Məhkəmə qərarları › İş №2(3-6)-2662/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2662/2026

14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2662/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ## ######## 2010- cu il tarixli nisyəalqı-satqı müqaviləsinə əsasən satıcı MMC alıcıya müqavilənin predmeti mobil telefonu satmağı, alıcı isə malın satış qiyməti 3000 ABŞ dolları müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun həyata keçirməyi razılaşmışlar.

2. Müqaviləyə əlavə ödəniş cədvəlinə əsasən hər ay 500 ABŞ dolları olmaqla, 6 aylıq ödəniş müddəti müəyyənləşdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, 2(004)- *****/**** nömrəli məhkəmə əmri ilə Cavabdeh İddiaçı MMC-nin xeyrinə qalıq borc qismində 450 ABŞ dolları, 68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 518 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutularaq kreditora ödənilməsi əmr edilmişdir.

4. Borclu Cavabdeh etirazla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** nömrəli məhkəmə əmrinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən ümumi iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən etiraz təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)- *****/**** nömrəli məhkəmə əmrinin ləğv edilməsi və kreditor İddiaçı MMC-nin borclu Cavabdeh qarşı pul tələbinə dair mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır.

6. Iddia işin yuxarıda göstərilən halları ilə əsaslandırılaraq qeyd olunmuşdur ki, borclu ilə MMC arasında bağlanmış ##.##.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı mobil telefona görə cəmi 3000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüş, lakin qrafik üzrə ödənişləri yerinə yetirməmişdir.

7. Iddiaya etirazın dəlillərinə əsasən tələbin əsasını ##.##.2010-cu il tarixdə bağlanmış TOP **** nömrəli nisyə alqı- satqı müqaviləsi, ##.##.2010-cu il tarixli qaimə və ödəniş cədvəli təşkil edir. Əvvəla, müqavilə münasibətlərindən uzun müddət keçmişdir. Iş materiallarına əlavə edilmiş ##.##.2010-cu il tarixli, VIP**** nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən 6 ay müddətinə qaytarılmaq şərti ilə 3000 ABŞ dolları məbləğində məhsul verilməsi qeyd olunmuşdur. Iş materiallarında olan ##.##.2010-cu il tarixli qaimədən görünür ki, məhsullar 10 sıra nömrələri üzrə çoxsaylı “2 sim-kart” qeyd edilmişdir. Lakin məhsulların cəmi məbləği isə 2430 manat göstərilmişdir. Həmin qaimənin sözügedən müqaviləyə aid olmadığını ehtimal edir. Çünki ##.##.2010-cu il tarixli qaimənin yuxarı hissəsində İddiaçı MMC” sözləri digər yazılarla şrift ölçüsünə və üslübuna görə fərqlidir. ##.##.2010-cu il tarixli Qaiməni printerə yerləşdirməklə təkrar çap edərək İddiaçı MMC” sözü yazılması istisna deyildir. Bundan başqa, iş materiallarında olan ödəniş cədvəlindən görünür ki, VIP**** nömrəli ##.##.2010-cu il tarixli müqaviləsi üzrə kredit müddəti 6 ay təşkil edir və müddət ##.##.2011-ci il tarixdə bitməlidir. Sözsüz ki, kredit müddəti və iddia müddəti də bitmişdir. Lakin sözügedən ödəniş cədvəli “xxxx” tərəfindən tərtib edilmişdir. ünvan 2 hüquqi ünvanda olan “xxxx” MMC-nin hazırkı ##.##.2010cu il tarixli VIP**** nömrəli müqavilə münasibətlərinə (hüquq və öhdəliyi) aidiyyatı məlum deyildir. Belə ki, sözügedən müqavilə İddiaçı MMC ilə bağlandığı, **/**-***** nömrəli ##.##.2016-cı il tarixli iddia ərizəsi İddiaçı MMC tərəfindən verilməsinə baxmayaraq, iddia ərizəsini imzalayan nümayəndəyə (X5) səlahiyyətlər (etibarnamə) “xxxx” MMC tərəfindən verilmişdir. Halbuki “taxes.gov.az” mənbəyə əsasən ünvan 1 hüquqi ünvanda qeydiyyatda olan “xxxx” MMC ayrıca hüquqi şəxsdir və qanuni təmsilçi (direktor) də X6r. İddiaçı MMC qanuni təmsilçi (direktor) də X7r. Hər ehtimala, “xxxx” qanuni təmsilçi (direktor) isə X2r. Qeyd olunanlardan belə bir qənaətə gəlmək olar ki, nə iddia ərizəsi, nə də etibarnamə səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Halbuki İddiaçı MMC-nin “Icra sənədinin yenidən icraya yönlədilməsi barədə” ərizəsinin imzalanması üçün etibarnamə MMC-nin direktoru qismində R.Məmmədov tərəfindən verilmişdir (möhür əks istiqamətdə). Hazırki etibarnaməni iddia ərizəsi və etibarnamə ilə müqayisə etsək ziddiyyət və ya uyğunsuzluq yaranır. Diqqətçəkən hal ondan ibarətdir ki, eyni əsasla və eyni predmet üzrə ##.##.2015- ci il tarixli **/**-***** nömrəli iddia ərizəsi (daxil olma: ##.##.2015. № *(004)- 10575/2015) “xxxx” MMC tərəfindən də irəli sürülmüşdür. Nəticədə baxılmamış saxlanılmışdır. Hazırkı mülki işlə tanış olan zaman sənədləri “Elektron məhkəmə” informasiya sistemindən əldə etmişdir. Belə ki, iddia ərizəsində VIP**** nömrəli ##.##.2010-cu il tarixli müqaviləsi əsasında 3000 ABŞ dolları dəyərində olan 1 ədəd mobil telefonun verildiyi göstərilmişdir. Tələb isə “450 USD əsas (qalıq) borc və 114 USD cərimə”dən ibarət olmuşdur. Daha sonra, eyni əsasla və eyni predmet üzrə ##.##.2014-cü il tarixli **/**-***** nömrəli “Borcun tutulmasına dair məhkəmə əmrinin verilməsinə dair” ərizədə (daxil olma: ##.##.2014) və ##.##.2015-ci il tarixli **/**-***** nömrəli “Borcun tutulmasına dair məhkəmə əmrinin verilməsinə dair” ərizədə (daxil olma: ##.##.2015, 2(004)-5703/2015) VIP**** nömrəli ##.##.2010-cu il tarixli müqaviləsi əsasında 3000 ABŞ dolları dəyərində olan 2 sim kart markalı mobil telefon aparatların verildiyi göstərilmişdir. Bundan başqa, iş materiallarında müqavilə, qaimə və ödəniş cədvəlinin əslinə rast gəlməmişdir. Çox ehtimal sənədlərin əsli mövcud deyildir. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi X3 ##.##.2023-cü il tarixidə məhkəməyə müraciət edərək sənədlərin əslini geri xahiş etmişdir (№ *(004)- 11642/2016). Məlumat üçün bildirir ki, o 2011-ci ildən etibarən əməkdaşlığa son qoymuş və xatırladığı qədər mağazadan götürdüyü məhsulları da geri qaytarmış, həmin tarixdən etibarən onun da heç bir öhdəliyi qalmamışdır. Buradan sual yaranır ki, iddiaçı MMC onun öhdəliyi olduğu halda hansı səbəbdən tələbini məhz 2015-dən sonra irəli sürmüşdür.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

9. Qətnamə onunla əsaslandırılmışdır ki, iddia müddətinin tətbiqi barədə ərizənin əsaslarına görə, iddia ərizəsindən göründüyü kimi ##.##.2010-cu il tarixdə bağlanmış TOP **** nömrəli nisyə alqı-satqı müqaviləsi 6 ay müddətinə bağlanmış və müqavilə müddəti ##.##.2011-ci il tarixdə bitmişdir. Iddiaçı MMC-nin ##.##.2016-cı il tarixli, **/**-***** nömrəli iddia ərizəsi ##.##.2016-cı il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Belə ki iddiaçı MMC-nin ##.##.2010-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə iddia müddəti ##.##.2014-cü il tarixdə bitmişdir. Işin faktiki hallarından mübahisəsiz qaydada müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2010-cu il tarixli alqı-satqı müqaviləsi üzrə mobil telefon əldə edilmiş, müqavilənin müddəti 6 ay olmaqla, aylar üzrə hissə-hissə ödəniş şərti ilə telefonun dəyərinin qaytarılması razılaşdırılmışdır. Iddiaçı MMC ##.##.2016-cı il tarixdə məhkəmə əmrinin verilməsi barədə ərizə məhkəməyə təqdim edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli əmri ilə ərizə təmin edilmiş, borclunun etirazı əsasında əmr ləğv edilərək, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Işin göstərilən xüsusatları ilə təsdiq olunur ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Iş materiallarına iddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq alqı-satqı müqaviləsi əlavə edilmişdir. Bununla belə, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi nəzərə alınmaqla iddia rədd edilməlidir. Belə ki, ##.##.2010cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, öhdəliyin icra müddəti 6 ay olaraq müəyyənləşdirilmiş, daha sonra ##.##.2016-cı il tarixdə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-*****/**** nömrəli məhkəmə əmri ilə Cavabdeh İddiaçı MMC-nin xeyrinə qalıq borc qismində 450 ABŞ dolları, 68 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 518 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin tutularaq ödənilməsi əmr edilmişdir. Mülki Məcəllənin Maddə 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Indiki halda ##.##.2011-ci il tarixdən 3 illik iddia müddətinin axımı başlanmış, ##.##.2014-cü ildə müddət başa çatmışdır. Hazırkı ərizə isə iddia müddəti keçdikdən sonra, ##.##.2016-cı il tarixdə məhkəməyə təqdim edilmişdir. Iddiaçı tərəfindən cavabdeh ödənişlər edildiyindən iddia müddətinin axımı kəsildiyi bildirilsə də iş materiallarında cavabdehin hər hansı ödənişi əks etdirən sənəd mövcud deyil. Həqiqətən cavabdeh tərəfindən iddia müddəti ərzində hər hansı ödəniş edilmişdirsə belə, bunun nə vaxt, hansı qaydada edildiyi sübut olunmalıdır ki, iddia müddətinin kəsildiyi an müəyyənləşdirilə bilsin.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.1, 373.2, 375.2, 377.1, 377.3, 378, 385.1, 386.1, 567, 600.1, 600.4, 601.2, 600.2-600.5, 600.4 və 600.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. iddiaçı İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh müqavilə üzrə son ödənişini ##.##.2015-ci il tarixində etmişdir. Mülki Məcəllənin 378.1-ci maddəsinə əsasən bu hal iddia müddətini kəsir və müddət yenidən başlanır. Yeni üç illik müddət ##.##.2015-ci ildən hesablanmalı və ##.##.2018-ci ildə bitməli idi. Iddia ərizəsi isə 2016-cı ilin avqust ayında təqdim edilmişdir. ##.##.2015-ci il tarixli kassa kitabı vərəqi iş materiallarında mövcuddur və borclunun imzası ilə təsdiqlənmişdir. Lakin birinci instansiya məhkəməsi bu sübuta qiymət verməmişdir. Qətnamədə qeyd edilmişdir ki, iş materiallarında cavabdehin hər hansı ödənişini təsdiq edən sənəd yoxdur. Lakin ##.##.2015-ci il tarixli kassa kitabı vərəqi iş materiallarında mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır; Maddə 378. Öhdəlikdə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; Maddə 600.4 və 600.5. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün araşdırma və qiymətləndirmə aparıldığından yenidən qiymətləndirmə aparılmasına zərurət yoxdur.

21. Apellyasiya şikayətinin əsas dəlilini ## ###### 2015-ci il tarixli kassa kitabı vərəqi iş materiallarında mövcuddur və borclunun imzası ilə təsdiqlənmişdir, son ödəniş həmin tarixdə aparılmışdır.

22. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, İddiaçı MMC hüquqi şəxsdir və aparılan hesablaşmalar qanunvericiliyin tələblərinə uyğun olaraq kassaya mədaxil olunmaqla, ciddi hesabat sənədləri tərtib olunmaqla aparılmalıdır. Yalnız bu məzmunda sənəd təqdim olunduğu təqdirdə həmin sənəd üzrə qiymətləndirmə aparıla bilərdi. Iddiaçının təqdim etdiyi “kassa kitabı” adlanan sənəddə isə ödənişin ümumiyyətlə hansı müqavilə üzrə aparıldığını belə müəyyən etmək mümkün deyildir.

23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar