Məhkəmə qərarları › İş №2(3-6)-2749/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2749/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2749/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun - cavabdeh Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun arasında sadə yazılı formada bağlanmış borc müqavilələrinə əsasən cavabdehin hissə-hissə ondan aldığı borcun qaytarılması məqsədi ilə cavabdehdən onun xeyrinə 10.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iş üzrə cavabdehin xahişi ##.##.2023, ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü il tarixlərdə hər biri 2.500 manat olmaqla cəmi 10.000 manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh hər dəfə iddiaçıdan borc alarkən öz əl yazısı ilə qəbz yazıb imzalamışdır. İddiaçının yazdığı qəbzlərdən göründüyü kimi, o, aldıqları borcların hər birini borcu aldığı tarixdən 1 ay ərzində iddiaçıya qaytarmalı idi. Bunlara baxmayaraq cavabdeh iddiaçıya olan borcu qaytarmamış və iddiaçı tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq qaytarmaq niyyətində deyil. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı verdiyi etiraz haqqında məlumat

3. Cavabdeh iddia tələbinə qarşı Rayon Məhkəməsinə verdiyi etirazda bildirmişdir ki, iş materiallarında olan qəbzləri özü yazmış və imzalamışdır. Lakin o, iddiaçını tanımır. O sələmçi kimi tanıdığı Rüstəm adlı şəxsdən 2023-cü ilin iyun ayında 3.500 manat məbləğində pulu faiz ilə borca götürmüş və bu zaman Rüstəmin tələbi ilə həmin qəbzləri yazmışdır. Rüstəmin tələbi ilə o, 4 ədəd qəbz yazmışdır ki, guya o, Sergey Semyonov adlı şəxsdən 1 ay ərzində qaytarmaq şərti ilə 4 dəfə, hər dəfə 2.500 manat olmaqla, cəmi 10.000 manat məbləğində pulu borc almışdır. Rüstəm, qəbzlərin həmin məzmunda yazılmasını borcun qaytarılmasının təminatı olmaları ilə izah etmişdir. Çıxılmaz vəziyyətdə olduğu üçün, həmin qəbzləri yazaraq Rüstəmə vermişdir. Bundan başqa o, öz əməkhaqqı kartını da Rüstəmə vermişdir ki, Rüstəm hər ay borcun və faizlərin ödənilməsi üçün kartdan pul çıxartsın. 6 ay ərzində Rüstəm onun kartından hər ay 400 manat olmaqla, cəmi 2.400 manat çıxartmışdır. Bundan başqa, o, Rüstəmə 1.000 manat və 2.000 manat pul ödəmişdir. Göründüyü kimi 3.500 manat məbləğində borcun müqabilində onun tərəfindən Rüstəmə 5.400 manat məbləğində pul ödənilmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş edir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə haqqında məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli, qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin iddiaçıya olan borcunun qaytarılması məqsədi ilə 10.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinə etiraz edən cavabdeh iş materiallarında olan qəbzlərin onun tərəfindən yazıldığını, lakin həmin qəbzlərdə “borc verən” kimi adı qeyd edilmiş iddiaçını tanımadığını, borcu iddiaçıdan deyil Rüstəm adlı şəxsdən aldığını bildisə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, borc məhz elə iddiaçı tərəfindən cavabdehə verilmişdir. Cavabdeh, iddiaçıdan 10.000 manat deyil, cəmi 2.500 manat məbləğində borc aldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, cavabdehin aldığı borc məhz 10.000 manat məbləğindədir. Cavabdeh, aldığı borcun onun tərəfindən qaytarıldığını bildirsə də, bu halı da təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, borc qaytarılmamışdır. İşin halları nəzərə alındıqda isə müəyyən edilir ki, iddia tələbi əsaslıdır. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Əsasları cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar haqqında məlumat

8. Cavabdeh – apellyator apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, 2023-cü ilin iyun ayında Rüstəm adlı şəxsdən 2.500 manat, 2023-cü ilin dekabr ayında isə 1.500 manat məbləğində pulu faiz ödəmək şərti ilə borc götürmüşdür.

9. İddiaçı işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi haqqında məlumat

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi iddianın tam təmin edilməsi və borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, cavabdehdən yalnız ##.##.2023-cü il tarixli qəbz üzrə 2.500 manat məbləğində pul tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir.

11. Belə ki, cavabdeh tərəfindən yazılması mübahisələndirilməyən ##.##.2023, ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü il tarixli qəbzlərdə cavabdehin iddiaçıdan hər dəfə 2.500 manat məbləğində pulun borc aldığı göstərilmişdir.

12. Həmin qəbzlərin hər birində qeyd edilmişdir ki, borc 1 ay ərzində qaytarılacaq.

13. İşə baxmış Rayon Məhkəməsi isə qeyd edilən qəbzlərin hər birini ayrıca borc münasibətinin və həmin qəbzlərdə göstərilən pul vəsaitlərinin faktiki olaraq cavabdehə verilməsinin təsdiqi kimi qiymətləndirərək, cavabdehin iddiaçı qarşısında 10.000 manat məbləğində borcunun mövcud olması nəticəsinə gəlmişdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əldə edilmiş nəticələr əsasında qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). Sübutlar birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 167.1.2.). Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 184.3.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

15. Qeyd edilən prosessual hüquq normaların tələblərini nəzərə alan Məhkəmə yuxarıda qeyd edilən qəbzlərə və qəbzlərdə əks olunmuş məlumatlara əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçının ##.##.2023-cü il tarixdə götürülmüş borcu qaytarılmadığı halda cavabdehə yenidən və az məbləğdə (2.500 manat + 2.500 manat + 2.500 manat) olmayan borcların verilməsini ağlabatan hesab etmir.

16. Bundan başqa qeyd edilməlidir ki, apellyasiya baxışı iclasında apellyator olan cavabdeh ##.##.2023-cü il tarixli qəbzə əsasən 2.500 manat deyil, 2.000 manat məbləğində borc aldığını, digər 3 ədəd qəbzə əsasən ümumiyyətlə borc almadığını bildirmişdir. Bundan başqa cavabdeh etiraf etmişdir ki, o, 2023-cü ilin dekabr ayında 1.500 manat məbləğində borc almışdır. Lakin iddia ərizəsindən görünür ki, 2023-cü ilin dekabr ayındakı borc ilə bağlı tələb irəli sürülməmişdir.

17. Cavabdeh, aldığı borcun onun tərəfindən qaytarıldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, verilməsi təsdiq edilən borc qaytarılmamışdır.

18. Cavabdeh iş materiallarında olan qəbzlərin onun tərəfindən yazıldığını, lakin həmin qəbzlərdə “borc verən” kimi adı qeyd edilmiş iddiaçını tanımadığını, borcu iddiaçıdan deyil Rüstəm adlı şəxsdən aldığını bildisə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

19. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh borcu Rüstəm adlı şəxsdən deyil, hazırkı iş üzrə iddiaçıdan almışdır. Cavabdehin aldığı borc ##.##.2023-cü il tarixli qəbzdə nəzərdə tutulmuş 2.500 manat məbləğində borc olmuşdur. İddiaçı, digər 3 ədəd qəbz əsasında onun tərəfindən cavabdehə cəmi 7.500 manat məbləğində borc verməsini sübuta yetirə bilmir. Cavabdeh, iddiaçıdan aldığı 2.500 manat məbləğində borcun qaytarılmasını sübuta yetirə bilmir. Cavabdeh 2023-cü ilin dekabr ayında 1.500 manat məbləğində borc almasını etiraf etsə də, həmin borcun tutulması ilə bağlı cavabdehə qarşı iddia irəli sürülməmişdir.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Öhdəliyə görə bir şəxs digər şəxsin xeyrinə müəyyən hərəkəti etməli, o cümlədən pul ödəməli, digər şəxs isə həmin öhdəliyin icrasını tələb etmək hüququna malikdir (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (maddə 442.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).

21. MPM-in 218.3-cü maddəsinin tələbinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

22. Göstərilən normaların hazırkı işin hallarına tətbiqi baxımından Məhkəmə hesab edir ki, ##.##.2023-cü il tarixli qəbz üzrə cavabdehə 2.500 manat məbləğində pulun verilməsi və həmin məbləğin cavabdeh tərəfindən qaytarılmaması, yəni yaranmış öhdəliyinin cavabdeh tərəfindən icra edilməməsi iş materialları ilə kifayət qədər təsdiq olunur. Cavabdeh aldığı borcun qaytarılmasını təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Buna görə cavabdehin borcun bütövlükdə qaytarılması və iddianın tam rədd edilməli olması barədə dəlili də əsaslı hesab edilə bilməz. Başqa sözlə, apellyasiya şikayətinin dəlilləri 10.000 manat borcun bütövlükdə sübuta yetirilmədiyini göstərdiyi hissədə əsaslı, ##.##.2023-cü il tarixli qəbz üzrə yaranmış 2.500 manat borcun mövcudluğunu və qaytarılmamasını təkzib etdiyi hissədə isə əsassızdır.

23. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi qəbzlərə işin digər halları ilə qarşılıqlı əlaqədə hüquqi qiymət verməmiş və nəticədə borcun məbləğini düzgün müəyyən etməmişdir. Buna görə qətnamə iddianın tam təmin edilməsi və borcun məbləğinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı hesab edilə bilməz. g) apellyasiya baxışının nəticəsi

24. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamə qismən, yəni iddianın tam təmin edilməsi və borcun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiası qismən təmin edilsin. ## #### 2023-cü il tarixli qəbzə əsasən verilmiş borcun qaytarılması məqsədi ilə 2.500 (iki min beş yüz) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia 7.500 (yeddi min beş yüz) manat borcun tutulması hissəsində təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumları əvəzləşdirilsin və iş üzrə tərəflərdən bir-birinin xeyrinə rüsumun əvəzi tutulmasın. İddiaçı İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar