Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2575/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 və X1 cavabdeh “xxxx” MMC-yə qarşı X2 ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli 03/0067/DLİZ nömrəli və X1 ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli 03/0067/DLİZ nömrəli zaminlik müqavilələrin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 15000 (on beş min) manat məbləğində pul alınaraq iddiaçı İddiaçı İsrayıl oğluna ödənilməsi, ödənilməmiş 135 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh ##.##.2026-cı il tarixində elektron formada və ##.##.2026-cı il tarixində kağız daşıyıcıda apellyasiya şikayəti vermiş, eyni zamanda, mülki iş üzrə verdiyi apellyasiya şikayəti üzrə üzürlü səbəbdən buraxılmış müddətinin bərpa edilməsini, onun təqdim edəcəyi apellyasiya şikayətinin qəbul edilərək qanunvericiliyə uyğun qaydada baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini; məhkəmə iclasının keçirilməsi və qətnamənin qəbul edilməsi barədə ona vaxtında məlumat verilməməsinin və qətnamənin rəsmi qaydada təqdim olunmamasının üzrlü səbəb kimi tanınmasını və müdafiə və ədalətli məhkəmə araşdırması hüququnun tam şəkildə təmin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən iddiaçı X3 qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, həmin məhkəmə baxışı və qətnamənin qəbul edilməsi barədə vaxtında və qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmamışdır. Belə ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə poçt vasitəsilə çağırış göndərilməmiş, yaşayış ünvanına hər hansı məhkəmə bildirişi təqdim edilməmiş, həmçinin mobil telefon vasitəsilə SMS, zəng və ya digər elektron məlumatlandırma həyata keçirilməmişdir. Bu səbəbdən cavabdeh məhkəmə iclasında iştirak etmək, etirazlarını bildirmək, sübutlar təqdim etmək və müdafiə hüququndan istifadə etmək imkanından məhrum olmuşdur. Bundan əlavə, ##.##.2026-cı il tarixli qətnamənin surəti də cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Cavabdeh qətnamənin mövcudluğu barədə ilk dəfə yalnız ##.##.2026-cı il tarixində Suraxanı Rayon İcra Şöbəsinin onun iş yerinə göndərdiyi bildiriş əsasında məlumat əldə etmişdir. Bundan sonra o, hüquqlarını müdafiə etmək məqsədilə ##.##.2026cı il tarixində Suraxanı Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətini almış və qısa müddət ərzində - ##.##.2026-cı il tarixində apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi cavabdehin müddətin bərpası barədə ərizəsini rədd edərkən qətnamənin ##.##.2026cı il tarixində cavabdehin elektron kabinetində yerləşdirilməsini əsas götürmüşdür. Lakin cavabdeh həmin elektron kabinetdə yerləşdirilmiş sənəd barədə faktiki məlumatlandırıldığını təsdiq edən hər hansı sübutun iş materiallarında mövcud olmadığını, elektron bildirişlərin ona çatdırılması və ya qəbul edilməsi hallarının araşdırılmadığını mübahisələndirir. Cavabdeh həmçinin məhkəmənin "əvvəlki iclaslarda iştirak etməsi barədə nəticəsini də tam qəbul etmir. Belə ki, əvvəlki proseslərdə iştirak etməsi sonrakı məhkəmə iclasları və qəbul edilmiş qətnamə barədə lazımi qaydada məlumatlandırılma öhdəliyini aradan qaldırmır. Məhkəmə tərəfindən cavabdehin məhkəmə baxışından və qətnamədən real şəkildə xəbərdar olub-olmaması, elektron kabinetdən faktiki istifadə imkanları və elektron bildirişlərin çatdırılmasına dair sübutlar tam və obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən həmçinin cavabdehin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması hüququnun təmin olunub olunmaması məsələsinə lazımi hüquqi qiymət verilməmişdir. Halbuki, prosessual müddətin buraxılması cavabdehin iradəsindən asılı olmayan səbəblərlə bağlı olmuş, o isə qətnamə barədə məlumat əldə etdikdən dərhal sonra apellyasiya şikayəti vermişdir. Bu səbəbdən cavabdeh hesab edir ki, müddətin buraxılması üzrlü səbəblərdən baş vermiş, birinci instansiya məhkəməsi isə iş üçün əhəmiyyətli olan halları tam araşdırmadan və təqdim edilmiş dəlillərə düzgün hüquqi qiymət vermədən müddətin bərpasından imtina etmişdir. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə Məhkəməyə müraciət edərək, şikayətə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasını xahiş etsə də, Məhkəmə bunun üçün əsaslar müəyyən etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə uyğun olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olubolmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli qətnamə ##.##.2026-cı il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti vermənin son müddəti ##.##.2026-cı il tarixi olmuşdur. Cavabdeh isə qanunvericiliklə müəyyən edilmiş 1 aylıq prosessual müddəti ötürməklə, ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən müəyyən olur ki, cavabdeh Cavabdeh ##.##.2025-ci ildən elektron kabineti mövcuddur. Eləcə də, Elektron məhkəmə informasiya sistemində birinci instasniya məhkəməsinin sənədlər bölməsindən müəyyən olur ki, cavabdeh elektron kabinet vasitəsilə iddiaya etirazını yükləmişdir. Buradan isə müəyyən olur ki, cavabdehin elektron kabinetdə qeydiyyatdan keçməsi formal olmamış, o, elektron kabinetdən istifadə etməyi bacarmışdır. Belə olan halda isə rayon məhkəməsinin qətnaməsinin ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsi ilə onun məhkəmə aktını rəsmi qaydada əldə etdiyi müəyyən olur. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1-405.0.2-ci, 423.4-cü maddəsinin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Demək ki, işin hallarından asılı olaraq məhkəmələr mübahisələndirilən məhkəmə aktının rəsmi olaraq verilmədiyi halda belə, şəxsin həmin məhkəmə aktından xəbərdar və məlumatlı olması qənaətinə gələ bilər. Beləliklə də qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2(3-6)-2575/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2575/2026
23.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver