Məhkəmə qərarları › İş №2(3-6)-2200/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2200/2026

19.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2200/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Işin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxs tərəfindən verilmiş ****/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı kosmetik görüntüdə və dodaq içi kəsik xəttində deformasiyanın olduğu müəyyən edilmişdir ki, bu da inyeksiya edilmiş dolğunun texniki cəhətdən qüsurlu icrası icrası ilə əlaqədar olduğu və bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma kimi qiymətləndirilmiş və İddiaçı ##.##.2025-ci il tarixli qanın IFA üsulu ilə laborator müayinəsi zamanı onda “Hepatit B” virusunun göstəricisinin neqativ olduğu müəyyən edilmişdir.

2. ##.##.2025-ci il tarixli cinayət işi başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, "qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən gözəllik salonunda kosmetoloq Cavabdeh tərəfindən İddiaçı dodaqlarına süni gel vurulması kosmetoloji prosedurunun icra edilməsi ilə əlaqədar İddiaçı hüquqlarına və mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması və əməllə həmin nəticə arasında səbəbli əlaqə olmadığından və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 142 və 314-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzra cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madddasinə əsasən rədd edilsin, Cavabdeh əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilsin və toplanmış materialdan görünür ki, X5 tərəfindən İddiaçı dodaqlarının şişməsinə görə gelin dodaqdan kəsilərək çıxarılması proseduru ünvan 1 ünvanında yerləşən "Ofeliya" gözəllik salonunda icra edilmişdir. Odur ki, hissədə araşdırmanın davam etdirilərək Janna Quliyevanın əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış material aidiyyəti üzrə Bakı şəhəri, Xəzər rayon prokurorluğuna göndərilsin. Qərarın surəti maraqlı şəxslərə göndərilməklə onlara həmin qərardan ibtidai araşdırmaya prosessual rahbərliyi həyata keçirən Bakı şəhəri, Nizami rayon prokuroruna, yuxarı prokurora va ya məhkəmə nəzarətini həyata keçirən Nizami rayon məhkəməsinə şikayət etmək hüququnun olması izah edilsin. Qərarın surəti ibtidai araşdırmaya prosessual rahbərliyi həyata keçirən Bakı şəhəri, Nizami rayon prokuroruna təqdim olunsun. Material saxlanması üçün Bakı şəhəri, Nizami rayon prokurorluğunun arxivinə təhvil verilsin."

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx “ X2 ***/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı mütəxəssis müayinəsi zamanı kosmetik görüntüdə və dodaq içi kəsik xəttində deformasiyanın olduğu müəyyən edilmişdir ki, bu da inyeksiya edilmiş dolğunun texniki cəhətdən qüsurlu icrası ilə əlaqədardır. Bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurma kimi qiymətləndirilir. ****/KEŞ saylı rəydən görünür ki. İddiaçı ##.##.2025-ci il tarixli qanın IFA üsulu ilə laborator müayinəsi zamanı onda "Hepatit B" virusunun göstəricisinin neqativ olduğu müəyyən edilmişdir.

4. Dodağın vəziyyətini əks etdirən fotoşəkillər və 02 ədəd disk iş materiallarına əlavə edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən ona vurulmuş 7000 (yeddi min) manat məbləğində maddi zərərin, eyni zamanda məhkəmə üçün ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 7090 (yeddi min doxsan) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2025-ci ilin yanvar ayında dodaqlarına təbii gel vurdurmaq qərarına gəlmişdir və bunun üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən, "Xalqlar dostluğu" Ticarət Mərkəzinin yaxınlığında fəaliyyət göstərən gözəllik salonuna getmişdir, orada kosmetoloji prosedurları həyata keçirən, özünü ali təhsilli həkim-kosmetoloq kimi təqdim edən Naibə adlı kosmetoloqa müraciət etmişdir, ona dodaqlarına təbii gel vurdurmaq istədiyini bildirmişdir və həmin prosedurun həyata keçirilməsi məqsədi ilə ona 180 manat məbləğində ödəniş etmişdir, ödənişi etdikdən sonra Naibə xanım tərəfindən alt və üst dodaqlarına təbii gel vurulmuşdur. Onu da qeyd etmək istəmişdir ki, geli vurdurmazdan əvvəl Naibə adlı xanım özü ona yalnız kosmetoloji prosedurlar üçün orijinal vasitələrdən istifadə etdiyini bildirərək onu inandırmışdır və dodağına həmin günü gel vurulmuşdur. Dodaqlarına gel vurulduqdan bir neçə gün sonra alt dodağı anidən şişməyə və qanamağa başlamışdır, o, bundan qorxaraq dərhal dodağının şəkillərini çəkərək Whatsapp vasitəsi ilə Naibə xanıma göndərmişdir, o isə öz növbəsində ona narahat olmağa heç bir əsas olmadığını, bu halın normal olmasını və qısa bir zamanda keçəcəyini, bunun üçün aptekdən "Levamekol" adlı mazı alaraq dodağına çəkməyi, mazı çəkdikdən sonra dodağının əvvəlki vəziyyətə qayıdacağını bildirmişdir. O, Naibə xanımın dediyi kimi, mazı alıb dəfələrlə istifadə etmişdir, lakin bunun heç bir effekti olmamışdır əksinə dodağı getdikcə daha da şişməyə başlamışdır. O, yenidən Naibə xanımla əlaqə saxlamışdır, bu dəfə Naibə xanım ona salona gəlməyi və orada dodağına "Deprespan" adlı iynə vuracağını, bununla da yaranmış vəziyyətin aradan qalxacağını bildirmişdir, o, onun dediyi kimi etmişdir salona getmiş və orada Naibə xanım tərəfindən dodağına "Deprespan" adlı iynə vurulmuşdur və Naibə xanım onu arxayın salmışdır ki, narahat olma bu hallar keçicidir, iynə vurulduqdan sonra günlər keçməsinə baxmayaraq dodağında yaxşılığa doğru heç bir dəyişiklik olmadığını, əksinə dodağının şişinin getdikcə artmağa başladığının şahidi olmuşdur. O, yenidən Naibə xanımın yanına salona getmişdir, Naibə xanım onun dodağına baxaraq bildirmişdir ki, narahat olma bir neçə günə Iran Islam Respublikasından iynə gələcək və həmin iynə dodağına vurulduqdan sonra dərhal effekt verəcəkdir, ona görə də onu arxayın salaraq bildirmişdir ki, özü iynə gələn kimi ona zəng edərək salona çağıracaqdır. Bir neçə gün keçdikdən sonra Naibə xanım ona zəng vuraraq salona dəvət etmişdir, orada dodağına "Kenaloq" adlı iynə vurmuşdur və bildirmişdir ki, narahat olma bununla da şiş çəkiləcək, qanaxmada dayanacaqdır. Lakin Naibə xanım dediyi kimi olmamışdır əksinə olaraq, həmin iynədən sonra dodağına vurulmuş gel ağzının içərisinə və ətrafa yayılmışdır ki, bunun da nəticəsində o, qida qəbul edə bilməmişdir. O, yaranmış vəziyyətlə əlaqədar olaraq, təkrarən Naibə xanımla videogörüntülü əlaqə saxlamışdır və ona mövcud problem barədə məlumat vermişdir, bu dəfə Naibə xanım ona bildirmişdir ki, vurduğu "Kenaloq" adlı iynədən sonra mövcud vəziyyət yaranmışdır və bu vəziyyətin aradan qalxması üçün cərrahi müdaxiləyə ehtiyac vardır, həmin müdaxilə olmazsa vəziyyətin aradan qaldırılması qeyri-mümkün olacaqdır. Naibə xanımın bu sözlərindən sonra o, başa düşmüşdür ki, Naibə xanım onu aldatmış və dodağına təbii gel adı ilə süni gel, yəni (biopolimer) vurmuşdur. Daha sonra Naibə xanım ona narahat olmaq üçün heç bir əsas olmadığını, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Kəbirə" Klinikasında fəaliyyət göstərən çox savadlı estetik cərrah tanışının olmasını bildirərək, onu onun yanına aparacağını onun cərrahi müdaxiləsi nəticəsində dodağına vurduğu gellərin içərisinə nə vurmuşdursa onların dodaqlarından xaric olacağını və dodaqlarının əvvəlki vəziyyətinə qayıdacağını bildirdikdə, o, Naibə xanıma başqa bir cərrahla da məsləhətləşmək istədiyini bildirmişdir. Həmin vaxt Naibə xanım bildirmişdir ki, bu problemlərlə qarşılaşan bütün qadınları həmin cərrahın köməkliyi vasitəsi ilə əməliyyat etdirdiyini, həmin cərrahın çox yaxşı həkim olduğunu, əməliyyatın digər klinikalarda çoх baha başa gəlməsini, onu əməliyyat etməsi üçün cərrahla 300 manata razılaşdığını bildirib ona həmin cərrahın yanına getməkdə israrla təkid etmişdir. Həmin vaxt o, maddi imkansızlıq ucbatından Naibə xanımla razılaşmışdır və Naibə xanımla birlikdə Buzovna qəsəbəsində yerləşən adını bilmədiyi gözəllik salonuna getmişdirlər, orada o, bir daha Naibə xanımdan soruşmuşdur ki, hansı səbəbə söz verdiyi kimi cərrahın işlədiyi "Kəbirə" Klinikasına deyil, gözəllik salonuna gəlmişdirlər, həmin vaxt Naibə xanım demişdir ki, klinikada qiymətlər həddən artıq yüksəkdir, lakin burada 300 manata edəcəkdir və bildirmişdir ki, sənin üçün ünvanın nə fərqi var əsas odur ki, nəticəsi ürəklərincə olsun. Həmin salonda özünü Janna kimi təqdim edən xanım özünün "Kəbirə" Klinikasında baş cərrah vəzifəsində işlədiyini, günün birinci yarısını Kəbirə Klinikasında fəaliyyət göstərdiyini, günün ikinci yarısında isə cərrahi əməliyyatları salonda icra etdiyini bildirmişdir və o, deyilənləri həqiqət kimi qəbul edərək inanıb əməliyyatın keçirilməsinə razılıq vermişdir. Bundan sonra Janna adlı xanım tərəfindən müxtəlif günlərdə antisanitar şəraitdə 2 dəfə üst dodağına, 4 dəfə isə alt dodağına cərrahi müdaxilə olunmuşdur. Hər dəfəsində Janna xanım onun dodaqlarını ülgüc vasitəsi ilə, antisanitar şəraitdə kəsərək dodaqlarına tikişlər qoymuş və hər dəfə də əməliyyatlar uğursuz alınmış, nəticədə dodaqlarına infeksiya düşmüş və gellər ağzının içərisinə dağılmış, nəticədə hər iki dodağı yararsız vəziyyət almışdır. Əlavə olaraq onu da qeyd etmək istəmişdir ki, Naibə xanım özü söhbət əsnasında ona bildirmişdir ki, narahat olma Janna işinin mütəxəssisidir, artıq xeyli zamandır ki, özü də belə problemlərlə rastlaşan şəxsləri onun yanına əməliyyat olunması üçün göndərir. Eyni zamanda Naibə xanım ona onu da bildirmişdir ki, sənin də tanıdıqlarından kiminsə ehtiyacı olarsa Janna yanına apara bilər. Daha sonra o, yaranmış acınacaqlı vəziyyətlə əlaqədar, yenidən Naibə xanımla əlaqə saxlamışdır, həmişəki kimi Naibə xanım ona narahat olmamağını bildirərək, təkrarən cərrahiyyə yolu ilə bu vəziyyəti düzəldəcəyini öhdəsinə götürməsinə baxmayaraq, sonradan bu öhdəliyindən yayınmış və bir daha onunla telefon əlaqəsinə girməmişdir. Belə ki, o, dəfələrlə Naibə xanımın nömrəsinə zəng etmişdir, daim həmin nömrənin bağlı vəziyyətdə olmasından şübhələnərək, onun işlədiyi gözəllik salona getmiş orada Aygün adlı xanım ona Naibə xanımın artıq həmin salonda işləmədiyini, Naibə xanımın başqa salonda fəaliyyət göstərməsini bildirərək ona onun yeni nömrəsini verməkdən imtina etmişdir və ona Naibə xanımın ölkə hüdudlarından kənarda olmasını bildirərək Arzu adlı digər bir xanımın nömrəsini verərək, həmin xanımla əlaqə saxlayaraq Naibə xanımı ondan soruşmağı məsləhət görmüşdür. Bir müddət sonra həmin nömrə ilə əlaqə saxladıqda bildirilmişdir ki, Naibə xanım hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda istirahət edir, Bakıya yalnız yay aylarının sonunda qayıdacaqdır. Bundan sonra o, dodaqlarını əməliyyat edən Janna adlı xanıma zəng etmişdir və ona etdiyi əməliyyatlardan sonra dodaqlarının tamamilə əyilməsini, gelləri tam təmizləmədiyini və onun əməliyyatlarından sonra dodaqlarının yararsız vəziyyətə düşdüyünü, həmin əməliyyatlardan sonra ümumiyyətlə qida qəbul edə bilmədiyini söyləmişdir. Janna xanım hər dəfəsində Naibə xanımın ölkə hüdudlarından kənarda olmasını bəhanə gətirərək, onu gözləməyi, özünün də istirahətə gedəcəyini, yalnız sentyabr ayının ortalarında Bakı şəhərində olacağını, həmin vaxtadək Naibə xanımın da Rusiya Federasiyasından ölkəyə qayıdacağını, dodaqlarını yenidən əməliyyat edəcəyini, açıq əməliyyat yolu ilə dodaqlarının əvvəlkindən də yaxşı vəziyyətə düşəcəyini bildirmişdir. ## ######## 2025-ci il tarixdə təkrarən Janna xanıma zəng edərək yanına gəlmək istədiyini bildirmişdir, həmin vaxt Janna xanım ona onu bir daha narahat etməməyi bildirmişdir və demişdir ki, get hara istəyirsən, kimə istəyirsən şikayət elə, həmin vaxt onun yanında olan tanımadığı bir qadın telefonda onu nalayiq ifadələrlə təhqir edərək, bir də Janna xanıma zəng etsə, başına min oyun açacaqlarını bildirərək telefonu söndürmüşdürlər. Əlavə olaraq onu da bildirmək istəmişdir ki, özünü həkim kimi təqdim edən Naibə və Janna adlı xanımların antisanitar şəraitdə etdikləri istər kosmetoloji prosedur, istərsə də dodaqlarına olunan cərrahi müdaxiləsindən sonra o, "Hepatit B" virusuna yoluxmuşdur və bu barədə Naibə xanıma da məlumat vermişdir. Çünki həmin vaxt o, Naibə xanımın dodaqlarına etdiyi kosmetaloji prosedurdan başqa heç bir əməliyyat keçirməmişdir. Vəziyyətinin getdikcə daha da pisləşdiyini görüb Sabunçu rayonunda yerləşən * saylı şəhər klinik xəstəxanasına getmişdir, orada ondan qan analizi götürmüşdürlər analizin cavabı hazır olduqdan sonra həkim-infeksionistin qəbulunda olmuşdur və o, ona bildirmişdir ki, "Hepatit B" virusuna yoluxmuşdur, lakin hazırda narahat olmaq üçün heç bir əsas yoxdur artıq sağalmışdır. Daha sonra həkim-infeksionist ondan əməliyyat keçirib-keçirmədiyini soruşmuşdur və o, ona bildirmişdir ki, dodağına cərrahi müdaxilə və kosmetoloji prosedurlar tətbiq edilmişdir, söhbət əsnasında anlamışdır ki, antisanitar şəraitdə dodaqlarına tətbiq edilən prosedurlar nəticəsində "Hepatit B" virusuna yoluxmuşdur. Bütün baş verənlərdən sonra Naibə xanımla əlaqə saxlamaq mümkün olmamışdır, belə ki, o, ilk öncə telefon nömrəsini və iş yerini dəyişmişdir, onun tərəfindən onun səhhətində yaranmış problemlərin aradan qaldırılmasında heç bir addım atılmamışdır, əksinə onunla bütün əlaqələri kəsərək Naibə xanım onu çarəsiz vəziyyətdə qoyaraq qaçıb gizlənmişdir. Beləliklə o, yaranmış vəziyyətdən çıxış yolu tapmaq və sağlamlığını bərpa etmək məqsədi ilə Bakı şəhərində yerləşən müxtəlif özəl klinikalarda fəaliyyət göstərən cərrahlara müraciət etmişdir, kosultasiyalarda olmuşdur və getdiyi klinikalarda qəbulunda olduğu estetik cərrahlar ona dodaqlarının tamamilə əvvəlki vəziyyətinə qaytarılmasının çətin bir proses olduğunu və bunun üçün bir neçə dəfə cərrahiyyə əməliyyatı keçirməli olduğunu, eyni zamanda bu əməliyyatların icra olunması üçün 7000 manat məbləğində ödəniş etməli olduğunu bildirmişdirlər. Daha sonra o, yeganə çıxış yolunu aidiyyəti qurumlara müraciət etməkdə görmüşdür və bu məqsədlə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna rəsmi qaydada ərizə ilə müraciət edərək, baş vermiş hadisənin araşdırılması və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları, ondan sonrakı qurbanların qarşısının alınması və onların qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsini xahiş etmişdir və onun Bakı şəhəri Nizami Rayon Prokurorluğuna rəsmi müraciətindən sonra ona məlum olmuşdur ki, özünü həkim-kosmetoloq kimi təqdim edən, adının Naibə olduğunu bildirən xanımın əsl adı Naibə deyil, Cavabdehdır. O, prokurorluğa müraciət etdikdən sonra Naibə-Vəfa xanım özü onunla əlaqə saxlayaraq, Rusiya Federasiyasından ölkəyə yenicə qayıtdığını bildirmişdir, ona söhbət əsnasında təbii gel adı ilə dodaqlarına vurduğu süni gelin və dodaqlarında Janna adlı xanım tərəfindən edilən yanlış müdaxilələr nəticəsində onun yetəri qədər maddi və mənəvi ziyana düşdüyünü, ona hazırda qida qəbul edə bilmədiyini, suyu belə pipet vasitəsilə içdiyini, artıq vəziyyətinin dözülməz həddə çatmasını və dodaqlarının əvvəliki vəziyyətinə qaytarılması üçün bir neçə klinikada cərrahların qəbulunda olduğunu, həmin əməliyyatın icra olunması üçün məndən 7000 manat məbləğində vəsait tələb olunduğunu, lakin həmin vəsaitin tərəfindən qarşılanması üçün maddi imkanının olmadığını bildirmişdir, Naibə-Vəfa xanım öz növbəsində ona narahat olmamağı, həmin vəsaiti özünün qarşılayacağını ved vermişdir. Lakin həmin söhbətdən sonra Naibə xanım tərəfindən heç bir tədbir görülmədiyinin şahidi olduğundan, onun növbəti dəfə onu aldatmasını başa düşmüşdür. Onu da nəzərə çatdırmaq istəmişdir ki, o, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da, cavabdeh tərəfindən bu vəziyyətin aradan qaldırılmasına dair heç bir addım atılmamışdır. Məhz bundan sonra o, məcburiyyət qarşısında qalaraq cavabdeh barəsində tədbir görülməsi üçün Bakı şəhər Nizami Rayon Prokurorluğuna müraciət etməli olmuşdur. Bakı şəhəri Nizami Rayon Prokurorunun böyük köməkçisi, R X4 ## ###### 2025-ci il tarixli "cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında" qərarına əsasən Bakı şəhəri Nizami rayonu ərazisində fəaliyyət göstərən gözəllik salonunda kosmetoloq Cavabdeh tərəfindən İddiaçı dodaqlarına süni gel vurulması kosmetoloji prosedurunun icra edilməsi ilə əlaqədar İddiaçı hüquqlarına və mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması və əməllə həmin nəticə arasında səbəbli əlaqə olmadığından və Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142 və 314-cü maddələrinin tərkib əlamətlərinin müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanılmasının Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 210-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, X5 tərəfindən İddiaçı dodaqlarının şişməsinə görə gelin dodaqdan kəsilərək çıxarılması prosedurunun ünvan 1 ünvanında yerləşən "Ofeliya" gözəllik salonunda icra edilməsi, odur ki,həmin hissədə araşdırmanın davam etdirilərək Janna Quliyevanın əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materialın aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Rauf Əhmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul" tələbinə dаir iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4, 11.1, 18, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1112, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ##.##.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 115, 119.1, 218.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi, iddianın tam təmin olunması, dəymiş maddi zərərin (müalicə və əməliyyat xərcləri) və çəkdiyi ağır ağrılara, eybəcərləşdirilməyə görə mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə ilə razı deyil. Hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını səthi qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını yanlış təfsir edərək ədalətsiz qərar çıxarmışdır. AR Mülki Məcəlləsinin (MM) 1096-cı maddəsinə əsasən,mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Iş materiallarında olan ***/KEŞ saylı ekspert rəyi təsdiq edir ki, dodaq nahiyəsindəki deformasiya dolğunun "texniki cəhətdən qüsurlu icrası" nəticəsidir. Məhkəmənin "iddiaçının öz seçimi" arqumenti MM-in 1115-ci maddəsi ilə ziddiyyət təşkil edir. Cavabdeh özünü peşəkar həkim kimi təqdim edərək məni yanıltdığı üçün burada zərərçəkənin "kobud ehtiyatsızlığı" deyil, cavabdehin "aldatması və qeyri-peşəkarlığı" əsas götürülməlidir. Daxili inamım cavabdehin tibbi lisenziyasının olmasına söykənmişdir. MM-in 21.4-cü və 1119-cu maddələrinə görə, şəxsə fiziki və mənəvi iztirablarla zərər vurulduqda mənəvi ziyanın ödənilməsi tələbi yaranır. Cavabdehin uğursuz müdaxiləsindən sonra dodaqlarında iltihablanma, partlama və dözülməz ağrılar yaranmışdır. Yemək yeməkdə, danışmaqda və normal həyat fəaliyyətini davam etdirməkdə ciddi çətinliklər çəkmişdir. Bir qadın üçün xarici görünüşün eybəcərləşdirilməsi ağır psixoloji travmadır. Məhkəmənin mənəvi iztirabları tamamilə gözardı etməsi AR Konstitusiyasının 46-cı maddəsində təsbit olunmuş "şəxsiyyətin ləyaqətinin müdafiəsi" hüququna ziddir. 6 dəfə cərrahi əməliyyat keçirməyə məcbur olmağı mənəvi iztirablarının ən bariz sübutudur. Məhkəmə mənəvi zərərlə yanaşı, sonradan fəsadları aradan qaldırmaq üçün xərclədiyi 7000 (yeddi min) AZN məbləğində vəsaiti də nəzərə almamışdır. MM-in 21.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi xərclər real zərərdir. Bu məbləği ödəməyə məhz cavabdehin qanunsuz əməli səbəbindən məcbur qalmışdır. Bu səbəbdən də birinci instansiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbimin təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.

16. 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

17. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

19. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

22. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

23. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Mülki hüquq pozuntusu dedikdə (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl nəzərdə tutulmuş və pozuntu nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməli olduğu müəyyən edilmişdir.

36. Qanunvericiliyin tələblərinə əsasən, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

37. Iş materiallarında olan ##.##.2025-ci il tarixli cinayət işi başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında qərardan göründüyü kimi, kosmetoloq Cavabdeh tərəfindən İddiaçı dodaqlarına süni gel vurulması kosmetoloji prosedurunun icra edilməsi ilə əlaqədar İddiaçı hüquqlarına və mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması və əməllə həmin nəticə arasında səbəbli əlaqə olmadığı qeyd olunmuş, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 142 və 314-cü maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzra cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci madddasinə əsasən rədd edilmişdir.

38. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən cinayət işinin başlanılmasının rədd edilməsi qərarını, işin faktiki hallarını nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutlarını, ziyanın məhz hazırki iş üzrə cavabdehin onun dodağında apardığı prosedur nəticəsində baş verməsini təsdiq edən mötəbər dəlillərini məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı sağlamlığına dəyən ziyanın aradan qaldırılması üçün 7000 manat vəsait tələb edilməsi ilə bağlı mötəbər sübutlarını da məhkəməyə təqdim etməmişdir.

39. Kollegiya apaellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçı öz tələbində istinad etdiyi halları sübut edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı ziyanın cavabdehin təqsiri üzündən baş verməsi müəyyən edilmədiyindən apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

40. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar