Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2922/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı işi üzrə Açar sözlər: (“pul”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , iddiaçı və cavabdehin iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Cavabdeh borclu olduğu 35000 manat pulun alınıb ona verilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsini onunla əsaslandırmışdır ki,( MM-nin 739-cu maddəsinə istinadən) o cavabdeh Cavabdeh ilə 2020-ci il tarixdə tanış olmuş, yaxın münasibəti olmuşdur. Emin ona bildirmişdir ki, o onkoloji xəstədir, əməliyyat olunması üçün ona pul lazımdır. Təcili əməliyyat olunmalıdır. O da ona inanaraq müxtəlif vaxtlarda 25000 manat pul vermişdir. Sonradan isə Birbank kredit kartından 10000 manat pul çıxardaraq Eminə vermişdir. Emin həmin pulları yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin sonradan Emin onun telefonlarına cavab verməmişdir. Bu barədə onun anası ilə də danışmışdır. Anası həmin pulları ödəyəcəklərini bildirsə də lakin heç bir nəticəsi olmamışdır. Sonradan isə onun ümumiyyətlə telefonlarına cavab verməmişdir. Hazırda ona borclu olduğu 35000 manat pulu verməkdən imtina edir. Bu barədə polis idarəsinə müraciət etsə də, polis ona mülki qaydada məhkəməyə müraciət etməyini bildirmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3410/2025 nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.1, 324.1, 324.2, 324.4, 324.5, 442, 739, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında yaxınlıq (sevgi) münasibətləri olmuşdur. Bu münasibətlərdən irəli gələrək iddiaçı cavabdehə müxtəlif vaxtlarda pul ödəmişdir. Iddiaçı həmin məbləğin cavabdehin xəstəliyi ilə əlaqədar olaraq ona verdiyini, cavabdeh isə bunu inkar edərək yaxınlıq münasibətlərindən irəli ələrək bir yerdə xərclədiyini və buna dair foto görüntüləri təqdim etmişdir. Hazırda tərəflərin münasibətləri pozulub. Məhkəmə qeyd edir ki, tərəflərin münasibətləri yuxarıda istinad edilən hüquq normalarının təsiri dairəsinə düşmür. Belə ki, iddiaçı İddiaçı öz arzusu və istəyi ilə həmin pulları cavadeh Cavabdeh vermişdir ki, həmin pullarda birgə xərclənmişdir.Həmçinin xərclənən pulların məbləği də iddiaçının iddia etdiyi kimi 35000 manat olmamışdır. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını, iddiaçının izahatlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Kapital Bank ASC-nin məhkəmənin sorğusuna müvafiq ünvanladığı çıxarışa əsasən İddiaçı tərəfindən Cavabdeh 3281 manat məbləğində pul köçürülmüşdür; - UNIBank ASC-nin məhkəmənin sorğusuna müvafiq ünvanladığı çıxarışa əsasən İddiaçı tərəfindən Cavabdeh 20 manat məbləğində pul köçürülmüşdür; - Uterminal vasitəsilə göndərilən və oxuna bilinən qəbzlərə əsasən İddiaçı tərəfindən müxtəlif vaxtlarda Cavabdeh 741 mant məbləğində pul köçürülmüşdür; - ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən İddiaçı müraciəti üzrə cinayət tərkibi yaranmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Iddiaçı apellyasiya şikayəti verərək, Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsini ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1- 21.3, 529.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, iddiaçı cavabdeh Cavabdeh ilə 2020-ci il tarixdə tanış olub, yaxın münasibətləri olmuşdur. Emin ona bildirmişdir ki, o onkoloji xəstədir,əməliyyat olunması üçün ona pul lazımdır. Təcili əməliyyat olunmalıdır. Iddiaçı da ona inanaraq müxətlif vaxtlarda 25000 manat pul verib. Sonradan isə BirBank kredit kartından 10000 manat pul çıxardaraq Eminə verib. Emin həmin puları yaxın vaxtlarda ödəyəcəyini bildirmişdir. Lakin sonradan Emin onun telefonlarına cavab verməmişdir. Bu barədə onun anası ilə də danışıb. Anası həmin puları ödəyəcəklərini bildirsə də, lakin heç bir nəticəsi olmamışdır. Sonradan isə onun ümumiyyətlə telefonlarına cavab verməmişdirlər. Hazırda iddiaçıya borclu olduğu 35000 manat pulu verməkdən imtina edir. Bu barədə polis idarəsinə müraciət etsə də, mülki qaydada məhkəməyə müraciət etməyini bildiriblər. Bu barədə məhkəməyə müraciət etsə də, məhkəmə əsassız olaraq onun sübut kimi təqdim etdiyi bank sənədlərini əsas hesab etməmişdir. Belə ki, həmin sənədlərdə də görünür ki, o cavabdehə bank vasitəsilə 3281 manat, 741 manat və 20 manat pul köçürmüşdür. Lakin məhkəmə bunları sübut kimi qəbul etməmiş, cavabdehin guya həmin puları birgə xərclədikləri barədə yalan izahatına əsaslanmışdır. Əslində isə həmin puları iddiaçı ona borc olaraq verib. Bank sənədləri də buna sübutdur. Əgər iddiaçı ona həmin puları birgə xərcləmək üçün versəydi, onda bəs digər puları niyə bank vasitəsilə göndərirdi ki? Bu onu sübut edir ki, iddiaçı ona borc olaraq inanıb pul verib. Buna dair vatcap yazışmalarını məhkəməyə təqdim etsə də, məhkəmə yenə də bunları sübut kimi qəbul etməyib. Həmçinin, istinad edilmiş maddələrdən də göründüyü kimi iddiaçı cavabdehə xəstəliyi ilə əlaqədar borc olaraq pul verib və bunu sübut edəcək yazışmalar və bank sənədləri vardır. Lakin məhkəmədə bütün bunlar tam aydınlaşdırmamışdır. Əldə çıxan fayda kimi pulun tutulmasını əsassız varlanma kimi qiymətləndirmişdir. Lakin məhkəmə maddənin tələblərini yerinə yetirməmiş, onun təqdim etdiyi sübutlara əsaslanmamış, cavabdehin mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, 2020-ci ildə cavabdehlə tanış olduqlarını və aralarında sevgi münasibətlərinin olduğunu, cavabdeh ona onkoloji xəstə olduğunu bildirdiyini və müalicəsi ilə əlaqədar olaraq pul istədiyini, 2020-ci ilin yay aylarından başlayaraq cavabdehə müxtəlif məbləğlərdə daha sonra onun tərəfindən qaytarılması şərti ilə pullar verdiyi, bu pulların bir hissəsini nağd, digərini kart vasitəsi ilə ödədiyini, daha sonra Fövqəladə hallar Nazirliyində işə düzəlməsi üçün cavabdehin ondan pullar istədiyini, müəyyən müddət keçdikdən sonra onu şantaj etməyə başladığını, pulların hamısını qaytarmaq şərti ilə verdiyini, ümumilikdə cavabdehə 35000 manat məbləğində pul verdiyini, lakin hazırkı vaxtadək cavabdeh tərəfindən pulun qaytarılmadığını, 2024-cü ildə cavabdeh pulları qaytarmadığı üçün onu polisə şikayət etdiyini, lakin sonradan cavabdeh ondan pulları qaytaracağını və ərizəsini geri götürməsini xahiş etdiyini, cavabdehə inanıb ərizəsini geri götürdüyünü qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini, onun heç bir xəstəliyinin olmadığını və iddiaçıdan heç vaxt pul tələb etmədiyini, iddiaçıın özünün daim onunla ünsiyyət saxladığını, iddiaçı tərəfindən onun kartına təxmini 4000 manata yaxın pul atıldığını, həmin pulları isə iddiaçı ilə birgə xərclədiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2.Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında yaxın münasibət olmuş və tərəflər münasibətdə olduğu dövrdə iddiaçı müəyyən məbləğdə pul vəsaitini müxtəlif vaxtlarda cavabdehə vermişdir. Iddiaçı məhkəmə iclasında cavabdehə verdiyi pulları qaytarmaq şərti ilə verdiyi, lakin cavabdehin pulları qaytamaqdan boyun qaçırdığını bildirsə də, bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir.
11. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## #### 2026-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə: 1. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun. 2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
12. Göründüyü kimi, iddiaçı iddia tələbini 739-cu maddəsi ilə əsaslandırsa da tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi müəyyən edilməmişdir. Iddiaçı tərəfindən əsassız olaraq pul vəsaitlərin cavabdehə verilməsi öz təsdiqini tapmır ki, bu da əsassız varlanmaya istinad etməklə tələb hüququnun təmin edilməsini müəyyən etsin. Iddiaçı ilə cavabdeh arasında yaranmış münasibətlərin əsasında sonuncuya vəsaitlərin birinci tərəfindən təmənnasız verilməsi təsdiq edilsə də, digər əsasla (şantaj, hədə, aldatma və s.) tələb etmə öz təsdiqini tapmır.
13. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.
14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.