Məhkəmə qərarları › İş №2(3-6)-2761/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2761/2026

05.08.2026 · Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2761/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh4, cavabdeh3, S.Suleymanzadə Nurtac- Elxan oğlunun və cavabdeh2 Bakı şəhəri, 4-cü mikrorayon, H.Seyidzadə küçəsindəki * saylı evin ** saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinin istifadə hüququna xitam verilməsi” tələbi kimi nəzərə alınmasını xahiş etmişdir..

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

4. Cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

5. Cavabdeh cavabdeh4 elektron kabinet vasitəsilə ərizə təqdim edilərək verilən apellyasiya şikayətindən imtina edildiyi bildirilmiş və şikayət üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Ərizənin məzmunundan göründüyü kimi, cavabdeh cavabdeh4 apellyasiya şikayətindən imtina etməsi barədə iradə ifadəsini bildirmişdir. Beləliklə, hazırda onun apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, mülki iş üzrə cavabdeh cavabdeh4 münasibətdə apellyasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə cavabdeh cavabdeh4 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar