Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2631/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı Cəfərov İsmayıl Arif oğlunun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Cəfərov İsmayıl Arif oğlunun cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisinə və cavabdeh1 ASC-yə qarşı cavabdeh2 8İ-3345 saylı ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Cəfərov İsmayıl Arif oğlu apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim etmişdir. Ərizədə göstərilib ki, iddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında təqdim edilmiş və bundan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayət üzrə məhkəmə iclasına dəvət edilməyi barədə məhkəmə bildirişinin ünvanına göndərilməsini gözləmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq onun ünvanına apellyasiya şikayəti üzrə hər hansı məhkəmə bildirişi daxil olmamışdır. ## #### 2026-cı il tarixində Elektron Məhkəmə Portalı vasitəsilə iş materialları ilə tanış olma imkanının olduğunu öyrəndikdən sonra həmin tarixdə SİMA elektron identifikasiya vasitəsi ilə portala daxil olmuş və iş üzrə sənədlərlə tanış olmuşdur. Elektron məhkəmə sistemində yerləşdirilmiş qərardadla tanış olarkən məlum olmuşdur ki, apellyasiya şikayətinin forma və məzmununda müəyyən nöqsanların olması, həmçinin dövlət rüsumunun düzgün rekvizitlər üzrə ödənilməməsi səbəbindən apellyasiya şikayətinin icraata qəbul edilməməsi barədə qərardad qəbul edilmişdir. Qeyd olunan qərardad barədə ona əvvəlcədən hər hansı məhkəmə bildirişi təqdim edilməmişdir və həmin qərardadın mövcudluğu barədə yalnız ## #### 2026-cı il tarixində elektron məhkəmə portalına daxil olduqdan sonra məlumat əldə etmişdir. Beləliklə, apellyasiya şikayətində mövcud olan nöqsanların aradan qaldırılması üçün nəzərdə tutulmuş müddətin ötürülməsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim Əminə Abbasova) iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməmiş və verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş ərizə təmin olunmamalı, apellyasiya şikayəti cavabdehə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025- ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixində iddiaçı Cəfərov İsmayıl Arif oğlunun “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Cəfərov İsmayıl Arif oğlu ##.##.2025-ci il tarixində apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Cəfərov İsmayıl Arif oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad ##.##.2026-cı il tarixində iddiaçı Cəfərov İsmayıl Arif oğlunun elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra iddiaçı təkrar ##.##.2026-cı il tarixində apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpa edilməsi barədə ərizə və qətnamədən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İddiaçı prosessual müddətin buraxılmasının əsası kimi onu göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı barədə ona əvvəlcədən hər hansı məhkəmə bildirişi təqdim edilməmişdir və həmin qərardadın mövcudluğu barədə yalnız ## #### 2026-cı il tarixində elektron məhkəmə portalına daxil olduqdan sonra məlumat əldə etmişdir. Məhkəmə iddiaçı tərəfin prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən mülki işdə iştirak edən şəxs “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Hazırki mülki iş üzrə isə iddiaçı Cəfərov İsmayıl Arif oğlu ##.##.2025-ci il tarixdən “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişdir və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixində mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının “Elektron məhkəmə” İnformasiya Sistemində olan elektron kabinetində yerləşdirilmişdir. Buna baxmayaraq iddiaçı hazırkı apelyasiya şikayətini və müddətin bərpasına dair ərizəni yuxarıda qeyd edilən qətnamə onun elektron kabinetində yerləşdirildiyi tarixdən 3 ay, qərardadın isə elektron kabinetində yerləşdirildiyi tarixdən 1 ay 26 gün sonra vermişdir. İddiaçı Cəfərov İsmayıl Arif oğlu həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilib apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün kifayət etmir. Çünki qətnamə iddiaçının elektron kabinetinə ##.##.2025-ci il tarixində yerləşdirilib. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə ##.##.2026-cı il tarixli qərardad ##.##.2026-cı il tarixində iddiaçı Cəfərov İsmayıl Arif oğlunun elektron kabinetinə yerləşdirilmiş, lakin iddiaçı təkrarən ##.##.2026-cı il tarixində apelyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpa edilməsi barədə ərizə və qətnamədən apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilk dəfə apellyasiya şikayətinin qaytarılmasından təxminən 2 ay sonra yenidən müraciət etsə də, müddətin buraxılmasının üzrlü səbəbi barədə məhkəməyə mötəbər sübut təqdim etməyib. Yəni, mütləq deyil ki, apellyasiya şikayəti müddətin bitməsinin sonuncu günü yaxud müddət bitdikdən sonra versin. Demək, apellyasiya şikayətini elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2631/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2631/2026
29.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver