Məhkəmə qərarları › İş №2(3-6)-2730/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2730/2026

27.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2730/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyanın tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə “Changan Qiyuan A05” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə cavabdehin nəqliyyat vasitəsi ilə iddiaçı İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur və “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir.

2. “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli qüsur aktına əsasən İddiaçı məxsus “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilkdə 10.561,14 manat dəyərində zərər dəymişdir.

3. Bakı şəhəri Nəsimi rayon Polis İdaərisinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən ##.##.2025-ci il tarixdə 20:20 radələrində Cavabdeh məxsus “Changan Qiyuan A05” minik markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə Cavabdeh nəqliyyat vasitəsi ilə İddiaçı məxsus olan “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanmasına rədd edilmiş, toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətallar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə göndərilmişdir.

4. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrin bazar qiyməti 6965 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi zərərə görə 5561 manat məbləğində pulun və ödənilmiş 76 manat dövlət rüsümunun cavabdeh Cavabdeh tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, ## ######## 2025-ci il tarixdə cavabdeh Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-hərəkəti qaydalarını pozaraq iddiaçıya məxsus olan “Hyundai Elantra” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsindən vurmuş və avtomobilin qabaq hissəsi beton arakəsməyə dəymişdir. Nəticədə iddiaçının avtomobilinə 10561,14 manat məbləğində maddi ziyan dəymişdir. Nəsimi Rayon Polis İdarəsinin təhqiqatçısı Ayxan Məmmədovun ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, cavabdeh Cavabdeh İXM-nın 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. İddia ərizəsinə əlavə olunan “Hyundai Auto Azərbaycan MMC”-nin ##.##.2025-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus olan “Hyundai Elantra” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10561 manat dəyərində ziyan dəymişdir. İcbari sığorta bürosu tərəfindən 5000 manat məbləğində ziyan ödənilmiş, qalan 5561 manat məbləğində ziyan isə cavabdeh tərəfindən ödənilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurduğu maddi ziyanın əvəzi olaraq 1965 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,65 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, qiymətləndirmə tədqiqatına görə 300 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Abbasova Əminə)

8. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, ##.##.2025ci il tarixində, saat 20:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsinin soldan ikinci zolağı üzü Yasamal rayon Polis İdarəsi istiqamətində hərəkət etdikdə “Papanin” kimi tanınan körpünün üzərində yol-nəqliyyat hadisəsi baş vermişdir. Mülki iş materiallarına əsasən, Cavabdeh məxsus “Changan Qiyuan A05” minik markalı, 90- YR-115 dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə sonuncunun avtomobilinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin cavabdeh Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi öz təstiqini tapmışdır. Belə olan halda İddiaçı avtomobilinə dəymiş ziyanın qarşılanması cavabdeh Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə avtomobilə dəymiş ziyanın məbləğinə dair qeyd edir ki, iş materiallarında olan “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən təqdim edilmiş qüsur aktına əsasən İddiaçı məxsus “Hyundai Elantra” markalı **- GA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə ümumilkdə 10.561,14 manat dəyərində zərər dəymişdir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş qiymətləndirmə tədqiqatına əsasən isə dəymiş zərər və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrin bazar qiyməti 6965 manat təşkil edir. Əlavə olaraq iddiaçı ərizəsində sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyana görə 5000 manat məbləğində sığorta ödənişi olunduğunu qeyd etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyan 6956 manat məbləğində müəyyən edilməli, iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişi nəzərə alınaraq, sığorta şirkəti tərəfindən dəymiş ziyanın qarşılanmayan hissəsi, yəni 1956 manat məbləğində pul vəsaiti yol-nəqliyyat hadisəsində təqsirli olan cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 21.3-cü, 1096.1–ci, 1096.2-ci, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir-biri ilə ziddiyət təşkil edən rəylərə əsaslanaraq əsassız qətnamə qəbul etmişdir.Belə ki,”Auto Azərbaycan”servis Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli qüsur aktına əsasən İddiaçı məxsus “Hundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilkidə 10 561.14 manat dəyərində zərər dəydiyi,”xxxx”MMC- tərfindən verilən ##.##.2026-cı il tarixli qiymətləndirmə rəyinə əsasən“Hundai Elantra” markalı **-GA- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin və dəymiş zərərin aradan qaldırılması üçün görülməli işlərin və dəyişdirilməli olan ehtiyat hissələrinin bazar qiyməti 6965 manat olaraq göstərilmişdir. Göründüyü kimi məhkəmə bir-birini təkzib edən ekspert və qiymətləndirmə rəylərinə, o cümlədən şişirdilmiş qiymətlərə əsaslanaraq icbari sığorta bürosu tərəfindən zərərçəkmiş İddiaçı ödənilmiş 5000 manat pul məbləğini nəzərə almadan, Cavabdeh əlavə olaraq 1956 manat məbləğində pulun tutulması barədə əsasız qətnamə qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

13. Qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq tərəflər iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat daxil olmamışdır.

d) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

21. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, ##.##.2025-ci il tarixində, saat 20:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsinin soldan ikinci zolağı üzü Yasamal rayon Polis İdarəsi istiqamətində hərəkət etdikdə “Papanin” kimi tanınan körpünün üzərində yolnəqliyyat hadisəsi baş vermişdir. Mülki iş materiallarına əsasən, Cavabdeh məxsus “Changan Qiyuan A05” minik markalı, 90- YR-115 dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı məxsus “Hyundai Elantra” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticə etibarı ilə sonuncunun avtomobilinə ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin cavabdeh Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi öz təstiqini tapmışdır. Belə olan halda İddiaçı avtomobilinə dəymiş ziyanın qarşılanması cavabdeh Cavabdeh tələb etməkdə haqlıdır.

23. Nəqliyyat vasitəsinə dəymiş real zərərlə bağlı isə məhkəmə “Auto Azərbaycan” Servis Mərkəzi tərəfindən təqdim edilmiş qüsur aktı ilə kifayətlənməmiş və qiymətləndirmə ekspertizası keçirmişdir. Daha mötəbər sübut kimi qəbul edilən qiymətləndirmə rəyi ilə isə nəqliyyat vasitəsinə 6965 manat zərərin dəydiyi müəyyən edilmişdir. Odur ki, sığorta şirkəti tərəfindən ödənilən 5000 manat nəzərə alındıqda iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş real zərərə görə ödənilməli olan məbləğ 1956 (6965 - 5000 = 2605) manat təşkil edir. Bunun üçün məsuliyyəti Cavabdeh daşıyır və bu səbəbdən vurulmuş zərərin əvəzini ödəməlidir.

24. Məhkəmə kollegiyası zərər məbləğini müəyyən edərkən, apellyasiya şikayətində real zərər məbləğinin şişirdilmiş olmasının göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən hər hansı konkret zərər məbləğinin göstərilmədiyini, o cümlədən zərərin məbləği ilə bağlı hər hansı sübut təqdim edilmədiyini də nəzərə almışdır. Bu səbəbdən də hazırkı halda kollegiya təkrar ekspertiza keçirilməsinə də hər hansı bir zərurət görmür.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Hazırkı iş üzrə iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar