Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-2331/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh5 və qeyrilərinə qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsi ) Hakim Abbasova Günel Mәhәrrәm qızı (sәdrlik edәn vә mәruzәçi), Hakimlәr X1 Mәmmәdov Mәmmәd Allahverdi oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı maraqlı şәxs Bakı şәhәri ** saylı Notariat Kontoru olmaqla cavabdehlәr cavabdeh5 vә qeyrilәrinә qarşı “pul” tәlәbi barәdә iddia әrizәsi Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadından cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh cavabdeh5 Abşeron rayonu, Xırdalan şәhәri, H.Əliyev prospekti ünvanındakı 0,014 ha torpaq sahәsindә yerlәşәn 3 mәrtәbәli qeyri-yaşayış sahәsindәn çıxarılması, hәmin qeyri-yaşayış sahәsinin boşaldılaraq iddiaçı İddiaçı tәhvil verilmәsi, cavabdeh cavabdeh4 100000 (bir yüz min) manat pulun vә 15000 (on beş min) manat faiz mәblәğinin alınaraq iddiaçı İddiaçı verilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qәtnamәsi ilә, iddia tәlәbi qismәn tәmin edilmiş, cavabdeh4 maddi ziyana görә 100000 (bir yüz min) manat, mәnәvi ziyana görә 500 (beş yüz) manat vә dövlәt rüsumunun әvәzi kimi 390 (üç yüz doxsan) manat 50 (әlli) qәpik alınaraq İddiaçı ödәnilmәsi, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 maddi ziyana görә 350000 (üç yüz әlli min) manat, mәnәvi ziyana görә 1500 (min beş yüz) manat vә dövlәt rüsumunun әvәzi kimi 641 (altı yüz qırx bir) manat 50 (әlli) qәpik müştәrәk qaydada alınaraq İddiaçı ödәnilmәsi, cavabdeh4, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 müştәrәk qaydada ekspertiza tәdqiqatının dәyәrini tәşkil edәn 150 (yüz әlli) manat tutularaq Mәhkәmә Ekspertiza Mәrkәzinә ödәnilmәsi, cavabdeh4, cavabdeh1, cavabdeh2 vә cavabdeh3 müştәrәk qaydada Qiymәtlәndirmәyә dair tәdqiqatın dәyәrini tәşkil edәn 750 (yeddi yüz әlli) manat tutularaq “xxxx” MMC-yә ödәnilmәsi qәt edilmişdir. Mәhkәmәnin hәmin qәtnamәsindәn cavabdeh1 ##.##.2026-cı il tarixindә apellyasiya şikayәti vermiş, lakin apellyasiya şikayәti qanunvericiliyin tәlәblәrinә riayәt edilmәdәn verildiyindәn mәhkәmә tәrәfindәn geri qaytarılmışdır. Cavabdeh cavabdeh1 yenidәn tәqdim etdiyi apellyasiya şikayәti vә ona apellyasiya şikayәti vermәk üçün buraxılmış prosessual müddәtin bәrpası barәdә әrizәsi ##.##.2026cı il tarixdә mәhkәmәyә daxil olmuşdur. Cavabdeh әrizәni onunla әsaslandırmışdır ki, hazırkı iş üzrә cavabdeh1 tәrәfindәn apellyasiya şikayәti ilk dәfә qanunla müәyyәn edilmiş müddәtdә ##.##.2026-cı il tarixindә tәqdim edilmişdir. Bu hal onun mәhkәmә qәtnamәsindәn şikayәt vermәk hüququndan istifadә etmәk iradәsini vaxtında ifadә etdiyini tәsdiq edir. Lakin hüquqi yardımdan istifadә etmәmәsi vә hüquqi biliyinin kifayәt etmәmәsi sәbәbindәn apellyasiya şikayәti prosessual qanunvericiliyin tәlәblәrinә uyğun tәrtib edilmәmiş vә geri qaytarılmışdır. Eyni zamanda, cavabdeh1 rәsmi qeydiyyatda olduğu ünvanda faktiki yaşamaması sәbәbindәn apellyasiya şikayәtinin geri qaytarılması barәdә qәrardad ona tәqdim olunmamış, nәticәdә o, hәmin qәrardaddan vaxtında xәbәr tuta bilmәmişdir. cavabdeh1 yalnız sonradan vәkillә mәslәhәtlәşәrәk elektron kabinet vasitәsilә apellyasiya şikayәtinin icraata qәbul edilmәdiyini öyrәnmiş vә bundan dәrhal sonra — ##.##.2026-cı il tarixindә yenidәn apellyasiya şikayәti tәqdim etmişdir. Göründüyü kimi, prosessual müddәtin buraxılması cavabdeh1 hüquqdan sui-istifadәsi vә ya hәrәkәtsizliyi ilә deyil, onun iradәsindәn asılı olmayan obyektiv sәbәblәrlә әlaqәdar baş vermişdir. Bu sәbәbdәn buraxılmış prosessual müddәtin üzürlü hesab edilәrәk bәrpa olunması üçün MPM-in 133.1-ci maddәsindә nәzәrdә tutulmuş әsaslar mövcuddur. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrardadı ilә cavabdeh cavabdeh1 Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qәtnamәsindәn apellyasiya şikayәti vermәk üçün buraxılmış prosessual müddәtin bәrpasından imtina olunmuş vә ##.##.2026-cı il tarixli apellyasiya şikayәti geri qaytarılmışdır. Birinci instansiya mәhkәmәsinin mövqeyi ondan ibarәt olmuşdur ki, cavabdeh1 prosessual müddәtin ötürülmәsi barәdә mәhkәmәyә müraciәt etmәsinә baxmayaraq, prosessual müddәtin ötürülmәsinin üzürlü sәbәblәrini әsaslandırmamışdır. İkincisi, qanunla nәzәrdә tutulmuş prosessual müddәtin bәrpası üçün sәbәblәr, yalnız onların mövcudluğu prosessual hüquqlara vә vәzifәlәrә malik şәxsin iradәsindәn asılı olmadıqda, özü tәrәfindәn onların dәf edilmәsi imkanlarından kәnara çıxdıqda, müvafiq hәrәkәtin yerinә yetirilmәsinә, maneә törәtdikdә vә ya mәhdudiyyәt yaratdıqda üzürlü hesab edilә bilәr ki, hazırki mülki iş üzrә bu cür (prosessual hәrәkәtin edilmәsi imkanından mәhrum olmasına dair) hallar mәhkәmә tәrәfindәn müәyyәn olunmamışdır. Üçüncüsü, apellyasiya şikayәti üzrә apellyasiya icraatının qeyri-mümkün hesab edilmәsi barәdә apellyasiya mәhkәmәsinin müvafiq qәrardadı cavabdeh cavabdeh1 elektron kabinetinә ##.##.2026-ci il tarixdә yerlәşdirilmәklә mәlumatlandırılmasına baxmayaraq, ötürülmüş müddәtin bәrpası barәdә әrizә ilә birlikdә apellyasiya şikayәti yenidәn 1 ay 22 gündәn sonra ##.##.2026-cı il tarixdә verilmişdir ki, bu da kifayәt qәdәr çox müddәtdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ Cavabdeh cavabdeh1 yenidәn tәqdim etdiyi apellyasiya şikayәti ##.##.2026-cı il tarixdә mәhkәmәyә daxil olmuşdur. Şikayәt onunla әsaslandırılmışdır ki, cavabdeh1 tәrәfindәn Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qәtnamәsindәn qanunla müәyyәn edilmiş müddәtdә ##.##.2026-cı il tarixindә apellyasiya şikayәti verilmişdir. Bununla da o, qeyd olunan qәtnamәdәn narazı olduğunu vә hәmin mәhkәmә aktından şikayәt vermәk iradәsini açıq şәkildә ifadә etmişdir. Lakin cavabdeh1 hüquqi biliyә malik olmadığından vә peşәkar hüquqi yardım almadan apellyasiya şikayәti tәqdim etdiyindәn, şikayәt Mülki Prosessual Mәcәllәnin prosessual tәlәblәrinә uyğun tәrtib edilmәmişdir. Bu sәbәbdәn apellyasiya şikayәti geri qaytarılmışdır. cavabdeh1 rәsmi qeydiyyatda olduğu ünvanda faktiki yaşamaması sәbәbindәn mәhkәmәnin müvafiq qәrardadı ona poçt vasitәsilә çatdırılmamış, nәticәdә o, apellyasiya şikayәtinin geri qaytarılmasından xәbәrsiz qalmışdır. cavabdeh1 yaşayış yerinden alınmış arayış qoşmada tәqdim edilir. cavabdeh1 uzun müddәt әrzindә iş üzrә mәhkәmә iclasının tәyin edilmәdiyini gördükdәn sonra vәkillә mәslәhәtlәşmiş, ASAN imza әldә edәrәk elektron kabinet vasitәsilә apellyasiya şikayәtinin icraata qәbul edilmәdiyini müәyyәn etmişdir. Bundan dәrhal sonra ##.##.2026-cı il tarixindә yenidәn apellyasiya şikayәti ilә mәhkәmәyә müraciәt etmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә buraxılmış prosessual müddәtin bәrpa edilmәsindәn imtina edilmişdir. Belәliklә, iş materiallarından da göründüyü kimi, cavabdeh1 apellyasiya şikayәtini ilkin olaraq qanunla müәyyәn edilmiş müddәtdә tәqdim etmәklә qәtnamәdәn şikayәt vermәk niyyәtini vә iradәsini vaxtında ifadә etmiş, prosessual müddәtin buraxılması isә onun iradәsindәn asılı olmayan sәbәblәrlә bağlı olmuşdur. Hazırkı iş üzrә mәhkәmә tәrәfindәn prosessual müddәtin bәrpasından imtina olunması nәticәsindә cavabdeh1 mәhkәmә müdafiәsi hüququ faktiki olaraq mәhdudlaşdırılmışdır. Belә ki, o, ilkin apellyasiya şikayәtini qanunla müәyyәn edilmiş müddәtdә tәqdim etmiş, bununla da mәhkәmә aktından şikayәt vermәk iradәsini açıq şәkildә nümayiş etdirmişdir. Sonradan yaranmış prosessual maneәlәr isә onun iradәsindәn asılı olmayan sәbәblәrlә bağlı olmuşdur. Mәhkәmә tәrәfindәn hәmin hallar tam vә obyektiv qiymәtlәndirilmәdәn müddәtin bәrpasından imtina edilmәsi Konstitusiyanın 26 vә 60-cı maddәlәrindә nәzәrdә tutulmuş hüquqların mahiyyәtinә uyğun olmamış, şәxsin mәhkәmәyә çıxış hüququnun hәddindәn artıq formal yanaşma ilә mәhdudlaşdırılması ilә nәticәlәnmişdir. Hazırkı iş üzrә cavabdeh1 tәrәfindәn apellyasiya şikayәti ilk dәfә qanunla müәyyәn edilmiş müddәtdә ##.##.2026-cı il tarixindә tәqdim edilmişdir. Bu hal onun mәhkәmә qәtnamәsindәn şikayәt vermәk hüququndan istifadә etmәk iradәsini vaxtında ifadә etdiyini tәsdiq edir. Lakin hüquqi yardımdan istifadә etmәmәsi vә hüquqi biliyinin kifayәt etmәmәsi sәbәbindәn apellyasiya şikayәti prosessual qanunvericiliyin tәlәblәrinә uyğun tәrtib edilmәmiş vә geri qaytarılmışdır. Eyni zamanda, cavabdeh1 rәsmi qeydiyyatda olduğu ünvanda faktiki yaşamaması sәbәbindәn apellyasiya şikayәtinin geri qaytarılması barәdә qәrardad ona tәqdim olunmamış, nәticәdә o, hәmin qәrardaddan vaxtında xәbәr tuta bilmәmişdir. cavabdeh1 yalnız sonradan vәkillә mәslәhәtlәşәrәk elektron kabinet vasitәsilә apellyasiya şikayәtinin icraata qәbul edilmәdiyini öyrәnmiş vә bundan dәrhal sonra ##.##.2026-cı il tarixindә yenidәn apellyasiya şikayәti tәqdim etmişdir. Göründüyü kimi, prosessual müddәtin buraxılması cavabdeh1 hüquqdan sui-istifadәsi vә ya hәrәkәtsizliyi ilә deyil, onun iradәsindәn asılı olmayan obyektiv sәbәblәrlә әlaqәdar baş vermişdir. Bu sәbәbdәn buraxılmış prosessual müddәtin üzürlü hesab edilәrәk bәrpa olunması üçün MPM-in 133.1-ci maddәsindә nәzәrdә tutulmuş әsaslar mövcuddur. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadının lәğv edilәrәk buraxılmış prosessual müddәt bәrpa edilmәklә apellyasiya şikayәtinin aidiyyatı üzrә Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsinә dair qәrardad qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı ilә şikayәt tәmin edilmәmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ Azәrbaycan Respublikasının Konstitusiyası Maddә 60. İ. Hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. II. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın vә hәmin işә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. III. Hәr kәsin inzibati icraat vә mәhkәmә prosesindә dinlәnilmәk hüququ vardır. IV. Hәr kәs dövlәt orqanlarının, siyasi partiyaların, hüquqi şәxslәrin, bәlәdiyyәlәrin vә vәzifәli şәxslәrin hәrәkәtlәrindәn vә hәrәkәtsizliyindәn inzibati qaydada vә mәhkәmәyә şikayәt edә bilәr. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 2.1, 2.2, 4.1,14.1, 69.1-69.4, 73.1-73.4, 74.2, 130.1, 130.3, 133.1, 135.6, 396.1, 398.0, 398.0.3, 402.2, 402.3-cü maddәlәrini nәzәrә alaraq hesab edir ki, şikayәt tәmin edilmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı lәğv edilmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qәtnamәsindәn cavabdeh cavabdeh1 tәrәfindәn şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәt üzrlü hesab olunaraq bәrpa edilmәlidir. Mülki işdәn müәyyәn olunur ki, cavabdeh1 ##.##.2026-cı il tarixindә Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qәtnamәsindәn apellyasiya şikayәti vermişdir. Bakı Apellyasiya Mәhkәmәsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*- *)-***/**** saylı qәrardadı ilә Bakı şәhәri Xәtai rayon Mәhkәmәsinin *(***)-***/**** saylı işi üzrә ##.##.2025-ci il tarixli qәtnamәsindәn cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş apellyasiya şikayәti üzrә apellyasiya qeyri-mümkün hesab edilmiş vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 361-364-cü maddәlәrinin tәlәblәrinә müvafiq apellyasiya şikayәtinә qiymәt verilmәsi üçün mülki iş Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinә göndәrilmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qәrardadı ilә Bakı Şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, 2(011)- 127/2025 nömrәli qәtnamәsindәn cavabdeh1 tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli apellyasiya şikayәti vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. Cavabdeh cavabdeh1 yenidәn tәqdim etdiyi apellyasiya şikayәti vә ona apellyasiya şikayәti vermәk üçün buraxılmış prosessual müddәtin bәrpası barәdә әrizәsi ##.##.2026cı il tarixdә mәhkәmәyә daxil olmuşdur. Mәhkәmә Kollegiyası tәdqiq olunmuş sübutlara mәcmu halında qiymәt verәrәk qeyd edir ki, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ###### 2025ci il tarixli qәtnamәsindәn qәtnamәsindәn ilk dәfә şikayәt verilәrkәn müddәt ötürülmәmişdir (## ###### 2026-cı il). İstinad olunanlara әsasәn mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, cavabdeh tәrәfindәn sözügedәn qәtnamәdәn ilk dәfә şikayәt verilәrkәn müddәt pozulmamış, daha sonra nöqsanlar (cavabdeh hәmin müddәt әrzindә hәrәkәtsiz qalmamışdır) aradan qaldırılaraq yenidәn tәqdim edilmişdir (## ##### 2026-cı il). Əlavә olaraq qeyd olunmalıdır ki, birinci instansiya mәhkәmәsi ilkin olaraq verilmiş apellyasiya şikayәtini geri qaytarsa da, göstәrilәn nöqsanların hansı müddәtdә aradan qaldıraraq yenidәn apellyasiya şikayәtini mәhkәmәyә tәqdim edilmәsi barәdә hәr-hansı qeyd qәrardadda nәzәrdә tutmamışdır. Odur ki, cavabdehin qısa, yәni ağlabatan müddәtdә apellyasiya şikayәtindә göstәrilәn nöqsanları aradan qaldıraraq yenidәn apellyasiya şikayәti ilә mәhkәmәyә müraciәt etmәsi mәqsәdәuyğundur. Belәliklә, şikayәt tәmin olunmalı, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı lәğv edilmәli, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qәtnamәsindәn cavabdeh cavabdeh1 tәrәfindәn şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәt üzrlü hesab olunaraq bәrpa edilmәlidir. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263, 264, 398.0.3, 402-ci maddәlәrini rәhbәr tutaraq, Mәhkәmә Kollegiyası QƏRARA ALDI: Şikayәti tәmin olunsun. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrardadı lәğv edilsin. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәtnamәsindәn cavabdeh cavabdeh1 tәrәfindәn şikayәt verilmәsi üçün buraxılmış prosessual müddәt üzürlü hesab olunaraq bәrpa edilsin. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-2331/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2331/2026
10.06.2026 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver