Məhkəmə qərarları › İş №2(3-6)-2803/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2803/2026

04.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2803/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi ziyanın ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 11500 manat məbləğində maddi zərərin və 125 manat dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun və bank xidmət xərcinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi olunla əsaslandırılmışdır ki, ##.##.2023-cu il tarixdə qızı Babanlı Nərmin Xəyyam qızının burunda qazanılan estetik qusurların və digər problemlərin aradan qaldırılması üçün burun əməliyyatı aparılması ilə əlaqədar cavabdeh cavabdeh2 MMC-nin otorinolarinqoloqu cavabdeh cavabdeh1 müraciət etmişdir. cavabdeh1 qızının burun əməliyyatı üçün ondan 6500 manat pul istəmiş və qızının burun əməliyyatından əvvəl həmin 6500 manat məbləğində pulu iddiaçıdan almışdır. Bundan başqa ##.##.2024-cü il tarixdə iddiaçı da burununda qazanılan estetik qusurların və digər problemlərin aradan qaldırılması üçün qeyd edilən cəmiyyətin həmin həkiminə müraciət etmişdir. cavabdeh1 iddiaçının burun əməliyyatı üçün ondan 15000 manat pul istəmiş və əməliyyatdan əvvəl həmin 15000 manat məbləğində pulu ondan almışdır. Lakin qeyd edilən pulların alınması ilə bağlı cavabdehlər tərəfindən ona hər hansı bir qəbz verilməmiş və əməliyyatdan əvvəl və ya sonra onlara hər hansı tibbi sənəd təqdim edilməmişdir. Halbuki əməliyyat üçün qanunvericiliyin tələbinə əsasən xəstə yaxınının razılığı, tibbi xidmət müqaviləsi, laboratoriya analizinin nəticələri, rentgen müayinə protokolu, xəstə haqqında məlumat, cərrahi müdaxiləni göstərən epiqriz, tibbi xidmətin yekunlaşdırılması haqqında akt, aparılan burun əməliyyatlarını əks etdirən şəkil və disklər, əməliyyat tarixçəsini əks etdirən tibbi kitabçanın surəti və ödəniş edilən pulun müqavilində qəbz verilməmişdir. Bütün bunlar onu göstərir ki, cavabdehlər qanunvericiliyin tələblərinə əməl etmir və vergidən yayınırlar. Bir müddət sonra iddiaçı həm qızının, həm də özünün burun əməliyyatlarında qüsurlar olduğunu görmüşdür. Bundan sonra iddiaçı həkimə zəng edərək burnunda qanaxma olduğunu, nəfəs almaqda çətinlik çəkdiyini bildirmişdir.Həkim telefonda ona xaricdə olduğunu, narahat olmamasını və xaricdən gələndən sonra burnuna baxacağını bildirmişdir. Həkim gəldikdən sonra isə iddiaçını müayinə üçün qəbul etmədi və aldığı puldan cəmi 10000 manat iddiaçıya pul qaytardı. Lakin qalan 11500 manat pulu ona qaytarmamışdır. Iddiaçı bununla bağlı dəfələrlə hospital rəhbərliyinə və şəxsən həkimin özünə müraciət etsə də, qalan pul iddiaçıya qaytarılmamışdır. Pulunu istədikdə isə mühafizəçilər vasitəsi ilə onun hospitaldan çölə çıxarılmağı üçün göstərişlər verilmişdir. Halbuki onun əməliyyatından sonra onun burnunda əlavə qüsurlar yaranmışdır. Əlavə olaraq bildirir ki, sonradan aldığı məlumatlara görə cavabdeh1 ondan burun əməliyyatına görə qəbul olunmuş normalardan dəfələrlə daha çox pul almışdır.

3. Iddiaçının ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, burun əməliyyatları üçün cavabdehə verdikləri 21500 manat pul onun və həyat yoldaşının xxxx və Beynəlxalq bankdan aldıqları bank kreditləridir. Həmin banklar onlara kreditləri 45.60 ay ərzində aylıq 17,20,29.3 faizlə vermişdir. Hər ay həmin faizlər əsasında sözügedən banklara ödənişlər etmişlər. Hazırda da Beynəlxalq Banka ödənişlər edirlər. Buna görə də cavabdehin qanunsuz əməlləri nəticəsində onlara həm zərər, həm də faiz şəklində əlavə maliyyə zərəri dəymişdir. Cavabdehin hərəkətləri mülki məsuliyyətə əsas yaradan davranışlardır. Cavabdeh əməliyyat üçün hər 2 pasientdən 21500 manat pul almışdır. Bu məbləğin 10000 manatını cavabdeh ##.##.2024-cü ilə kimi onlara qaytarmışdır. Ona görə də həmin tarixə, yəni ##.##.2024-cü il tarixinə kimi tam məbləğdə manata görə hər ay üçün 5% sadə faiz məbləği ilə həmin tarixdən, yəni ##.##.2024-cü il tarixdən bu günə kimi isə qalan 11500 manat pula görə hər ay üçün 5% sadə faiz məbləğinin tutulmasına zərurət vardır. Bu ədalətlidir və əsassız varlanma normasına tam uyğundur. Qeyd edir ki, məhkəmə iclası davam etdiyi dövrdə hesablamalar dəqiqləşdirilmiş və zərərin artdığı müəyyən edilmişdir. Ona görə də hesab edir, ümumi iddia məbləği artırılmalıdır. Həmçinin bu məsələnin hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizasının da təyin edilməsi məqsədəuyğundur. Cavabdehin pasientlərdən aldığı 21500 manat pula görə ##.##.2024-cü il tarixə kimi tam məbləğ üzrə manat üzrə aylıq 5% sadə faizlə hesablanaraq tutulması, ##.##.2024-cü ildən bu günə kimi qalan 11500 manat pula görə aylıq 5% sadə faizlə hesablanaraq tutulması, faiz hesablamalarına dair bu ərizə ilə təqdim etdiyi maliyyə cədvəllərini iş materialına əlavə edilməsi, zərurət yaranarsa, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbinin artırılması ərizəsinə əlavə olunmuş ##.##.2025-ci il tarixli faiz hesablaması cədvəlinə əsasən Nümayəndə əməliyyat tarixindən ##.##.2024-cü il tarixə kimi 12900 manat faiz, ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 8225 manat faiz olmaqla, cəmi 21500 manat faiz, ümumilikdə isə 33025 manat pul tələbi irəli sürmüşdür.

4. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir.

5. Iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. cavabdehlər vəzifə səlahiyyətlərini aşaraq, aldatma yolu ilə qızının və onun burun əməliyyatı üçün normada nəzərdə tutulandan qat-qat çox, yəni hər biri 900 manat olmaqla iki burun əməliyyatına görə 1800 manat əvəzinə, 21500 (6500+15000=21500 man) manat pul almış, həmin 21500 manat məbləğində pulun 900 manatını qızı Nərminin burun əməliyyatı olunması ilə bağlı, 900 manatını isə iddiaçının burun əməliyyatı olunmağı ilə bağlı cavabdehlər cavabdeh2 MMC-yə ödəmişlər, məhkəmə gedişi zamanı atasına və ərinə hər birinə 5000 manat olmaqla, cəmi 10.000 manatı geri qaytarmış, lakin, yerdə qalan 9700 manat məbləğində pulunu isə əsassız olaraq mənimsəyib bu günə qədər ona geri qaytarmamışlar, onun hesabına əsassız olaraq varlanmışlar. Göstərilənlərə əsasən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Qənbərli Əziz Həbib oğlu ərizə ilə Məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

12. Mülki iş materiallarında olan ##.##.2023-cü il tarixli patomorfoloji rəy və əməliyyat önü epikrizdən müəyyən edilir ki, həkim cavabdeh1 tərəfindən Babanlı Nərmin Xəyyam qızına xarici burun deformasiyası, burun çəpəri əyriliyi, xroniki hipertrofik rinit diaqnozu qoyulmuşdur.

13. ##.##.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, Babanlı Nərmin Xəyyam qızına ona ediləcək əməliyyatın nə olduğu, nəticələri, ağırlaşmaları, riskləri, alternativ müalicə üsulları, müalicə qəbul etmədiyi təqdirdə ortaya çıxacaq nəticələr, müvəffəqiyyətli olma şansı detallı olaraq izah edilmişdir. Əməliyyat və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq tibbi xidmətlərə görə ödədiyi 900 manat pulu geri qaytarmayacağını qəbul edir.

14. ##.##.2023-cü il tarixli cərrahi əməliyyat protokoluna əsasən Babanlı Nərmin Xəyyam qızına xxxx əməliyyatı olunmuşdur. Əməliyyat zamanı ümumi narkoz altında xarici burun və burun arakəsməsinin selikli qişaları yerli Jetokain məhlulu ilə anemizasiya olundu. Kolumelladan kəsik aparıldı, sonra qayçı vasitəsi ilə xarici burun yumşaq toxumalarla birgə soyuldu. Sonra donqarlıq raşpillə yonuldu, burun sümükləri Ultrasonic Piezo aparatı ilə osteotomiya olundu, burun arakəsməsinin selikli qişaları qığırdaqüstlüyü ilə birgə soyuldu, çəpərin əyri hissələri rezeksiya olundu. Burun çəpəri orta xəttə gətirildi. Qreft alındı. Burun sümükləri orta xəttə repozisiya edildikdən sonra burun tikişlə fiksə edildi. Burunun lateral qığırdaqları hissəvi hər iki tərəfdən sefalik hissə rezeksiya edildi və tikildi. Sprider və strut qreftlər qoyuldu. Burun simmetriyası kontrol edildi. Xarici burundakı assimmetriya, donqarlıq və valv problemləri həll olundu. Sonra burun dərisi örtüldü, kəsiyə tikiş qoyuldu. Aşağı burun balıqqulaqlarında vazotomiya əməliyyatı aparıldı. Buruna splint boru və gips sarğı qoyuldu.

15. ##.##.2023-cü il tarixli xəstəlik tarixindən müəyyən edilir ki, Babanlı Nərmin Xəyyam qızına edilmiş xxxx əməliyyatlarından sonra pasiyentdə ağırlaşma yoxdur.

16. ##.##.2024-cü il tarixli patomorfoloji rəy və əməliyyat önü epikrizdən müəyyən edilir ki, İddiaçı xarici burun deformasiyası, burun çəpəri əyriliyi, xroniki hipertrofik rinit diaqnozu qoyulmuşdur.

17. ##.##.2024-cü il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı ona ediləcək əməliyyatın nə olduğu, nəticələri, ağırlaşmaları, riskləri, alternativ müalicə üsulları, müalicə qəbul etmədiyi təqdirdə ortaya çıxacaq nəticələr, müvəffəqiyyətli olma şansı detallı olaraq izah edilmişdir. Əməliyyat və göstərilən xidmətlərin nəticəsindən asılı olmayaraq tibbi xidmətlərə görə ödədiyi 900 manat pulu geri qaytarmayacağını qəbul edir.

18. ##.##.2024-cü il tarixli cərrahi əməliyyat protokotuna əsasən İddiaçı xxxx əməliyyatı olunmuşdur. Əməliyyat zamanı ümumi narkoz altında xarici burun və burun arakəsməsinin selikli qişaları yerli Jetokain məhlulu ilə anemizasiya olundu. Kolumelladan kəsik aparıldı,sonra qayçı vasitəsi ilə xarici burun yumşaq toxumalarla birgə soyuldu. Sonra donqarlıq raşpillə yonuldu, burun sümükləri Ultrasonic Piezo aparatı ilə osteotomiya olundu, burun arakəsməsinin selikli qişaları qığırdaqüstlüyü ilə birgə soyuldu çəpərin əyri hissələri rezeksiya olundu. Burun çəpəri orta xəttə gətirildi. Qreft alındı. Burun sümükləri orta xəttə repozisiya edildikdən sonra burun tikişlə fiksə edildi. Burunun lateral qığırdaqları hissəvi hər iki tərəfdən sefalik hissə rezeksiya edildi və tikildi. Sprider və strut qreftlər qoyuldu. Burun simmetriyası kontrol edildi. Xarici burundakı assimmetriya, donqarlıq və valv problemləri həll olundu. Sonra burun dərisi örtüldü, kəsiyə tikiş qoyuldu. Aşağı burun balıqqulaqlarında Vazotomiya əməliyyatı aparıldı. Buruna splint boru və gips sarğı qoyuldu.

19. ##.##.2024-cü il tarixli TSQ *** nömrəli xəstəlik tarixindən müəyyən edilir ki, İddiaçı edilmiş xxxx əməliyyatlarından sonra pasiyentdə ağırlaşma yoxdur.

20. “xxxx” ASC KB tərfindən verilmiş ##.##.2025-ci il tarixli hesabdan çıxarışa əsasən Nümayəndə ##.##.2023-cü il tarixli, ****nkXCHZb/** saylı kredit müqaviləsinə əsasən götürdüyü 3000 manat kredit məbləği üçün ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək cəmi 4215.39 manat məbləğdə ödəniş etmişdir.

21. “xxxx” ASC Xaçmaz filialı və Nümayəndə arasında bağlanmış ##.##.2023-cü il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən Nümayəndə illik 20 faiz dərəcəsi ilə 28 ay müddətinə hər ay 130.5 manat ödəniş etmək şərti ilə 2900 manat kredit verilmişdir.

22. “xxxx” ASC Lənkəran filialı və Nümayəndə arasında bağlanmış ##.##.2024-cü il tarixli, BPM************ saylı kredit müqaviləsinə əsasən Nümayəndə illik 20 faiz dərəcəsi ilə 18 ay müddətinə hər ay 71 manat ödəniş etmək şərti ilə 1096.29 manat kredit verilmişdir.

23. ##.##.2021-ci il tarixli IN/L-***/**** saylı lisenziyadan görünür ki, cavabdeh2 MMC özəl tibb fəaliyyəti həyata keçirir.

24. ##.##.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən cavabdeh1 xxxx” MMC-də Həkim-otolarinqoloq vəzifəsində çalışır.

25. ##.##.2024-cü il tarixli registrdən çıxarış vərəqəsinə əsasən cavabdeh1 2006-cı ildə Azərbaycanda Internatura/Rezidentura təhsilini otorinolarinqologiya ixtisası üzrə bitirmişdir.

26. ***** saylı X2 Elmi Dərəcəsi haqqında dövlət sənədinə əsasən cavabdeh1 otorinolarinqologiya ixtisasında tibb elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

27. Azərbaycan Tibb Universitetinin **** saylı, ##.##.2006-cı il tarixli vəsiqəsinə əsasən cavabdeh1 uşaq otorinolarinqoloqu ixtisası verilmişdir.

28. ##.##.2024-cü il tarixli, ****** saylı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə əsasən cavabdeh1 ##.##.2019-cu il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq icazəsi verilmişdir.

29. Iş materiallarına əlavə edilmiş müayinə göstəricilərinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdə cavabdeh2 MMC-də döş qəfəsi orqanlarının Rskopiyası, qan analizi, hemoqram, ekq müayinələrindən keçmişdir. “X3-Bakı” QSC həkim Op.Dr. Kerem Bıkmaz tərəfindən verilmiş ##.##.2025-ci il tarixli epikrizdən müəyyən edilir ki, İddiaçı servikal lordozda düzləşmə və degenerativ dəyişikliklər, lomber disklərdə geniş əsaslı mərkəzi və mərkəzi-sol subartikulyar proyruziya diaqnozu qoyulmuşdur.

30. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ***/KEŞ saylı, ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdə “West Hospital"a burun tənəffüsünün çətin olması, baş ağrıları, boğulma, xarici burunda donqarlıq və əyriliyin olması şikayətləri ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona "Xarici burun deformasiyası. Burun çəpər əyriliyi. Xroniki hipertrofik rinit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən operativ müalicə taktikası seçilmiş və üzərində “xxxx" cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən onun üzərində təkrar, yəni “Revizion Rinoseptoplastika" cərrahiyyə əməliyyatı aparılmışdır. Lakin bununla əlaqədar tibbi sənədlər olmadığından ilkin əməliyyat barədə fikir söylənilməsi mümkün olmadı. İddiaçı üzərində ##.##.2024-cü il tarixdə icra edilmiş "xxxx” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən onda hal-hazırda keçirilmiş cərrahiyyə əməliyyatla əlaqədar patoloji vəziyyət müəyyən edilmədi. Tibb göstərişlə əlaqədar təkrar cərrahiyyə əməliyyata ehtiyac yoxdur. İddiaçı mütəxəssis müayinəsinə əsasən onda nəfəsalma funksiyasının norma daxilində olduğu müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

36. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

37. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

42. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

43. 4.66.Tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Standartlar sübutlu təbabət prinsiplərinə əsaslanan milli və beynəlxalq klinik rəhbərliklərin və protokolların tövsiyələrinə, habelə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş standart əməliyyat prosedurlarına əsaslanır.

44. 4.67.Istinad edilən Qanunun məzmunu baxımından dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərmək, tibbi müdaxilənin tibbi əsaslara uyğun tərzdə, ixtisaslı və yetərli təcrübəyə malik həkim tərəfindən həyata keçirilməsini təmin etmək vəzifəsi ilə yanaşı, pasiyent hüquqlarının44 təmin olunmamasına görə də məsuliyyət daşıyırlar.

45. 4.68.Tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyasına dair tələblərin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış tibbi xidmət müqaviləsi, Mülki Məcəllənin 1112-ci maddəsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, habelə bu sahəyə aid digər normativ-hüquqi aktlar təşkil edir.

46. 4.69.Mülki Məcəllənin 1112-ci maddəsində yalnız müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərərin kompensasiyası nəzərdə tutulsa da, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələbləri baxımından növləri bu qərarın 4.66-cı bəndində göstərilən tibbi yardımın həyata keçirilməsindən irəli gələn, habelə pasiyentə münasibətdə bu qərarın 4.67-ci bəndində göstərilən təminatların qanunazidd şəkildə pozulması da şəxsə zərərin vurulmasının əsasını təşkil edəcəkdir.

47. 4.70.Mülki Məcəllənin 1112-ci maddəsində şəxsin sağlamlığına vurulmuş zərərə görə yalnız tibb müəssisəsinin məsuliyyəti müəyyən edilsə də, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən personalın da bu pozuntulara görə təqsirli olduğu hallarda məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunanlar, habelə tibb müəssisələrinin eyni zamanda personalla işçiişəgötürən münasibətlərində olması nəzərə alınaraq, tibbi xidmətlə bağlı vurulmuş zərərin kompensasiyasına dair iddialara Mülki Məcəllənin 1099- cu maddəsinin də tələbləri gözlənilməklə baxılmalıdır.

48. 4.72.Bu qərarın 4.63-ci bəndində göstərilən, habelə növləri “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilən (bu qərarın 4.64 bəndi) tibbi yardımdan fərqli olaraq, estetik cərrahiyə, estetik stomatologiya, kosmetoloji xidmətlər və bu kimi digər tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur. Bu baxımdan həmin münasibətlərdən doğan zərər tələbinin hüquqi əsası kimi müqavilənin şərtləri, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun, habelə Mülki Məcəllənin 39-cu fəsli və 9-cu bölməsi çıxış edə bilər. Zərər bu fəaliyyətin həyata keçirilməsi zamanı pasiyentlərin “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 24-cü maddəsi ilə əhatə olunan hüquqlarının pozulması ilə bağlı olduqda isə tələbinin maddi hüquqi əsasını həmçinin istinad edilən bu norma da təşkil edəcəkdir.

49. 4.73.Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olub-olmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması.

50. 4.74.Tibb müəssisəsi fəaliyyətinin qanuna, göstərdiyi tibbi xidmətlərin klinik protokollara uyğun olmasını sübut etməlidir. Nəzərə alınmalıdır ki, bütün prosedurlar tibb elminin ümumi qəbul olunan sübutlu təbabət prinsiplərinə uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində həyata keçirildiyi halda, vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi standartlar çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq, ortaya çıxan arzuolunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

54. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

55. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

56. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

57. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

60. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

62. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

64. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

65. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

66. Belə ki, Məhkəmə hesab edir ki, rayon məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Iddiaçının apellyasiya şikayətinin dəlilinə əsasən, mülki iş üzrə obyektiv, tam və hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə rayon məhkəməsində ##.##.2026-cı il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

68. Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ***/KEŞ saylı, ##.##.2026-cı il tarixli ekspert rəyinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdə “West Hospital"a burun tənəffüsünün çətin olması, baş ağrıları, boğulma, xarici burunda donqarlıq və əyriliyin olması şikayətləri ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona "Xarici burun deformasiyası. Burun çəpər əyriliyi. Xroniki hipertrofik rinit" diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza əsasən operativ müalicə taktikası seçilmiş və üzərində “xxxx" cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən onun üzərində təkrar, yəni “Revizion Rinoseptoplastika" cərrahiyyə əməliyyatı aparılmışdır. Lakin bununla əlaqədar tibbi sənədlər olmadığından ilkin əməliyyat barədə fikir söylənilməsi mümkün olmadı. İddiaçı üzərində ##.##.2024-cü il tarixdə icra edilmiş "xxxx” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən onda hal-hazırda keçirilmiş cərrahiyyə əməliyyatla əlaqədar patoloji vəziyyət müəyyən edilmədi. Tibb göstərişlə əlaqədar təkrar cərrahiyyə əməliyyata ehtiyac yoxdur. İddiaçı mütəxəssis müayinəsinə əsasən onda nəfəsalma funksiyasının norma daxilində olduğu müəyyən edilmişdir.

69. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

70. Məhkəmə xüsusi olaraq qeyd edir ki, bir sıra başqa işlərdən fərqli olaraq bu qəbildən olan işlərdə tibbi ekspertlərin rəyi daha vacib əhəmiyyət daşıyır və məhkəmənin fərqli qənaətə gəlməsi daha çox mülahizə xarakterli ola bilər.

71. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

72. Həmçinin istinad edilən ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda həmin rəylə razılaşmamaq üçün hər hansı hal müəyyən edilməmişdir.

74. Məhkəmə Ali Məhkəmə Plenumunun istinad edilən qərardakı mövqeyinə əsaslanaraq 73. qeyd edir ki, mülki iş materiallarındakı sübutlarla cavabdeh cavabdeh1 Internatura/Rezidentura təhsilini otorinolarinqologiya ixtisası üzrə bitirdiyi, otorinolarinqologiya ixtisasında tibb elmləri sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığı, ##.##.2024-cü il tarixli, ****** saylı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə əsasən isə ##.##.2019-cu il tarixdə həkimlərin sertifikasiyasından keçdiyi və ona Azərbaycan Respublikası ərazisində otorinolarinqologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq icazəsi verildiyi müəyyən olur.

75. Mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır ki, iddiaçının üzərində cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir.

76. Belə olan halda cavabdeh tərəfindən üzərinə götürmüş olduğu öhdəliklərin tam və vicdanlı şəkildə yerinə yetirildiyi, o cümlədən də hər iki tərəfin keçirələcək əməliyyat və onun məbləği barədə razılığa gəldikləri halda, düzgün icra edilmiş və özündən sonra heç bir patalogiyası qalmayan əməliyyat üçün iddiaçının maddi zərərin əvəzini tələb etməsi əsassızdır. Apellyasiya şikayətindən müəyyən olduğu kimi iddiaçı əsasən onun və qızının əməliyyatı üçün yüksək məbləğdə pul alınmasını mübahisələndirsə də, iddiaçı özü öz iradəsi ilə əməliyyat üçün cavabdehin tələb etdiyi məbləğlə razılaşmış, ##.##.2023-cü il tarixdə qızı, ##.##.2024-cü il tarixdə isə özü əməliyyat olunmuşdur. Iddiaçının əməliyyat üçün tələb edilən məbləği yüksək hesab etdiyi halda qızının əməliyyatından 6 ay sonra özünün eyni həkimə əməliyyat etdirməsi, özünün əməliyyat tarixindən 1,5 il sonra – ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi də anlaşılan deyil. Həmçinin iddiaçının, onun nümayəndəsinin həm rayon məhkəməsində, həm apellyasiya icraatı zamanı izahatlarından müəyyən edilmişdir ki, cavabdeh cavabdeh1 iddiaçıya 10.000 (on min) manat məbləğində pul qaytarmışdır.

77. Istinad edilən Plenum Qərarının 4.72-ci bəndinə əsasən, tibbi fəaliyyət növlərində tərəflər arasında yaranan münasibətlər - nəticəsinə təminat verilən podrat münasibətləri hesab olunur.

78. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

79. Hazırkı işdə mütəxəssis rəyi ilə podratın qüsurlardan azad olduğu - cərrahiyyə əməliyyatının texniki və taktiki cəhətdən düzgün icra edildiyi, əməliyyatla əlaqədar patoloji vəziyyətin müəyyən edilmədiyi təsdiqlənmişdir.

80. Beləliklə də müəyyən olunur ki, hazırkı halda ilkin olaraq iddiaçının qızı Nərmin 2023-cü ildə cavabdeh1 həkimə müraciət etmiş, həmin vaxt əməliyyata görə 6500 manat ödəniş edilmiş, həmin əməliyyatdan sonra iddiaçı özü təkrarən eyni estetik əməliyyatın keçirilməsi üçün həmin həkimə müraciət etmiş, əməliyyat olunmuş, bundan sonra tərəflər arasında ixtilaf yaranmış, ilkin mərhələdə iddiaçı tərəf ondan artıq pulun alındığını və əməliyyatın uğursuz olmasından şikayətlənmiş, rayon məhkəməsi tərəfindən müvafiq araşdırmalar aparılmış, ekspert rəyi əldə olunmuş, həmin rəylə də əməliyyatın uyğun həyata keçirildiyi müəyyən edilmiş, eyni zamanda da iddiaçı bildirmişdir ki, keçirilən əməliyyata görə 15.000 manat ödəniş etmiş, sonradan həmin vəsaitin 10.000 manatını ona geri qaytarmışlar. Rayon məhkəməsində aparılmış araşdırmalar və apellyasiya şikayətinin məzmunundan, eləcə də apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin verdiyi izahatlardan məlum olunur ki, iddiaçı tərəfin əsas tələbi əməliyyat üçün ödənilmiş pul vəsaitinin qalan - 5000 manat hissəsinin də qaytarılması ilə bağlı olmuşdur.

81. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla, müəyyən olunduğu kimi, iddaçının estetik əməliyyatının uğurlu keçməsi ekspert rəyi ilə də təsdiq edilmişdir, eyni zamanda da müəyyən olunmuşdur ki, iddiaçının hazırkı əməliyyatından 6 ay öncə qızı Nərminin üzərində eyni həkim tərəfindən eyni estetik əməliyyat həyata keçirilmiş və iddiaçı tərəf həmin əməliyyat üçün 6500 manat ödəmişdir. Bundan 6 ay sonra iddiaçı özü həmin həkimə müraciət edərək eyni əməliyyatın keçirilməsini istəmiş, əməliyyat uğurla həyata keçirilmiş və məlum olur ki, bu əməliyyat üçün həkimə 5000 manat ödəniş qalmışdır. Yuxarıda istinad olunan Plenum Qərarında da bu münasibətlərin podrat münasibəti olduğu, demək ki, bu zaman görülən işin ödənişinin də tərəflərin razılaşmasına əsasən müəyyənləşdiyi müəyyən olunur. Iddiaçı təsdiq etmişdir ki, o ilkin olaraq 15.000 manata razılaşmış, əməliyyatdan sonra ona məlum olmuşdur ki, ondan həddindən artıq ödəniş alınmışdır, həkimdən şikayət etmiş və həkim ona razılaşdırılmış məbləğdən 10.000 manat pul vəsaitini geri qaytarmışdır. Qeyd edildiyi kimi iddiaçı tərəf ilk öncə qızı Nərminin eyni estetik əməliyyatına görə 6500 manat ödəmiş və bundan məmnun qalaraq 6 ay sonra hazırda mübahisələndirilən əməliyyatı icra etdirmiş, bu əməliyyat üçün birinci əməliyyatdan da xeyli az - 5000 manat ödəmişdir. Belə olan halda məlum olur ki, iddiaçı tərəfin əməliyyat üçün ödənilmiş - qalan 5000 manat pul vəsaitinin geri qaytarılmasına dair tələbi təmin edilə bilməz. Bu mülki hüququn müqavilə azadlığı prinsipinə də uyğun deyildir.

82. Beləliklə, aparılan araşdırmalar nəticəsində apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından şikayət əsassızdır və təmin edilə bilməz.

83. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

84. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

86. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

87. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

88. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar