hazırki mübahisə üzrə tələb olunan borcla, şirkətə verilən borc ayrı-ayrıdır. Ümumi olaraq iddiaçı 200.000 ABŞ dolları pulu cavabdehə verib. Birinci borc müqaviləsi müəssisə ilə iddiaçı arasında 5 il müddətinə bağlanmışdı. Cavabdeh borcu ona görə götürmüşdü ki, Almaniyada görüləsi işləri var idi, onları həll edəcəkdi, xeyrini iddiaçıya verəcəkdi. Borc faizsiz verilmişdir. Amma cavabdeh iddiaçıya mənfəət verəcəkdi. Gəlirlərindən cavabdeh iddiaçıya ödəniş edəcəkdi, amma nə ödəniş edəcəkdi bu barədə razılaşmamışlar. Bu borc 2024-cü ilin noyabrında verilib, ikinci borc bundan bir ay sonra 2024-cü ilin dekabrında verilib. Bu borc veriləndə əsas məsələ o idi ki, cavabdeh iddiaçının oğlunu işə götürməli idi. Emil Hyundai servisdə işləyib, ora ilə əlaqələri olub. Emil deyib ki, 100.000 ABŞ dolları ver, ondan müəyyən hissəni də oğlunun işə götürülməsi üçün çıxar, müəyyən hissəsini qaytarar. Emil iddiaçının oğlunu işə götürmək üçün ona görə pul istəyib ki, deyib müəyyən xərclər olacaqdır. Emil deyib ki, başqa bir müəssisədə işə düzəldəcək, yüksək vəzifəyə keçirəcək. 100.000 ABŞ dollarının hansı hissəsi işəgötürmə xərclərinə sərf olunacaq bu barədə razılaşmayıblar. Emil deyib ki, ona 100.000 ABŞ dolları pul lazımdır, Məmməd də deyib ki, sənə 100.000 ABŞ dolları vermişəm də, işlərini həll et, uşağımı işə qoyacam, Emil də deyib ki, mən işə düzəldərəm, 100.000 ABŞ dollarını sən mənə ver, orda müəyyən xərclər də olacaq. Beləcə inandırıb ikinci 100.000 ABŞ dollarını alıb. 100.000 ABŞ dollarını Emil Məmməddən şəxsi borcu üçün alıb. Şəxsi borcunu heç nə ilə əsaslandırmayıb, deyib ehtiyacım var, lazımdır. İkinci dəfə yazılı qaydada müqaviləni iddiaçı cavabdehlə ona görə bağlamayıb ki, Emil tələsik gəlib, deyib ki, malları gəlib, gömrükdədir, təcili pul lazımdır. İddiaçı deyib ki, özünün də ehtiyacı var, uşaq işə girməlidir. Emil də deyib ki, o, işə düzəldər, servisdə işləyib, əlaqələri var. Bir saat içində iddiaçı pulu hazırlayıb gətirib verib Emilə. Heç kağız da almayıb, sonradan 13.000 ABŞ dollarını qaytarıb, deyib ki, 2-3 ay içində sənə qaytaracam, deyib ki, yaxşı oğlum da işə gedər, hamısı düzələr, inanıb pulu verib. Müəssisəyə pul verilməsi ilə birinci pulun verilməsi arasında 2-3 ay fərq olsaydı bu fikirlər yaranardı ki, aylardır pul verməyən birinə niyə təkrar pul verilib. Emil deyib ki, pulu Almaniyaya köçürəcək. Kapital Bank ASC-yə gediblər, iddiaçı görüb ki, pul harasa köçürülür, yəni onda bu fikri yaradıb. Almaniyadan da gəlirlər 1 aya gəlmir ki, 3-4 aya gəlir. Cavabdeh demişdi ki, 11 aya pulu qaytaracaq. Bu da 2026-cı ilin mart ayına uyğun gəlir. Cavabdeh iyunda 5.000 manatı qaytarmadığından iddiaçı iki ay sonra məhkəməyə müraciət etmişdir. O, cavabdeh tərəfindən qəbzin harada yazıldığını bilmir. Yazını cavabdeh özü yazdığını etiraf edir, ona görə də harada və hansı şəraitdə yazıldığını soruşmamışdır. Onlar avqust ayında məhkəməyə müraciət etsələr də, cavabdeh iddiaçı ilə görüşməmiş, ona zəng etməmişdir. Məqsəd ancaq prosesi mümkün qədər uzatmaqdır. Məhkəməyə hüquqi şəxsə verilmiş borc məbləğinin tələbi ilə bağlı hələ müraciət edilməmişdir. Mart ayını gözləmədən məhkəməyə müraciət etmələrinin səbəbi iyun ayında cavabdehin 5.000 manatı iddiaçıya ödəməməsi olmuşdur. İddiaçı görüb ki, cavabdeh bu pulu marta qədər də ödəməyəcək, ona görə məhkəməyə müraciət edib. O ki, qaldı hüquqi şəxsə verilmiş borc faizsiz, 5 il müddətinə verilib, müəsisənin əsas vəsaiti kimi daxil edilib. Buna görə Dövlət Vergi Xidmətinə sorğu verilb, hələ sorğuya cavab verilməyib. Cavabı aldıqdan sonra müəyyən etsələr ki, vəsait daxil olmayıb, onda müqavilənin etibarsızlığı barədə iddia qaldıra bilərlər. Hüquqi şəxsə verilmiş borca görə qarşı tərəfə pretenziya məktubunu ona görə göndəriblər ki, bəlkə borcu ödəyər, ya gəlir gəlibsə onu verər, ancaq heç bir reaksiya olmamışdır. Tərəflər motosiklet sürənlərin olduğu klubun üzvləridir, o klubda tez-tez görüşlər keçirilir. Məmməd deyir ki, Emilə pul lazım olana qədər ora gəlirdi, indi yoxdur, ya motosikletini satıb, ya klubdan çıxıb. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Mülki Məcəllənin tələbidir ki, hüquqi şəxslə müqavilə bağlanırsa onun ləğvi, dəyişməsi hüquqi şəxsin rekvizitləri ilə təsdiq edilməlidir. Bu günə qədər Emil müəllimi görməmişlər, bu gün görmüşlər. Qarşı tərəf əvvəl bildirirdi ki, kağızdakı 5.000 ilə bağlı hissəni cavabdeh yazmayıb, müddət müəyyən etməyiblər, məqsədi də o idi ki, müqavilə üzrə 5 il müddətin olmasına istinad etmək istəyirdilər. Bu gün Emil dedi ki, 5.000-i də qəbzdə o, yazmışdır. Emil deyir ki, nəinki 200.000 ABŞ dolları, cəmisi 10.000 ABŞ dolları pul alıb. Apellyasiya şikayətində isə deyilirdi ki, 5.000-lə bağlı hissədə xətt Emilə aid deyil, o yazmayıb. Xarici hesablara pul göndərildiyini deyir, amma demir ki, o, pulu almışdır, ancaq 10.000 ABŞ dollarını almasını deyir. Özü də cavabdeh pulu müəssisə alıb demir, özü almasını deyir. Həmin 100.000 ABŞ dollar veriləndə müəssisənin hesabına mədaxil olmalı idi, müəssisədə pul artmalı idi. Görünür ki, müəssisə işləmir, vergi problemləri var, cavabdeh etiraf edir ki, pul müəssisəyə girməyib, 10.000 ABŞ dollarını özü alıb. İkinci dəfə pul cavabdehə iddiaçı tərəfindən nağd qaydada verilib. Birinci 100.000 ABŞ dolları cavabdehin dediyi xarici hesablara köçürülüb. İkinci pul əlbəəl 2025-ci ilin əvvələrində - yanvar ayında cavabdehə verilib. Həmin pulun harada və hansı şəraitdə verilməsini isə iddiaçı özü gəlib danışar. Cavabdeh 10.500 ABŞ dollarını əlbəəl almasını, onu da qaytarmasını deyir. Əvvəl tərəf deyirdi ki, qəbzi təzyiqlə yazıb, indi də deyir ki, ona təzyiq olmayıb, könüllü yazıb ki, 100.000 ABŞ dolları almışdır, 13.000 ABŞ dollarını qaytarmış, 87.000 ABŞ dolları qalmışdır. Hansı borc üzrə pulu aldığını cavabdeh yazmayıb, onlarda qəbzin ikinci borcla bağlı yazıldığını deyirlər. Cavabdeh birinci borcu ümumiyyətlə almadığını, müəssisənin də almadığını deyir. Həmçinin orda digər təsisçi də var, o da məsulliyyət daşıya bilər. Nizamnamə kapitalına qoyulan pay həddində məsulliyyət daşıyır. Müqavilədə dəyişiklik olması üçün iddiaçının da imzası olmalı idi. Cavabdeh bildirir ki, 13.000 ABŞ dollarını qaytarıb. Qaytarıbsa bunu müəssisə qaytarmalı idi, müəssisənin qaytarması barədə sənəd yoxdur. Cavabdehin mövqeyini müdafiə edən heç bir hal yoxdur. Onun təqdim etdiyi fləşkartda cavabdehlə iddiaçı arasındakı yazışmalar, hesabdan çıxarışlar, Emilin dediyi hesablara ödənişlərin edilməsini təsdiqləyən səndlər var. Birinci instansiya məhkəməsində Emilin verdiyi qəbzin kifayət olduğunu hesab etdiklərindən, birinci instansiya məhkəməsində tərəflərin özlərinin izahatı da alınmadığından, hazırki mərhələdə tərəflər dindiridiyindən, onlar iddiaçının dediklərini təsdiq edən bir sənəd kimi fləşkartı təqdim etməyi zəruri hesab edirlər. Hesb edirlər ki, təqdim etdikləri disk və fləşkart da iş maetriallarına əlavə edilməlidir. Bu sübut ona görədir ki, cavabdeh iki ödənişi də qəbul etmədiyini deyir. Hüquqi şəxsə verilən borc burada araşdırlmır. Ola bilsin ki, Emil verilən borcları qarışdırdığından bir borcu olduğunu deyir. Tarix ardıcıllığı ilə də ayrı-ayrı borclar olduğu görünür. Həmçinin təqdim etdiyi diskdəki səs yazılarında Emil daima borclu olduğunu qaytaracağını deyir. Apellyasiya şikayətində cavabdeh göstərir ki, ümumiyyətlə pul almayıb, qəbzdə 5.000-lə bağlı hissəni də o yazmayıb. Ümumiyyətlə hüquqi şəxs olaraq borc almadığını ümumi 18.000 ABŞ dolları pul aldığını, onun da 13.000 ABŞ dollarını qaytardığını deyir. İddiaçının izahatından, tədqiq olunan whatsapp yazışmaları və səs yazılarından məlum olur ki, həqiqətən də 87.000 ABŞ dolları borc – hansı ki, əyazma ilə təsdiq olunur, Emilin şəxsən aldığı pullardır, həmçinin pulların Türkiyədə Kamil, Bülent adlı şəxslərə göndərilməsinə özü istiqamət verib, cavabdeh iddiaçıya 27.000 avro pul üçün müəssisədən bu pulu alıb, əlindədir, qaytaracaq deyir, heç onu da qaytarmır. Həmçinin Emil yanvar ayının 16-da etiraf edir ki, saata görə, telefonlara görə iddiaçıya borcları var. Yəni bunlar təsdiq edir ki, hüquqi şəxs üçün yox, əlbəəl aldığı pullardır. Emil özü də izahatında bildirib ki, müəssisə üçün borc alınsa da həmin müəssisə heç vaxt fəaliyyət göstərməyib. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, o, Emillə təxminən 10 il bundan əvvəl tanış olmuşdur. O, motosiklet sürür və motosiklet klubunun üzvüdür. Klubun həm də şirkəti var. Şirkətin adı “Azman”-dır. Eyni adlı həm də mağazası var. Emil də o şirkətdə işləyirdi, işçi idi. Motosiklet aləminə həvəsi olduğudan yaxınlıq edirdi, onlar belə tanış olmuşlar. Birlikdə tədbirlərdə iştirak etmişlər. Bildiyinə görə Emil ordakı işindən ayrılmış, VMF şirkətində işləmiş, sonra ordan da ayrılıb Palmali şirkətində işləmişdir. Emillə uzun müddət görüşməmişlər. Axrıncı dəfə 2024-cü ilin oktyabrında Port Baku yaxınlığında təsadüfən görüşmüşlər, onun köhnə telefon nömrəsi Emildə olmuşdur. Hətta buna görədir ki, yeni nömrədə Emillə yazışmalar, danışıqlar 2024-cü ilin oktyabrından başlayır. Görüşəndə qısaca danışmışlar ki, “xxxx”, Emil Hyundai şirkətində işlədiyini, logistika ilə məşğul olmasını demişdir. O, da logistika ilə məşğul olmasını, oğlunun hal-hazırda işsiz olmasını demiş, Emil isə hökmən ona iş tapacağını deyib ona telefon nömrəsini verib CV göndərməsini, sabah isə Dərnəgüldə Hyundai Şirkətinin mərkəzinə gəlməsini demişdir. Ertəsi gün oğlu ora yaxınlaşmış, ona ştatın olmadığını, gözləməsini demişlər. O vaxtlar Emil ona teztez zəng edir, hal-əhval tutub kofe içməyə dəvət edirdi. Emil ona məsələnin bir az uzanmasını onun özünə məxsus şirkəti olmasını, Hyundai şirkətində işləsə də tez-tez tenderlər olduğundan podratçı kimi işlər düşəndə elə özü işləyib, qazancı da özü götürmək üçün şirkət yaratdığını demişdir. Emil onun oğlunu da öz şirkətində özünə müavin götürəcəyini, 1.000-1.200 manat maaş verəcəyini demişdir. Bundan başqa Emil ona şirkətinə vəsait qoymasını onların tenderlərə girə, uda bilmələrini demişdir. Doğrusu o həmin vaxt Emilə çox inanmışdır. Hətta bəlkə Emil ona qəbz verməsəydi də ona pulu verəcəkdi. Emil oğlunun da müdir müavini olacağından onun verdiyi pulların göz qabağında, nəzarətdə olacağını, qazanclarının da yar-yarıya bölünəcəyini demişdir. Emil elektron qaydada oğlunu noyabrın əvvəlləri olardı işə götürmüş ona əmək haqqı kartını da göndərmişdir. Kartın üzərində oğlunun adı – Çingiz Ələkbərov yazılırdı. Hətta o, kartdan çıxarış da təqdim etmişdir ki, karta bu vaxta kimi maaş gəlmədiyini göstərə bilsin. # ###### 2024-cü ildə o, 100.000 ABŞ dolları nağd pulla gəlmiş, onlar Port Baku-da Gloria Jeans adlı kafedə əyləşmişlər, Emil möhürlənmiş müqaviləni ona təqdim etmiş, o da, müqaviləni imzalamış, Emil ona şirkətlə bağlanılmış, möhürlü müqavilə verdiyindən o, pul verməkdə hansısa tərəddüd də etməmişdir. Ona Emil çox perspektivli gənc kimi göründüyündən ona inanmış, düşünmüşdür ki, oğlu da işləyəcək, qazancları olacaqdır. Emil ona tenderlərə nə qədər çox pulla girsələr, çox pul qoysalar qazancın da o qədər çox olacağını demişdir. O, da Emilə nə qədər pulu varsa artıq ona verdiyini demişdir. Emil ona əvəzində ola bilməz pulun olmasın, bundan sonra o, Emilə xarici hesabda 100.000 ABŞ dolları da pulunun olmasını demişdir. Emil xarici hesabda pulun olmasının yaxşı olduğunu, onun çoxlu biznesi olmasını bildirmişdir. Ümumiyyətlə Emil ona özünü zəngin biznesmen kimi təqdim etmiş, hər dəfə bahalı maşınlarda sürücü ilə görüşə gəlmişdir. O, sonradan başa düşmüşdür ki, həmin maşınlar icarəyə götürülən maşınlar olmuşdur. Emil ona o qədər bizneslərim var ki, pul çatdırmıram, saatlar, iphone markalı telefonlar gətirirəm, maşınlar, gəmilər alıb-satıram ona görə sənin hesabının xaricdə olması sərf edir, çünki o məhsulları alanda mən ödənişi xaricə edirəm – deyirdi. Belə ki, pul burda olanda o, daha çox əziyyət çəkir, banka faizlər ödəyir. Deyirdi ki, İsveçərdən Türkiyə hesabına köçürmə edəcəksən, heç bir problem olmayacaq. Bir partiya 15 ədəd iphone markalı telefona ödəniş edilməli idi, onların qiyməti də 18.400 avro idi. Maksimum pulu bir həftəyə qaytaracağını, üstəgəl ona 6.000 də xeyir verəcəyini bildirmişdir. O, da dərhal ödənişi etmiş, birinci ödənişdən müəyyən bir hissəni də Emil ona qaytarmışdır. Emil axşamlar gəlib manatla ona 3.000, 4.000, 5.000, 1.000 olmaqla pul vermişdir. Onun 100.000 ABŞ dolları şirkətlə bağladığı müqavilə əsasında verdiyi pul ayrıdır. Birdə hissə-hissə olaraq şəxsi verdiyim pul var ki, o da ümumilikdə 100.000 ABŞ dollarıdır. Birinci dəfə o, Emilə şəxsi olaraq verdiyi puldan 13.000 ABŞ dolları hissəsini manat şəklində Emil ona qaytarmışdır. O, Emilə 2024-cü ilin # ######ında 100.000 ABŞ dolları vermiş, sonra 5 noyabrdan etibarən digər ödənişləri verməyə başlamış, birinci dəfə verdiyi ödənişdən Emil ona 4.000-5.000 manat civarında pul qaytarandan sonra ona sənin pulunu ona görə verə bilmirəm ki, mənə də hələ pul verməyiblər, məndə bir partiyada iphone telefonlar var, ordan sənə 6.000-dən çox xeyir verəcəyəm, səni başa düşürəm ki, hələ pul qaytarmamışam, amma mən pul qaytarana kimi mallar gedəcək, iş yanacaq, sən mənə yenə pul ver demişdir. Onda olan diskdə də, fləşkartda da yazışmalar, danışıqlar, ediyi ödənişlərin hamısı var. O, Emilin dediyi 18.400 də yenə ona ödəmişdir. Bu da 2024-cü ilin dekabr ayında olmuşdur. Həmçinin Emil ona manatla pul qaytarırdı. Yəni ümumilikdə Emil ona 13.000 ABŞ dolları qaytarmışdır. Sonra Emil ona Hyundai şirkətinin Polşada maşın qoşması almasını, qiymətinin 27.000 avro olmasını, onu şirkətin limiti olduğu üçün ödəyə bilmədiklərini, adam tanıyırsa bu pulu ödətdirməsini, o, göstəriş verib həmin pulu kassadan çıxarıb ona verəcəyini demişdir. O, pulun veriləcəyinə əmin olmasını Emildən soruşmuş, Emil ona qarantiya verdiyini, pulu götürüb seyfə qoyduqlarını demiş, bundan sonra o, həmin pulu 27.000 avronu dollarla ödəmişdir. Hətta bu da Emillə yazışmalarda öz əksini tapır. Bu pul da ona heç vaxt qaytarılmamışdır. Hər dəfə Emil müxtəlif bəhanələr gətirir, pul seyfdə qalıb, anası harasa gedib, gərək o qayıdıb seyfi açsın dediyirdi. Bundan sonra o, tamamilə Emildən şübhələnmişdir. Sonra Emil dedi ki, Rolex saatlarının satışı ilə məşğuldur, 50 partiya var. Ordan yaxşı qazanc olacaq. 40.000 ABŞ dolları lazımdır, 25.000 ABŞ dollarını ödəmiş, 15.000 ABŞ dolları çatmır, onu da sən ödə. Emil heç vaxt ona olan borcundan imtina etməyib, verməyəcəm deməyib, əksinə imkanım yoxdur deyib. O, həmin 15.000 ABŞ dollarına da ödəmiş, ondan da sonra lap axırda bir də 15.000 ABŞ dolları pul vermişdir. O, sonuncu pulu münasibətlərin korlanmaması, Emilin onun pullarını qaytarması üçün ödəmişdir. Bundan da sonra Emil ondan bir dəfə 60.000 ABŞ dolları, bir dəfə də 32.000 ABŞ dolları pul istəmiş, o, pulunun qurtarmasını demişdir. Axrıncı dəfə pulunun olmadığını deyəndən sonra Emil onun telefon zənglərinə cavab verməməyə başlamışdır. Ona görə də o, Emillə görüşə gedəndə özü ilə kağız, qələm aparmışdır ki, hesablamalar aparıb 87.000 ABŞ dolları borcunun olmasını desin. Emin marta kimi borcunu ödəyəcəyini kağıza yazacağını demiş, o, isə pulun daha tez lazım olduğunu bildirmiş, Emil daha tez ödəyə bilməyəcəyini demiş, sonra onlar ayın sonuna kimi 5.000-i Emilin qaytaracağı barədə razılaşmışlar. Emilə iki dəfə o, 18.400 avro, sonra 15.000 ABŞ dolları, 27.000 avro, 15.000 ABŞ dolları pul vermişdir. Bunlar şəxsi olaraq Emilə verdiyi pullardır. Bu pulları o, Emilə 2024-cü ilin noyabr-dekabr aylarında vermiş, bu borcu Emilə ona görə vermişdir ki, xaricdən müxtəlif mallar gətirib satsın, pul qazansınlar. Bu pulları o, özünün xaricdəki hesabından Emilin göstərdiyi hesablara ödəmişdir. O, bu dediyi hesablara göndərilənlərdən başqa Emilə nağd qaydada 100.000 ABŞ dolları da vermişdir. O pulu da şirkətin fəaliyyəti üçün vermişdir. Həmin şirkət Emilin özünündür, özü də tək təsisçidir. Emillə müqaviləsi # ###### 2024-cü ildə bağlanıb, həmin gün o, Emilə pul vermiş, Emildə ona müqavilə vermişdir. Müqavilə onun üçün qəbz kimi bir şey idi. Emilin dediyi hesbalara etdiyi ödənişləri o, noyabrın 5-dən dekabrın 18-nə kimi etmişdir. Emil hər dəfə zəng edəndə onu aldadır, xaricdə olması, xəstə olması kimi bəhanələr gətirirdi. Ona görə də o, Emildən qəbz yazmasını istəmiş, bu da sonradan iyul ayında olmuşdur. Qəbzi ona görə istəmişdir ki, arxayın olsun ki, əlində sübut kimi nəsə olsun. Onlar dolları rəsmi kursla 1.7 ilə götürmüş, avronu isə təxmini 2 ilə hesablamışlar. O, hər ödəniş etdikcə Emil ona qazanc da olacağını demişdir. O, qazanc istəmədiyini demiş, ona görə də Emil ümumi məbləğin 100.000 ABŞ dolları olmasını demişdir. Axrıncı dəfə də o, Emillə görüşəndə hesablama aparmış, razılaşlar ki, Emilin ona 87.000 ABŞ dolları borcu qalmışdır. Qəbzə ona görə 87.000 ABŞ dollarının ikinci borc üzrə və ya şəxsi borcu olması barədə heç nə yazmamılar ki, birinci borc başqa məsələ idi, buna aidiyyəti yox idi. O, cavabdehdən bu borc üzrə qəbz götürmək istəyirdi, deyə bilməzdi ki, şirkətə verilən borcu da bu borca qat, ikisini birlikdə yaz. O, şəxsi olaraq verdiyi borc arxasında idi. Emilin ona qaytardığı borc ona şəxsi olaraq verdiyi birinci 18.400 avrodan sonra olmuşdur. Elə noyabr ayında o, pul verdikdən iki gün sonra Emil hissə-hissə qaytarmağa başlamışdır. Təxminən 10 gün, 2 həftə ərzində qaytardı. Demək olar ki, həmin ərəfədə o, hər gün Emillə görüşürmüş, Emil axşamlar gəlib ona pulundan qaytarırdı. O, inandığı üçün iki borc üzrə də ümumiyyətlə narahatlığı olmamışdır. O, vəkilindən xahiş etmişdir ki, o işlə də məşğul olsun. Digər iş üzrə tələblə bağlı iqtisadi məhkəməyə müraciət etmək lazımdır. Həmçinin o, hüquqşünas dostları ilə də məsləhətləşmiş, o borc üzrə 5 il vaxt olduğunu demişlər. O, müqaviləni imzalayanda 5 il söhbətinin olmasını bilməmişdir. Ona görə də bütün səylərini bu borc üzrə tələbə vermişdir. O, pulu Emilə qara rəngli paketdə aparmış, Port Bakuda əlbəəl vermiş, Port Bakuda üstündə 100.000 ABŞ dolları gəzdirməkdən narahat olmamış, Emilə inanmışdır ki, ona müqavilə verir, oğlunu işə götürüb, hətta oğlunun əmək haqqı kartını da ona göndərib. Emil ona müqavilə verməsəydi belə o pulu yüz faiz Emilə verəcəkdi. Bakı dünyadakı ən təhlükəsiz şəhər olduğundan pulu üstündə gəzdirməkdən də ehtiyat etməmişdir. Emil ona hissə-hissə manatla pulu birinci ödənişdən sonra qaytarmağa başlamış, bu da yekunda 13.000 ABŞ dolları təşkil etmişdir. Buna 18.400 avro ödənişi də aid etmək olar ki, ondan sonra qaytarmağa başlayıb. Emil bilirdi ki, onun hesabında tam 100.000 ABŞ dolları var, bəlkə elə bilərəkdən elə rəqəmlər deyib ki, yekunda tam 100.000 ABŞ dollarını ala bilsin. Müqavilə özü elə kağız olduğundan müqavilə üzrə qəbz almamışdır. O, müqavilədə 5 il məsələsini də əvvəlcədən bilməmiş, narahat olduğu üçün bu işlə məşğul olmağa başlayanda müqavilədə borcun qaytarılması müddətinin 5 il olmasını görmüşdür. Emillə danışıqlarına əsasən pulu daha tez – yarım il ərzində, yəni 6 ay ərzində qaytarmalı idi. O, müqavilədə 5 il gördükdən sonra Emildən niyə 5 il yazıldığını soruşmuş, Emil onda olan standart müqavilə olmuş, tələsik olmuş, görüşə tələsmiş, komputerdən çıxarıb müqaviləni gətirmişdir. Fləşkarta və diskdə olan yazışma onunla bağlıdır ki, Emil ondan yenə 60.000 ABŞ dolları, 32.000 ABŞ dolları pul istəyir, o, isə artıq pulunun qurtardığını bildirir. Digər bank hesabları isə onunla əlaqədardır ki, göründüyü kimi Emil ona rekvizitləri göndərir ki, o, hesablara pul göndərsin. Həmin yazışmaların tarixi faylın üstündə yazılıb, həmçinin telefonda da görünür, lazım olsa telefonu da təqdim edə bilər. Yazışmalarda Emil həmçinin oğlunu direktor müavini vəzifəsinə işə götürdüyünü, maaşının gross 1200 olacağını yazır. Kamil Klein adına rekvizit göndərdiyi birinci pul hesabıdır ki, Emil burada həmin hesaba 18.400 avro ödəməli olduğunu qeyd edir. 18.400 avroya görə 6.000 xeyir verəcəyini də yazır. Bu ödənişin də edilmə tarixi şəklin aşağısında yazılıb – 6 noyabrdır. Təqdim etdiyi diskdəki ekran şəkilləri və səs yazıları hamısı şəxsi borcla əlaqədardır, hüquqi şəxsə verilən borcu təsdiq edən heç bir yazışma yoxdur. Səs yazısındakı səslər Emilə aiddir, oğlunun iş görüşməsi üçün 10:30-da gəlməsini deyir. Bu səsləri whatsappda göndərib. Səs yazısında Emil hesaba göndərilən pulu da aldığını deyir. Səslər dekabrın axırlarında atdığı səs yazılarında xəstələnib guya səsi çıxmır, gələ bilmədiyini falan deyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi, iddianın borcun tutulmasına dair təmin edilən hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Belə ki, hazırkı işdən müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən yazılan ##.##.2025ci il tarixli əl yazmanı məhkəməyə təqdim edərək Cavabdeh əsas borca görə 87.000 ABŞ dollarının, faizə görə 7.395 manatın, ödənilmiş dövlət rüsumuna görə 446 manatın onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh iddia tələbinə qarşı etiraz edib, etirazının əsası kimi borcverən İddiaçı ilə borcalan “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsini məhkəməyə təqdim edərək bildirir ki, iddiaçının tələb etdiyi borc cəmiyyətin dövriyyə vəsaitini artırmaq məqsədilə cəmiyyətə 5 il müddətinə qaytarmaq şərtilə, faizsiz olaraq iddiaçı tərəfindən verilməli olan 100.000 USD məbləğində pul vəsaitinin onun tərəfindən qaytarılmayan 87.000 USD hissəsi olduğundan, iddiaçının təklifi ilə tərəfindən yazılan əlyazmada cəmiyyətə verilən borcun qalıq hissəsini cəmiyyətin direktoru olaraq 11 ay ərzində qaytaracağını etiraf etdiyindən borc ondan deyil, cəmiyyətdən tələb edilməlidir. İddiaçı cavabdehin etirazına münasibət bildirib qeyd edir ki, “xxxx” MMC ilə arasında bağlanmış ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsinə əsasən, o, müqavilənin imzalandığı gün nağd olaraq 100.000 USD məbləğində borcu cəmiyyətin direktoru olan cavabdehə vermiş, bundan sonra cavabdehin xahişi ilə şəxsən cavabdehin özünə verilən borc olaraq 100.000 USD özünün xaricdə yerləşən hesabından cavabdehin göstərdiyi xaricdə yerləşən hesablara ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək köçürmüşdür. Cavabdeh öz şəxsi borcundan ona 13.000 USD qaytarmış, 87.000 USD qalıq borcunu 11 ay ərzində qaytaracağı barədə ona qəbz yazaraq vermiş, həmin qəbzə əsasən iyun ayında ödəməli olduğu 5.000 manatı cavabdeh ödəmədiyindən o, cavabdehə qarşı borc tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan müqavilə (yəni mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) istinad edilən (etiraf edilən) borcla bağlı müqavilə yazılı şəkildə rəsmiləşdirilməli və mövcud borcun etirafı haqqında müqavilə istinad olunan borc müqaviləsi ilə eyni forma üzrə verilməlidir. İstisna hal olaraq, MM-nin 882.5-ci maddəsinə əsasən, əgər istinad olunan borc hesablaşma (ödəniş) və ya razılaşma yolu ilə etiraf edilibsə, bu halda hər hansı formaya riayət olunması tələb olunmur. Kollegiya eyni zamanda qeyd edir ki, prosessual qanunvericiliyə əsasən, iddiaçı iddia tələbində istinad etdiyi halları ilkin olaraq özü sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (MPM-in 81-ci mad.) Hazırkı işdə iddiaçı ikinci dəfə cavabdehə fiziki şəxs olaraq ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində eyni məbləğdə, yəni 100.000 USD borc verməsini iddia etdiyindən iddia tələbində istinad etdiyi bu halı sübut etmək vəzifəsi daşıyır. Belə ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçının təqdim etdiyi sübutlardan isə onun cavabdehə, ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsinin şərtlərindən kənarda, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində 100.000 USD borc verməsi müəyyən olunmur. Belə ki, iddiaçının təqdim etdiyi ##.##.2025-ci il tarixli əl yazısından görünür ki, Cavabdeh İddiaçı aldığı yüz min dollardan geriyə qalan 87.000 ABŞ dollarını 11 ay içərisində ödəməyi, bu borcu gələn ilin mart ayının sonunadək hissə-hissə ödəməyi və hal-hazırda gözlədiyi ödənişdən iyun ayının sonuna kimi 5.000 AZN ödəyəcəyini öhdəliyinə götürmüşdür. Göründüyü kimi cavabdeh tərəfindən yazılması etiraf olunan bu əlyazmada borcun nə vaxt, hansı müqavilə üzrə, hansı məqsədlə verilməsi qeyd olunmamış, iddiaçı isə bu halları, yəni ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsindən irəli gələn öhdəliklərindən əlavə cavabdehin özü ilə məbləği 100.000 USD olan ayrıca borc müqaviləsinin bağlamasını, sonuncu müqavilə üzrə də cavabdehə 100.000 USD borc verməsini, əlyazma ilə cavabdehin məhz ikinci müqavilə üzrə verilən borcun qalıq hissəsini etiraf edərək əl yazmada göstərilən müddətdə qaytaracağını etiraf etməsini sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi borcverən İddiaçı ilə borcalan direktoru Cavabdeh şəxsində “xxxx” MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsindən isə görünür ki, borcverən cəmiyyətin dövriyyə vəsaitini artırmaq məqsədilə borcalana 5 il müddətində qaytarmaq şərtilə, faizsiz 100.000 USD məbləğində borc pul vəsaiti verməyi öhdəsinə götürmüşdür. Kollegiya qeyd edir ki, borc müqaviləsinin anlayışına aydınlıq gətirən mülki qanunvericiliyin tələblərinə əsasən, bu müqavilənin iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürməli, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Borc müqaviləsi real müqavilədir. Yəni belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin - pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir. Belə ki, MM-in 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur. Bu norma borc müqaviləsinin real xarakter daşıdığını bir daha təsdiq edir. İddiaçı İddiaçı “xxxx” MMC ilə ##.##.2024-cü il tarixdə müqavilə bağladığı gün 100.000 USD borcu cəmiyyətin direktoru olan Cavabdeh nəqd olaraq verdiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Əksinə araşdırma zamanı cavabdehin verdiyi izahatı, iddiaçının təqdim etdiyi tərəflər arasında aparılan səs və danışıq yazışmaları ilə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı “xxxx” MMC ilə bağladığı ##.##.2024-cü il tarixli AZ-** saylı borc müqaviləsi üzrə ödənişləri öz xarici hesabından cavabdehin ona verdiyi xarici hesablara keçirmişdir. Araşdırma zamanı eyni zamanda müəyyən olunmuşdur ki, cavabdeh təsisçisi və direktoru olduğu “xxxx” MMC-in adından iddiaçı ilə ##.##.2024-cü il tarixdə 100.000 USD məbləğində borc müqaviləsi bağlasa da, ##.##.2024-cü il tarixdən sonra hissə-hissə verilməyə başlayan borc MMC-in hesabına keçirilməmiş, təyinatı üzrə cəmiyyətin dövriyyə vəsaitinin artırılmasına sərf edilməmiş, nəticədə cəmiyyətin iddiaçı qarşısında həmin müqavilədən irəli gələn öhdəliyi yaranmamışdır. Əksinə həmin vəsait cavabdehin etiraf etdiyi kimi sonuncunun göstəri işi ilə iddiaçı tərəfindən sonuncuya məxsus xarici hesabdan cavabdehin müəyyən etdiyi xaricdə yerləşən hesablara köçürülmüş, cavabdehin müəyyən etdiyi istiqamətdə xərclənmiş, ilk vaxtlar cavabdeh təsisçisi və direktoru olduğu MMC adı ilə iddiaçıdan aldığı borcdan müəyyən ödənişlər etsə də, daha sonra borcu qaytara bildədiyindən iddiaçının tələbi ilə ona ##.##.2025-ci il tarixli əl yazma yazaraq verməklə ##.##.2024-cü il tarixli, AZ-** saylı borc müqaviləsinə əsasən aldığı pul vəsaitinin MMC-in deyil, öz borcu olmasını etiraf etmiş, borcun qaytarılmayan hissəsi olan 87.000 USD məbləğini iddiaçıya qaytaracağını öz öhdəsinə götürmüşdür. Bu davranışı ilə də cavabdeh aldığı borcun təsisçisi olduğu şirkətə deyil, özünə aid olmasını etiraf etmişdir. Araşdırma zamanı Məhkəmə kollegiyasının iclasında tərəflərin verdikləri izahatları ilə müəyyən olunmuşdur ki, cavabdehin ##.##.2025-ci il tarixdə yazdığı əl yazma və onun şərtləri iddiaçının təşəbbüsü və təklifi, cavabdehin isə bu təklifi qəbul etməsi nəticəsində tərtib olunmuşdur. Həmin əl yazmadan isə görünür ki, tərəflər əvvəllər mövcud olan borc müqaviləsi üzrə cavabdehin borcundan 13.000 USD qaytarıldıqdan sonra qalıq borcunun 87.000 USD olması, bu borcu cavabdehin 11 ay ərzində qaytaracağı, iyun ayının sonunadək cavabdehin 5.000 manat vəsaiti iddiaçıya ödəməli olmasına dair yeni şərtlər müəyyən edilmişdir. Kollegiya cavabdehin əsl cavabdeh olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, məhkəmə iclasında cavabdehin özünün verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, o, “xxxx” MMC-in təsisçisi və direktoru olaraq bağladığı müqaviləyə əsasən alınan borcu MMC-in hesabına keçirməmiş, onun göstərişləri əsasında xaricdə olan hesablara yerləşdirilmiş, hazırda “xxxx” MMC faktiki olaraq fəaliyyətini dayandırmış, MMC-in digər təsisçisi cəmiyyətin fəaliyyətində iştirak etmir. İddiaçıdan aldığı borcu qaytaracaqdır. Göründüyü kimi cavabdehin bu dəlili faktiki olaraq öz hərəkətlərinin nəticəsini təsis etdiyi, hazırda faktiki olaraq fəaliyyət göstərməyən MMC-in öhdəliyi kimi qələmə vermək məqsədi daşıyır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi əlyazmada cavabdeh tərəfindən etiraf olunan borc məbləğinin iddiaçının ##.##.2024-cü il tarixli AZ-** saylı müqavilə üzrə hüquqi şəxsə verməyi öhdəsinə götürdüyü borc məbləği olması, “xxxx” MMC-in təsisçisi və direktoru olan cavabdehin aldığı borcu MMC-in hesabına keçirməməsi, təyinatı üzrə istifadə etməməsi, cavabdehin iddiaçıdan hüquqi şəxslə bağlanan müqaviləyə əsasən, aldığı vəsaiti öz borcu olaraq etiraf edib 11 ay ərzində iddiaçıya qaytaracağını öhdəsinə götürsə də, qeyd olunan müddətdə öhdəliyini icra etməməsi öz təsdiqini tapdığından cavabdehin nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi - cavabdeh Cavabdeh 87.000 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi - hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilib, cavabdeh Cavabdeh borca görə 87.000 ABŞ dolları, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, iddiaçı İddiaçı xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi - cavabdeh Cavabdeh 87.000 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçı İddiaçı xeyrinə ödənilməsi - hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Cavabdeh borca görə 87.000 ABŞ dolları, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçı İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar