Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2340/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2340/2026 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı İbrahim oğlunun cavabdeh Cavabdeh pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı İbrahim oğlu cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçını aldadaraq aldığı 13000 dollar, cavabdeh iddiaçının pul vəsaitindən istifadə etdiyi üçün bank uçot dərəcəsinə uyğun olaraq 500 manat, vəkilə ödədiyi 300 manat və dövlət rüsumu kimi ödədiyi 158.70 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə yaşadığı məhəllədə tanış olmuş və o zaman məhəllədə bir çox insanlar biri-birləri ilə ünsiyyət saxlayırmışlar. Həmin vaxtı iddiaçı ilə Cəfərov Saxavət arasında sıx ünsiyyət yaranmış və birbirlərimizin evinə gedib gəlmişdirlər. Bizim söhbət əsnasında Səxavət iddiaçıya bildirmişdir ki, o, yük maşını sürür və tez tez Gürcüstan Respublikasına gedib gəlir və hər dəfə Gürcüstandan ərzaq malları və limonad gətirərək Bakı şəhərində mağazalara verərək satdırıb yaxşı gəlir götürür. O zaman Cavabdeh avtomaşınla Gürcüstan Respublikasına gedərək mal material gətirirdi. Belə ki, onsuz Gürcüstana gedib-gəlir və onun imkanı vardır ki, Gürcüstandan Kolbasa və Limonad gətirə bilər. Bunu üçün ona pul verərsə, o Gürcüstandan alıb gətirdiyi Limonadı Bakı şəhərində satdıraraq əldə edilmiş qazancı 50%-50% olmaqla qazanc götürə biləcəklərini bildirmişdir. İddiaçı 76 yaşındadır, aşağı məbləğdə Pensiya alır, xəstə olduğundan aldığı vəsait onun dərman və ərzaq təminatını ödəmir. Ona görə qocalığı üçün bir qədər pul yığıb saxlamışdır. Bir neçə dəfə Saxavət ondan pul istəsə də, lakin əvvəl razılıq verməmişdir. Sonradan Səxavətin bir neçə dəfə onun evində olmasını və onun etibarlı bir insan olduğu qənaətinə gəldiyi üçün evidə saxladığı 13450 ABŞ dolları vəsatin gəlir götürmək üçün Səxavətə vermişdir. İddiaçı Səxavətin sözlərinə inanmışdır. Lakin, Səxavət iddiaçının ona verdiyi vəsaitə görə ona heç bir gəlir verməmişdir. Ona görə iddiaçı Səxavətdən ona verdiyi 13450 ABŞ dolları pulu geri tələb etdikdə, Səxavət ondan aldığı pulu qaytaracağı barədə ##.##.2023-cü ildə Qəbz yazıb vermişdir. Qəbzdə göstərmişdir ki, “Mən Cəfərov Saxavət ərəstun oğlu bunu yazıram ki, Zabit müəllimə olan 12000 ABŞ dolları borcunu iyun ayının 10-da, 1450 dollar pul borcunu isə 30 noyabrda qaytaracaq ##.##.2023-cü il”. İddiaçı Səxavətin ona yazıb verdiyi qəbzə görə nisbətən sakitləşmiş və borcun qaytaracağını gözləmişdir. Lakin Cavabdeh onu təkrar aldatmış və onun yaşlı olmağından istifadə edərək, pulunu qaytarmamışdır. Səxavət iddiaçını aldatmış və verilən pulun müqabilində ona heç bir gəlir verməmiş və pulu ona qaytarmaqdan boyun qaçırmışdır. İddiaçının çoxsaylı şikayəti və telefon zənglərindən sonra Səxavət ona 200 ABŞ doları və daha sonra 250 ABŞ dolları pulu qaytarmış və ona qəbz yazaraq bildirmişdir ki, “Biz aşağıda imza edənlər borc verən verən İddiaçı İbrahim oğlu, borc alan Cavabdeh borcun məbləği 13450 dollar Cavabdeh öhdəçiliyi göstərir ki, fevraldan başlayaraq 1250 dollar qaytaracam, hər ay borc ödəmədikdə hər iki şəxsin imzası olacaqdır”. Lakin sonradan qaçıb gizlənmiş, nə iddiaçının telefon zənglərinə cavab verməmiş, nə də tanışları vasitəsi ilə ismarıclarıma cavab verməmişdir. Sonradan Cavabdeh pulunu tələb etmiş və cavabdeh bu gün - sabaha salaraq uzatmış və pulunu qaytarmamışdır. Lakin Cavabdeh ##.##.2025-ci il tarixində Razılaşma yazaraq iddiaçıya vermişdir. Razılaşmada göstərilmişdir ki, “Mən Cavabdeh İddiaçı İbrahim oğluna olan 13000 dollar borcumu ##.##.2025-ci ildə borcun qaytarılması ailə üzvlərinin iştirakı ilə razılaşdırılmışdır”. Lakin cavabdeh yenə iddiaçını aldatmış pulunu qaytarmamışdır. Cavabdeh pulunu qaytarmadığı üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə və Xətai Rayon Prokurorluğuna şikayət etmiş və onun şikayətini araşdıran 34-cü Polis Bölməsi ##.##.2025-ci il tarixində HK/*** saylı toplanmış materiallar üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında “Qərar qəbul etmiş və Qərarda göstərilmişdir ki, tərəflər arasında yaranan mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Cavabdeh Cəfərov Saxavət Ərəstun oğlundan məhkəmə vasitəsi ilə iddiaçıya olan 13000 dollar pul alınıb qaytarılmalıdır. Cavabdehin məsuliyyətsiz hərəkətləri nəticəsində iddiaçı həm maddi, həm də mənəvi zərər çəkmişdir. Cavabdeh ona vurmuş olduğu maddi və mənəvi zərəri ödəməlidir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cıi il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 13000 ABŞ dolları pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 300 manat və 158.7 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı İbrahim oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.2.1, 448.1, 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 89.1, 119.1, 124.1, 217.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mu əyyən bir əqd əsasında yarandıg ı hesab edilən hu quqla bag lı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadıg ını təsbit etməkdir. Lakin işin hallarına diqqət yetirdikdə görünür ki, məhkəmə tələb predmeti 3.000 manatdan çox olan borc tələbinə dair iddiaya baxılan zaman tərəflər arasında bağlanmış müqavilənin formasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə işə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutlara istinadən baxmaqla kifayətlənmişdir. Həmçinin cinayət icraatına dair işin materialları bu işə münasibətdə preyusidial xarakter daşımamaqdadır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iş üzrə xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
9. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
10. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
14. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsinin ləğvi xahiş edildiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.
30. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis şöbəsinin “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## ### 2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İddiaçı İbrahim oğlu və Cavabdeh arasında yaranmış mübahisə mülki xarakterlidir və məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah olunmalıdır.
31. İş materiallarında olan ## ##### 2023-cü il tarixli yazılı izahatdan görünür ki, cavabdeh Cavabdeh iddiaçıya olan borcun 12000 ABŞ dollarını iyun ayının 10-da, qalan 1450 ABŞ dollarını isə may ayının 30-u qaytaracağını qeyd etmişdir.
32. ## ###### 2024-cü il tarixli yazılı razılaşmadan görünür ki, cavabdeh Cavabdeh iddiaçıya olan 13450 ABŞ dolları borcu fevral ayından başlayaraq hər ay 1250 dollar olmaqla qaytaracaqdır. Həmin razılaşmada qeyd olunmuşdur ki, cavabdeh Cavabdeh iddiaçıya fevral ayında 250 ABŞ dolları, mart ayında isə 200 ABŞ dolları qaytarmışdır.
33. Həmçinin ## ###### 2025-ci il tarixli yazılı razılaşmadan görünür ki, cavabdeh Cavabdeh iddiaçıya olan borcun 13000 ABŞ dollarını ## ###### 2025-ci il tarixdə qaytaracaqdır.
34. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli üçün ilk növbədə tərəflər arasında bağlanmış və hazırki mübahisənin predmeti olan kredit müqaviləsinin real əsaslarla bağlanıbbağlanmaması, müqavilə üzrə borc məbləğinin, həqiqətən, cavabdehə verilməsini təsdiq edən sübutların mövcudluğu araşdırılmalıdır.
36. Mülki Məcəllənin tərəflər arasındakı ilk razılaşmanın bağlandığı vaxt qüvvədə olan redaksiyasının 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi qanunverici borc müqaviləsinin öz məqsədinə çata bilməsi və mahiyyətini daşıya bilməsi üçün ilk növbədə məhz borcverən üçün öhdəlik müəyyənləşdirmiş, borcun müqaviləsinin reallaşdırılması üçün, əvvəla, borc verən tərəfindən müqavilədə göstərilmiş məbləğin borcalana verilməli olduğunu, yalnız bundan borcalanın aldığı pul vəsaitini müəyyənləşdirilmiş şərtlərlə qaytarmaq öhdəliyinin yarandığını qeyd etmişdir. Bu da o deməkdir ki, borc müqaviləsi öz xarakterinə və müqavilənin bağlanmış hesab edilməsi anına görə konsensual, yəni tərəflərin müqavilənin şərtləri barədə razılığa gəlməsi ilə yekunlaşan müqavilə deyil, real müqavilədir, yəni onun bağlanmış hesab olunması üçün təkcə şərtlər barədə razılığa gəlinməsi kifayət deyil, müqavilənin predmetinin də təqdim edilməsi şərtdir.
37. Qanunvericiliyin yuxarıda qeyd edilən normasının məzmunundan da göründüyü kimi borc müqaviləsinin bağlanmış hesab olunması və etibarlı nəticələr doğura bilməsi üçün müəyyən olunan şərtlərdən biri də müqavilənin predmetinin, yəni indiki halda pulun qarşı tərəfə təqdim edilməsi ilə bağlıdır. Hazırki işin hallarından da göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ona 13.450 ABŞ dolları borc verildiyini qəbul etmiş, ilk dəfə ##.##.2023, daha sonra ##.##.2024 və ##.##.2025-ci il tarixlərində iddiaçıya borclu olduğu məbləği öz aralarındakı razılığa əsasən müəyyənləşdirdikləri qrafik üzrə iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.
38. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən Xətai RPİ-nin 36-cı bölməsinə verilmiş ## ##### 2023-cü il tarixli yazılı izahatda da yuxarıda göstərilən hallar öz təsdiqini tapmışdır. Bu da bir daha təsdiq edir ki, tərəflər arasında öhdəlik münasibətləri olmuş və cavabdeh bu öhdəliyə əməl etməyərək iddiaçını çatacağına ümid etdiyi nəticədən məhrum etmişdir.
39. Göstərilənlər də onu deməyə əsas verir ki, borcalan qismində cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.
40. Kollegiya apelyasiya şikayətinin tərəflər arasında bağlanmış yazılı razılaşmanın onun tərəfindən icra olunmamasına istinadən məhkəmə-xəttşünaslıq ekspertizasının təyini mülahizəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Xətai Rayon Polis İdarəsində izahat zamanı da iddiaçıya qeyd edilən məbləğlərdə borcu olduğunu etiraf etmişdir. Cavabdeh kollegiyaya ünvanladığı ərizəsində istintaq zamanı bu məzmunda yazılı və ya şifahi qaydada hər hansı izahat vermədiyini bildirsə də, bu halı təsdiq edəcək sübutlar təqdim etməmiş, istintaq orqanının hərəkətlərini mübahisələndirməmişdir.
41. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, öhdəlik tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən və həmin öhdəliyin dairəsinin dəyişdirilməsinə hər hansı qanuni əsas mövcud olmadığından iddiaçının cavabdehə qarşı olan tələbi əsaslıdır və təmin edilməlidir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
46. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəyən şəxsin özünə aid edilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə