Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2457/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər cavabdeh2 İsfəndiyar qızı və cavabdeh1 İsfəndiyar oğluna qarşı mülki iş (Açar sözlər: «maddi zərər, susızma, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh cavabdeh1 İsfəndiyar oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, H.B.Əliyev küçəsi, * saylı evin ** saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə ##.##.2005-ci il tarixdə qeydiyyat aparılmışdır.
2. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 7 ünvanında yerləşən ** nömrəli mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən ##.##.2024-##.##.2025-ci illər üzrə icbari qaydada sığortalanmışdır. Yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, üçüncü şəxslərinin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi kimi hallar sığorta risklərinin dairəsinə aid edilmiş, sığorta məbləğinin 25.000 manat, azadolma məbləğinin 250 manat olması qeyd edilmişdir.
3. ünvan 2 ünvanı cavabdeh1 İsfəndiyar oğlunun adına qeydiyyata alınmışdır. Mənzil ##.##.2021-ci il tarixli bağışlama müqaviləsi əsasında X2 tərəfindən cavabdeh2 İsfəndiyar qızına bağışlanmış (##.##.2021-ci il tarixdə reyestrdən çıxarış əldə edilmiş); ##.##.2025-ci il tarixli bağışlama müqaviləsi əsasında isə cavabdeh2 İsfəndiyar qızı tərəfindən cavabdeh1 İsfəndiyar oğluna bağışlanmışdır (##.##.2025-ci il tarixdə reyestrdən çıxarış əldə edilmişdir).
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 7 ünvanında yerləşən ** nömrəli mənzilin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyətini və eləcə də ** saylı mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilən zaman müəyyən vaxt keçəndən sonra ümumi kanalizasiya xəttindən şaxtaya suyun sızması faktı müəyyən edilmişdir. Baxış keçirilən zaman su sızmanın cavabdehə məxsus sanitar qovşağa aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən baş verdiyi müəyyən edilmişdir. Bu səbəbdən ** saylı mənzilə üst mərtəbədə yerləşən ** saylı mənzilin sanitar qovşağına aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən (şaxtada) suyun sızması nəticəsində ** saylı mənzilə ziyanın dəydiyi müəyyən edilir. Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 7 ünvanında yerləşən ** nömrəli mənzilə baxış keçirilən zaman mənzilə suyun sızmadığı, lakin ** saylı mənzilə üst mərtəbədə yerləşən ** saylı mənzilin sanitar qovşağına aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən suyun sızması faktı müəyyən edilmiş və həmin su sızmanın qarşısının alınması üçün hər hansı tədbirlərin görülmədiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh X1 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən su axıdılması nəticəsində iddiaçının mənzilinə dəymiş 6.500 manat maddi zərərin ödənilməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edib (iddia ərizəsinə texniki düzəliş edilmişdir).
6. İddiada göstərilib ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ** nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh ailəsi ilə birlikdə iddiaçının mənzilindən yuxarıdakı mərtəbədə yaşayır. 2024-cü ilin son aylarından cavabdehin mənzilindən mütəmadi olaraq onun sanitar qovşağından iddiaçının mənzilinə çirkab suları axıdılır. Dəfələrlə cavabdehə iradlarını bildirsə də, heç bir nəticəsi olmamışdır. İddiaçı 2024-cü ilin əvvəllərində mənzildə əsaslı təmir işləri aparmışdır, lakin cavabdehin təqsiri üzündən mənzil tam yararsız hala düşmüşdür. Bütün bunlardan sonra iddiaçı məcbur olub Nəsimi rayonu ** saylı MKİS-in rəhbərliyinə müraciət etmişdir. MKİS-in əməkdaşları mənzilə baxış keçirmiş və müəyyən olunmuşdur ki, uzun müddətdir, yuxarı mərtəbədəki qonşunun sanitar qovşağından iddiaçının mənzilinə mütəmadi çirkab suları axır və iddiaçının mənzilinin təmiri əhəmiyyətli dərəcədə korlanmışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə iddiaçı arasında daşınmaz əmlakın icbari sığortası barədə bir illik – 09.2024-09.2025-ci il müddətinə müqavilə bağlanmışdır. Şirkət rəhbərliyi cavabdehə ##.##.2024-cü il tarixdə məlumat vərəqəsi (bildiriş) göndərmiş, lakin cavabdeh zərərin qiymətləndirilməsi prosesində iştirak etməkdən boyun qaçırmışdır. Məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq vəzifəsini qoymalıdır. Əks təqdirdə, iddiaçının mənzili və mənzilindəki əşyalar tam yararsız hala düşə bilər. Cavabdehin təqsiri üzündən dəymiş zərərin məbləğini müəyyən etmək üçün müvafiq məhkəmə ekspertizasının təyin edilməsi zəruridir.
7. İddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsi ilə əlaqədar əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə təqdim edərək, hazırkı iddia üzrə əsl cavabdeh qismində cavabdeh2 İsfəndiyar qızı və cavabdeh1 İsfəndiyar oğlunun cəlb edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun, eləcə də məhkəmə ekspertizasının tədqiqat dəyərinin iddiaçıdan tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ünvan 3 ünvanındakı binanın 1-ci mərtəbəsində yerləşən ** nömrəli mənzil iddiaçı İddiaçı, həmin binanın 2-ci mərtəbəsində yerləşən ** nömrəli mənzil isə 2025-ci ilin iyun ayından etibarən cavabdeh cavabdeh1 İsfəndiyar oğluna məxsusdur (2025-ci ilin iyun ayınadək mənzil cavabdeh2 İsfəndiyar qızına məxsus olmuşdur). Cavabdehin mənzili iddiaçının mənzilinin üstündə yerləşir. İş materialları əsasında müəyyən olunur ki, Nəsimi Rayon MKTB ** saylı MKİS-in mühəndisi 2024-cü ilin iyun ayından etibarən üst qonşu X1 iddiaçıya məxsus mənzilə su axıdılmasına və zərərçəkən – sığortalının iddiaçı olmasına dair arayışı üçüncü şəxs – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə təqdim etmişdir. İş materiallarından o da müəyyən edilir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən iddiaçının mənzili ##.##.2024-##.##.2025-ci illər üzrə icbari qaydada sığortalanmış, sığorta şəhadətnaməsində “qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri” halları sığorta risklərinin dairəsinə aid edilmiş, sığorta məbləği 25.000 manat olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC tərəfindən hazırkı iş üzrə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, sığorta hadisəsi sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə baş vermədiyindən, iddiaçının sığortaçıya qarşı deyil, üst qonşusuna qarşı iddia irəli sürməsi ağlabatan olmuşdur. İş materiallarından görünür ki, Nəsimi Rayon MKTB ** saylı MKİS-in mühəndisi, sahə nəzarətçisi və “DOST İş Mərkəzi” MMC-nin ictimai işçisi ##.##.2025-ci il tarixdə X1 məxsus mənzilin sanitar qovşağının nasazlığı nəticəsində iddiaçıya məxsus mənzilə su axıdılmasına və mənzilin təmirinə ziyan dəyməsinə dair akt tərtib etmişlər. Hazırda iddiaçı 2024-cü ildən etibarən cavabdehlərin mənzilindən öz mənzilinə çirkab suları axdığını bildirərək, bunun nəticəsində mənzilinə dəyən 6.500 manat məbləğində ziyanın əvəzinin ödənilməsini; cavabdehlər isə iddianı qəbul etməyərək, təmin edilməməsini məhkəmədən xahiş edirlər. İş üzrə aparılmış məhkəmə araşdırmaları zamanı xüsusi bilik tələb edən sualların cavablandırılması zəruri olduğundan, məhkəmənin müvafiq qərardadı ilə iş üzrə ekspertiza və qiymətləndirmə təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyi və Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmaqla qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan “xxxx” MMC-dən qiymətləndirmə hesabatı əldə edilmişdir. ##.##.2026-cı il tarixli ekspert rəyində iddiaçının mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəlməsi, həmin qüsurların su sızmaya xarakterik olması, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyəti və eləcə də ** saylı mənzilin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilən zaman müəyyən vaxt keçəndən sonra ümumi kanalizasiya xəttindən şaxtaya suyun sızması faktı, baxış keçirilən zaman su sızmanın cavabdehə məxsus sanitar qovşağa aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən baş verməsi, bu səbəbdən iddiaçının mənzilinə üst mərtəbədə yerləşən cavabdehə məxsus ** saylı mənzilin sanitar qovşağına aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən (şaxtada) suyun sızması nəticəsində ziyan dəyməsi, iddiaçının mənzilinə baxış keçirilən zaman mənzilə suyun sızmadığı, lakin üst mərtəbədə yerləşən cavabdehə məxsus mənzilin sanitar qovşağına aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən suyun sızması faktı, həmin su sızmanın qarşısının alınması üçün hər hansı tədbirlərin görülməməsinin müəyyən edilməsi qeyd edilmişdir. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli hesabatda isə iddiaçının mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir və bərpa işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 6.114,90 manat məbləğində müəyyən olunması göstərilmişdir. Məhkəmə hesab edir ki, hər bir tərəfin öz tələb və etirazlarının əsasını təşkil edən halları sübut etmək vəzifəsi daşıması barədə mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq, cavabdehlərin mənzilindən öz mənzilinə su sızmasını iddia edən iddiaçı həmin dəlili sübut etmək vəzifəsini daşımışdır. İş materiallarından görünür ki, iddiaçı bu dəlilə dair sübut kimi Nəsimi Rayon MKTB ** saylı MKİS-in mühəndisi tərəfindən verilmiş arayışı, o cümlədən mühəndisin sahə nəzarətçisi və “DOST İş Mərkəzi” MMC-nin ictimai işçisi ilə birgə tərtib etdiyi aktı təqdim etmişdir. İstinad olunan sənədləri tədqiq edən məhkəmə onları iddiaçının iddia etdiyi dəlili təsdiq edən mötəbər sübut kimi qiymətləndirmir. Çünki bu halı müəyyən etmək üçün xüsusi biliyə malik olan şəxs müvafiq qaydada – hər iki mənzilə baxış keçirməklə tədqiqat aparmalı, həmin tədqiqat prosesini ətraflı şəkildə göstərərək, gəldiyi nəticəni əsaslandırmalı, tətbiq etdiyi metodları göstərməlidir. Lakin sözügedən sənədlərə nəzər salan zaman müəyyən olunur ki, bu sənədlər qeyd olunan tələblərə uyğun deyil, primitiv qaydada tərtib edilmiş, hətta 3 nəfərin iştirakı ilə şəkildə tərtib edilmiş aktda iddiaçının şifahi müraciətinə əsasən yalnız onun mənzilinə baxış keçirildiyi qeyd edilmişdir. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən təqdim edilən sənədlər onun hazırkı iddiasının əsasını təşkil edən dəlilin doğruluğu faktını müəyyən etməyə imkan verən mötəbər sübutlar hesab olunmur. Əvvəlki bənddə də qeyd edildiyi kimi, bu dəlilin doğru olub-olmaması yalnız xüsusi biliyə malik şəxslər – ekspertlər tərəfindən müvafiq tədqiqatların aparılması yolu ilə müəyyən edilə bilər. Lakin bu məqsədlə iş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş ekspert rəyi ilə də iddiaçının dəlilinin mövcudluğu faktı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırmasına təqdim edilmiş ekspert rəyində iddiaçının mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində su sızmaya xarakterik qüsurlar əmələ gəlməsi qeyd edilsə də, cavabdehə məxsus mənzilin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilən zaman müəyyən vaxt keçəndən sonra ümumi kanalizasiya xəttindən şaxtaya suyun sızması, iddiaçının mənzilinə isə suyun sızmaması faktının müəyyən edilməsi əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzilinə məhz cavabdehlərə məxsus mənzildən su sızması, yəni cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus mənzilə ziyan dəyməsi sübuta yetirilmədiyindən, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından ümumi istifadədə olan kanalizasiya qurğularına texniki xidmətlərin göstərilməsi, kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi, su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, bina sakinlərinin deyil, kanalizasiya müəssisələrinin əsas vəzifələrindəndir. Bu baxımdan da ümumi kanalizasiya xəttindən axan su nəticəsində iddiaçının mənzilinə dəymiş zərərin cavabdehlərdən tutulması qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edərək göstərib ki, 2024-cü ilin son aylarından cavabdehin mənzilinin sanitar qovşağından mütəmadi olaraq onun mənzilinə çirkab sular axıdılır. 2024-cü ildən indiyə kimi cavabdehə dəfələrlə iradını bildirsə də, heç bir nəticəsi olmamışdır. Halbuki, cavabdeh özü, bu mümkün olmadığl təqdirdə isə aidiyyəti orqanlara xəbər verməklə hadisənin qarşısını almalı idi, lakin cavabdehin hərəkətsizliyi nəticəsində hadisənin qarşısı alınmamışdır. Hətta Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi cavabdehə ##.##.2024-cü il tarixdə məlumat vərəqəsi (bildiriş) göndərmiş, lakin cavabdeh zərərin qiymətləndirilməsini prosessində iştirak etməkdən boyun qaçırmışdır. Odur ki, iddiasının tam təmin edilməsini, 6.114,90 manat məbləğində maddi zərərin cavabdehlər cavabdeh2 İsfəndiyar qızı və cavabdeh1 İsfəndiyar oğlundan alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında cavabdeh cavabdeh1 İsfəndiyar oğlu apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh cavabdeh2 İsfəndiyar qızı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
16. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 12. Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını. Maddə 34.1. Kanalizasiya müəssisələrinin əsas vəzifələri aşağıdakılardır: a) tullantı sularının nəqli, təmizlənməsi, zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması; b) ümumi istifadədə olan kanalizasiya qurğularının genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki xidmətlərin göstərilməsi; s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”: Bənd 2.1. STKM-in (su təchizatı və kanalizasiya müəssisəsinin) vəzifələri aşağıdakılardır: 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək;
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
26. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
29. Əvvəla, birinci instansiya məhkəməsi iddianı rədd edilməsi qənaətinə gələrkən ##.##.2026-cı il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının rəyini əsas götürmüşdür. Qeyd olunan rəy əsassız olmamışdır. Çünki, rəydə iddiaçının mənzilinin tikililərinin konstruktiv elementləri (divar, tavan) üzərində qüsurlar əmələ gəlməsi, həmin qüsurların su sızmaya xarakterik olması, tədqiq olunan mənzillərin planlı yerləşmə vəziyyəti və eləcə də ** saylı mənzilin sanitartexniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilən zaman müəyyən vaxt keçəndən sonra ümumi kanalizasiya xəttindən şaxtaya suyun sızması faktı, baxış keçirilən zaman su sızmanın cavabdehə məxsus sanitar qovşağa aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən baş verməsi, bu səbəbdən iddiaçının mənzilinə üst mərtəbədə yerləşən cavabdehə məxsus ** saylı mənzilin sanitar qovşağına aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən (şaxtada) suyun sızması nəticəsində ziyan dəyməsi, iddiaçının mənzilinə baxış keçirilən zaman mənzilə suyun sızmadığı, lakin üst mərtəbədə yerləşən cavabdehə məxsus mənzilin sanitar qovşağına aid boru ilə ümumi kanalizasiya xəttinin birləşmə hissəsindən suyun sızması faktı, həmin su sızmanın qarşısının alınması üçün hər hansı tədbirlərin görülməməsinin müəyyən edilməsi qeyd edilmişdir. Demək, bu rəylə də su sızmanın cavabdehin mənzilindən axıdılması müəyyən olunmamış, məhkəmə də cavabdehi bu hüquq pozuntusunu törətməkdə təqsirli bilməmişdir.
30. ##.##.2026-cı il tarixli qiymətləndirici hesabatında isə iddiaçının mənzilində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli tikinti-təmir və bərpa işlərinin təqribi ümumi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 6.114,90 manat məbləğində müəyyən olunması göstərilmişdir. Ancaq, axıntının səbəbi cavabdehin mənzilində qeydə alınmadığı müəyyən edilmiş, yəni konkret olaraq cavabdehin iddiaçıya maddi ziyan vurmasının təsdiq edilmədiyini birinci instansiya məhkəməsi nəzərə almışdır.
31. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyi ilə razılaşmaya bilər, əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə zərərin cavabdeh tərəfindən vurulmasının təsdiq olunmadığı hissəsində məhkəmənin razılaşması üçün əsaslar olmuşdur. Buna görə də, həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir.
32. İddiaçı apellyasiya şikayətində 2024-cü ildən indiyə kimi cavabdehə dəfələrlə iradını bildirsə də, heç bir nəticəsi olmadığını, halbuki, cavabdeh özü, bu mümkün olmadığl təqdirdə isə aidiyyəti orqanlara xəbər verməklə hadisənin qarşısını almalı olduğunu, lakin cavabdehin hərəkətsizliyi nəticəsində hadisənin qarşısı alınmadığını göstərsə də əvvəla iddiaçı cavabdehə etdiyi müraciətinin nəticəsiz qaldığını gördüyü və bildiyi halda su sızmanın qarşısının alınması üçün özünün səlahiyyətli orqanlara müraciət etməməsi anlaşılan olmayıb. Çünki “Su təchizatı və tullantı suları haqqında” Qanunun 34.1-ci maddəsinin a, b, s bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “xxxx”nın 2.1-ci bəndinə əsasən balansında olan(ümumi istifadəd olan) su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək kanalizasiya müəssisəsinin vəzifəsi olmuşdur. Başqa sözlə, iddiaçı cavabdehə etdiyi müraciətinin nəticəsiz olduğunu gördüyü halda özünün səlahiyyətli quruma müraciət etməyə imkanı olmuşdur.
33. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.