Məhkəmə qərarları › İş №2(3-6)-2397/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2397/2026

04.08.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2397/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh İbrahimova Aygün Ənvər qızına qarşı “fərdi yaşayış evindən çıxarılması və yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygün Ənvər qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, hüquqdan sui-istifadənin yolverilməzliyi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh İbrahimova Aygün Ənvər qızının iştirakları ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh İbrahimova Aygün Ənvər qızına qarşı “fərdi yaşayış evindən çıxarılması və yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygün Ənvər qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir.

2. Mübahisəli fərdi yaşayış evi 2 mərtəbədən ibarətdir, hazırda evin 1-ci mərtəbəsində İddiaçı ailəsi ilə, 2-ci mərtəbəsində isə Aygün Qurbanova ailəsi ilə birlikdə yaşayır.

3. Tərəflər arasında ## ####### 2023-cü il tarixdə mübahisəli fərdi yaşayış evinə dair sadə yazılı alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən fərdi yaşayış evinin (mənzilin) ümumi qiyməti 115.000 manat müəyyən edilmiş, mənzilin boşaldılması isə həmin məbləğ veriləndən sonra nəzərdə tutulmuşdur.

4. “xxxx” MMC-nin *** nömrəli, ##.##.2023-cü il tarixli əmlakın qiymətləndirilməsi haqqında rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin ##.##.2023-cü il tarixə olan bazar dəyəri 115.000 manat təşkil etmişdir.

5. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli, ## ####### 2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qonşuların aktına əsasən qeydiyyatsız yaşayır.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında ##.##.1977-ci il təvəllüdlü Varol Həlimə Tağı qızı qeydiyyatdadır.

7. X1 tərəfindən “xxxx” ASC-yə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, E.Balayev işıq sayğacının - *************** nömrəli abunə kodunun İddiaçı adına sənədləşməsinə razı olduğunu, etirazının olmadığını qeyd etmişdir.

8. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## ### 2024-cü il tarixli qərarın surətindən görünür ki, İbrahimova Aygün Ənvər qızının müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış və A.İbrahimovaya müraciəti ilə bağlı aidiyyəti üzrə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Müraciət-şikayət ondan ibarət olmuşdur ki, ## #### 2024-cü il tarixdə vətəndaş İbrahimova Aygün Ənvər qızı DİN 102 xidmətinə zəng edərək, Binəqədi rayonu * saylı ETK həyətində Həlimə adlı qadının əlində bıçaqla evində münaqişə yaratması barədə məlumat vermişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından görünür ki, İbrahimova Aygün Ənvər qızının şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, R İsa Süleymanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## ### 2024-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmiş, İbrahimova Aygün Ənvər qızının şikayəti üzrə bu qərarda göstərilən xüsusatlar nəzərə alınmaqla əlavə araşdırmanın aparılması qərara alınmışdır.

10. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, R Cavad Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərarın surətindən görünür ki, İbrahimova Aygün Ənvər qızının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 177, 186, 187 və 221-ci maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibi olduğundan, barəsində inzibati xətaya dair icraatın açılması üçün qərarın surətinin Binəqədi RPİnin İctimai Təhlükəsizlik Şöbəsinə göndərilməsi qərara alınmışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından görünür ki, İbrahimova Aygün Ənvər qızının şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, R Cavad Əliyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ## ###### 2026-cı il tarixli qərar ləğv edilmiş və araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməsi, əlavə araşdırma zamanı şikayətdə göstərilən halların hərtərəfli, tam və obyektiv araşdırılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi Rayon Sektoru tərəfindən verilmiş *** nömrəli, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İbrahimova X4 rayonundan məcburi köçkün kimi Dərnəgül yaşayış massivi, ETK-nin * saylı stadion sahəsi üzrə qeydiyyatdadır.

13. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *** nömrəli, ## ##### 2026-cı il tarixli arayışından görünür ki, İbrahimova X5 yaşayış massivi, ETK-nin * saylı stadion sahəsində Xocavənd rayonundan müvəqqəti olaraq məcburi köçkün kimi məskunlaşmışdır.

Birinci instansiya məhkəməsində icraat:

14. İlkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh İbrahimova Aygün Ənvər qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimova Aygün Ənvər qızının onun faktiki sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evindən çıxarılması və yaşayış sahəsinin ona təhvil verilməsi, həmçinin dövlət rüsumunun və məhkəmə xərclərinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ####### 2023-cü il tarixdə cavabdeh İbrahimova Aygün Ənvər qızına məxsus ünvan 1 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evini 115.000 manat müqabilində almışdır. Tərəflər arasında evin alınmasına dair sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin, bu alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmamışdır. Çünki evin mülkiyyət sənədi olmamışdır. Həmin evin hər mərtəbəsinin ayrı giriş-çıxış qapısı vardır. Evin işıq, qaz və su təchizatı üzrə abonent müqavilələri onun adına rəsmiləşdirilmişdir. Cavabdeh evi satarkən ondan qısa müddətlik möhlət istəmiş, özünə yeni ev tikdikdən sonra çıxacağını bildirmiş, lakin bu günə qədər evdən çıxmaqdan imtina etmişdir. Bu hərəkətləri ilə cavabdeh onun faktiki mülkiyyət hüquqlarını pozur. Hazırki vəziyyətdə və mövcud şəraitdə cavabdeh İbrahimova Aygün Ənvər qızı ilə birlikdə fərdi yaşayış evində yaşamaqları qeyri-mümkündür. Bu səbəbdən də, o, məcburiyyət qarşısında qalaraq, məhkəməyə müraciət etmişdir.

16. Qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygün Ənvər qızı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin təmin edilməməsi, iddiaçı İddiaçı ailə üzvləri, eləcə də əşyaları ilə birlikdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 1-nömrəli DSK-nın stadionunda inşa edilərək, yaşadığı **/U saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı heç bir qanuni əsas olmadan onun ailəsi ilə birgə yaşadıqları mülkiyyətində olan evini ələ keçirməyə çalışır. Belə ki, o, iddiaçıya evi satmamış, belə niyyəti olsa idi, evdə yaşayan digər ailə üzvlərinin razılıq ərizəsi olardı. İddiaçı aralarında alqı-satqının baş verdiyini iddia edir, halbuki, ona verilmiş 21.000 ABŞ dolları pulu şahidin yanında onun özünə qaytarmışdır. Lakin, iddiaçı pulu ondan geri aldıqdan sonra sənəd imzalamaqdan imtina etmişdir. İddiaçı onun mülkiyyətində olan həmin evi ələ keçirmək üçün qanunsuz yollara əl atmış, onu öldürmək üçün üstünə bıçaqla hücum çəkmiş, evə soxularaq əşyalarını darmadağın etmiş və maddi ziyan vurmuşdur. Fakt və xüsusatlarla bağlı Binəqədi RPİ-in İŞ-də araşdırma aparılaraq, qərar qəbul edilmiş, hazırda ona və ailəsinə qarşı ##.##.2024-cü il tarixdə törədilmiş xuliqanlıq cinayəti faktına görə Binəqədi RPİ-in İŞ-də araşdırma aparılır. İddiaçı evin onun faktiki sahibliyi və istifadəsində olduğunu iddia edir, lakin iddia ərizəsinin sonunda onun ona məxsus evdən çıxarılmasını tələb edir. Bununla belə, iddiaçı heç bir qanuni əsas olmadan mülkiyyətində olan həmin evin birinci mərtəbəsinə soxularaq, otaqları zəbt etmiş, çıxmaq tələblərini rədd edir, onu və övladlarını şantaj etməyə çalışır, evin ona məxsus olduğunu iddia edir. Göründüyü kimi, iddia tələbi ziddiyyətli və anlaşılmazdır. Bu səbəbdən də, o, hesab edir ki, ilkin iddia tələbi tam rədd edilməli, qarşlıqlı iddia tələbi isə təmin edilməlidir. Bundan başqa, məlum hadisələrə görə anası şəhid olmuş, 35 il məcburi köçkün həyatı yaşadığı dövrdə min bir zəhmətlə inşa etdiyi evini iddiaçı ondan zor tətbiq etmək yolu ilə almaq istəyir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2026 il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim: P.Ş.Məmmədov) ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin olunması, İddiaçı ailə üzvləri, eləcə də əşyaları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 1-nömrəli DSK-nın stadionunda inşa edilən **/U saylı evdən çıxarılması, İbrahimova Aygün Ənvər qızından 76.700 manat məbləğində pul vəsaitinin tutularaq, Varol Həlimə Tağı qızına ödənilməsi qət edilmiş və məhkəmə xərcləri həll edilmişdir.

19. Birinci instansiya məhkəməsi ilk növbədə tərəflərin iddia qaldırmaqla bağlı subyektiv hüququnun mövcud olması məsələsinə hüquqi qiymət verməklə, belə qənaətə gəlmişdir ki, mübahisənin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 1-nömrəli DSK-nın stadionunda inşa edilmiş **/U saylı evin ilkin olaraq İbrahimova Aygün Ənvər qızına məxsus olduğu işin mübahisəsiz halı olduğundan, məhz İbrahimova Aygün Ənvər qızı həmin ev üzərində mülkiyyət hüququnu qeydiyyata alınmaqla bağlı gözlənti hüququna malik olan şəxs olduğundan “iddiaçı İddiaçı ailə üzvləri, eləcə də əşyaları ilə birlikdə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 1-nömrəli DSK-nın stadionunda inşa edilərək yaşadığı **/U saylı evdən çıxarılması” tələbini irəli sürməklə bağlı subyektiv hüquqa malik olduğu üçün onun iddia tələbinə mahiyyəti üzrə baxılaraq obyektiv qərar qəbul edilməlidir.

20. Bununla yanaşı, məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisənin predmeti olan ev üzərində mülkiyyət hüququna malik olmadığından, iddiasını Mülki Məcəllənin 157-ci maddəsi ilə əsaslandırsa da, həmin hüquq mülkiyyəçiyə, yaxud qanunda nəzərdə tutulan əsaslarla əmlaka sahiblik edən şəxsə mənsub olduğundan onun “yaşayış sahəsindən qanunsuz istifadə edən şəxsin həmin ərazidən çıxarılması və sair” tələbinə dair iddianı irəli sürməklə bağlı subyektiv hüququ mövcud olmadığından iddiası təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əqd hüquqi təbiətinə görə alqı-satqı müqaviləsi hesab edilsə də, həmin müqavilənin predmeti daşınmaz əşya olduğuna görə daşınmaz əşyaların özgəninkiləşdirilməsi ilə bağlı mülki qanunvericilikdə müəyyən edilmiş imperativ tələblər pozulmaqla bağlanmışdır. Belə ki, həmin daşınmaz əmlak özbaşına tikili olduğuna görə İbrahimova Aygün Ənvər qızı həmin əmlak üzərində sərəncam vermək hüququna malik olmamış, bu səbəblə də əqd notarial qaydada təsdiq edilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, əqdin həm subyekt tərkibinə dair şərtlər, həm əqdin formasına dair şərtlər pozulduğundan tərəflər arasında bağlanmış əqd əhəmiyyətsiz olmaqla etibarsızdır. Belə olan halda, iddianın əsasını təşkil edən əqd etibarsız olduğundan tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı və ilkin vəziyyət bərpa edilməlidir.

22. Həmçinin, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ## ####### 2023-cü il tarixdə evin alqı-satqısına dair sadə yazılı müqavilə bağlanaraq, müqavilə ilə mənzilin boşaldılması məbləğ tam şəkildə veriləndən sonra nəzərdə tutulsa da, tərəflərin hər biri müxtəlif bəhanələr gətirərək müqavilə şərtlərinin pozulmasında bir-birilərini təqsirli hesab edirlər. Belə ki, iddiaçı tərəf iddia edir ki, müqavilədə razılaşdırılmış 115.000 manat məbləğdən ilkin olaraq 1000 manat ödənilmiş, daha sonra müxtəlif tarixlərdə 40.000 manat və 21.000 ABŞ dolları olmaqla, ümumilikdə 76.700 manat məbləğində pul vəsaitini Aygün İbrahimovaya ödəmiş, qalan 38.300 manatı tam şəkildə ödəmək istədikdə, Aygün İbrahimova müxtəlif bəhanələr gətirərək, pulu qəbul etməkdən və fərdi yaşayış evini boşaltmaqdan yayınmışdır. Aygün İbrahimova isə öz növbəsində bildirmişdir ki, sözügedən fərdi yaşayış evi iki mərtəbədən ibarətdir, tərəflər arasında razılaşma məhz ona məxsus birinci mərtəbənin satılması ilə bağlı olmuşdur, digər mərtəbə oğluna məxsusdur, ilkin iddia tələbi üzrə iddiaçı İddiaçı tərəfindən ona ilkin olaraq 1000 manat, daha sonra 40.000 manat və 21.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmiş, geri qalan pul vəsaiti vaxtında verilmədiyindən fərdi yaşayış evinin satılması fikrindən dönmüş, 21.000 ABŞ dolları pul vəsaitini isə şahid Elşən Məhərrəmovun iştirakı ilə İddiaçı geri qaytarmışdır. Sübut qismində şahid Elşən Məhərrəmovun məhkəmədə verdiyi ifadəni məhkəmə inandırıcı və mötəbər hesab etməməklə yanaşı, həmin faktın təsdiq edilməsi üçün yetərli hesab etməmişdir. Həmin dəlili təsdiq etmək üçün digər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı olaraq iddiaçı tərəfindən 76.700 manat məbləğində pul vəsaitinin Aygün İbrahimovaya ödənilməsi iş üzrə sübut edilmiş hesab olunur.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 139.1, 144.1, 157.1, 157.2, 157.4, 157.8, 180.1, 180.2, 329.1, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 351.2, 351.3, 567, 646.1-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına * saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli və Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli, ## #### 2022-ci il tarixli Qərardadına, Avropa Məhkəməsinin “X2rşı” məhkəmə işinə dair Qərarına və Mülki Prosessual Məcəlləsinin 119.1, 216, 217, 218, 219, 220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

24. İlkin iddia üzrə iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması, o cümlədən 300 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 160 manat dövlət rüsumunun cavabdeh İbrahimova Aygün Ənvər qızından tutularaq, ilkin iddia üzrə iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında mövcud hüquqi münasibətlərin xarakterini düzgün müəyyən etsə də, həmin münasibətlərə yanlış hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə öz qətnaməsində iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda, ümumilikdə 76.700 manat məbləğində pul vəsaitinin ödənildiyini sübut edilmiş hal kimi qəbul etmişdir. Bununla yanaşı, məhkəmə eyni qətnamədə tərəflər arasında ## ####### 2023-cü il tarixli sadə yazılı alqı-satqı müqaviləsinin mövcud olduğunu, həmin müqaviləyə əsasən daşınmaz əmlakın satılması və ödənişlərin mərhələli qaydada həyata keçirilməsinin razılaşdırıldığını, lakin tərəflərin müqavilə şərtlərinin pozulmasına görə bir-birilərini təqsirli hesab etdiklərini də qeyd etmişdir. Beləliklə, məhkəmə özü tərəfindən tərəflər arasında mülki-hüquqi müqavilə münasibətlərinin mövcudluğunu və iddiaçı tərəfindən həmin müqavilə çərçivəsində əhəmiyyətli məbləğdə pul vəsaitinin ödənildiyini təsdiq etdiyi halda, mübahisənin mahiyyətini düzgün hüquqi çərçivədə qiymətləndirməmişdir. Çünki, qeyd olunan hallar mübahisənin mahiyyət etibarilə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı deyil, məhz müqavilə öhdəliklərinin icra olunmaması və ya lazımınca icra olunmaması ilə bağlı olduğunu göstərir. Buna baxmayaraq, məhkəmə mübahisəyə mülkiyyət hüququndan irəli gələn çıxarılma tələbi kimi yanaşaraq iddiaçının yaşayış sahəsindən çıxarılması barədə nəticəyə gəlmişdir ki, bu da işin hüquqi mahiyyətinə açıq şəkildə ziddir.

26. Eyni zamanda, iddiaçı tərəfindən ödənilmiş 76.700 manat məbləğində pul vəsaitinin mövcudluğu məhkəmə tərəfindən qəbul edildiyi halda, həmin şəxsin mübahisəli yaşayış sahəsində qalmasının hüquqi əsasları araşdırılmadan onun çıxarılması barədə qərar qəbul edilməsi hüquqi müəyyənlik və ədalət prinsiplərinə uyğun deyildir. Belə ki, iddiaçı daşınmaz əmlakı əldə etmək məqsədilə əhəmiyyətli maliyyə vəsaiti sərf etmiş, bu isə onun həmin əmlak üzərində qanuni gözləntisinin formalaşmasına səbəb olmuşdur. Bu cür gözlənti həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququ ilə qorunan hüquqi maraq kimi tanınır. Məhkəmə iş üzrə müəyyən etdiyi faktiki hallarla gəldiyi hüquqi nəticə arasında ziddiyyətə yol vermiş, tətbiq edilməli hüquq normalarını düzgün seçməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İlkin olaraq, məhkəmənin qətnaməsində göstərilən əsaslandırma açıq şəkildə daxili ziddiyyətlərlə müşayiət olunur və hüquqi baxımdan məntiqsiz nəticəyə gətirib çıxarır.

27. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə istinad edərək, mübahisəli yaşayış sahəsinin özbaşına tikili olduğunu, bu səbəbdən cavabdeh İbrahimova Aygün Ənvər qızının həmin əmlak üzərində sərəncam vermək, o cümlədən onu satmaq hüququna malik olmadığını qeyd edir və bu əsasla tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini etibarsız hesab edir. Lakin eyni qətnamədə məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” işi üzrə hüquqi mövqeyinə istinad edərək, dövlət orqanlarının uzun müddət ərzində özbaşına tikiliyə münasibətdə hərəkətsiz qalmasını həmin əmlak üzərində faktiki mülkiyyət hüququnun tanınması kimi qiymətləndirir və nəticə etibarilə mübahisəli evin ilkin olaraq İbrahimova Aygün Ənvər qızına məxsus olduğunu, onun bu əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı “gözlənti hüququna” malik olduğunu qəbul edir. Beləliklə, məhkəmə bir tərəfdən cavabdehin həmin əmlak üzərində heç bir sərəncam hüququnun olmadığını bildirir, digər tərəfdən isə onu faktiki olaraq mülkiyyətçi kimi tanıyır və hətta həmin hüququ “gözlənti hüququ” səviyyəsində qorunan hüquqi maraq kimi qəbul edir. Bu isə hüquqi baxımdan açıq ziddiyyətdir. Çünki əgər məhkəmə özünün də istinad etdiyi Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq cavabdehin həmin əmlak üzərində mülkiyyətə bərabər tutulan hüquqi marağa malik olduğunu qəbul edirsə, belə olan halda onun həmin əmlak üzərində müəyyən həcmdə sərəncam vermə iradəsinin mövcudluğu da inkar edilə bilməz. Əks yanaşma, məhkəmənin öz qəbul etdiyi hüquqi mövqeni təkzib etməsi deməkdir.

28. Bundan əlavə, iş materiallarından göründüyü kimi, iddiaçı da uzun müddət ərzində mübahisəli yaşayış sahəsində faktiki olaraq yaşamış, həmin əmlakdan istifadə etmiş və orada öz ailə və sosial mühitini formalaşdırmışdır. Bu baxımdan, əgər məhkəmə özbaşına tikili olması səbəbilə formal mülkiyyət hüququnun mövcudluğunu inkar edirsə, bu halda yalnız cavabdehə üstünlük verərək onu faktiki mülkiyyətçi kimi qəbul etməsi, lakin eyni vəziyyətdə olan iddiaçının hüquqi maraqlarını və faktiki bağlılığını nəzərə almaması hüquqi bərabərlik prinsipinə ziddir. Belə yanaşma, tərəflər arasında əsassız fərqləndirmə yaradır və eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli hüquqi nəticələrin tətbiq edilməsinə gətirib çıxarır ki, bu da qəbul edilmiş qətnamənin qeyri-obyektiv və əsassız olduğunu bir daha təsdiq edir.

29. Digər tərəfdən, məhkəmə tərəfindən iddiaçının cavabdehə 76.700 manat məbləğində pul vəsaiti ödəməsi faktının sübut edilmiş hesab olunması da tərəflər arasında real və icra mərhələsində olan mülki-hüquqi münasibətlərin mövcudluğunu təsdiq edir. Belə olan halda, həm cavabdehin mübahisəli əmlak üzərində faktiki mülkiyyətə bərabər hüquqi marağa malik olması, həm də iddiaçının həmin əmlakı əldə etmək məqsədilə əhəmiyyətli maliyyə vəsaiti ödəməsi məhkəmə tərəfindən qəbul edildiyi halda, alqı-satqı münasibətlərinin tamamilə hüquqi nəticəsiz sayılması və iddiaçının yaşayış sahəsindən çıxarılması barədə qərar qəbul edilməsi hüquqi məntiqə və ədalət prinsipinə ziddir. Beləliklə, məhkəmə eyni hüquqi münasibətə bir-birini istisna edən yanaşmalar tətbiq etmiş, bir tərəfdən cavabdehin hüquqlarını tanımış, digər tərəfdən isə həmin hüquqlardan irəli gələn nəticələri inkar etmiş, nəticə etibarilə isə iş üzrə ziddiyyətli, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

30. Həmçinin, məhkəmə iddiaçının mübahisəli yaşayış sahəsində faktiki olaraq yaşamasını və həmin ünvanla bağlı real həyat münasibətlərinin mövcudluğunu da lazımi qaydada nəzərə almamışdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı sözügedən ünvanda qeydiyyatdadır, həmin yaşayış sahəsi üzrə kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsi ilə bağlı razılıq verilmişdir və o, faktiki olaraq həmin evdə yaşayaraq orada öz ailə və sosial mühitini formalaşdırmışdır. Bu hallar iddiaçının mübahisəli əmlak üzərində təkcə formal deyil, həm də real və davamlı istifadə hüququna malik olduğunu, həmin yaşayış sahəsinin onun üçün sadəcə mübahisə predmeti deyil, eyni zamanda daimi yaşayış yeri və mühüm iqtisadi və sosial maraq obyekti olduğunu göstərir. Belə bir vəziyyətdə məhkəmənin iddiaçının faktiki yaşayışını, həmin ünvana bağlılığını və orada yaratdığı ailə mühitini nəzərə almadan onun yaşayış sahəsindən çıxarılması barədə qərar qəbul etməsi həm milli qanunvericiliyin tələblərinə, həm də ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Xüsusilə nəzərə alınmalıdır ki, şəxsin uzun müddət faktiki olaraq istifadə etdiyi yaşayış sahəsi onun üçün yalnız əmlak deyil, həm də sosial və ailə həyatının mərkəzi hesab olunur və bu cür hallarda müdaxilə ölçülü və əsaslandırılmış olmalıdır. Məhkəmə isə bu mühüm halları qiymətləndirmədən, iddiaçının həmin yaşayış sahəsində qalmasının hüquqi və faktiki əsaslarını araşdırmadan onun çıxarılması barədə nəticəyə gəlmişdir ki, bu da qəbul edilmiş qətnamənin əsassızlığını bir daha göstərir. Halbuki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı da uzun müddət həmin ünvanda, konkret olaraq mübahisəli evin birinci mərtəbəsində faktiki olaraq yaşamış, həmin əmlakdan davamlı istifadə etmiş və kommunal xidmətlər üzrə münasibətlər onun adına rəsmiləşdirilmişdir. Bu hallar iddiaçının da eyni qaydada həmin əmlak üzərində faktiki sahiblik və istifadədən irəli gələn hüquqi marağa malik olduğunu göstərir. Belə olan halda, məhkəmənin bir tərəfdən “özbaşına tikilinin sahibi olmur” prinsipini tətbiq etməsi, digər tərəfdən isə yalnız cavabdehə münasibətdə bu prinsipdən kənara çıxaraq onu mülkiyyətçi kimi qəbul etməsi hüquqi baxımdan ziddiyyətli və qeyri-obyektiv yanaşmadır.

31. Digər tərəfdən, iş materiallarından və tərəflərin izahatlarından göründüyü kimi, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi obyektiv səbəblərlə deyil, məhz şəxsi maraqları ilə bağlı olmuşdur. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğin böyük hissəsi – 76.700 manat ödənilmiş, qalan hissənin də ödənilməsinə hazır olunduğu bildirildiyi halda, cavabdeh müxtəlif bəhanələrlə həmin məbləği qəbul etməkdən və əmlakı təhvil verməkdən yayınmışdır. İş üzrə hallar göstərir ki, cavabdehin bu davranışının əsas səbəbi mübahisəli evin gələcəkdə sökülə biləcəyi ilə bağlı məlumat əldə etməsi olmuşdur. Hazırda da həmin ərazidə söküntülər davam edir. Bu isə onu göstərir ki, cavabdeh əvvəlcədən öz üzərinə götürdüyü müqavilə öhdəliklərini sonradan dəyişən şəraitdən şəxsi mənfəəti naminə istifadə edərək icra etməkdən imtina etmişdir. Halbuki, mülki hüququn ümumi prinsiplərinə görə tərəflər bağladıqları müqavilələrə vicdanla əməl etməli, öz üzərlərinə götürdükləri öhdəlikləri dürüstlük və etimad prinsipləri çərçivəsində yerinə yetirməlidirlər. Cavabdehin davranışı isə bu prinsiplərə zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur.

32. Bundan əlavə, cavabdehin qarşılıqlı iddia ərizəsində ümumiyyətlə evi satmadığını iddia etməsi də iş üzrə müəyyən edilmiş faktlarla ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin özü tərəfindən tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğu və iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi faktı sübut edilmiş hesab olunmuşdur. Bu baxımdan, cavabdehin belə mövqe tutması məhkəməyə həqiqətəuyğun olmayan məlumatların təqdim edilməsi kimi qiymətləndirilməlidir və onun mövqeyinin etibarlılığına ciddi şübhə yaradır. Beləliklə, cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi obyektiv hüquqi maneələrlə deyil, subyektiv maraqlarla şərtlənmiş, eyni zamanda məhkəməyə təqdim etdiyi izahatlar isə işin faktiki halları ilə uyğun gəlməmişdir ki, bu da birinci instansiya məhkəməsinin həmin hallara düzgün hüquqi qiymət vermədiyini bir daha göstərir.

33. Hazırkı mübahisədə isə məhkəmə tərəfindən müəyyən edildiyi kimi, iddiaçı tərəfindən cavabdehə əhəmiyyətli məbləğdə pul vəsaiti ödənilmiş, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə öhdəliklərin icrası başlanmışdır. Belə olan halda, cavabdehin sonradan öhdəliklərini yerinə yetirməkdən imtina etməsi onun risk dairəsinə daxil olan hallardan irəli gəlir və bu, onu məsuliyyətdən azad etmir.

34. Bundan əlavə, məhkəmənin əqdin etibarsızlığı ilə bağlı gəldiyi nəticə də hüquqi baxımdan ziddiyyətli olmuş və əsaslandırılmamışdır. Belə ki, məhkəmə bir tərəfdən tərəflər arasında bağlanmış müqavilənin hüquqi təbiətinə görə alqı-satqı müqaviləsi olduğunu qəbul edir, digər tərəfdən isə həmin müqavilənin predmeti olan əmlakın özbaşına tikili olmasını və formal tələblərin yerinə yetirilməməsini əsas gətirərək əqdi əhəmiyyətsiz hesab edir. Lakin, məhkəmə bu nəticəyə gələrkən istinad etdiyi hüquqi mövqeləri və ümumi hüquq prinsiplərini düzgün tətbiq etməmişdir. Məhkəmə konkret olaraq tərəflər arasında bağlanmış müqavilədə hansı etibarlılıq şərtinin real olaraq pozulduğunu əsaslandırmamışdır. İş materiallarından isə aydın görünür ki, tərəflər qarşılıqlı razılıq əsasında, sərbəst iradə ilə alqı-satqı münasibətinə daxil olmuş, müqavilənin əsas şərtləri, o cümlədən əmlakın predmeti və qiyməti razılaşdırılmış, iddiaçı tərəfindən həmin müqavilənin icrası istiqamətində əhəmiyyətli məbləğdə pul vəsaiti ödənilmişdir. Bu hallar əqdin ən azı iradə sərbəstliyi və iradə ifadəsinin vəhdəti baxımından tam formalaşdığını göstərir. Məhkəmənin əsaslandırmasının mərkəzində duran “özbaşına tikili” amili isə avtomatik olaraq əqdin bütünlüklə etibarsız sayılması üçün yetərli hüquqi əsas kimi çıxış etmir. Əksinə, məhkəmənin özü digər hissədə həmin əmlak üzərində cavabdehin faktiki mülkiyyətə bərabər hüquqi marağa malik olduğunu, hətta bu hüququn Avropa Məhkəməsinin presedentləri baxımından qorunan “mülkiyyət” anlayışına daxil ola biləcəyini qəbul etmişdir.

35. Həmçinin, məhkəmənin iddiaçının guya subyektiv hüququnun olmaması ilə bağlı gəldiyi nəticə də hüquqi baxımdan əsassız və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmənin özü tərəfindən iddiaçının cavabdehə 76.700 manat məbləğində pul vəsaiti ödəməsi sübut edilmiş hesab olunmuş, eyni zamanda tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğu qəbul edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı mübahisəli əmlak üzərində ən azı qanundan və müqavilədən irəli gələn faktiki sahiblik və istifadə hüququna, eləcə də hüquqi cəhətdən qorunan marağa malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçinin hüquqları yalnız mülkiyyətçiyə deyil, eyni zamanda qanunda və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla əmlaka sahiblik edən şəxslərə də mənsubdur. Bu baxımdan iddiaçı alqı-satqı münasibətləri çərçivəsində əmlaka faktiki sahib olmuş, həmin əmlakda yaşamış və bu münasibətlər əsasında hüquqi maraq əldə etmiş şəxs kimi qorunmalı idi. Bundan əlavə, iddiaçının mübahisəli ünvanda qeydiyyatda olması, kommunal xidmətlərin onun adına rəsmiləşdirilməsi ilə bağlı razılığın verilməsi və faktiki olaraq həmin yaşayış sahəsində yaşaması onun həmin əmlakla bağlı real və davamlı hüquqi bağlılığını bir daha təsdiq edir. Belə olan halda, onun bu əmlakla bağlı hüquqlarının pozulmasına qarşı məhkəmə müdafiəsi tələb etmək hüququnun olmadığını iddia etmək həm hüquqi, həm də məntiqi baxımdan qəbul edilməzdir. Eyni zamanda, məhkəmənin bu yanaşması şəxsin məhkəməyə müraciət etmək hüququnun əsassız şəkildə məhdudlaşdırılması deməkdir. Çünki iddiaçı faktiki olaraq pul ödəmiş, əmlakdan istifadə etmiş və həmin əmlak üzərində hüquqi maraq əldə etmiş şəxs olduğu halda, onun hüquqlarının müdafiəsi üçün iddia qaldırmaq imkanından məhrum edilməsi ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Beləliklə, məhkəmə iddiaçının subyektiv hüququnun olmadığını qeyd etməklə həm Mülki Məcəllənin 157.8-ci maddəsinin tələblərini, həm də iş üzrə müəyyən edilmiş faktiki halları nəzərə almamış, əsassız və qanunsuz nəticəyə gəlmişdir.

36. Eyni zamanda, nə ilkin, nə də qarşılıqlı iddia çərçivəsində İbrahimova Aygün Ənvər qızından 76.700 manat məbləğində pul vəsaitinin tutulması barədə hər hansı tələb irəli sürülməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qətnamə ilə cavabdehdən həmin məbləğin tutulmasını qət etmişdir ki, bu da məhkəmənin iddia tələblərinin hüdudlarından açıq-aşkar kənara çıxması deməkdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən irəli sürülməyən bir tələbi öz təşəbbüsü ilə həll etməklə faktiki olaraq tərəflərin yerinə keçmiş, onların prosessual hüquqlarını məhdudlaşdırmışdır. Eyni zamanda, məhkəmənin bu hərəkəti tərəflərin məhkəmə müdafiəsi hüququnun və ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasına səbəb olmuşdur. Belə ki, tərəflər irəli sürülməmiş bir tələb üzrə öz mövqelərini təqdim etmək imkanı əldə etməmişlər. Qanunvericilikdə nəzərdə tutulmuş “müstəsna hallar” anlayışı isə konkret hüquqi çərçivəyə malikdir və bu iş üzrə belə halların mövcudluğu nə məhkəmə tərəfindən əsaslandırılmış, nə də iş materialları ilə təsdiq olunmuşdur. Beləliklə, məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. İlkin iddia üzrə cavabdeh İbrahimova Aygün Ənvər qızı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı istinad etdiyi hallardan biri mülkiyyətçi olmasa da, həmin mənzilə sahiblik hüququna malik olması, alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmasa da, tərəflərin həqiq niyyətini əks etdirməsi və sahiblik hüquqlarının müdafiə olunmasna dair mülahizələridir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə istinadən hesab etmişdir ki, mülkiyyətçi olmasa da, özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçının hər hansı yaşayış evinə sahiblik hüququ və ya alqı-satqı müqaviləsinə istinad etməklə, mənzilə dair mülkiyyət hüququnun olduğunu iddia edərək, yaşayış sahəsinin əsl sahibinin mənzildən çıxarılması barədə tələbi onun buna subyektiv hüququnun olmaması səbəbi ilə təmin oluna bilməzdi. Çünki, iddiaçının öz hərəkətlərinə hüquqi ixtiyarı olmamışdır.

38. Qeyd olunan sahəyə dair cavabdehlə bağlanılmış alqı-satqı müqaviləsi üzrə də yaşayış evi iddiaçıya təhvil verilməmiş və müqavilənin bağlanması tarixindən keçən uzun müddət ərzində də müqavilə formal və ya qanunun tələblərinə zidd olmuş olsa belə, razılaşdırılmış məbləğ iddiaçı tərəfindən tam ödənilməmişdir. Həmin müddət ərzində də iddiaçı mənzilə buraxılmamış və yaşayış evi ona təhvil verilməmiş, bununla da, iddiaçı yaşayış evinə sahiblik və ya istifadə hüququ əldə etməmişdir. İddiaçı onun rəsmi razılığı olmadan kommunal xidmətlərə dair ödənişlərin ödəniləcəyinə dair müvafiq qaz, işıq və su idarələrinə yalan məlumat verməklə özünü abonent kimi qeydiyyata aldırmış, eyni zamanda, hansısa vasitə ilə yaşayış evi onun sahibliyi və mülkiyyətində olduğu halda, həmin evə münasibətdə pasport qeydiyyatına alınmasına nail olmuşdur. Bununla əlaqədar, tərəflər arasında ciddi mübahisələr olmuş, barəsində Binəqədi Polis İdarəsinə şikayətlə müraciət etmişdir.

39. Eyni zamanda, həmin yaşayış sahəsi adına dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmasa da, Avropa Məhkəməsi və mülkiyyət hüququna dair Azərbaycan Respublikası Konstitutsiyası və qanunlarının tətbiqi hissəsində - gözləntidə olan mülkiyyəti kimi tanınmışdır və bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən, * saylı protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi baxımından “mülkiyyət” anlayışını özündə ehtiva edir.

40. Bundan əlavə, iş materiallarından və təqdim olunmuş sübutlardan görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmamış, eyni zamanda müqavilənin şərtinə görə yaşayış evinin tərəfindən boşaldılması müqavilə məbləğinin tam ödənilməsindən sonra nəzərdə tutulmuşdur. İddiaçı isə müqavilə məbləğinin 38.300 manat hissəsini ödəməməklə müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olsa da, dövlət tərəfindən faktiki olaraq həmin əmlaka cavabdehin hüququ tanınmış və o, bu hüquqdan istifadə edərək, alqı-satqı əməliyyatını həyata keçirmişdir. Sadəcə iddiaçı cavabdehə etibar etdiyindən, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi tamamlanmamışdır. Cavabdehin hazırda alqı-satqı üzrə öhdəliyini yerinə yetirməsindən imtina etməsinin əsas səbəbi 2024-cü ildən etibarən mübahisəli ərazidə həyata keçirilən söküntü işləridir. Həmçinin, birinci instansiya məhkəməsində aparılan icraat üzrə şahid qismində izahat verən şəxs ümumiyyətlə alqı-satqı prosesində iştirak etməmiş və yalan izahat vermişdir. Bu səbəbdən, həmin şəxs barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

42. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı vəkilinin izahatını təsdiq edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdehdən 2023-cü ildə hissə-hissə ödənilmək şərtilə 115.000 manat müqabilində fərdi yaşayış evi əldə etmişdir. Alqı-satqı əməliyyatı zamanı cavabdeh ondan evi boşaltmaq üçün 2 ay vaxt istəmişdir və o da alqı-satqı üzrə ödənilməmiş vəsaiti ödəyənə qədər cavabdehin həmin evdə qalmasına etiraz etməmişdir. 2024-cü ilin yanvar ayında cavabdehdən evi boşaltmağını tələb etsə də, o, iddiaçıdan yenidən 2024-cü ilin fevral ayının sonuna qədər vaxt istəmiş və 2024-cü ilin fevral ayının sonunda ümumiyyətlə fərdi yaşayış evini ona təhvil verməkdən imtina etdiyini bildirmişdir. Həmin zaman cavabdehdən evə görə ödədiyi vəsaiti tələb etsə də, o, ödədiyi pul vəsaitini də qaytarmaqdan imtina etmişdir. Hazırda cavabdeh mübahisəli fərdi yaşayış evinin aşağı mərtəbəsinin onun, yuxarı mərtəbəsinin isə onun özünə məxsus olduğunu bildirsə də, iddiaçı alqı-satqı üzrə hər 2 mərtəbə olmaqla, bütövlükdə fərdi yaşayış evini əldə etmişdir.

43. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmiş və həmçinin bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı ilə 160.000 manat məbləğində pul vəsaitinin hissə-hissə ödənilməsi şərtilə, fərdi yaşayış evinin alqı-satqısına dair adi şəraitdə müqavilə bağlanılmışdır. İddiaçı şəxsi səbəblərindən dolayı, müqavilə üzrə məbləğin 115.000 manat göstərilməsini xahiş etmiş və o da bu təkliflə razılaşmışdır. ##.##.2023-cü il tarixdə yazılı ərizə təqdim etməklə, 115.000 manat məbləğində vəsaiti tam şəkildə ödəyəcəyini bildirsə də, yalnız 40.000 manat və 21.000 ABŞ dolları məbləğində vəsait ödəmişdir. Dəfələrlə, iddiaçıdan çatışmayan vəsaiti tələb etsə də, o, müxtəlif bəhanələr irəli sürərək, geri qalan vəsaiti ödəməmişdir. Sonradan 21.000 ABŞ dolları məbləğində ödənilmiş vəsait tərəfindən iddiaçıya geri qaytarılmışdır.

Tətbiq edilən hüquq:

44. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyasının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı işdə ilkin iddia tələbi rədd edildiyindən, qarşılıqlı iddia tələbi isə təmin olunduğundan və apellyasiya şikayətinə əsasən, qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən tam hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, özbaşına tikili hesab edilən mübahisəli fərdi yaşayış evinin alqı-satqısına dair tərəflər arasında sadə yazılı formada müqavilə bağlanmış, əmlakın satış qiyməti 115.000 manat müəyyən edilmiş və həmin məbləğin alıcı tərəfindən hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən, yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması satış qiymətinin tam ödənilməsindən sonra nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə ümumilikdə 76.700 manat ödənilmiş, satış qiymətinin 38.300 manat məbləğində hissəsi isə ödənilməmiş qalmışdır. İddiaçı qalan 38.300 manat məbləğini də ödəməyə hazır və niyyətli olduğunu bildirərək, cavabdehin mübahisəli fərdi yaşayış evindən çıxarılması, habelə bununla əlaqədar çəkdiyi xərclərin əvəzinin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh isə 38.300 manat məbləğində ödənişin müəyyən edilmiş müddətdə həyata keçirilmədiyini əsas gətirərək, alqı-satqı münasibətlərini davam etdirməkdən imtina etdiyini bildirmiş, iddiaçının mübahisəli yaşayış sahəsindən çıxarılması barədə qarşılıqlı iddia irəli sürmüş və ilkin iddia tələbini qəbul etməmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddia üzrə iddiaçının mübahisə predmeti olan evə münasibətdə mülkiyyət hüququna, bununla da həmin hüquqdan irəli gələn subyektiv hüquqa malik olmamasını nəzərə alaraq, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınacağına dair gözlənti hüququna və qanuni marağa malik olmaqla subyektiv hüququ olan şəxs kimi çıxış etdiyini qəbul etməsi və bu baxımdan qarşılıqlı iddia tələbini mahiyyəti üzrə qiymətləndirməsi barədə düzgün nəticəyə gəlsə də, qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı mövqeyi əsaslı olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli fərdi yaşayış evinə münasibətdə gözlənti hüququna malik şəxs kimi subyektiv hüquq sahibi hesab edilsə də, həmin hüquqdan irəli gələn səlahiyyətlərini həyata keçirərkən mülki hüquq münasibətlərinə daxil olduğu digər şəxslərin hüquq və qanuni mənafelərinə zərər vuran və ya hüquqdan suiistifadə51.xarakteri daşıyan hərəkətlərə yol verməsi və sonradan dəyişmiş maraqlarını əsas götürərək mübahisəli fərdi yaşayış evi üzərində sərəncam vermək iradəsini digər şəxslərin hüquq və qanuni mənafelərinə zərər vura biləcək formada həyata keçirməsi yolverilməzdir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il ## #### tarixli Qərarları).

53. Konstitusiya Məhkəməsinin Plenumu "X.Mirzəliyevin şikayəti üzrə" 2021-ci il ## ######## tarixli Qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

54. Əvvəla, qarşılıqlı iddia tələbi tərəflər arasında hər hansı alqı-satqı əqdinin baş tutmaması, ümumiyyətlə, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli evi satmaq niyyətinin olmaması, habelə İddiaçı tərəfindən mübahisəli fərdi yaşayış evinin birinci mərtəbəsinin qanunsuz zəbt edilməsi barədə dəlillərlə əsaslandırılmışdır. Lakin qarşılıqlı iddia üzrə iddiaçı hər iki instansiya məhkəməsinin iclaslarında verdiyi izahatlarında həmin dəlilləri təkzib edərək, tərəflər arasında mövcud olmuş razılaşmanın məhz ona məxsus evin birinci mərtəbəsinin satılmasına dair olduğunu, bu razılaşma çərçivəsində İddiaçı tərəfindən ümumilikdə 76.700 manat məbləğində pul vəsaitinin ödənildiyini bildirmişdir. Bununla yanaşı, o, satış qiymətinin qalan hissəsinin ödənilməsinin gecikdirilməsini əsas gətirərək mübahisəli evi satmaq niyyətindən sonradan imtina etdiyini qeyd etmişdir.

55. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçının verdiyi izahatlar onun qarşılıqlı iddia tələbinin əsaslandırılması üçün irəli sürdüyü ilkin dəlillərlə ziddiyyət təşkil etmiş, nəticə etibarilə onun mövqeyində ziddiyyətli yanaşma formalaşmışdır.

56. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış faktiki alqı-satqı münasibətlərinin mövcudluğuna qarşılıqlı iddia üzrə iddiaçının hər hansı etirazı olmamış, əksinə, o, mübahisəli fərdi yaşayış evinin satılması müqabilində ilkin iddiaçı tərəfindən ona ümumilikdə 76.700 manat məbləğində pul vəsaitinin ödənildiyini və həmin vəsaiti qəbul etdiyini təsdiq etmişdir.

57. Bununla yanaşı, qarşılıqlı iddia üzrə iddiaçının alqı-satqının həyata keçirilməsindən imtina etməsinə əsas kimi irəli sürdüyü halın – yəni ilkin iddiaçı İddiaçı tərəfindən satış qiymətinin konkret müddət ərzində ödənilməli olmasına dair şərtin tərəflər arasında bağlanmış razılaşmada nəzərdə tutulmadığı müəyyən edilmişdir. Tərəflərin məhkəmə iclaslarında verdikləri izahatların məzmunundan da belə bir ödəniş müddətinin nəzərdə tutulduğunu təsdiq edən hər hansı halın müəyyənləşdirilməsi mümkün olmamışdır.

58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyini qoyur.

59. Lakin, hazırkı vəziyyətdə qarşılıqlı iddia üzrə iddiaçının bir-birini təkzib edən izahatlar verməsi, habelə ilkin iddiaçı İddiaçı tərəfindən ödənilməmiş 38.300 manat məbləğində vəsaitin ödənilməsinə hazır və niyyətli olmasına baxmayaraq, həmin vəsaiti qəbul etməkdən imtina etməsi onun ziddiyyətli davranış nümayiş etdirdiyini göstərir. Belə davranışla qarşılıqlı iddia üzrə iddiaçı faktiki alqı-satqı münasibətləri çərçivəsində üzərinə götürdüyü öhdəliklərin icrasına münasibətdə ardıcıl və vicdanlı rəftar etməmiş, nəticə etibarilə qarşılıqlı iddia üzrə cavabdehin hüquq və qanuni mənafelərinə zərər vurmuşdur.

60. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə tərəflər arasında yaranmış faktiki alqısatqı münasibətləri çərçivəsində mübahisəli əmlakı əldə etmək məqsədilə müxtəlif vaxtlarda hissə-hissə ödədiyi əhəmiyyətli məbləğdə pul vəsaitlərinin (41.000 manat və 21.000 ABŞ dolları) qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aynurə tərəfindən qəbul edilməsinə əsaslı olaraq etimad etmişdir. (Həmin ödənişlərin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qəbul edilməsi sonuncunun öz izahatları ilə də təsdiq olunur).

61. Beləliklə, qarşılıqlı iddia üzrə cavabdeh əvvəlki rəftar və davranışlara əsaslanaraq tərəflər arasında mövcud olmuş faktiki alqı-satqı münasibətlərinin davam etdiriləcəyinə və razılaşdırılmış əmlakın əldə edilməsinin başa çatdırılacağına dair əsaslı gözlənti formalaşdırmışdır. Bu şəraitdə onun qarşılıqlı iddia üzrə iddiaçının sonradan əvvəlki davranışına zidd mövqe nümayiş etdirərək alqı-satqı münasibətlərindən imtina edə biləcəyini əvvəlcədən nəzərdə tutması və ya belə bir davranışı ehtimal etməsi üçün əsas olmamışdır.

62. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh faktiki alqı-satqı münasibətlərinə daxil olaraq, mübahisəli əmlakı əldə etmək məqsədilə əhəmiyyətli məbləğdə pul vəsaiti ödəmiş və bununla da həmin əmlakı əldə edəcəyinə dair əsaslı gözlənti formalaşdırmışdır. Lakin İbrahimova Aygünün öz hüququndan sui-istifadə etməklə sonradan dəyişmiş və tərəflər arasında ilkin razılaşmanın məzmunu ilə uzlaşmayan iradəsinə uyğun olaraq hərəkət etməsi nəticəsində qarşılıqlı iddia üzrə cavabdeh həm əhəmiyyətli maliyyə itkisi ilə üzləşmiş, həm də ödənişlərini əmlakın əldə edilməsi ilə nəticələndirmək imkanından məhrum olmuşdur.

63. Belə olan halda, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış sadə yazılı alqı-satqı müqaviləsinin şərtlərini, o cümlədən mübahisəli əmlakın satılmasına və satış qiymətinin hissə-hissə ödənilməsinə qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygünün razılıq verməsini, uzun müddət ərzində bu qaydada həyata keçirilən ödənişlərə hər hansı etiraz bildirməməsini və ödənilmiş məbləğləri qəbul etməsini nəzərə almalı, həmin hallara qarşılıqlı iddia tələbi üzrə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilən halların qarşılıqlı iddia tələbinin həlli baxımından hüquqi əhəmiyyəti lazımi qaydada qiymətləndirilməmiş, tərəflərin faktiki davranışlarının və qarşılıqlı iddia üzrə iddiaçının əvvəlki rəftarının onun sonrakı mövqeyinə təsiri araşdırılmamışdır.

64. Beləliklə, hazırkı mübahisə üzrə məhkəmə kollegiyasının gəldiyi qənaət ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygün digər tərəfdə əsaslı etimad formalaşdırmışdır, İbrahimova Aygünün digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirməsi hüquqdan sui-istifadədir və bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi əsaslar üzərindən qarşılıqlı iddia tələbinin təmin olunması mümkün deyildir.

65. Eyni zamanda, məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətində “məhkəmənin ilkin və qarşılıqlı iddia tələbindən kənara çıxması” ilə bağlı dəlili ilə razılaşaraq qeyd edir ki, nə ilkin, nə də qarşılıqlı iddia ərizəsində İbrahimova Aygün Ənvər qızından 76.700 manat məbləğində pul vəsaitinin tutulması barədə hər hansı tələb irəli sürülməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində həmin məbləğin tutulması barədə nəticəyə gəlinməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbləri baxımından məhkəmənin iddia tələblərinin hüdudlarından kənara çıxması kimi qiymətləndirilməlidir.

66. Çünki, məhkəmənin yekunda göstərilən qənaəti üzrə iş üzrə tərəflər hər hansı tələb irəli sürmədiyindən, onların öz mövqelərini bildirmək və etirazlarını təqdim etmək imkanı olmamışdır. Əks yanaşma mülki mühakimə icraatının təməl prinsiplərinə, o cümlədən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə zidd olmaqla yanaşı, ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb ola bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsində yalnız müstəsna hallarda məhkəmənin iddia tələblərindən kənara çıxmaq səlahiyyətinin mümkün olduğu nəzərdə tutulsa da, birinci instansiya məhkəməsi qətnaməsində belə müstəsna halın nədən ibarət olduğunu göstərməmiş, iddia tələblərindən kənara çıxılmasını şərtləndirən hər hansı hüquqi və faktiki əsaslandırma aparmamışdır.

67. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygün Ənvər qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, qətnamənin nəticə hissəsinin İbrahimova Aygün Ənvər qızından 76.700 (yetmiş altı min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq, Varol Həlimə Tağı qızına ödənilməsi hissəsi nəzərə alınmamalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddia üzrə iddiaçının özünə aid edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi qismən ləğv edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı İbrahimova Aygün Ənvər qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamənin nəticə hissəsinin İbrahimova Aygün Ənvər qızından 76.700 (yetmiş altı min yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq, Varol Həlimə Tağı qızına ödənilməsi hissəsi nəzərə alınmasın. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilkin iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Rəşid Səmədov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar