Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2934/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İmran oğlunun cavabdeh “Bakı şəhər İşığı” X6 (İbrahimova Sevda Əli qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı İmran oğlunun iştirakı ilə, İddiaçı İddiaçı İmran oğlunun cavabdeh “Bakı şəhər İşığı” X6 (İbrahimova Sevda Əli qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi və.s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI İddiaçı İddiaçı İmran oğlu Cavabdeh “Bakı Şəhər İşığı” X6 Üçüncü şəxs İbrahimova Sevda Əli qızı İddia tələbi İddiaçı İddiaçı İmran oğlu ona vurulmuş 2850 manat məbləğində maddi ziyanın və ödənilmiş 45.80 manat dövlət rüsumunun cavabdeh “Bakı Şəhər İşığı” X6 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı təqdim edilmiş Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim etiraz edilməmişdir. Birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### tərəfindən qəbul edilmiş 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia məhkəmə aktı qismən təmin edilmiş, cavabdeh “Bakı Şəhər İşığı” X6 maddi ziyanın əvəzi kimi 2.800 (iki min səkkiz yüz) manat məbləğində pul və iş üzrə çəkilmiş 345,80 (üç yüz qırx beş manat səksən qəpik) manat məhkəmə xərcinin əvəzi tutularaq iddiaçı İddiaçı İmran oğluna ödənilməsi qət edilmişdir. Birinci instansiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, məhkəməsinin hüquqi 21, 157.8, 386.1, 1096, 1097.1, 1108.1, 1115-ci əsaslandırması maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli qərarına və ## ### 2024-cü il il tarixli *-**/*-*-*/**** nömrəli Qərarına, AR MPM-nin 14.2, 64.2, 76.1-76.2, 77.1, 80, 88, 106.1, 107, 119.1, 193.2, 217.3, 217.4cü il maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ Apellyasiya şikayəti verən şəxs “Bakı Şəhər İşığı” X6 Apellyasiya şikayətinin Cavabdehin apellyasiya şikayəti onunla məzmunu əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin,e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsini aşağıda göstərilən səbəblərə görə əsassız və qanunsuz hesab edirik: İddia üzrə araşdırma aparan Nəsimi rayon Məhkəməsi işi qərəzli olaraq bir tərəfli araşdırmış və məsələyə düzgün hüquqi qiymət verməmişidir. İş üzrə araşdırma aparan məhkəmə təqdim etdiyimiz sübutları həmçinin ekspert rəyinə verdiyimiz şifahi etirazı və ona əlavə olunan sübutları qiymətləndirməmiş yanlış olan ekspert rəyini əsas tutaraq qərar qəbul etmişdir. Bu isə bir daha hakimin işə qərəzli yanaşaraq məsələni kökündən araşdırmaqdan boyun qaçırması kimi başa düşülür. Mərkəzi Ekspertiza Bürosunun rəyinə əsasən, ##.##.2025-ci il tarixdə İddiaçı İmran oğlunun idarə etdiyi 2016-cı il buraxılışlı, "Opel Astra minik" markalı, **MR*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə işıq dirəyinin düşməsi nəticəsində avtomobilin zədələnmiş hissələri ön bamper və alt setkası, ön kapot, ön sol qanad, ön şüşəsi göstərilmiş həmçinin, "Opel Astra minik" markalı, **MR*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə işıq dirəyinin düşməsi nəticəsində avtomobilə dəymiş ziyanın məbləğinin 2,800 (iki min səkkiz yüz) manat olması qeyd edilmişdir. Qeyd edilən ekspert rəyi əsassız və qanunsuzdur. Belə ki, ekspert qeyd edilən nəqliyyat vasitəsinin zədələnən hissələrinin hansı halda və hansı şəraitdə zədələnməsi faktını görmədiyi halda əsassız olaraq həmin zədələrin işıq dirəyinin aşması nəticəsində zədələnməsi faktı kimi təsdiqləmiş, eyni zamanda zədələnən hissələrin təmirə yararlı olub olmadığını bildirməmiş və həmin hissələrin yenisi ilə əvəzlənməsini qeyd etmişdir. Hal bu ki, zədələnən hissələr təmirə yararlıdır və yenisi ilə əvəzləməyə ehtiyac yoxdur. Digər tərtəfdən köhnəlmə nəzərə alınmaqla hesablandığını qeyd etmiş lakin, heç bir köhnəlmə tətbiq edilməmiş və edildiyi halda necə hesablanması belə rəydə öz əksini tapmamlışdır. Qeyd edilir ki, "Opel Astra minik" markalı, **MR*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən sonra şəkilləri tərəflərindən çəkilmişdir. Həmin şəkillərdə ön alın şüşəsinin və avtomobilin bəzi hissələrin zədələnmədiyi və hətta zədələnən hissələrin zədələrinin dərin olmadığı aşkar görünür. Göründüyü kimi bütün bu hallar məhkəmə tərəfindən qiymətləndirilməmiş və yanlış ekspet rəyinə istinad edilməklə hüquqlarımızı əhəmiyyətli dərəcədə pozan qərar qəbul edilmişdir. Göstərilən hallar araşdırılmadığından və ekspert rəyinin həqiqətə uyğun olub-olmadığı müəyyən olunmadan iş üzrə yekun qərar qəbul edilməsi qanunsuzdur və hüquqlarını əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Vurulmuş zərərin məbləği 300 manat olduğu halda məhkəmə əsassız qiymətləndirmə rəyinə istinad edərək cavabdeh Bakı şəhər İcra Hakimiyyəti “Bakı Şəhər İşığı” X6 maddi ziyanın əvəzi kimi 2800 (iki min səkkiz yüz) manat məbləğində pul və iş üzrə çəkilmiş 345.80 (üç yüz qırx beş manat səksən qəpik) manat məhkəmə xərcinin əvəzi tutularaq iddiaçı İddiaçı İmran oğlunun xeyrinə ödənilməsini qət edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilərək 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşı Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. təqdim edilmiş etiraz MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI İddiaçı Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli Məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sürməyən üçüncü şəxs kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR İddiaçı tərəfindən təqdim edilmiş 1. BA****** nömrəli ##.##.2024-cü il tarixli sübutlar (həmçinin məhkəmə qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel tətqiqatı zamanı toplanmış Astra” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı sənədlər – mütəxəssis rəyi və s.) nəqliyyat vasitəsi İbrahimova Sevda Əli qızının mülkiyyətindədir.
2. ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, İbrahimova Sevda Əli qızı “Opel Astra” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini 3 il müddətinə (##.##.2027-ci il tarixədək) İddiaçı İmran oğluna etibar etmişdir.
3. “İcarəçi” İddiaçı İmran oğlu ilə “icarəyəverən” lombardın direktoru X2 arasında bağlanmış ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla ona məxsus olan “Opel Astra” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir.
4. Yasamal RPİ-nin 28-ci PŞ tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ***/** nömrəli rədd materialına əlavə olunmuş təhqiqatçı R Roman Məmmədovun ##.##.2025-ci il tarixli qərarından görünür ki, - ## ###### 2025-ci il tarixdə saat 21:06-da vət. İddiaçı İmran oğlu Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng vuraraq, Asan xidmətin yaxınlığında olan zaman ona məxsus “Opel” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə işıq dirəyinin aşması barədə məlumat vermişdir; - Material üzrə izahatı alınmış vət. X1 izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Texniki İstismar sahəsində iş icraçısı işləyir. ## ###### 2025ci il tarixdə axşam radələrində küləkli hava olduğundan Yasamal rayonu, Mida yaşayış kompleksinin qarşısında mərkəzi yolun ortasında quraşdırılmış işıq dirəyi yolun sağ tərəfi ilə hərəkətdə olan “Opel Astra” markalı avtomobilin üzərinə düşmüş və avtomobilin mühərrik örtüyü əzilmişdir. Avtomobilin sahibinə havanın küləkli olmasında bu hadisənin baş verdiyi bildirilmişdir; - Vət. İddiaçı İmran oğlunun müraciəti üzrə toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vət. İddiaçı İmran oğluna avtomobilinə dəymiş maddi ziyan tələbi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır (Materiallara həmçinin ##.##.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol, foto-şəkillər və s. əlavə edilmişdir).
5. “Bakı Şəhər İşığı” X6 və Bakı şəhəri İcra Hakimiyyətinin Rəhbərliyinə ünvanlanmış müvafiq olaraq ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli məktublardan görünür ki, İddiaçı İmran oğlu tərəfindən dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət edilmişdir.
6. “Avto klub” servis tərəfindən verilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, 2016-cı il buraxılışlı ağ rəngli “Opel Astra” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etmək üçün tələb olunan xərc 2580 manat təşkil edir.
7. “Bakı Şəhər İşığı” X6 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində quraşdırılmış işıqlandırma sistemi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli ***S saylı sərəncamına əsasən, ##.##.2024-cü il tarixdə əvəzsiz olaraq «Bakı Şəhər İşığı» X6 balansına verilmişdir.
8. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Opel Astra” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi gömrük vəsiqəsi əsasında X3 adına ##.##.2023-cü il tarixdə qeydiyyatdan keçmiş, ##.##.2024-cü ildə alğı-satqı müqaviləsi əsasında İbrahimova Sevda Əli qızının adına qeydiyyata alınmış, nəqliyyat vasitəsindən istifadə hüququ etibarnamə ilə X4 və İddiaçı İmran oğluna verilmişdir.
9. “Mərkəzi Ekspertiza Bürosu”nun ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, ##.##.2025ci il tarixdə İddiaçı İmran oğlunun idarə etdiyi 2016-cı il buraxılışlı, “Opel Astra” minik markalı **MR*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə işıq dirəyinin düşməsi nəticəsində avtomobilin ön bamper və alt setkası, ön kapot, ön sol qanad, ön şüşə hissələri zədələnmiş, avtomobilə 2.800 (iki min səkkiz yüz) manat məbləğində ziyan dəymişdir.
10. “Mərkəzi Ekspertiza Bürosu”nun ##.##.2026-cı il tarixli məktubundan görünür ki, aparılmış qiymətləndirmə işi üzrə 300 manat xidmət haqqı İddiaçı İmran oğlu tərəfindən ödənilmişdir. 18. “Mərkəzi Ekspertiza Bürosu”nun ##.##.2026-cı il tarixli ƏXZ/3 ****** nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, qiymətləndirmə üçün 300 manat İddiaçı İmran oğlu tərəfindən kassaya mədaxil edilmişdir.
11. ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 48,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. İddia ərizəsinə foto şəkillər də əlavə edilmişdir. Cavabdeh tərəfindən təqdim Cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. edilmiş sübutlar
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh “Bakı Şəhər İşığı” X6 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ümumilikdə yoxlanılması təşkil edir.
Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.6, 21, 157.8, 386.1, Məcəlləsinin 14.2, 64.2, 76.1-76.2, 77.1, 80, 1096, 1097.1, 1108.1, 1115-ci 88, 106.1, 107, 119.1, 193.2, 217.3, 217.4-cü il maddələri maddələri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı və ## ### 2024-cü il il tarixli *-**/*-*-*/**** nömrəli Qərarı
Məhkəmə kollegiyası qeyd edir ki, ## ###### 2025-ci il tarixdə İddiaçı İmran oğlunun istifadəsində olaraq idarə etdiyi “Opel Astra” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində quraşdırılmış “Bakı Şəhər İşığı” X6 balansında olan işıq dirəyi düşmüş və hadisə nəticəsində avtomobilə ziyan dəymişdir. Bu fakt Yasamal RPİ-nin 28-ci PŞ-nin rədd materialına əlavə edilmiş materiallardan, izahatlardan və fotoşəkillərdən müəyyən edilir. Sözügedən işıq dirəyinin “Bakı Şəhər İşığı” X6 balansında olması isə cavabdehin öz məktubu ilə təsdiq olunur. Həmçinin cavabdeh dəymiş zərərin 300 manat olduğunu bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Əksinə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş qiymətləndirilmənin keçirilməsinə dair qərardadın icrası ilə əlaqdar “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, ##.##.2025-ci il tarixdə İddiaçı İmran oğlunun idarə etdiyi 2016-cı il buraxılışlı, “Opel Astra” minik markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə işıq dirəyinin düşməsi nəticəsində avtomobilin ön bamper və alt setkası, ön kapot, ön sol qanad, ön şüşə hissələri zədələnmiş, avtomobilə 2.800 (iki min səkkiz yüz) manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübuta yetirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov