Məhkəmə qərarları › İş №2(3-8)-652/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-652/2026

24.08.2026 · Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-652/2026 24.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X8 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil nümayəndə1, cavabdehin nümayəndəsi vəkil nümayəndə2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21 ünvanında yerləşən ** nömrəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21 mənzil 99 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********* qeydiyyat nömrəli, ##.##.2024-ci il tarixli çıxarışla mənzil oğlu iddiaçı İddiaçı tam mülkiyyətindədir. Mülkiyyətə əsas olmuş sənəd Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı X4 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mübahisə üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi, cavabdeh iddiaçının ona sonradan geri qaytarmaq şərti ilə 150000 manat məbləğində pul verdiyini qəbul etməsi, iddiaçı 150000 manat məbləğində puldan cavabdeh tərəfindən 15000 ABŞ dollarının və 35000 manatın tibbi xidmətlərlə bağlı informasiya təminat proqramına, 5000 manatın avtomobilin alınmasına, yerdə qalan pul məbləğinin isə ailənin təminat xərclərinə sərf olunduğunu qəbul etməsi, cavabdeh bu sazişin təsdiq edilməsi və halhazırki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadın qanuni qüvvəyə mindiyi gündən ən geci 2 təqvim ayı müddətində Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən” çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 21, ** saylı mənzilin tərəflərin birgə nikahından olan ## ####### 2013-cü il təvəllüdlü İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməyi öz öhdəsinə götürür, üçüncü şəxs isə buna etiraz etmir. Tərəflər 15000 ABŞ dolları məbləğində borcun silinməsi, tibbi xidmətlər sahəsində informasiya təminatı proqramının tətbiqindən tərəflərə gələcək 20 faiz gəlirin gələcəkdə həmişəlik olaraq 10 faizinin iddiaçıya, 10 faizinin cavabdehə çatacağı və cavabdehin iddiaçıya yekun olaraq cəmi 30000 manat məbləğində borcunun olması barədə razılığa gəlirlər. Cavabdeh 30000 manat məbləğində borcunu tibbi xidmətlər sahəsində informasiya təminatı proqramı tam və davamlı fəailiyyətə başladığı və gəlir əldə edildiyi gündən başlayaraq həmin təminat proqramının tətbiqindən cavabdehə çatacaq 10 faiz məbləğində bütün pulun 30000 manat məbləğində borcun tam bağlananadək hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürür, iddiaçı buna öz razılığını bildirir. 30000 manat məbləğində borc tam ödənildiyi gündən sonra cavabdeh tibbi xidmətlər sahəsində informasiya təminatı proqramının tətbiqindən gələcəkdə həmişəlik olaraq cavabdehə çatacağı 10 faiz məbləğində pul tam olaraq özünə götürəcəkdir. Iddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddiasından imtina edir. Tərəflər bu Saziş üzrə öz öhdəliklərinin vaxtında, tam və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada hüquqi məsuliyyət daşıyırlar. Tərəflər qəbul edirlər ki, bu Saziş üzrə hər hansı bir öhdəlik yerinə yetirilmədikdə tərəflərdən birinin müraciəti əsasında məhkəmə tərəfindən icra vərəqəsi verilir. Bu Sazişinin şərtləri icra vərəqəsi əsasında məcburi qaydada həyata keçirilir. Bu Sazişin icrası tələbi istisna olmaqla, bu Saziş üzrə mübahisə predmeti ilə bağlı tərəflər gələcəkdə bir-birinə qarşı hər hansı bir iddia və digər tələblər irəli sürə bilməzlər. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Sonda isə məhkəmə qərarı icra olunmuş və sözügedən çıxarış verilmişdir. Iş üzrə cavabdeh şəxs Cavabdeh yaşadıqları ünvanda qeydiyyatda qalmağı əvvəlki mülkiyyətçinin qızları və oğludur. Bu səbəbdən Sumqayıt Şəhər Polis Idarəsinə müraciət edərək, onların həmin ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmasına köməklik göstərilməsini xahiş etsə də, cavab olaraq məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, Cavabdeh, X1, X3, X2 hazırda ünvan 1 ünvanında qeydiyyatda qalmışlar. Hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini cavabdehin valideyn kimi həmin yaşayış sahəsi ilə hüquqi bağlılığının saxlanılması azyaşlının maraqlarına zidd hal kimi qiymətləndirilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Iddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Hazırki münasibətlərin 2024-cü il tarixdə yarandığını nəzərə alaraq məhkəmə hesab edir ki, bu münasibətlərə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən mənzildən istifadə hüququ vardır. Həmin maddəyə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin məzmunundan göründüyü kimi həmin normada öz əksini tapmış istifadə hüququnun, başqa sözlə desək qeyri-əşya hüququnun əsasında ailə maraqları dayanır. Ailə üzvləri bir yerdə yaşamalı olduğuna görə, bu hüquq ailənin möhkəmləndirilməsinə xidmət edir və ailə üzvlərinin sosial təminatı kimi çıxış edir. Həmin hüququ müəyyən edən, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində“istifadə etmək hüququ” ifadəsindən əvvəl “onunla bərabər” ifadəsi yazılıb. Yəni müvafiq şəxsin mənzildən ailənin üzvü (mülkiyyətçi) ilə bərabər istifadə etmək hüququ var. Cavabdeh iddiaçının atasıdır və bu fakt iş materialları ilə təsdiq olunur. Valideyn ilə övlad arasında ailə münasibətləri hüquqi baxımdan davam edir və tərəflər arasında nikahın pozulması cavabdehin azyaşlı mülkiyyətçiyə münasibətdə “keçmiş ailə üzvü” statusu alması demək deyildir. Bundan əlavə, tərəflər arasında bağlanmış və məhkəmə tərəfindən təsdiq olunmuş barışıq sazişində cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və ya onun qeydiyyatdan çıxarılması ilə bağlı hər hansı öhdəlik nəzərdə tutulmamışdır. Əksinə, həmin sazişin mahiyyətindən görünür ki, mənzil azyaşlı uşağın təminatı məqsədilə onun mülkiyyətinə verilmişdir. Cavabdehin yaşayış sahəsində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə real və sübut olunmuş maneə yaratdığına dair iş materiallarında kifayət qədər sübut təqdim edilməmişdir. Iddiaçı tərəf yalnız ehtimal xarakterli arqumentlərə istinad etmiş, lakin cavabdehin həmin hüquqdan sui-istifadə etməsi və ya mülkiyyətçinin hüquqlarını əhəmiyyətli dərəcədə pozması faktını sübuta yetirə bilməmişdir. Cavabdehin valideyn kimi həmin yaşayış sahəsi ilə hüquqi bağlılığının saxlanılması azyaşlının maraqlarına zidd hal kimi qiymətləndirilə bilməz və bu hal özüözlüyündə iddianın təmin edilməsi üçün əsas yaratmır. Bununla da hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan tərəflər arasında faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instaniya məhkməsində iş materiallarında kifayət qədər sübutlar olmadığı halda da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Maddə 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Maddə 54.1. Iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

13. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini cavabdehin valideyn kimi həmin yaşayış sahəsi ilə hüquqi bağlılığının saxlanılması azyaşlının maraqlarına zidd hal kimi qiymətləndirilməməsi ilə əsaslandırmışdır.

14. Iddiaçı birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalaraq, qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Işdən görünür ki, iddia ilkin olaraq İddiaçı tərəfindən cavabdeh Cavabdeh qarşı onun mülkiyyətində olan ünvan 1-a cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə qaldırılmışdır. Iddiaçı ## ####### 2013-cü il təvəllüdlü olmaqla işə baxıldığı vaxt yetkinlik yaşına çatmamış şəxs olmuş və mənzil üzərində onun tam mülkiyyət hüququ ## ###### 2024-cü il tarixdən dövlət qeydiyyatına alınmışdır.

17. Aşağı instansiya məhkəməsində iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ərizə ilə müraciət edərək azyaşlı iddiaçı İddiaçı onunla əvəz edilməsini xahiş etmiş və məhkəmə həmin prosessual hərəkəti qəbul etmişdir.

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə düzgün riayət etməmişdir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti tam həcmdə yetkinlik yaşına çatmış fiziki şəxslərə məxsusdur.

20. Həmin Məcəllənin 49.3 və 49.4-cü maddələrinə əsasən isə yetkinlik yaşına çatmayan şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur.

21. Göründüyü kimi, qanunverici azyaşlının məhkəmə prosesində müstəqil prosessual fəaliyyət qabiliyyətinə malik olmamasını onun tərəf, o cümlədən iddiaçı statusunu istisna edən hal kimi müəyyən etməmişdir. Əksinə, belə şəxsin hüquq və mənafelərinin məhkəmədə qanuni nümayəndəsi vasitəsilə həyata keçirilməsini nəzərdə tutmuşdur.

22. Bu baxımdan, azyaşlı İddiaçı iddiaçı statusu saxlanılmalı, Qanuni nümayəndə isə onun qanuni nümayəndəsi qismində prosesdə iştirak etməli idi. Azyaşlı iddiaçının qanuni nümayəndə ilə təmsil olunması tərəfin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz.

23. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 54.1-ci maddəsi əsl olmayan tərəfin əvəz edilməsi qaydasını tənzimləyir və iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddianın cavab verməli olmadığı şəxsə verildikdə ilk iddiaçının və ya cavabdehin əsl tərəflə əvəz edilməsini nəzərdə tutur. Həmin normanın tətbiqi üçün isə tərəfin prosessual münasibətdə əsl olmayan tərəf olması müəyyən edilməlidir.

24. Hazırkı işdə isə İddiaçı mübahisəli mənzil üzərində mülkiyyət hüququ olduğu və iddia tələbinin məhz onun bu hüququnun realizəsindən irəli gəldiyi öz təsdiqini tapır. Belə olan halda onun iddiaçı kimi prosesdə iştirakına mane olan hal mövcud olmamış, yalnız yaşına görə hüquqlarının məhkəmədə qanuni nümayəndəsi vasitəsilə həyata keçirilməsi zəruri olmuşdur.

25. Lakin aşağı instansiya məhkəməsi azyaşlı iddiaçını onun qanuni nümayəndəsi ilə əvəz etməklə tərəfin prosessual vəziyyətini dəyişdirmiş, bununla da Mülki Prosessual Məcəllənin azyaşlı şəxslərin məhkəmədə təmsil olunmasını tənzimləyən müddəalarının tələblərini pozmuşdur.

26. Məhkəmə kollegiyası hesab edir ki, yol verilmiş həmin prosessual pozuntu formal xarakter daşımır. Mübahisə bilavasitə azyaşlı şəxsin mülkiyyətində olan yaşayış sahəsinə dair onun hüququnun müdafiəsi ilə bağlı olduğundan tərəfin prosessual statusunun düzgün müəyyən edilməsi iş üzrə qanuni və əsaslı qətnamənin qəbul edilməsi üçün mühüm əhəmiyyət daşıyır.

27. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə isə prosessual hüquq normalarının pozulması yalnız o halda qətnamənin ləğvinə əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

28. Mövcud işdə aşağı instansiya məhkəməsi tərəfindən azyaşlı iddiaçının qanuni nümayəndəsi ilə əvəz edilməsi nəticəsində prosessual münasibətin tərəfi düzgün müəyyən edilməmiş və bununla da işə baxılmasının prosessual qaydası pozulmuşdur.

29. Bu baxımdan aşağı instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edərək iddia tələbinə mahiyyəti üzrə qiymət verilməlidir.

30. Işdən görünür ki, mübahisəli mənzil ## ###### 2024-cü il tarixli bağışlama müqaviləsi əsasında azyaşlı İddiaçı mülkiyyətinə verilmiş və ## ###### 2024-cü il tarixdə onun adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Cavabdeh isə həmin şəxsin atası olmaqla onun mübahisəli mənzildə istifadə hüququ iddiaçının mülkiyyət hüququ əldə etməzdən əvvəl yaranmışdır.

31. Belə ki, mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçməmişdən əvvəl iddiaçının nənəsi, cavabdehin anası X3 mülkiyyətində olmuş, iddiaçının valideynləri arasında yaranmış mübahisə ilə bağlı sonuncu tərəfindən nəvəsi iddiaçı İddiaçı bağışlanmışdır.

32. Göründüyü kimi, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququ iddiaçının həmin mənzilə mülkiyyət hüququ əldə etməsindən əvvəl yarandığından, bu hüquq münasibətlərinə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları deyil, mübahisənin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq baxılaraq hüquqi qiymət verilməlidir.

33. Mülki Prosessual Məcəllənin 217.2. maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” ## #### 2001-ci il tarixli qərarında müəyyən edilmişdir ki, 2000ci il ########ın #-dən sonra yaranan yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərindən irəli gələn mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, həmin tarixədək yaranmış hüquq münasibətlərindən irəli gələn mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

35. Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus evə köçürdüyü ailə üzvləri, köçmə zamanı başqa qeyd-şərt göstərilməmişdirsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin maddənin ikinci hissəsinə görə isə ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ müvafiq şərtlər daxilində ailə münasibətlərinə xitam verildikdə də saxlanılır.

36. Beləliklə, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun iddiaçının mülkiyyət hüququnun yaranmasından əvvəl əmələ gəldiyi nəzərə alınmaqla, həmin hüququn yalnız mənzilin sonradan iddiaçının mülkiyyətinə keçməsi, cavabdehin mənzildə faktiki yaşamaması və ya tərəflər arasındakı ailə münasibətlərinin dəyişməsi əsasında itirilmiş hesab edilməsi üçün hüquqi əsas yoxdur.

37. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ######## 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini birbaşa nəzərdə tutmasa da, bu hüququn mülkiyyətçinin iradəsi əsasında kompensasiya verilməklə xitamının mümkünlüyünü istisna etmir. Həmin qərarda yaşayış sahəsindən istifadə hüququ ilə mülkiyyət hüququ arasında müvafiq tarazlığın təmin edilməsinin zəruriliyi vurğulanmış və Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya institutunun əvvəl yaranmış və davam edən münasibətlərə tətbiqinin mümkünlüyü əsaslandırılmışdır.

38. Odur ki, cavabdehin əvvəl yaranmış istifadə hüququnun mövcudluğu şəraitində həmin hüququn kompensasiya məsələsi həll edilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verilmədən “itirilmiş” hesab edilməsi yolverilməzdir.

39. Başqa sözlə, cavabdehin istifadə hüququnun mövcudluğu onun mübahisəli mənzildə hazırda faktiki yaşayıb-yaşamaması ilə deyil, bu hüququn qanuni əsasla yaranması və ona qanunla müəyyən edilmiş qaydada xitam verilib-verilməməsi ilə müəyyən edilir. Iş materiallarında cavabdehin əvvəl yaranmış istifadə hüququna xitam verildiyini təsdiq edən hüquqi fakt müəyyən edilmir.

40. Bu halda iddiaçının mənzilin mülkiyyətçisi kimi öz mülkiyyət hüququndan irəli gələn tələblər irəli sürmək hüququ şübhə doğurmasa da, onun həmin hüququnun həyata keçirilməsi cavabdehin əvvəl yaranmış istifadə hüququnun qanunla qorunan təminatlarının nəzərə alınmasını tələb edir. Mülkiyyət hüququnun həyata keçirilməsi digər şəxsin qanuni əsasla yaranmış yaşayış sahəsindən istifadə hüququnun qanunda nəzərdə tutulmayan üsulla aradan qaldırılmasına səbəb ola bilməz.

41. Hazırkı iddia isə cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbi kimi deyil, həmin hüququn itirilmiş hesab edilməsi tələbi kimi irəli sürülmüşdür. Lakin iş üzrə müəyyən edilmiş hüquqi münasibətlər baxımından cavabdehin istifadə hüququnun sadəcə “itirilmiş” hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələbinin bu formada təmin edilməsi mümkün deyildir.

42. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun iddiaçının mülkiyyət hüququ yaranmazdan əvvəl mövcud olması və həmin hüquqa qanunla müəyyən edilmiş qaydada xitam verilməməsi nəzərə alınmaqla, onun istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz.

43. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi prosessual hüquq normasının pozulması əsası ilə ləğv edilməli, lakin iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilməli maddi hüquq normaları nəzərə alınmaqla iddia tələbi rədd edilməlidir.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar