Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2500/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyəsi kafedrası tərəfindən verilmiş rəydən görünür ki, xəstə X3 2023-cü ilin oktyabr ayında ATU X19 sol gözündə olan enoftalm, sol göz almasının yuxarı istiqamətdə hərəkətinin kəskin məhdud olması və diplopiya şikayətləri ilə müraciət etmişdir. Xəstənin valideynlərinin dediyinə görə təxminən 3 ay öncə idmanda travma almış, huşu itmişdir. Daha sonra xəstə neyrocərraha və oftalmoloqa müraciət etmiş, müayinə olunmuş və müvafiq müalicə almışdır. Buna baxmayaraq xəstədə yuxarıda göstərilən şikayətlər qalmışdır. Xəstənin valideynləri travmadan 3 ay sonra ##.##.2023 tarixində üz-çənə cərrahına müraciət etmiş və üz skeleti sümüklərinin KT müayinəsi aparılmışdır. Xəstəyə “Sol orbitanın aşağı divarının “blow out” tipli sınığı və aşağı düz əzələnin adgeziyası” diaqnozu qoyulmuş və ##.##.2023 tarixində “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı aparılmışdır. Xəstədə qismən yaxşılaşma qeyd olunmuş və oftalmoloqun nəzarətinə göndərilmişdir. 1 il sonra göz almasının hərəkətlərinin daha da yaxşılaşdırılması üçün oftalmoloq tərəfindən titan torlu lövhənin çıxarılması əməliyyatı tövsiyyə edilmişdir. ##.##.2024 tarixində “Titan torlu lövhənin çıxarılması” əməliyyatı aparılmışdır. 2025ci ilin aprel ayında oftalmoloqun təkrar baxışında enoftalmın tam aradan qaldırılması üçün yenidən orbitanın aşağı divarının qaldırılması tövsiyyə olunub. Hal-hazırda xəstə təkrar orbitanın rekonstruksiyası əməliyyatına hazırlaşır.
2. Azərbaycan Tibb Universitetinin X19 tərəfindən verilmiş epikrizdən görünür ki, 2015-ci il təvəllüdlü X4 Şikayətləri: Sol gözdə olan enoftalmdan, sol göz almasının yuxarı isrtiqamətdə hərəkət məhdudluğundan və diplopiyadan şikayət edir. Anamnez: Xəstənin valideynlərinin dediyinə görə təxminən 3 ay bundan öncə idmanda travma almışdır.Travmadan sonra huşunu itirmişdir. Daha sonra neyrocərraha müraciət etmiş, lakin heç bir patologiyanın olmadığı bildirilmişdir. Xəstənin gözündə diplopiya olduğundan valideynləri oftalmoloqa müaraciət etmiş və müayinə olunmuşdur. Təxminən 5 gün öncə KT müayinə olunmuş və sınıq aşkarlanmışdır. Xəstənin valideynləri ATU TCK-nın üz-çənə cərrahiyyəsi şöbəsinə müraciət etmiş və xəstə stasionar müalicəyə qəbul olunmuşdur. Vizual müayinə zamanı: Vizual müayinə zamanı, sol gözdə enoftalm hesabına sifətində assiınmetriya qeyd olunur. Göz almalarının hərəkətləri zamanı yuxarı istiqamətdə hərəkət məhduddur.Yuxarı,aşağı və sola istiqamətlərdə diplopiya qeyd edilir. Dişləm pozulmayıb. Ağızın açılması sərbəstdir. Klinikada xəstəyə aşağdaki müayinələr aparılıb. Laborator müayinələr: HGB-13.1; RBC-5.14; WBC-10.28, Hepatit Bneqativ; Hepatit C- neqativ; Anti-HIV-neqativ; sifilis-neqativ. Döş qəfəsinin R-skopiyası: Döş qəfəsi orqanlarının normal rentgenoloji görüntüsü EKQ: Sinus bradikardiyası. ÜEO normal.Yuvenil tip EK.Q qeyd edilir. Xəstə anestezioloq, kardioloq və üz-çənə cərrahiyyəsinin kafedra müdiri prof. Rəhimov Ç.R. tərəfindən konsultasiya olunub. Xəstəyə “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı məsləhət görülmüşdür. Əməliyyat (tarixi, vaxtı); ##.##.2023 "Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası ” Keyləşmənin növü: ümumi . Əməliyyatdan sonraki dövr: Xəstəyə profilaktik antibakterial, ağrıkəsici müalicə aparılmışdır. Xəstə yaxşılaşma ilə evə yazılır və yaşadığı ünvan üzrə oftalmoloqun və cərrahın ambulator nəzarətinə göndərilir.
3. Azərbaycan Tibb Universitetinin X19 ##.##.2024-cü il tarixli kompyuter tomoqrafiya müayinə protokolundan görünür ki, Sol orbitanın alt divarında sol maksillar sümüyə vidalarla fiksasiya olunmuş postop torvari material, Solda intraorbital ekstrakonal məsafədə postop materialın arxa yuxarı hissəsində- sol inferior rectus əzələsinin lateral qonşuluğunda fibroz toxuma, fibroz toxumanın arxa medialda inferior rectus əzələsinin lateral hissəsinə, aşağıda postop torvari materiala yapışması və Hər iki maksillar, hər iki frontal sinusda, sfenoid sinusun hər iki yarısında və hər iki tərəfdə etmoid hücrələrdə qatı yığıntı var.
4. ##.##.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı “9 yaşlı oğlunun Kənan adlı şəxs tərəfindən döyülməsi” barədə daxil olan müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
5. AR Səhiyyə Nazirliyi Akad.Z.Əliyeva adına milli oftalmologiya mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli tibbi rəydən görünür ki, 2015-ci il təvəllüdlü X4 **/*** nömrəli tibbi rəyə əsasən aşağıdakılar aşkarlanmışdır. OD-gözün ön və arxa seqmenti patologiyasızdır. OSgözün yuxarı hərəkətində məhdudluq q/olunur. Sol orbitanın aşağı divarının sınığın rekonstruksiyası c/ə sonrakı vəziyyəti ) Buynuz qişa şəffaf, ön kamera orta dərin, babək dairəvi, billur şəffafdır. Göz dibi: OU-GSD çəhrayı rəngli, hüdudları aydın, mərkəzi refleks. Vep-N. Diaqnoz : OU zəif dərəcəli miopiya M-2.0, OS- Orbitanın aşağı divarının sınığının rekonstruksiyası, sonrakı vəziyyət: paralitik çəpgözlük.
6. Azərbaycan Tibb Universitetinin X19 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş X4 ##.##.2023-cü il tarixində Azərbaycan Tibb Universitetinin X19 müraciət etmiş, bununla bağlı icra olunan əməliyyatla bağlı klinikanın xəzinəsinə X4 valideyini tərəfindən 350 manat (üç yüz əlli) ödəniş olunmuşdur.
7. ##.##.2023-cü il tarixli beynin rezonans tomoqrafiya müayinəsindən görünür ki, Yunuslu Tunarın sağ lateral anteriorunda mülayim genişlənmə, sol maksillar sinus divarları boyunca mukozal qalınlaşmalar mövcuddur.
8. ##.##.2023-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, Azərbaycan Tibb Universitetinin X19 tibbi xidməti həyata keçirir, xəstə isə göstərilən tibbi xidmətə görə Qiymət cədvəlinə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər.
9. ARSN “xxxx” X9 ***//KEŞ saylı ekspert rəyindən görünür k, 2015-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: -Tunar Yunuslunun mütəxəssis müayinəsi zamanı hazırda onda hər iki gözdə görmə qabiliyyəti zəifliyi (eynək ilə 20%), sol gözün yuxarı və qismən bayıra hərəkətində məhdudiyyətlər kimi patoloji halların olduğu müəyyən edilmişdir. Qeyd olunan patoloji halların səbəbi almış olduğu travmadır ki, bu da göz yuvasının alt təbəqəsinin sınığı və göz almasının aşağı düz və çəp əzələlərinin zədələnməsinə səbəb olmuşdur. Bununla əlaqədar Tunar Yunuslunun hal-hazırda cərrahiyyə əməliyyatına ehtiyacı vardır. Cərrahiyyə əməliyyatının ölkə daxilində aparılmasının mümkün olub-olmamasının və əməliyyata sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətllərinə aid deyil.
10. Dünyagöz klinikası tərəfindən verilmiş məktubdan görünür ki, X4 gözü “xxxx” MMC-də müayinə olunmuş, müayinə nəticəsində məlum olmuşdur ki, pasiyentin gözünü müalicə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən Dünya Göz klinikasında tələb edilən ixtisaslı həkim və avadanlıqlar mövcud deyil. Müayinənin nəticələri X27 Göz Klinikalarına göndərilmiş, Türkiyə Dünya Göz Klinikasinda bu əməliyyatı doktor Levent Akçay icra ede biləcəyi məlumatı bildirilmişdir. Amma əməliyyat edəcək həkim özü müayinə etmədən əməliyyatın təxmini qiymətini deməyin mümkün olmadığını bildirmişdir.
11. Azərbaycan Tibb Universitetinin X19 ##.##.2026-cı il tarixli məktubundan görünür ki, klinikada “Sol orbitanın aşağı divarının rekonstruksiyası” əməliyyatının icrası mümkündür və əməliyyatın icrası 2500 manat dəyərində nəzərdə tutulmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, X1 vurduğu xəsarət nəticəsində X5 yaranmış ciddi pozuntunun aradan qaldırılması üçün keçirilməli olan “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı və digər tibbi məsrəflər üçün tələb olunan 18000 manat pulun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.3-cü və 1103.1 ci maddəsinə əsasən Cavabdeh tutulması və məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin iyul aylarında Ramana qəsəbəsində yerləşən idman zalında karete məşqi zamanı məşqçi müəllim uşaqlara yeni fənd öyrətmiş, sonra tələbələrə üzbəüz dayanaraq onlara yeni fəndi tərkarlamağı tapşırmışdır. Bu zaman iddiaçının oğlu X5 məşq yoldaşı X1 ilə üz-üzə dayanaraq öyrədilən fəndlərin icrasına başlamışlardır. Məşq zamanı Tunarın ani diqqətinin yayındığı anda Kənan onun üz nahiyəsinə təpik zərbəsi endirmiş, Tunar isə zərbənin qarşısını ala bilməmişdir. Bundan sonra oğlu Tunar huşunu itirmiş, idman müəllimi isə ona heç bir köməklik göstərməmiş və hadisə ilə bağlı onlara məlumat verməmişdir. Hadisədən yalnız 2 saat keçdikdən sonar qızı Tunarı gətirmək üçün getdikdə onun idman zalında huşsuz vəziyyətdə olduğunu aşkar etmiş və iddiaçıya xəbər vermişdir. Bundan sonar onlar TTY-a zəng edib onu çağırmışlar. Tunarın almış olduğu xəsarətlər səbəbi ilə səhhəti gündən-günə pisləşmiş, gözünün görmə dərəcəsi aşağı düşərək gözündə çəplik yaranmışdır. Bu müddət ərzində bütün xərcləri iddiaçı tərəfindən qarşılanmaqla iki dəfə əməliyyat olunmuş, lakin gözünün tam sağalması mümkün olmamışdır. MTE və PAnın Sabunçu rayon şöbəsinin ##.##.2024-cü il tarixli **** saylı rəyinə əsasən oğlu X5 almacıq sümüyünün qapalı sınığı müəyyən edilmiş, xəsarətin küt əşyanın təsirindən törədildiyi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Hazırda oğlu Yunisli Tunara həmin xəsarət nəticəsində Sol orbitanın aşağı divarının “blow out” tipli sınığı və aşağı düz əzələnin adgeziyası diaqnozu qoyulmuş və ona Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası əməliyyatı məsləhət görülür. Həmin əməliyyta demək olar ki, AR-nın heç bir dövlətə məxsus səhiyyə müəsisələrində icra edilmir. Özəl tibbi müəsisələrdə və xarici ölkələrin tibbi müəsissələrində isə əməliyyatın məbləği 15-25000 manat civarında dəyişir. Hazırki iş üzrə cavabdeh Cavabdeh xəsarət vuran X1 atasıdır. Hadisədən sonra ona bir neçə dəfə bu məsələ ilə bağlı maddi köməklik göstərməsini xahiş etsələr də o küçə söyüşləri ilə iddiaçını təhqir edərək “oğlum vurub yaxşı eliyib vurub” sözlərini işlətmişdir. Bir neçə tibb müəsisəsinə əməliyyat xərcinin yazılı olaraq iddiaçıya təqdim edilməsi ilə bağlı müraciət etsə də onlar bundan imtina etmiş, yalnız rəsmi sorğu əsasında və ya əməliyyat icra olunduğu zaman ödəniş qəbzinin ona təqdim ediləcəyini bildirilmişdir. Həmçinin almacıq sümüyü bərpa əməlliyatından sonar gözdəki çəpliyi aradan qaldırmaq üçün ikinci bir əməliyyatda icra edilməlidir. Iddiaçının isə hazırkı maddi imkanı buna çatmır. Bu səbəblərdən dəymiş zərərin ödənilməsini tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə iddia tələbinə etiraz verərək, iddiaçı İddiaçı ona qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ona qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, oğlu X1 məşq zamanı vurduğu xəsarət nəticəsində iddiaçının oğlu X5 yaranmış ciddi pozuntunun aradan qaldırılması üçün keçirilməli olan “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası" əməliyyatı və digər tibbi məsrəflər üçün tələb olunan 18000 manat pulun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29.3-cü və 1103.1ci maddələrinə əsasən cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ##.##.2025-ci il tarixli, 2(008) ****/**** saylı məhkəmə qərardadı ilə iş üzrə əhəmiyyətli halların aydınlaşdırılması məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunmuş və iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki; 1) Cavabdehin oğlu X1 əməlində qəsd və yaxud ehtiyatsızlıq formasında təqsir yoxdur, oğlunun və iddiaçının oğlu X5 iştirakları ilə olan hadisə idman riski çərçivəsində, idman məşqi zamanı baş vermişdir. Həmçinin, iddiaçının iddia ərizəsində qeyd etdiyi, “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatının icra edilməsinə səbəb olan “sol almacıq sümüyünün qapalı sınığı” xəsarətinin məhz oğlumun idman məşqi zamanı etdiyi hərəkət nəticəsində törəndiyi hər hansı sübutla təsdiq olunmur. Nəzərə çatdırılması zəruridir ki, eyniylə öncəki günlərdə olduğu kimi, məhz iddiaçının qeyd etdiyi ##.##.2023-cü il tarixində də X1 və iddiaçının oğlu X5 qəsəbəsində yerləşən karate idman növü üzrə məşqlərin keçirildiyi idman zalında məşqçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nəzarəti altında karate məşqləri keçirmişlər. Məşq zamanı idman müəlliminin öyrətdiyi yeni idman fəndinin icrası zamanı oğlunun təpik zərbəsinin Tunar Yunislinin üz nahiyəsinə dəyməsi nəticəsində ikincinin xəsarət aldığı qeyd olunmuşdur. Qeyd olunması zəruridir ki, hazırki iş üzrə iddiaçı hadisənin baş vermə tarixi olaraq qeyd etdiyi ##.##.2023-cü il tarixindən təqribən bir il sonra, yəni ##.##.2024-cü il tarixində, saat 21:42-də Daxili Işlər Nazirliyinin 102 “Xidməti-Zəng” mərkəzi sisteminə müraciət edərək 9 yaşlı oğlunun Kənan adlı şəxs tərəfindən döyüldüyünü bildirmiş və daxil olan sözügedən müraciət Sabunçu rayon Polis Idarəsinin 12-ci PŞ-də “Törədilmiş və hazırlanan cinayətlər haqqında ərizələrin və məlumatların qeydiyyatı kitabı”-nda qeydiyyata alınmış və işin araşdırılması həmin Şöbənin təhqiqatçısı, R Bəhram Bəhramova həvalə edilmişdir. Iş sözügedən şöbədə ətraflı araşdırılmış və araşdırma nəticəsində xəsarət alan X5, X1 və həmin şəxslərin karate müəllimi (məşqçisi) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatlar alınmış və X5 xəsarətinin dərəcələrinin təyin edilməsi məqsədi ilə onun məhkəmə-tibbi ekspertizasında müayinə olunması üçün müvafiq qərar qəbul edilmişdir. Xəsarət alan X5 öz izahatında 2023-cü ilin iyul ayında Ramana qəsəbəsində yerləşən idman zalında karate məşqi keçən zaman məşqçi-müəllimin onlara yeni fənd öyrətdiyini, sonra tələbələrin üzbəüz dayanaraq yeni öyrəndikləri fəndi təkrarlamağa başladığını, həmin zaman onunla Kənan adlı tələbə üzbəüz düşdüyünü və məşq zamanı Kənanın ona təpik zərbəsini icra etdiyini, özünün zərbədən qorunmalı olduğunu, lakin həmin an diqqəti yayıldığı üçün səhlənkarlıq etdiyini və bunun nəticəsində fəndin qarşısın ala bilmədiyini və bunun üçün Kənanın təpiyinin onun göz nahiyəsinə dəydini bildirmiş və Kənanın onu qəsdən vurmadığını, məşq zamanı ehtiyatsızlıqdan xəsarət almasını xüsusilə qeyd etmişdir. Araşdırma zamanı izahatları alınan digər şəxslər X1 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinin ##.##.2024-cü il tarixli, **** saylı rəyində vətəndaş X5 almacıq sümüyünün qapalı sınığı müəyyən edilmiş, xəsarətin bərk-küt əşya təsirindən törəndiyi bildirilmiş və xəsarətin qərarda göstərilən ##.##.2023-cü il tarixində törənməsi barədə hər hansı bir tibbi sənəd olmadığından bu barədə konkret fikir söyləməyin mümkün olmadığı qeyd edilmişdir. Yuxarıda göstərilən şəxslərin verdiyi izahatların və ekspertiza rəyinin məzmununun da qeyd olunduğu "13” iyul 2024-cü il tarixli Cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərarla (əlavə olunur) aparılmış təhqiqat araşdırması nəticəsində X8 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığının müəyyən olunduğu, o cümlədən alınmış izahatlardan və ekspertizanın rəyindən hadisənin qəsdən deyil, idman məşqi zamanı baş verdiyinin aşkar olunduğu bildirilmiş və cinayət işinin başlanılması rədd edilmişdir. Izahat verən digər şəxslərlə birgə bilavasitə xəsarət alan hazırki iş üzrə iddiaçının oğlu X5 izahatından da görünür ki, X1 qəsd və ehtiyatsızlıq formasında hər hansı təqsiri olmamış, O, yalnız məşqçi müəllim tərəfindən öyrədilən fəndi qaydalara uyğun və məşqçi-müəllimin öyrətdiyi formada icra etmişdir. X5 məhz öz diqqətinin yayınması ilə əlaqədar səhlənkarlıq etməsi nəticəsində oğlu tərəfindən norma daxilində yerinə yetirilmiş və qarşısı alınması mümkün olan idman fəndinin qarşısını məhz öz ehtiyatsızlığı səbəbindən ala bilmədiyini də izahatına əlavə etmişdir. Eyni zamanda MTE və PA birliyinin Sabunçu rayon şöbəsinin ##.##.2024-cü il tarixli, **** saylı rəyindən də göründüyü kimi, “sol almacıq sümüyünün qapalı sınığı” xəsarətinin iddiaçının da qeyd etdiyi kimi ##.##.2023-cü il tarixdə törənməsi barədə konkret fikir söyləmək mümkün olmamışdır. O cümlədən qeyd olunması zəruridir ki, sözügedən ekspert rəyində xəsarətin bərk-küt əşyanın təsirindən törəndiyi də qeyd olunmuşdur. Heç şübhəsizdir ki, ##.##.2023-cü il tarixində X1 və X5 iştirakları ilə idman zalında məşq zamanı kiçik xəsarət hadisəsi baş vermişdir. Ancaq, ekspert rəyindəndə göründüyü kimi, hazırki iş üzrə iddia tələbində göstərilən və icra edilməsinin zəruri olduğu qeyd olunan "sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatının icra edilməsinə əsas olduğu iddia edilən “sol almacıq sümüyünün qapalı sınığı” xəsarətinin bilavasitə X1 idman məşqi zamanı etdiyi hərəkət nəticəsində və ##.##.2023-cü il tarixində meydana gəldiyi sübut olunmur. O da qeyd olunmalıdır ki, ekspert rəyində xəsarətin təpik və yaxud digər zərbənin təsirindən deyil, birbaşa bərk-küt əşyanın təsirindən törəndiyi də qeyd olunmuşdur. Iddiaçının qeyd olunan hadisə tarixindən (##.##.2023-cü il) təqribən 1 il sonra hərəkət nümayiş etdirərək polisə müraciət etməsi və ekspert rəyinin tarixinin də hadisə tarixindən 1 il sonrakı tarix olması ilə qeyd olunan tarixlər arasında olan 1 illik müddət ərzində X5 ümumiyyətlə cavabdehin oğlunun iştirakı olmadan, digər vaxtda və yerdə, “bərk-küt əşyanın təsirindən “sol almacıq sümüyünün qapalı sınığı" xəsarətini alması ehtimalı istisna olunmur. Göründüyü kimi, iddiaçının iddia tələbi olan “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası" əməliyyatının icra edilməsinə səbəb olan “sol almacıq sümüyünün qapalı sınığı” xəsarətinin birbaşa X1 idman məşqi zamanı icra etdiyi idman fəndi nəticəsində törənməsi müəyyən olunmur. Qeyd olunması zəruridir ki, oğlu idman qaydaları çərçivəsində hərəkət edərək (iş materialları ilə təsdiq olunur) idman fəndini icra etmiş və həmin fənd Tunar Yunisli tərəfindən qarşısı alına biləcək fənd olmuşdur, lakin ikinci səhlənkarlıq etməsi və ehtiyatsızlıq nəticəsində fəndin qarşısın ala bilməmişdir. Qeyd olunanlar, həmçinin hazırki iş üzrə iddiaçının polis orqanına ##.##.2023-cü il tarixindən 1 il sonra, məhkəməyə isə 2 il sonra müraciət etməsi ilə mübahisəsiz qaydada müəyyən olunur. Heç şübhəsizdir ki, ##.##.2023-cü il tarixində keçirilən idman məşqi zamanı “sol almacıq sümüyünün qapalı sınığı” kimi ciddi xəsarət alınması halında, xəsarət alınan nahiyənin bərpası üçün yerinə yetirilməsi zəruri olan əməliyyatın icra edilməsi məqsədilə, hər bir valideyn daha erkən hərəkət edərək zəruri tədbirləri görər, sınıq kimi ciddi sayıla biləcək xəsarətin bərpası üçün icrası zəruri olan əməliyyatın həyata keçirilməsi üçün zəruri tədbirləri görmək üçün 2(iki) il gözləməzdi. Iddiaçının zəruri olduğunu iddia etdiyi əməliyyatın icra edilməsi məqsədilə 2 (iki) ildən sonra müvafiq məhkəməyə müraciət etməsi, “sol almacıq sümüyünün qapalı sınığı" xəsarətinin qeyd edilən tarixdən daha sonra, digər vaxtda və yerdə, ümumiyyətlə oğlunun iştirakı olmadan, hər hansı “bərk-küt əşyanın” təsirindən törənməsi ehtimalını olduqca gücləndirir. “Sol almacıq sümüyünün qapalı sınığı” kimi ciddi sayıla biləcək xəsarətə törəndiyi tarixdən nəinki 2 il, heç 1 ay müddətində də dözülməsi, heç bir hərəkət edilməməsi ümumiyyətlə inandırıcı deyildir. Qeyd olunması zəruridir ki, Azərbaycan Respublikasının Prezidentinin “28” dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tariflərinin 2.3.667 sıra nömrəsinə əsasən “Orbitanın aşağı divarının sınığı- torlu titan lövhə ilə rekonstruksiyası” tibbi xidmətinin tarifi ƏDV-siz 1400 (bir min dörd yüz) AZN müəyyən olunmuşdur. Heç şübhəsizdir ki, iddia tələbində qeyd olunan və icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmət tarifinin yuxarıda qeyd edildiyi kimi ƏDV-siz 1400 (bir min dörd yüz) AZN müəyyən olunduğu halda, iddiaçının bu əməliyyat üçün heç bir səbəb və əsas olmadan 18000 (on səkkiz min) AZN məbləğində məndən pul tələb etməsi, o cümlədən idman zalında ##.##.2023-cü il tarixində baş verən 1 il öncəki hadisəyə görə polisə zəng edərək hadisənin hallarını təhrif edərək 9 yaşlı oğlunun Kənan adlı şəxs tərəfindən “döyülməsini” bildirməsi, o cümlədən həmin hadisədən 2 il sonra məhkəmə instansiyasına böyük məbləğdə pul vəsaitinin məndən əldə olunması ilə bağlı müraciət etməsi ilə iddiaçın niyyətinin timsalında, iddia tələbinin də əsaslı olmadığı müəyyən olunur. Heç şübhəsizdir ki, xəsarətin ciddi, əməliyyatın isə zəruri olduğu halda, müvafiq hərəkətlər qeyd olunan vaxtlarda deyil, təxirəsalınmadan daha öncədən icra edilərdi. 3) Qeyd olunması zəruridir ki, MTE və PA birliyinin Sabunçu rayon şöbəsinin ##.##.2024- cü il tarixli, **** saylı ekspert rəyində göstərilən xəsarətin aradan qaldırılması və nahiyənin bərpası üçün iddia tələbində göstərilən əməliyyatın icrası zəruri olduğu təqdirdə belə həmin xəsarətin oğlumun iştirakı ilə baş verən hadisə nəticəsində törəndiyi sübuta yetirilməsə də, nəzərə çatdırılması zəruridir ki, oğlumun iştirakı ilə baş verən hadisə idmanın normal riskləri çərçivəsində baş vermişdir. Nəzərə çatdırılması zəruridir ki, presedent hüququnun vətəni sayılan Böyük Britaniyanın Apellyasiya Məhkəməsi “Condon v Basi” işində “idmanda riskin qəbul edilməsi” (“volenti non fit injuria”) prinsipindən çıxış etmişdir. Belə ki, beynəlxalq presedent (Condon v Basi) açıq şəkildə göstərir ki, iddiaçı (hazırki iş üzrə iddiaçının oğlu) idman məşqlərinə qatılmaqla idman risklərini qəbul etmişdir (volenti principle). Əgər hərəkət normal idman riskəri çərçivəsindədirsə, cavabdeh məsuliyyət daşımır. Hazırki iş materiallarından, eləcə də xəsarət alan Tunar Yunislinin izahatı ilə oğlu X1 müəyyən olunan qaydada (çərçivədə) hərəkət etdiyi, qəsd və yaxud ehtiyatsızlıq formasında təqsirə yol vermədiyi, o cümlədən məhz Tunar Yunislinin diqqəti yayındığı üçün ehtiyatsızlığa yol verməsi nəticəsində zərbənin qarşısını ala bilmədiyi mübahisəsiz qaydada müəyyən olunur. Hazırki iş materiallarına əlavə olunan sənədlərlə, o cümlədən yuxarıda qeyd olunanlarla oğlumun ##.##.2025-ci il tarixində baş verən hadisə ilə əlaqədar qəsd və yaxud ehtiyatsızlıq formasında hər hansı təqsiri olmadığı, hadisənin hər hansı gərginlik və yaxud şəxsi məqsədlər nəticəsində deyil, məhz idman məşqi zamanı baş verdiyi, oğlu tərəfindən məşqçi-müəllimin tapşırığı üzrə icra edilən hərəkətin norma çərçivəsində icra edildiyi və qarşısı alınmasının rahatlıqla mümkün olduğu, o cümlədən məhz xəsarət alan X5 öz ehtiyatsızlığı (öz izahatında da qeyd etdiyi kimi) nəticəsində müəyyən xəsarət aldığı, lakin iddia tələbində qeyd olunan “Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatının icra edilməsinə səbəb olan “sol almacıq sümüyünün qapalı sınığı” xəsarətinin məhz oğlumun idman məşqi zamanı etdiyi hərəkət nəticəsində törənmədiyi, əksinə sözügedən xəsarətin daha sonra, digər vaxtda və yerdə, ümumiyyətlə cavabdehin oğlunun iştirakı olmadan, hər hansı bərk-küt əşyanın təsirindən törənməsi ilə əlaqədar ehtimalının olduqca güclü olduğu təsdiq olunur.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 151 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
17. Birinci istansiya məhkəməsi mübahisənin qanuni əsası kimi Mülki Məcəllənin 1103.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdehin azyaşlı oğlu idman qaydaları çərçivəsində, müəllimin öyrətdiyi fəndi icra etmişdir. Iddiaçı tərəf cavabdehin (məşqçinin) hərəkətlərində hər hansı qanunazidd elementi və ya idman təhlükəsizliyi qaydalarının pozulması faktını sübuta yetirməmişdir. Məşq prosesi müəyyən edilmiş proqram çərçivəsində keçirilmiş, zədə isə idman növünün xarakterindən irəli gələn təsadüfi ehtiyatsızlıq nəticəsində baş vermişdir. Idman fəndinin texniki icrası hüquqa zidd əməl sayıla bilməz. Əməl hüquqa zidd deyilsə, dispozisiyada göstərilən "xxxx" tərkibi yaranmır. Eyni zamanda əgər azyaşlı müəssisənin (idman zalının) və ya ona nəzarət etməyə borclu olan şəxsin (müəllimin) nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, məsuliyyəti məhz həmin müəssisə və ya şəxs daşıyır. Belə ki, cavabdehin (valideynin) məşq prosesinə müdaxilə etmək və ya azyaşlıya həmin anda nəzarət etmək imkanı və hüquqi vəzifəsi olmamışdır. Nəticə etibarilə hadisə məşq zamanı, müəllimin birbaşa nəzarəti altında baş verdiyi üçün cavabdeh valideynin "nəzarətsizliyi" (təqsiri) barədə dispozisiya şərti yerinə yetirilmir.
18. Məhkəmə əlavə etmişdir ki, hadisə idman məşqi zamanı, məşqçi tərəfindən verilən tapşırıq icra edilən zaman yaranıb, hərəkət idman qaydaları çərçivəsində edilmiş və zərər təsadüfi nəticə kimi yaranmışdır. Eyni zamanda zərəri vurmuş şəxs 7 yaşında olduğundan hüquqi baxımdan tam dərk etmə qabiliyyəti yoxdur. Edilmiş hərəkət uşağın öz təşəbbüsü ilə deyil, məşqçinin göstərişi ilə icra edilmişdir. Eləcə də, idman fəaliyyəti riskli fəaliyyətdir və müəyyən zədə riski əvvəlcədən qəbul edilir. Buna misal kimi hər gün boks zallarında burun sınması, güləş zallarında qulaq qırılması, futbol oyunu zamanı ayaq sınması kimi hallar qaçılmaz risk dairəsinə daxildir. Zərəri vuran uşaq müstəqil iradə ilə hərəkət etməmiş, məşqçinin birbaşa göstərişi əsasında idman qaydalarına uyğun fənd icra edilmişdir. Bu səbəbdən onun davranışında hüquqa zidd və təqsir elementi yoxdur. Yəni, yetkinlik yaşına çatmayan iddiaçının uşağını küçədə vurmaqla və ya digər vəziyyətdə vuraraq ona xəsarət yetirdiyi halda yetkinlik yaşına çatmayanın vurduğu zərərə görə onun valideyininin məsuliyyəti yaranmış olardı.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 1096.1, 1096.2, 1097.1, 1103.1, 1103.3, 1120.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Cavabdeh 7 yaşlı oğlu Kənanın zərər vurduğunu inkar etmir. O, yalnız “idman riski, səhlənkarlıq” arqumentləri ilə məsuliyyətdən yayınmağa çalışıb. Lakin Azərbaycan Respublikasının MM-nin 1103.1-ci maddəsinə görə, zərərin onun təqsiri üzündən yaranmadığını sübut etməlidir. Cavabdeh bir dəlil də olsa məhkəməyə təqdim etməyib. Məhkəmə bu prezumpsiyanı tətbiq etməyib. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəni tətbiq etməyib. Belə ki, Azərbaycan Respublikası MMin 1097.1-ci maddəsi imperativdir: “Mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi zərvuran tərəfindən tam həcmdə ödənilməlidir.” Məhkəmə "səb-nəticə əlaqəsi sübut olunmur" deyə 1097.1-i tətbiq etməyib. Lakin MTE rəyi, ATU epikrizi, 3 şahidin izahatı səbəb-nəticə əlaqəsini təsdiq edir. Məhkəmə faktiki haları hüquqi əsasla əlaqələndirməyib. Birinci instansiya məhkəməsi cavabdehin müddəti buraxılmış etirazını qanunsuz olaraq icraata qəbul edib. Işin hərəkət cədvəlinə görə ilk hazırlıq iclası ##.##.2025ci il tarixə təyin edilib. Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə görə, cavabdeh etirazı 20 günə, yəni ən geci ##.##.2025-də verməli idi. Lakin cavabdeh tərəfindən etiraz ##.##.2025-də verilib, yəni 4 ay sonra. “Bu Məcələnin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində etirazını və sübutlarını təqdim etməyən cavabdeh, həmin etiraz və sübutları sonradan təqdim etmək hüququndan məhrum edilir”. Cavabdeh müddətin bərpası üçün vəsatət verməyib. Birinci instansiya məhkəməsi qanunsuz etirazı qəbul edərək Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinin tələblərini pozub. Məhkəmə, qətnamədə qeyd edir ki, “faktiki halar hüquqi əsasla uyğun gəlmir”. ATU epikrizi, MTE rəyi, 3 şahid izahatı hamısı idmanda travma, ##.##.2023-cü il qeyd edilir. Azərbaycan Respublikası MM-nin 1103.1-ci maddəsinə əsasən prezumpsiya müəyyən edir: valideyn təqsirsizliyini sübut etməlidir. Lakin cavabdeh məhkəməyə bir dəlil də təqdim etməyib. Azərbaycan Respublikası MM-nin 1097.1ci maddəsinə qeyd olunur ki, zərər tam həcmdə ödənilməlidir. Sabunçu Rayon Məhkəməsi əsassız olaraq 18000 manatlıq əməliyyat xərclərini rədd etdiyindən hesab edir ki, qətnamə ləğv edilməlidir. Sabunçu Rayon Məhkəməsinin hakimi qətnamədə qeyd edir ki, “cavabdehin azyaşlı oğlu idman qaydaları çərçivəsində, müəlimin öyrətdiyi fəndi icra etmişdir... hadisə məşq zamanı, müəlimin birbaşa nəzarəti altında baş verdiyi üçün cavabdeh valideynin “nəzarətsizliyi” təqsiri barədə dispozisiya şərti yerinə yetirilmir.” Azərbaycan Respublikası MM-nin 1103.1-ci maddəsi prezumpsiya müəyyən edir: “On dörd yaşınadək azyaşlının törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri məsuliyyət daşıyırlar, o şərtlə ki, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsinlər.” Lakin Məhkəmə sübut yükünü tərsinə çevirib. Azərbaycan Respublikası MM-nin 1103.1-ci maddəsinə görə, valideyn "nəzarətsizlik etmədiyini" sübut etməlidir. Cavabdeh Cavabdeh 7 yaşlı uşağı döyüş idmanına yazdırıb, məşq zamanı nəzarət etməyib. O, "təqsirim yoxdur" deyə məhkəməyə bir sübut da təqdim etməyib. Məhkəmə isə "müəllim nəzarət edib" deyə valideyni məsuliyyətdən azad edib. Bu, qanunun kobud pozulmasıdır. Birinci instansiya məhkəməsi "idman riski" arqumenti ilə Azərbaycan Respublikası MM-nin 21 və 1103.1-ci maddələrini pozub. Sabunçu Rayon Məhkəməsinin hakimi qeyd edir ki, “zədə idman növünün xarakterindən irəli gələn təsadüfi ehtiyatsızlıq nəticəsində baş vermişdir... Idman fəndinin texniki icrası hüquqa zidd əməl sayılma bilməz.” Azərbaycan Respublikası MM-də "idman riski" institutu yoxdur. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə görə, hüquqa zidd nəticə mülki məsuliyyət. 7 yaşlı uşağın üzünə təpik zərbəsi vurması "idman fəndi" deyil, hüquqa zidd əməldir. Üstəlik, iş materialarından görünür ki, məşq zamanı "yeni fənd" öyrədilib. 7 yaşlı uşağa yeni fəndi təpiklə üzə vurmaq şəklində öyrətmək idman təhlükəsizliyi qaydalarının pozulmasıdır. Məhkəmə "qayda pozulmayıb" deyərək sübutları təhrif edib. Sabunçu Rayon Məhkəməsinin hakimi "hüquqa zidd əməl yoxdur" deyərək Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinin tələbini pozub. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu... hüquqa zidd əməldir.” Məhkəmə "hüquqa zidd əməl yoxdur" deyir, çünki "məşq proqramı çərçivəsində olub". Lakin 7 yaşlı uşağın üzünə təpik vurmaq heç bir idman proqramının çərçivəsinə düşmür. Üstəlik, məşqçi özü izahatında “yeni fəndin icrası zamanı zərbə dəydi” deyib. Bu, hüquqa zidd əməldir. Azərbaycan Respublikası MM-nin 1103.1 və 1096.1-ci maddələri birgə tətbiq olunmalıdır. Məhkəmə yalnız MM-nin 1103.1-ci maddəsini təhrif edib, MM-nin 1096.1-ci maddəsini isə görməzdən gəlib.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, övladının vəziyyəti hər gün daha da ağırlaşır. Qarşı tərəfin heç bir günahı olmasaydı, ona 400 manat verməzdi. 3 gün idi ki, onun övladı məşqə gedirdi. Qarşı tərəfin uşağı onun oğlunu qəsdən vurub. Uşağının fikri yayınıq olub, həmin anda da digər uşaq ona zərbə vurub. Uşağı 2 saat xalçanın üzərində qalıb, ona heç bir tibbi yardım göstərilməyib. Iki dəfə əməliyyat edilib. Uşağı iki gözünü də itirə bilər. Əməliyyatın icra edilməsi üçün maddi imkanı yoxdur. Müəllimə qarşı iddia qaldırmamışdır. Digər uşağın valideyninə qarşı iddia qaldırmışlar, o, onu təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. O, videogörüntüləri tələb edəndə, bildirdilər ki, həmin günə aid video yazılar silinib. Daha sonra isə ümumiyyətlə kameraların işləmədiyi bildirilib. Onlar polisə də şikayət etmişdir, araşdırma aparmışdılar. Uşaqda xəsarət olması öz təsdiqini tapıb.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdi, izahatında və ona verilən suala cavab olaraq qeyd etdi ki, hadisə baş verdikdən bir gün sonra o, uşağı həkimə aparmışdır, MRT edilib və bununla bağlı disk iş materiallarında olmalıdır. Heç bir zədə olmadığı bildirildi. Bir müddət sonra uşağın atası onun evinə gəlmiş, uşağın həkimə aparılması üçün pul istəmiş, o, onlara 400 manat pul vermişdir. Yenidən pul tələb edildikdə isə o, verməkdən imtina etmişdir. Əlavə yardım göstərilməsi üçün maddi imkanı yoxdur.
25. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, idmanda zədə qaçılmazdır. Karate idman növü üzrə dərs keçir. Uşaqlar üzbəüz dayanaraq idman hərəkətləri icra edirdilər. Iddiaçının uşağının fikri yayınmış və belə bir hadisə baş vermişdir. Onun maddi imkanı olsaydı kömək edərdi, lakin belə imkanı yox idi. Uşaqların arasında yaş fərqi olmayıb. Məşq edərkən belə bir hadisə baş verib. Məşq ayaq zərbələrinin icrası və ondan müdafiədən ibarət olub. Videogörüntülərə baxış keçirməmişlər, belə bir tələb olmayıb. Hadisədən artıq 3 il müddət keçib.
Tətbiq edilən hüquq normaları:
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.2.Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Mddə 1103.3. Əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. Maddə 1120.1. On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işin halları ondan ibarətdir ki, 2023-cü ilin iyul aylarında Ramana qəsəbəsində yerləşən idman zalında karete məşqi zamanı məşqçi müəllim uşaqlara yeni fənd öyrətmiş, sonra uşaqlara üzbəüz dayanaraq onlara yeni fəndi təkrarlamağı tapşırmışdır. Bu zaman iddiaçının oğlu X5 məşq yoldaşı X1 ilə üz-üzə dayanaraq öyrədilən fəndlərin icrasına başlamışlardır. Məşq zamanı iddiaçının oğlu Tunarın diqqəti yayındığından Kənanın təpik zərbəsi onun üz nahiyəsinə dəymişdir. Uşaqların hər ikisi 2015-ci il təvəllüdlüdür.
33. Sabunçu rayon Polis Idarəsinin ## #### 2024-cü il tarixli Cinayəti işinin başlanmasının rədd edilməsi haqqında qərardan də görünür ki, xəsarət alan X5 öz izahatında 2023-cü ilin iyul ayında Ramana qəsəbəsində yerləşən idman zalında karate məşqi keçən zaman məşqçimüəllimin onlara yeni fənd öyrətdiyini, sonra tələbələrin üzbəüz dayanaraq yeni öyrəndikləri fəndi təkrarlamağa başladığını, həmin zaman onunla Kənan adlı tələbə üzbəüz düşdüyünü və məşq zamanı Kənanın ona təpik zərbəsini icra etdiyini, özünün zərbədən qorunmalı olduğunu, lakin həmin an diqqəti yayıldığı üçün səhlənkarlıq etdiyini və bunun nəticəsində fəndin qarşısını ala bilmədiyini və bunun üçün Kənanın təpiyinin onun göz nahiyəsinə dəydini bildirmiş və Kənanın onu qəsdən vurmadığını, məşq zamanı ehtiyatsızlıqdan xəsarət almasını xüsusilə qeyd etmişdir.
34. Hazırda iddiaçı, oğlu Yunisli Tunara həmin xəsarət nəticəsində Sol orbitanın aşağı divarının “blow out” tipli sınığı və aşağı düz əzələnin adgeziyası diaqnozu qoyulduğunu və ona Sol orbitanın aşağı divarının titan torlu lövhə ilə rekonstruksiyası əməliyyatı məsləhət görüldüyünü bildirərək xəsarət vuran X1 atası cavabdeh Cavabdeh əməliyyat və digər tibbi məsrəflər üçün tələb olunan 18000 manat pulun tutulmasını tələb edir.
35. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
37. Mülki qanunvericiliyə görə delikt öhdəliyinin yaranması üçün zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.
38. Mülki Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar.
39. Həmin Məcəllənin 1103.3-cü maddəsinə əsasən əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır.
40. Normaların məzmunundan göründüyü kimi on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan tərəfindən vurulmuş zərərə görə valideynlərin məsuliyyət daşıması üçün əsas şərt onların azyaşlı üzərində olan nəzarət vəzifələrini lazımi qaydada icra etməməsidir ki, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Lakin on dörd yaşınadək olan yetkinlik yaşına çatmayan müvafiq təlim-tərbiyə, idman müəssisəsinin və ya müqavilə əsasında ona nəzarət etməyə borclu olan şəxsin (məşqçi-müəllimin) nəzarəti altında olduğu dövrdə vurduğu zərərə görə valideynlər deyil, birbaşa həmin müəssisə və ya nəzarəti həyata keçirən şəxs zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. Hazıki işin halları odur ki, hadisə baş verən zaman tərəflərin övladları onların (valideyinlərinin) deyil, məşqçinin və idman təşkilatının nəzarətində olmuşlar.
41. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli