Məhkəmə qərarları › İş №2(3-6)-2242/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2242/2026

01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2242/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Üçüncü şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddia tələbi İddiaçı İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməyi, şübhəli şəxs kimi tutulmağı və barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar vurulmuş mənəvi ziyan kimi 20.000 manat, maddi ziyan kimi nəqliyyat xərci 150 manat, vəkilə ödənilən 150 manat, cəmi 20.300 manat pulun cavabdehdən tutulub iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Polis Şöbəsinin İstintaq bölməsində ##.##.2023cü il tarixində iddiaçı haqqında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılmışdır. İstintaqın nəticəsi olaraq iddiaçı həmin maddə ilə təqsirləndirilən şəxs qismində ona görə cəlb edilmişdir ki, guya iddiaçı istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi bir ədəd sellefan bükümdə təmiz çəkisi 0,462 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, ## ### 2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən keçirilmiş əmaliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağlar massivi M.Rəhimov küçəsində saxlanilaraq Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:35-də iddiaçının üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı iddiaçının əynindəki qara rəngli cins şalvarının cibindən təmiz çəkisi 0.462 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İddiaçı ##.##.2023-cü il tarixdə şübhəli şəxs qismində tuutlmuşdur. Həmin ittiham ona ##.##.2023-cü il tarixdə elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmişdir. Bundan sonra iddiaçı haqqında olan həmin cinayət işi aiddiyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsində uzun müddət ərzində işə baxılıb araşdırma aparılmış, iddiaçının qeyd edilən cinayəti törətməyi təsdiq olunmadığından ##.##.2023-cü il tarixli 1(051)-122\**** saylı hökmlə ittiham olunduğu maddə ilə ona barəat verilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, protestin təmin edilməməsi, Mingəçevir şəhər Məhkəməsinin həmin hökmünün dəyişdirilmədən saxlanması barədə ##.##.2024-cü il tarixli *(***)-**/**** nömrəli qərar qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, Kollegiyanın ##.##.2024-cü il tarixli, *(**)-****/**** nömrəli qərarı ilə kassasiya protesti təmin edilməyərək ##.##.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Cinayət məsuliyyətinə cəlb olunmağı və uzun müddət barəsində cinayət təqibi aparılması iddiaçıya mənəvi iztirab vermişdir.İddiaçının barəsində müxtəlif şaiyələr gəzmiş, şərəf və ləyaqətini ləkələyən informasiyalar yayılmışdır. Bundan başqa iddiaçı cinayət işinə Şəki Apellyasiya Məhkəməsində, həmçinin Ali Məhkəmədə baxılarkən məhkəməyə gəlib-getmiş, bunula əlaqədar 150 manat xərc çəkməklə maddi ziyan çəkmişdir. Eləcə də, müqavilə əsasında müdafiəçiyə hüquqi xidmət üçün 150 manat pul ödəmişdir. Beləliklə, təhqiqat, ibtidai istintaq və prokrorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçı ziyan çəkmiş və mənəvi sarsıntı keçirmişdir. Ona görədə iddiaçıya dəymiş mənəvi ziyan kimi 20.000 manat, maddi ziyan kimi nəqliyyat xərci 150 manat, vəkilə ödənilən xərc 150 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim etiraz edilmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### tərəfindən qəbul edilmiş 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia məhkəmə aktı tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına maddi zərərin əvəzi olaraq 50 (əlli) manat, mənəvi zərərin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul iddiaçı Məmmədov Eldar Eldar oğlunun xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat hüquqi yardım xərcinin əvəzi cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçı Məmmədov Eldar Eldar oğlunun xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Konstitusiyasının 68-ci məhkəməsinin hüquqi maddəsi, «İnsan hüquqları haqqında Ümumi əsaslandırması Bəyannamə»nin 3 və 9-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 1096, 1097, 1100, 1101.1-ci maddələri və “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 1000 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən qətnamə qəbul edilərkən əsaslı və iş üçün əhəmiyyət kəsb edən sübutlara və müvafiq normativ hüquqi aktlara istinad olunmamış, işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, həmin qətnamə əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1) Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il sübutlar tarixli, *(***)-**/**** nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və s. İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək, həbs qətimkan tədbiri seçilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının ##.##.2023-cü il tarixdən hesablanması və s. hökm edilmişdir. 2) Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, İddiaçı qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və s. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən, İddiaçı onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi və s. hökm edilmişdir. 3) Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, dövlət ittihamçısı, R Tamerlan Niftullayev tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. 4) Ali Məhkəmənin Cinayət Kollegiyasının ##.##.2024cü il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarından verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 5) Mingəçevir Şəhər Məhkəməsi tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü ##.##.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. 6) AR Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023- cü il tarixli hökmünə əsasən, AR CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş (cəzasının əvvəli ##.##.2023-cü il, cəzasının sonu ##.##.2024-cü il, ##.##.2023-cü il tarixdə * saylı istintaq təcridxanasına daxil olub) * saylı istintaq təcridxanasından cəza müddətinin bitməsi ilə əlaqədar ##.##.2024-cü il tarixdə azad edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, həbs edilmiş İddiaçı (Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə AR CMnin 234.1-1-ci maddəsi ilə təqsirləndirilərək, barəsində həbsdə saxlama müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətində həbs qətimkan tədbiri seçilib, ##.##.2025-ci il tarixdə * saylı istintaq təcrixanasına daxil olub) Gəncə şəhəri ərazisində yerləşən * saylı istintaq təcridxanasında saxlanılır və hazırda Şəki Ağır Cinayətlər Məhkəməsinin hesabındadır. 6) Hüquqi yardımın göstərilməsi haqqında ** nömrəli ##.##.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı Yəhya oğlunun müraciəti əsasında vəkil Vəkil tərəfindən iddiaçı İddiaçı Şəki Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi məqsədilə 50 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir. 7) ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 50.00 manat məbləğində ödəniş həyata keçirilmişdir. 8)Hüquqi yardımın göstərilməsi haqqında ##.##.2024cü il tarixli müqavilədən görünür ki, İddiaçı müraciəti əsasında vəkil Vəkil tərəfindən iddiaçı İddiaçı mənəvi ziyanla bağlı iddia tələbi üzrə hüquqi yardım göstərilməsi məqsədilə 100 manat məbləğində haqqın ödənilməsi müəyyən edilmişdir. 9) ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Vəkil hesabına 100.00 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və həmin hissədə iddia tələbinin təmin olunmaması, xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci Azərbaycan Respublikası Mülki maddəsi Prosessual Məcəlləsinin 14, 77, «İnsan hüquqları haqqında Ümumi 82.4, 119.1, 384, 392, 393 və 402.1- Bəyannamə»nin 3 və 9-cu maddələri, ci maddələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2, 1096, 1097, 1100, 1101.1-ci maddələri “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli, ** nömrəli Qərarı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qalmış və iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləğini 1.000 manat, maddi zərərin əvəzi olaraq 50 manat və hüquqi yardı xərcinin əvəzi olaraq 100 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPMnin 119.2-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar