Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-260/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi”nə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun adında olan 4050 azn bank kreditləri, ona olan 5400 azn pulun ümumilikdə cəmi 9450 azn pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh Cavabdeh 10845 AZN pul vəsaitinin alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2022-ci ildə Cavabdeh (iş yoldaşı) ailə üzvlərinin cərrahiyyə əməliyyatının olması ilə əlaqədar onun evinə yaxın olan ərazidə qonşusunun işlədiyi “xxxx”dan 6792 AZN pul götürərək həmin bankda video müşahidə aparılan gözləmə zalında Cavabdeh təqdim etmişdir. Bu hadisədən 3 ay keçdikdən sonra ailə üzvlərinin birinin yenidən təkrar əməliyyat olunması üçün ona kömək etməyi ondan xahiş etmişdir. O, əvvəlcə imtina etmiş, sonra Aviaşirkətdən kömək istəmək məqsədi ilə “German Hospital” tərəfindən təqdim edilən sənədi gördükdən sonra onun səmimiliyinə inanmış, kreditin ödənilməsi Cavabdeh tərəfindən yazılmış borc müqaviləsini imzalamaqla kreditin vaxtında ödənilməsini təsdiq etmişdir. ##.##.2022-ci il tarixində “xxxx”dan 3500 AZN pul götürərək həmin bankın ərazisində ona təqdim etmişdir. O da bunun əvəzinə ona maaş kartını və kartın şifrəsini vermiş və şifahi olaraq pulu çıxardıb kreditin ödənilməsi kartdan onun icazəsindən sonra etməyini xahiş etmişdir. Bundan sonra, bəzi dərmanların alınması üçün bu dəfə öz tanışının “Finca” qeyri-bank kredit təşkilatından pul götürməsini və ondan onun tanışına Bərxudarov Natiqə zamin durmaq üçün xahiş etmişdir. ##.##.2022-ci ildə “Finca” qeyri-bank kredit təşkilatına yaxınlaşıb onun tanışına zamin durmuşdur. Bu kreditin ödənilməsi Cavabdeh tərəfindən vaxtlı-vaxtında kreditin bağlanması ilə əlaqədar öhdəlik götürüb və yazılı surətdə öz imzası ilə təsdiq etdiyi sənədə, bu zaminlik məsələsini də öz xətti ilə özü əlavə etmişdir. Hal-hazırda 1400 AZN və kreditin bəzi hallarda onun tərəfindən ödənilməsi ilə birlikdə ona borcu 5400 AZN, banka isə 4050 AZN borcu var. Sonradan ona bəlli olur ki, Cavabdeh maaş kartından hansısa banka borcu olduğundan məhkəmə qaydasında onun maaş kartından pul çıxılır. Kreditin vaxtı-vaxtında ödəmədiyi və banklarda gecikmə olduğu üçün bu məsələ onun ailə üzvlərinə məlum olur, atası və anası onun iş yerinə gələrək birbaşa onun rəhbərinə müraciət edərək məsələ ilə yaxından tanış olmaq istəmişlər. Cavabdeh rəhbər heyətin qarşısında bu məsələni tez bir zamanda həll etməsinə söz vermiş və bu hadisədən sonra bir-iki ay krediti ödəmiş, lakin sonradan yenə ödəməkdən yayınmışdır. O da Cavabdeh bu cür məsuliyyətsiz davranışını görüb onun pulu vaxtında ödəməsə hüquq mühafizə orqanlarına müraciət edəcəyi haqqında ona xəbərdarlıq edib. Sonra ona məlum olmuşdur ki, cavabdeh ondan başqa üç nəfərdən də pul alıb.
Birinci instansiya məhkəməsində icraat:
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 6800 manat pul vəsaiti və 88 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ##.##.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən iddiaçı İddiaçı tərəfindən ödənilmiş 115 manat məbləğində dövlət rüsumunun büdcədən İddiaçı geri qaytarılması qət edilmişdir.
5. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materiallarına əlavə edilmiş cavabdeh Cavabdeh tərəfindən yazılmış iltizamdan da görünür ki, Cavabdeh iddiaçı İddiaçı “xxxx” ASC-dən götürmüş olduğu kreditdən 6000 manat, “xxxx” ASC-dən götürmüş olduğu kreditdən 3400 manat və əlbə-əl isə 1400 manat məbləğində, cəmi 10800 manat məbləğində borc almışdır. İddiaçının məhkəmədə vermiş olduğu izahatından görünür ki, cavabdeh ona olan borcundan 4000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehə “xxxx” ASC-dən götürmüş olduğu kreditdən 6750 manatının cavabdehə borca vermiş olduğunu bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı cavabdehin onun tərəfindən banklardan götürülmüş pulun faizi ilə birlikdə qaytarmalı olduğunu bildirsə də, bunu hansı əsasla tələb etməsini və iş materiallarında tərəflər arasında buna dair hər hansı bir müqavilə öhdəliyinin olması müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən yazılmış iltizamda iddiaçı tərəfindən “xxxx” ASC-dən və “xxxx” ASC-dən götürülmüş kreditlərin aylıq ödənişinin cavabdehin ödəyəcəyi göstərilsə də, sözügedən götürülmüş kredit məbləğinə münasibətdə faiz məbləğinin də ödənilməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 6800 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
6. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin qismən – iddia tələbinin təmin edilməyən hissədə ləğv edilməsini, onun tərəfindən banklara ödənilmiş 8423,95 AZN, həmçinin cavabdehin ona olan əlbəəl borcunun 1400 AZN təşkil etməsi və “xxxx” ASC qarşısında 7 aylıq 1017,94 AZN borcun onun tərəfindən gələcəkdə ödənilməsi şərti nəzərə alınaraq borcun ümumi borc kimi qiymətlədirilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun bankda video müşahidə altında ona verdiyi 6792 AZN, 6000 AZN və 3500 AZN məbləğində pul vəsaitini, öz etirafına əsasən yazılmış borc öhdəliyi və kreditin (Bank faizləri də kreditin, borcun tərkib hissəsidir) vaxtında bağlanmasını imzası ilə təsdiqləmişdir. Ümumilikdə, hər iki banka olan borclar ödənildikdə, 14042 AZN vəsait xərclənəcək. Cavabdeh bu məbləğin yalnız 4599 AZN hissəsinin 1240 AZN “xxxx”a, “xxxx”a isə 3359 AZN vəsait ödəyib. Məhkəmə isə banka ödənilən faizləri nəzərə almayıb, düzgün hesablamamış və yalnız 6792 AZN məbləğini, “xxxx”dan götürülən məbləği əsas götürərək qismən təmin etmişdir. Lakin, “xxxx” ASC-dən götürülən borcu və əlbəəl verilən borcu nəzərə almamışdır. Cavabdeh Lütfi oğlu “xxxx” ASCyə birbank kartından (##.##.2023-1.11AZN, ##.##.2023-262AZN, ##.##.2024-275.99 AZN, ##.##.2024-272.75 AZN, ##.##.2024-255 AZN, ##.##.2024-400 AZN) ödənişlər etmişdir. “xxxx” ASC-yə ##.##.2023-ci il tarixində (125 azn) ödəyərək qəbzi whatsappla ona göndərmişdir (qəbzin foto şəkli cd diskə əlavə edilib və sübut kimi məhkəməyə təqdim edilib) və nağd şəkildə qismən ödənişlər edib və bu sübut olaraq əsasdır. Nəticədə, maddi hüquq norması pozulmuş və ümumi borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh, ona “xxxx” ASC-dən (19% illik) 6792 AZN, “xxxx” ASC-dən (16% illik) 3500 AZN və əlavə 1400 AZN verdiyi pul vəsaitini, özü tərəfindən yazılmış borc və kredit öhdəliyini öz imzası ilə təsdiqləmişdir. Bank kreditini və ona olan borcu tam şəkildə qaytarmamışdır. Məhkəmə şikayət olunan qətnamədə bu öhdəliyin pozulmasını və ya cavabdehin kredit ödəniş qəbzlərini nəzərə almış, lakin borcun tam məbləğini təmin etməmişdir. Məhkəmə borcun yalnız bir hissəsini (6792 AZN) nəzərə almış, faizləri və digər borc öhdəliklərini tam hesablamağı düzgün həyata keçirməmişdir və borcun tam qaytarılmasını təmin etməmişdir. Cavabdeh tərəfindən borc etirafı yazıldığı anda foto şəkil çəkilmiş, həmçinin aparılmış söhbətlərin audio yazısı və disk şəklində sübutlar məhkəməyə dəftərxanada yoxlanaraq təqdim edilmişdir. Lakin məhkəmədə disk texniki nasazlığa görə oxunmamış, onda olan ehtiyat üçün götürdüyü diskə təqdim edilərək mahiyyətcə tam baxılmamışdır. Həmin materialların ehtiyat nüsxəsi (ehtiyat diski) onun tərəfindən məhkəyə təqdim olundu, lakin məhkəmə iclas katibi onu işə əlavə etmədi. Nəticədə məhkəmədə qalan disk yararsız disk oldu. Məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdehin yaşayış ünvanı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN kodu barədə məlumatlar onda olmadığı üçün göstərilməmişdir. Qeyd olunan məlumatlar şəxsi məlumat hesab olunur və o vəkil olmadığı üçün bu məlumatları rəsmi qaydada əldə etmək imkanı yoxdur. Buna baxmayaraq, ##.##.2025-ci il məhkəmə bu halı nəzərə almadan işi geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsinə əsasən, işlərin baxılması və həll edilməsi ağlabatan müddətdə, lakin ərizənin məhkəməyə daxil olduğu vaxtdan etibarən müəyyən edilmiş maksimal müddətlər çərçivəsində həyata keçirilməlidir. İddia ərizəsi ## ###### 2025-ci il tarixində məhkəməyə daxil olmuşdur, iş üzrə qərar yalnız ## ####### 2025-ci il tarixində çıxarılmışdır. Cavabdeh süni şəkildə vaxt qazanmaq məqsədilə məhkəməyə bir məktub ünvanlamış, həmin məktubla işin icraat müddətinin əsassız olaraq uzadılmasına cəhd edilmişdir. Sözügedən məktub elektron məhkəmə sisteminə əlavə edilməmiş, beləliklə prosessual şəffaflıq və qanuniliyinin təmin edilməsi prinsipləri pozulmuşdur. Cavabdeh 6792 manat (19% illik) məbləğində pul vəsaitini təxminən 6000 manat kredit kimi qeyd etmişdir, məhz bu səbəbdən və sübut kimi məhkəməyə təqdim edilməsi üçün tərəfindən bank video müşahidə qeydlərinə baxılması üçün əvvəlcə banka müraciət edib, sonra isə vəsatət təqdim edilib. Həmçinin, cavabdeh banklara ödədiyi kreditlərin nəticəsində ümumi borc (10842 AZN) ilə etiraf etdiyi (10800 AZN) borc məbləği arasında cəmi 42 AZN fərqin olması əsaslandırması ilə təmin edilməmişdir. Cavabdeh öz etirafında 6792 AZN məbləğini təxminən 6000 AZN kimi göstərmişdir və kreditin banklara vaxtında ödənilməsinə söz vermiş və imzası ilə təsdiq etmişdir. Subut kimi və həmçinin 6792 AZN vəsaitin bankda videomüşahidə altında ona verilməsi anının “xxxx” ASC-dən əldə edilməsi üçün məhkəməyə vəsatət təqdim edilmişdir. Cavabdehin özünün banklara ödədiyi kredit qəbzlərinə əsasən, öz əli ilə yazdığı borc məbləği etirafı ilə uyğun gəlir. Təqdim etdiyi qəbzlər, bank çıxarışları və ödəniş sənədləri əsasında cavabdehin ümumi borcu 10842 AZN təşkil edir. Məhkəmə yalnız “xxxx” ASC-dən götürülən 6792 AZN (19% illik) ##.##.2022-ci il tarixindən-2026-ci ilə kimi) məbləği faizsiz nəzərə almış, lakin “xxxx” ASC-dən götürülən 3500 AZN (16% illik, ##.##.2022-ci il tarixində - ##.##.2025-ci ilə kimi) və əlbəəl verilən 1400 AZN borcları ümumi məbləğə daxil etməmişdir. Məhkəmə tərəfindən borcun hesablanmasında cavabdehə məxsus ödənişlərin qəbzlərini təqdim etdiyi halda kredit və gecikmə faizləri nəzərə alınmadan ümumi borc məbləği düzgün müəyyən edilməmişdir. Ümumilikdə, hər iki bank üzrə borclar ödənildikdə 14042 AZN məbləğində vəsait xərclənəcək. Cavabdeh bu məbləğin yalnız 4599 AZN hissəsini ödəyib, qalanı isə onun tərəfindən ödənilib. Məhkəmə bu faizləri nəzərə almadan qərar çıxarmışdır. Bank faizləri də faktiki borcun tərkib hissəsidir və onların nəzərə alınmaması ümumi borc məbləğini süni şəkildə azaldır. Cavabdeh tərəfindən yazılmış və imzalanmış borc öhdəliyi kreditin (faizlər kreditin tərkib hissəsidir) vaxtinda ödənilməsini etiraf etmişdir. Lakin məhkəmə bu etirafın 6792 AZN məbləğini faizsiz və “xxxx” ASC-dən isə 16% faizlə illik götürülən 3500 AZN və əlbəəl, köcürülmə ilə verilən 1400 AZN borcları ümumi məbləğə daxil etməmişdir. Birinci instansiya məhkəməsi onun tərəfindən təqdim edilmiş sübutları qiymətləndirmiş, lakin bu qiymətləndirmə tam və hərtərəfli aparılmamışdır. Məhkəmə cavabdehin borc etiraf etməsini və ya qəbzlərini nəzərə alaraq, qərarında yalnız “xxxx” ASCdən götürülən 6792 manat məbləğində borcu ödənilməsini təmin etmiş, lakin həmin məbləğə aid olan faizləri nəzərə almamışdır. Ümumilikdə, hər iki bank üzrə faizlərlə birlikdə borclar ödənildikdə 14042 AZN məbləğində vəsait xərclənməlidir. Cavabdeh bu məbləğin yalnız 4599 AZN hissəsini ödəyib (“xxxx” ASC-yə 1240 AZN, “xxxx” ASC-yə 3359 AZN). Onun tərəfindən isə “xxxx” ASC-yə 3206 AZN, “xxxx” ASC-yə isə 5217,95 AZN (##.##.2025 tarixinə qədər) ödənilmiş, hazırda “xxxx” ASC qarşısında 7 aylıq 1017,94 AZN borc qalmışdır. Məhkəmə bank faizlərini və faktiki ödəniş məbləğlərini nəzərə almadan qərar çıxarmışdır. Halbuki, bank faizləri faktiki borcun tərkib hissəsi hesab olunur və onların nəzərə alınmaması ümumi borc məbləğini süni şəkildə azaldır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
9. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
14. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin halları ilə müəyyən edilir ki, ##.##.2022-ci il tarixli, GTZK*******A*** nömrəli kredit müqaviləsinə əsasən İddiaçı “xxxx” ASC-dən 35 ay müddətinə 19% ilə 6792 manat kreditə pul götürmüşdür. ##.##.2022-ci il tarixli GTZK*******A*** nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafikindən görünür ki, İddiaçı 35 ay müddətinə hər ay 254,26 manat cəmi 8899,10 manat ödəniş etməlidir.
17. DKM/***N**A******** nömrəli, ##.##.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı “xxxx” ASC-dən 36 ay müddətinə 16% ilə 3500 manat kredit almışdır. DKM/***N**A******** nömrəli ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, İddiaçı hər ay 123,05 manat, cəmi 4429,82 manat ödəniş etməlidir.
18. ##.##.2024-cü il tarixli, ****/***/*** nömrəli arayışdan görünür ki, İddiaçı “FİNCA Azerbaijan” X3-Bank Kredit Təşkilatı ilə arasında bağlanmış ##.##.2022-ci il tarixli, ************** saylı kredit müqaviləsinə əsasən verilən 6000.00 məbləğ üzrə zaminlik öhdəliyi yoxdur.
19. İddiaçının mövqeyinə görə cavabdeh Cavabdeh borc verilməsi məqsədilə onun tərəfindən müxtəlif banklardan kredit müqaviləsi üzrə pul vəsaitləri götürülmüş, cavabdeh tərəfindən bu borcun ödəniləcəyi ilə bağlı söz verilmişdir.
20. Hazırda iddiaçı cavabdeh Cavabdeh 10845 AZN pul vəsaitinin tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən - cavabdeh Cavabdeh 6800 manat pul vəsaitinin tutulması qət edilmiş, ona istinad edilmişdir ki, iddiaçının məhkəmədə vermiş olduğu izahatından görünür ki, cavabdeh ona olan borcundan 4000 manat məbləğində ödəniş etmişdir. İddiaçı cavabdehin onun tərəfindən banklardan götürülmüş pulun faizi ilə birlikdə qaytarmalı olduğunu bildirsə də, bunu hansı əsasla tələb etməsini və iş materiallarında tərəflər arasında buna dair hər hansı bir müqavilə öhdəliyinin olması müəyyən edilməmişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ##.##.2022-ci il tarixli Cavabdeh tərəfindən yazılmış iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı müəyyən tarixlərdə “xxxx” ASC-dən 6000 manat, “xxxx” ASC-dən 3400 manat, əlbəəl 1400 manat pul vəsaiti götürmüşdür. Bankların aylıq ödənişləri Cavabdeh özü ödəyəcəyini bildirmişdir. Bundan başqa, 2022-ci ilin dekabr ayının son günü borcu bağlayacaqdır. Hər ayın 10-na kimi maaş kartından kreditlər ödəniləcək. “Finca” dan götürülən 6000 manat borc ##.##.2022-ci il tarixədək bağlanacaqdır.
22. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı dekabr 2022-ci il-iyul 2024-cü il tarixlərdə aralığında eManat terminalı vasitəsilə ##.##.2022-ci il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2023-cü il tarixdə 123 manat, ##.##.2023-cü il tarixdə 110 manat, ##.##.2023-cü il tarixdə 3 manat, ##.##.2023-cü il tarixdə 125 manat, ##.##.2024-cü il tarixdə 130 manat, ##.##.2024-cü il tarixdə 125 manat, ##.##.2024-cü il tarixdə 130 manat, ##.##.2024-cü il tarixdə 105 manat ödəniş etmişdir.
23. Mülki Məcəllənin 739.2-cü maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
24. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2026-cı il tarixli qərarında qeyd edilir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bir çox ölkələrin qanunvericiliyində borc müqaviləsi üçün yazılı forma tələbi məhz sübutetmə şərti olaraq qəbul edilmiş, tərəflərin məhkəmə mübahisəsi halında sübutetmə imkanları yazılı sübutlarla məhdudlaşdırılmışdır. X5 Qanunu da borc müqaviləsi üçün hər hansı forma şərti nəzərdə tutmamış, məhkəmə təcrübəsində sübutetmənin asanlaşdırılması baxımından yazılı sənədlərin olması uyğun görülmüşdür. Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 716-cı maddəsinin birinci hissəsində borc müqaviləsinin forma tələbinə istinad edilsə də, ikinci hissəsində müvafiq yazılı sübutların mövcudluğu tələb olunan yazılı əqdə bərabərləşdirilir. Bu yanaşmaların ortaq məntiqi ondan ibarətdir ki, borc müqaviləsi üzrə əqdin forması sübutetmənin asanlığını, mötəbərliyini və hüquqi müəyyənliyi təmin edən vasitədir, lakin bu onu heç bir halda real iqtisadi münasibətləri inkar edən hüquqi mexanizmə çevirmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bu maddənin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarı). Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli Qanunu ilə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmiş Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi, artıq qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə (sadə yazılı forma) yanaşı, onun elektron və ya digər müasir texniki vasitələrlə bağlanması imkanları müəyyən edilmişdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır”.
25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2026-cı il tarixli qərarındakı mövqeyi nəzərə alaraq qeyd edir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında cavabdehə verilməsi məqsədilə kreditin götürülməsi, həmçinin əlbə-əl 1400 manat pul vəsaitinin verilməsi iş materiallarında olan yazılı sübutlarla təsdiq edilir. Bu səbəbdən iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmuşdur.
26. İş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh Cavabdeh tərəfindən borcdan müəyyən ödənişlər edilmişdir. Cavabdeh tərəfindən borcdan 4000 manat ödəniş edilməsi iddiaçının izahatı ilə təsdiq edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallar qətnamənin ləğvinə əsas vermir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov