Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2452/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərər tələbi, borcun etirafı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi, Işin halları, iş üzrə məhkəmə icraatı
1. Iddiaçı 2019-2023-cü illər ərzində cavabdehə ümumilikdə 82400 manat pul verdiyini, cavabdehin həmin vəsaitdən cəmi 50900 manat pulu 2024-2025-ci illər ərzində geri qaytardığını bildirmişdir.
2. Cavabdeh isə 30000 dollar aldığını, bunun 10000 dollarını dərhal qaytardığını, 20000 dolları isə sonradan qaytardığını və borcunun olmadığını bildirir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “31500 manat borc pulun və 3500 manat mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 31.500 manat pul, 3500 manat mənəvi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Iddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı 2019-2023-cü illər ərzində cavabdeh Cavabdeh xahişi ilə təsisçisi olduğu hüquqi şəxsin direktoru vəzifəsində işləmişdir. Iddiaçı 2021-ci il tarixdə cavabdehin xahişi ilə “xxxx” ASC-dən 3200 manat kredit götürərək cavabdehə vermişdir. 3 gün sonra, yəni ## ###### 2021-ci il tarixdə iddiaçı cavabdehin xahişi ilə 34000 manat pul vəsaitini də cavabdehə vermişdir. Həmin ilin 10 mart tarixində cavabdehin xahişi ilə 6800 manat pulu cavabdehin ortağı olan Vüqar Qasımova verməsi üçün sonuncunun mühasibi olan Azər adlı şəxsə vermişdir. Covid-19 pandemiyası zamanı cavabdehin xahişi ilə 760 manat pul vəsaitini onun dediyi şəxslərə vermiş, cavabdhein özünə isə şəxsə tələbatlarını ödəmək üçün 400 ABŞ dolları vermişdir. Həmin ilin may ayının sonunda cavabdeh pula ehtiyacı olduğunu bildirərək iddiaçıya məxsus olan avtomobili 17500 manata satmış, yaxın vaxt ərzində yenisini alacağını vəd edərək pulu özünə götürmüşdür. Həmin ilin dekabr ayında iddiaçı kredit olaraq bankdan götürdüyü 5000 manat və əlavə olaraq 1700 manat vəsaiti cavabdehə vermişdir. 27 avqust tarixdə 7650 manat pulu cavabdehin xahişi ilə onun ortağı olan Vüqar adlı şəxsin mühəndisinə vermişdir. Iddiaçı tərəfindən cavabdehə ümumilikdə 82400 manat pul vəsaiti verilmişdir. Həmin vəsaitin 50900 manat hissəsi cavabdeh tərəfindən geri qaytarılmış, qalıq 31500 manat hissəsi isə qaytarılmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyinə görə hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Iddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi ilə bağlı ümumiyyətlə hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü təşkil edilməmişdir. Iddia ərizəsində qeyd edilən xüsusatlar sübuta yetirilmir. Cavabdeh tərəfindən iddia qəbul edilmir. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçı və cavabdehin izahatları əsasında müəyyən edilmişdir ki (audio-video qeydlər mövcuddur), iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda 2021-ci il tarixdə cavabdehə ümumilikdə 30.000 ABŞ dolları borc verilmişdir, həmin borc cavabdeh tərəfindən hissəhissə olmaqla 2025-ci ilədək tam geri qaytarılmışdır. Yəni, 30.000 ABŞ dolları borcun verilməsi və onun geri qaytarılması mübahisəsiz haldır. Hazırkı iddianın predmetini təşkil edən borc məbləğinə dair isə əsaslı sübutlar mövcud deyildir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 739, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1095, 359.1, 1096.1, 1096.2-ci maddələri; “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri
8. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində qeyd olunur ki, 2024-2025-ci ilər ərzində 34 000 (otuz dörd min) manat pul ödəmişdir ki, bu pulun da 10 000 (on min) manatını onunla işlədiyi illər dövründə ona ödənilməmiş maaşlarının əvəzi olaraq maaş kartına ödəmişdir və həmin 10 000 (on min) manatı, iddiaçının ona əli ilə verdiyi borc puldan çıxmışdır ki, bu boyda qanunsuzluğa da hakim göz yumdu, hərçənd ki, bu haqda da məhkəməyə yetərli sübut vermişdi. Bildirmək istəyir ki, ##.##.2025-ci il tarixində yəni son məhkəmədən iki gün öncə o, məhkəmənin qərəzli mövqeyini gördüyü üçün, Yasamal rayon Məhkəməsinin sədrinə Məhkəmənin dəyişdirilməsi barədə, etiraz ərizəsi ilə müraciət etməyinə baxmayaraq, müraciəti təmin olunmadı. Etirazına səbəb, onun məhkəmənin iclas protokolu və video qeydləri ilə tanış olarkən, məhkəmə proseslərinin olduğu kimi qeyd olunmaması, əmək hüquqlarının təmin olunması üçün təqdim etdiyi vəsatətin məhkəmə tərəfindən rədd edilməsi, cavabdehin yalan və böhtanlarına göz yumulması və ümumiyyətlə gedən məhkəmə prosesinin qərəzli və şüphəli olduğunu açıq aşkar görünməsi oldu. Qeyd etmək istəyir ki, ##.##.2025-ci il tarixdə hakim Fariz Əlizadə tərəfindən çıxarılan qərar, məhkəmə iclası başlanmazdan əvvəl, bəlkə də bir neçə gün əvvəl yazılıb hazırlanmış bir qərar idi ki, Hakim məhkəmə iclası natamam (yəni onun sualları tam cavablandırılmadan) bittikdən sonra qərar çıxarılması üçün otağına çəkildiyindən dərhal sonra hazır qərarı gətirərək təqdim etdi. Məhz Hakimin ##.##.2025-ci il tarixli Qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) bir sıra fundamental normalarına ziddiyyət təşkil edir. X9 Pozulması (MPM, Maddə 119.1) Hakim Qətnamənin müəyyən edici hissəsində qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddia tələbinin əsaslı olduğunu ümumi şəkildə təsdiq etmir. Bu qənaət aşağıdakı səbəblərdən MPM-in 119.1 ci maddəsində təsbit edilmiş sübutların hərtərəfli, tam və obyektiv qiymətləndirilməsi prinsipini pozur: X8: Məhkəmə pulun verilməsini təsdiqləyən səs yazısının ekspertizasının təyin edilməsi barədə vəsatəti rədd etmişdir. Bu, faktın sübut edilməsi üçün ən vacib addımın qarşısını almış və MPM-in 92 ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmçinin, Cavabdehin şirkətindəki son hesabatların və iddiaçının maaş bank çıxarışlarının tələb edilməsi barədə vəsatətlər təmin edilməmişdir, bu da onun əmək hüquqlarının pozulması faktının sübut edilməsi imkanını sıfıra endirmişdir. X4 Rəddinin Əsaslandırılmaması: Məhkəmə qətnamədə bank çıxarışlarının, WhatsApp yazışmalarının və cavabdehin pulu almasını faktiki təsdiqləyən digər sübutların niyə rədd edildiyini, onların məhz hansı səbəbdən "etibarsız" hesab olunduğunu izah etməmişdir. MPM-in 119-cu maddəsinə görə, məhkəmə yalnız bir neçə sübuta yox, bütün sübutların məcmusuna qiymət verməli və rədd edilməsinin səbəbini əsaslandırmalıdır. Bu isə qətnamədə edilməmişdir. Maddi hüquq normalarının səhv tətbiqi və ziddiyyətlər münasibətin əsası yaxın qohumluq əlaqəsi və şəxsi etimad üzərində qurulmuşdur. Cavabdehin pulu aldığını təsdiq edərkən onun mənbəyini maşın satışından gələn pul ilə əlaqələndirməsi, bunun kommersiya deyil, məhz mülki borc münasibəti olduğunu sübut edir. Məhkəmənin yalnız mülki hüquq normalarını tətbiq edərək, Cavabdehin MMC rəhbəri kimi onun əmək hüquqlarını pozması (Məcələnin 1095-ci maddəsinin tələbi) faktına heç bir qiymət verməməsi qərarın birtərəfli olmasına gətirib çıxarmışdır. Cavabdehin yalançı ifadələrinə göz yumma: Cavabdehin məhkəmədə pulu almasını bir tərəfdən təsdiqləyib, digər tərəfdən onu "əmək haqqı borcu" kimi qeyri-qanuni müddəalarla əlaqələndirməsi onun məqsədyönlü şəkildə yalan danışdığını göstərir. Hakim bu yalan ifadələrin və ləyaqətə xələl gətirən çıxışların qarşısını almamış və MPM-in 88-ci maddəsinə uyğun hüquqi qiymət verməmişdir. Bu, MPM-in 15-ci (Məhkəmədə çəkişmə) və 11-ci (Qanunçuluq) maddələrinə ziddir.
b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq qanuni və ədalətli qətnamə çıxarmış, iddiaçının əsassız tələblərini rədd etmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti isə heç bir hüquqi, maddi və sənədli sübata əsaslanmır, tamamilə uydurma fərziyyələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qanuni qətnaməsini ləğv etmək üçün əsas yarada bilməz. Iddiaçı İddiaçı tərəfindən ondan tələb olunan 15.000–20.000 ABŞ dolları məbləğində qondarma "borc" və ya "şərikli mənfəət payı" barədə heç bir yazılı müqavilə, qəbz (bəraət) və ya tərəflərin iradə ifadəsini təsdiq edən hüquqi sənəd mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77-ci maddəsinə uyğun olaraq, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı apellyasiya instansiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçının eyni məsələlərlə bağlı manipulyasiya və sui-istifadə cəhdləri növbəti dəfə rəsmi şəkildə sübuta yetirilmişdir. Belə ki, o, cavadbehin rəhbərlik etdiyi şirkətə qarşı Nərimanov Rayon Məhkəməsində işdən çıxarılmasından xəbərsiz olması və 10 min manat əməkhaqqı tələbi ilə bağlı iddia qaldırmışdı. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı iş üzrə çıxardığı qərarla iddiaçı tamamilə məğlub olmuş və onun bütün əsassız tələbləri məhkəmə tərəfindən rədd edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğuna baxmayaraq, iddiaçının eyni əmək və əməkhaqqı məsələlərini yenidən apellyasiya məhkəməsinin müzakirəsinə çıxarmaq cəhdi açıqaşkar hüquqdan sui-istifadə və Azərbaycan Respublikası MPM-nin prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu, onun məhkəməni çaşdırmaq, eyni faktları təkrar araşdırmağa sövq etmək və prosesi qəsdən uzatmaq niyyətini bir daha təsdiq edir. Iddiaçı İddiaçı onun doğma xalası oğludur. Onun keçmişdə xarici ölkələrdə qeyri-sabit həyat tərzi sürməsi, habelə Belarus Respublikasında saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya edilməsi və burada dələduzluq cinayətinə görə məhkum olunması faktlarını nəzərə alaraq, ailə üzvlərinin və xüsusilə atasının mənəvi təkidi ilə ona kömək etmək, işə götürmək qərarına gəldi. Burada məqsədi hər hansı kommersiya marağı deyil, sırf qohumluq təəssübkeşliyi və humanizm olmuşdur. Təxminən 5 il ərzində o, cavabdehin yanında fəaliyyət göstərmişdir. Müvafiq ixtisası, savadı və təhsili olmadığı üçün ilkin dövrlərdə ona sadəcə köməkçi kimi xidmət etmiş, sonradan isə təsisçisi olduğu şirkətə formal olaraq direktor təyin edilmişdir. Fəaliyyəti dövründə ona hər ay nağd qaydada 850 manat vəsait ödənilmiş (rəsmi direktor təyin olunduqdan sonra isə vergilər çıxılmaqla əməkhaqqı kartına 700 manat köçürülmüşdür), həmçinin onun bütün şəxsi ehtiyacları, o cümlədən müalicə xərcləri tərəfindən qarşılanmışdır. Hətta onun törətdiyi xuliqanlıq əməli ilə bağlı (ictimai nəqliyyat sürücüsü ilə baş vermiş incident) yaranmış problemlərin həllinə də mənəvi və maddi dəstək gösterilmişdir. Bir daha qətiyyətlə bəyan edir ki, iddiaçı ilə aralarında heç bir zaman bərabərhüquqlu şərikli biznes, müştərək sahibkarlıq və ya kommersiya tərəfdaşlığı münasibətləri mövcud olmamışdır. O, rəhbərlik etdiyi şirkətdə muzdlu işçi olmuş və işlədiyi hər bir ay üçün öz əməkhaqqını tam, həmçinin əlavə maddi yardımları artıqlaması ilə almışdır. Tərəflər arasında əvvəllər mövcud olmuş bütün maliyyə münasibətləri üzrə öhdəliklər cavabdeh tərəfindən tam həcmdə və dürüst icra edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 547-ci maddəsinə əsasən həmin öhdəliklərə icra ilə tam xitam verilmişdir. Hazırda tərəflər arasında heç bir yerinə yetirilməmiş maliyyə öhdəliyi və ya borc münasibəti mövcud deyil. Iddiaçının qaldırdığı əlavə pul tələbləri heç bir real hüquqi və ya kommersiya əsasına söykənmir. Iddiaçı İddiaçı mülki-hüquqi müstəvidə hüququn müdafiəsinə deyil, onun iş, təhsil, tələbə və dostluq mühitinə daxil olaraq şantaj və böhtan xarakterli hərəkətlərlə cavabdehin şəxsiyyətini, ləyaqətini və cəmiyyətdəki nüfuzunu alçaltmağa, ona mənəvi təzyiq göstərməyə cəhd edir. Qeyd edilməlidir ki, iddiaçının keçmişdə də dələduzluq cinayətinə görə məhkum olunması onun hüquqdan və məhkəmə institutundan sui-istifadə etmək meyllərini növbəti dəfə təsdiqləyir. Onun hazırkı hərəkətləri mülki mübahisə deyil, qanunsuz yollarla və böhtan atmaqla vəsait tələb etmək (şantaj) xarakterlidir. Hətta onun öz doğma ailə üzvlərinə (bacısına, həyat yoldaşı koronavirusdan dünyasını dəyişəndən həmən sonra) cavabdehin hər ay onun vasitəsi ilə göndərdiyi maddi yardımları mənimsəməsi və gizlətməsi faktı da onun mənəvi-hüquqi etibarlılığının olmamasının bariz nümunəsidir.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, cavabdehin apellyasiya şikayətinə verdiyi etiraz ərizəsində qeyd edilib ki, guya o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə onun verilməli olan 10 min manat maaşla bağlı iddia ərizəsi ilə müraciət etmişdir. O, həmin iddia ərizəsini elektron kabinet vasitəsi ilə təqdim etmiş, oradan da görünür ki, onun belə bir müraciəti olmayıb. Oxşar məzmunlu etiraz ərizəsini Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə də ünvanlayıb, yalan məlumatlar qeyd edib.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, ilk növbədə 23 may tarixli yazışmalara münasibət bildirmək istəyir. Onun 19 min dollarla razılaşmağının səbəbi o idi ki, həmin dövrlərdə borclar onu çox sıxırdı, o da cavabdehdən onun etiraf etdiyi 19 min dolların tez bir zamanda ona ödənilməsini istədi. Əslində isə borc bu qədər deyildi. Məhkəməyə təqdim etdiyi səs yazmalardan göründüyü kimi cavabdeh maşından əlavə 36 min manat borcunun olması ilə razılaşır və böyük rəqəmlər olmadığını, həll edəcəyini bildirir. Həmin gündən sonra 24 min manat və 10 min manat maaşını verib. Borcu bu qədər qəbul etsək belə, 36 min manatdan 2 min manat borc və 17500 manat maşının pulu qalır. Cavabdeh 2024-2025-ci illərdə maaşı ilə birlikdə 20 min dollar, yəni 34 min manat pul ödəyib. 24 min manatı nağd şəkildə, 10 min manatı karta köçürüb.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Cavabdeh izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, o, birinci instansiya məhkəməsində də sübutlarını təqdim etmişdir. Ilk növbədə maşınla bağlı məsələyə münasibətdə qeyd etmək istəyir ki, iddiaçının qardaşı Almaniyadan maşın almışdı, iddiaçının da pulu olmadığı üçün gömrükdən çıxara bilməsi üçün maşının pulunu o vermişdi. Sonradan onun işlərində problem yaranıb, işlər dayananda maşını satıb və onun pulunu qaytarıb. Maaşla bağlı məsələdə isə həmin dövrdə hesablarında pul olmadığı üçün iddiaçının maaşını əlbəəl vermişdir. Karta yüklənilməyən maaş 10 min manat edir ki, o, həmin pulu əlbəəl vermişdir. 10 min manat pulu maaş kartına göndərsə də, həmin pul onun iddiaçıya olan borcundan silinməsi üçün verilmişdir. Iddiaçı işdən çıxdıqdan sonra onun kartına ödənilməyən lakin əlbəəl verilmiş maaş bankda borc kimi göründüyü üçün 10 min manatı karta köçürmüşdür. Onun iddiaçıya maaş borcu olmayıb.O, əvvəllər iddiaçıya 500 dollar maaş verirdi, sonradan maaşı 1000 dollara qaldırdı. Xalası qızının həyat yoldaşı vəfat etdiyi üçün o, həmin puldan ona da yardım kimi verilməsi üçün maaşı artırmışdı. 2024-cü ildə o, ödənişlər etmişdir. Onun iddiaçıya borcu yoxdur.
14. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir
Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 18.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 20.Iddiaçı 2019-2023-cü illər ərzində cavabdehə ümumilikdə 82400 manat pul verdiyini, cavabdehin həmin vəsaitdən cəmi 50900 manat pulu 2024-2025-ci illər ərzində geri qaytardığını bildirmişdir. 21.Cavabdeh isə 30000 dollar aldığını, bunun 10000 dollarını dərhal qaytardığını, 20000 dolları isə sonradan qaytardığını və borcunun olmadığını bildirmişdir.
22. Iddia tələbini rədd edən məhkəmənin mövqeyinə görə hazırki iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərindədir. Iddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi ilə bağlı ümumiyyətlə hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü təşkil edilməmişdir. Iddia ərizəsində qeyd edilən xüsusatlar sübuta yetirilmir. Cavabdeh tərəfindən iddia qəbul edilmir. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iddiaçı və cavabdehin izahatları əsasında müəyyən edilmişdir ki (audio-video qeydlər mövcuddur), iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda 2021-ci il tarixdə cavabdehə ümumilikdə 30.000 ABŞ dolları borc verilmişdir, həmin borc cavabdeh tərəfindən hissə-hissə olmaqla 2025-ci ilədək tam geri qaytarılmışdır. Yəni, 30.000 ABŞ dolları borcun verilməsi və onun geri qaytarılması mübahisəsiz haldır. Hazırkı iddianın predmetini təşkil edən borc məbləğinə dair isə əsaslı sübutlar mövcud deyildir.
23. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələbini sübut edə bilmir. 24.Belə ki, tərəflər arasında olan # ### 2023-cü il tarixli whatsapp yazışmadan görünür ki, cavabdeh bildirir ki, onun tərəfindən 10000 dollar qaytarılıb, qalıb cəmi 19000 dollar. Cavabdeh yazışmada iddiaçı tərəfindən verilən pul məbləğini, həm də onun tərəfindən qaytarılan pul məbləğini yazmış və iddiaçıya “başqa pul vermisənsə yaz” deyərək müraciət etmişdir. Iddiaçı isə bu suala cavab yazmamış və 19000 dolları tez bir zamanda geri almaq istədiyini bildirmişdir (i.v.68).
25. O cümlədən təqdim edilmiş # ###### 2024-cü il tarixli səs yazıda cavabdeh bildirir ki,..hesab var, o vaxt sizə göndərmişəm. Ilqar Amaniyada olanda 19000 idi, sonra xırda para bir şeylər əlavə etdik 20000 oldu. Heç nə dəyişməyib (i.v.67).
26. ## ######## 2024-cü il tarixli səs yazıda cavabdeh bildirir ki, araşdırmışıq Ilqar ona 20000 dollar verib. Ondan da 10300 dollar qaytarıb. Qalıb 9700 dollar (i.v.67). 27.Nəzərə alınmalıdır ki, iddiaçı izahatında cavabdeh tərəfindən 2024-2025-ci illərdə ona 20000 dollar pul qaytarıldığını təsdiq etmişdir. 28.Beləliklə, iş materialları ilə sübut olundu ki, cavabdeh 2023-cü il yazışmada 10000 dollar qaytardıqdan sonra yalnız borcunun 19000 dollar qalmasını etiraf etmişdir. Bundan sonra, 2024cü il yazışmada borcun 19000 olması, sonra xırda para bir şeylər əlavə etdikdən sonra 20000 olmasını təsdiq etmişdir. Iddiaçı da 2024-2025-ci illər ərzində cavabdeh tərəfindən ona 20000 dollar pul qaytarıldığını təsdiq etmişdir. 29.Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
30. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68)
31. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93)
32. Avropa Insan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş ## ##### 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (Insan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir.
33. Kollegiya o cümlədən qeyd edir ki, iddiaçının mənəvi zərər tələbi də əsassızdır.
34. Belə ki, Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqinda Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabrı 2025-ci il tarixli Qərarına əsasən 4.13. Müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan bir qayda olaraq müqavilədən irəli gələn öhdəliklərin pozuntusu mənəvi zərərin yaranmasına səbəb olmur (məsələn, borc müqaviləsi üzrə borcun qaytarılmasından yayınma, alqı-satqı müqavilələri üzrə alqı-satqı predmetinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi və s.). Müqavilə öhdəliklərinin pozulması o halda mənəvi zərərin yaranmasına səbəb ola bilər ki, bu pozuntu eyni zamanda müqavilə tərəfinin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Bu zaman müqavilədə onun predmetinin tərəf üçün qeyri-maddi dəyər daşımasına dair xüsusi şərtin nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, öhdəliyin pozulmasının şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi araşdırılmalıdır. 4.14. Bu halda mənəvi zərərin kompensasiyası tələbinin hüquqi əsasını müqavilənin şərtləri, habelə Konstitusiya və (və ya) bu müqavilədən irəli gələn münasibətləri tənzimləyən maddi hüquq normaları (məsələn, Mülki Məcəllə, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Turizm haqqında” və “Müəlliflik və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları və s.) təşkil edəcəkdir. 35.Beləliklə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatroun özünə aid edilməlidir. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği apellyatroun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim: Günay Axundova Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov