Məhkəmə qərarları › İş №2(3-6)-2778/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2778/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2778/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 8400 manat və ödənilmiş 104 manat dövlət rüsumunun, cəmi 8504 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

3. Qərardadın əsaslarına görə, məhkəmə iş materiallarını tədqiq edərək, habelə Elektron Məhkəmə Informasiya Sistemində şəxsin qeydiyyat ünvanı barədə sorğu verərək müəyyən etmişdir ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iddiaçı tərəfindən ərazi aidiyyəti qaydalarına riayət olunmadan hazırkı iddia tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı ərazi aidiyyəti ilə bağlı tələbə riayət etmədiyi üçün iddia ərizəsi icraata qəbul edilə bilməz və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalı, iddiaçıya ərazi qaydalarına uyğun, yəni cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq ümumi məhkəməyə müraciət etməsi tövsiyə olunmalıdır.

4. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, ərizəsini icraata qəbul edib, araşdıraraq mahiyyəti üzrə baxıb ərizəsinin təmin olunması barədə qətnamə qəbul çıxarılmasını və ya əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassız qəbul edilmişdir. Belə ki, cavabdeh dələduzluq edərək iddiaçıdan 8400 manat pul aldığına görə o, polis orqanlarına şikayət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 04 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırda Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Umbaku cəzaçəkmə müəssisəsində cəza çəkir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində yaşayış yeri və olduğu yer anlayışları “şəxsin yaşayış yeri” — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırda yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdehin hazırda yaşadığı çəzaçəkmə müəssisəsi onun son yaşayış yeridir və bu səbəbdən də iddia ərizəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmışdır. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsində qanunverici yaşayış yerinin şəxsin daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxananı nəzərdə tutur. Iddiaçı iddia ərizəsində cavabdehin Bakı şəhəri Qaradağ rayonu X6 cəza cəkdiyini göstərsə də məhkəmə əsassız olaraq cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəməyə müraciət etməyini əsas götürərək onun ərizəsini geri qaytarmışdır. Belə ki, iddiaçı cavabdehin qeydiyyatda olduğu ünvan üzrə Neftçala Rayon Məhkəməsinə müraciət etsə belə cavabdehin hazırda həmin ünvanda yaşamaması səbəbindən əsassız süründürməçiliyə yol verilmiş olacaqdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 152.4. Iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iddiaçı tərəfindən ərazi aidiyyəti qaydalarına riayət olunmadan hazırkı iddia tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edilmişdir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.

10. Birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması ilə bağlı yekun nəticəyə gələrkən haqlı olaraq qeyd etmişdir ki, iddiaçı İddiaçı ərazi aidiyyəti ilə bağlı tələbə riayət etmədiyi üçün onun iddia ərizəsi icraata qəbul edilə bilməz və ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalı və iddiaçıya ərazi qaydalarına uyğun, yəni cavabdehin qeydiyyat ünvanı üzrə müvafiq ümumi məhkəməyə müraciət etməsi tövsiyə olunmalıdır.

11. Məhkəmə kollegiyası da şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin hazırda yaşadığı çəzaçəkmə müəssisəsinin onun rəsmi qeydə alındığı son yaşayış yeri kimi qiymətləndirilməsi MPM-nin 35.1 və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə ziddiyyət təşkil edir və bu əsaslar üzərindən müsbət qiymətləndirmə aparılması mümkün deyildir.

12. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar