Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-295/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və “xxxx” MMC-yə qarşı iş üzrə Açar sözlər: (“pul tələbi”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı LPO “xxxx” ASC-nin nümayəndəsi K.X2, cavabdeh cavabdeh2 nümayəndəsi vəkil nümayəndə4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)- ***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. Iddiaçı LPO “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh2 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, 34923,15 manat əsas, 24205,92 manat faiz borcu olmaqla, cəmi 59129,07 manat və iş üzrə ödənilmiş 267,40 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 manatın cavabdehlər cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəlləsinin 385.1, 404, 405.1, 425, 442, 445.4, 448.1, 470.1, 470.2, 472, 500.1, 739.1, 739.2-ci maddələrinə ; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2012-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı LPO "xxxx” ASC ilə cavabdeh2 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş 38600 manat pul vəsaitini cavabdeh2 verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh2 aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini tam icra etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza rəyindən görünür ki, ##.##.2024-cü il tarixinədək banka olan əsas borc üzrə 35004,25 manat, faiz borcu üzrə 24438,73 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh (borcalan) isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh (borcalan) kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə iddia tələbinin digər cavabdeh "xxxx” MMC-yə aid hissədə araşdıraraq hesab edir ki, iddia tələbi ona aid hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə "xxxx” MMC-nin etiraz ərizəsində bank ilə aralarında zaminlik müqaviləsinin olmamasına əsaslanaraq Cəmiyyətin cavabdeh2 kredit borcuna görə məsuliyyət daşımaması barədə gətirdiyi dəlilə münasibət olaraq bildirir ki, qanunvericilikdə öhdəliyin müxtəlif təmini üsulları nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin təmin üsulu təkcə zaminliklə məhdudlaşmır, qanunvericilik həmin üsulların müxtəlif formalarda, hətta tərəflərin müqavilədə müəyyənləşdirdiyi formada (qaydada) həyata keçirilməsini təsbit edir. Cəmiyyətlə bank arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmin müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində cavabdeh2 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Bankla Cəmiyyət arasında zaminlik müqaviləsi bağlanmasa da, onlar arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilədə cavabdeh2 kredit öhdəliyinin təmini üsulu kimi, kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqısatqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə ödəməklə bağlı Cəmiyyət öhdəlik götürdüyündən, cavabdeh2 isə krediti tam ödəmədiyindən "xxxx” MMC sonuncu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: - ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; - zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; - ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları ödəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. "xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndi Mülki Məcəllənin 470.1 və 470.2-c maddəsinin tələblərinə cavab verməklə MMC bu müqavilə ilə gələcəkdə yaranacaq öhdəliyin icrasına təminat vermişdir. Nəzərə alınmalıdır ki, işin müəyyən edilmiş hallarına görə tərəflər arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilə ilkin müqaviləyə aid qaydalara cavab verməməklə gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsidir və bu müqavilə növü üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş mühüm şərtlərə (zaminliklə təmin edilmiş əsas öhdəliyin həcmi, icra müddəti, faiz dərəcəsi və s.) də riayət olunmuşdur. Göründüyü kimi, sözügedən müqavilə özündə zaminlik müqaviləsinin ünsürlərini əks etdirməklə yanaşı həmin müqavilədə “xxxx” MMC-nin subsidiar məsuliyyət daşıması göstərilməmiş, bunun əksinə müqavilənin qeyd olunan bəndləri ilə “xxxx” MMC mövcud olan kredit borcunu və ona hesablanmış faizləri eyni zamanda öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, “xxxx” MMC ilə “xxxx” arasında bağlannılmış ##.##.2014-cü il tarixli müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan və imzalarla təsdiq edilmiş qarışıq müqavilə olmaqla özündə birgə əməkdaşlıq göstərilməsi və bir növ zaminlik müqaviləsinin ünsürlərini əks etdirir. Tərəflər arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Belə olan halda iddia cavabdeh “xxxx” MMC-dən pul tutulması hissəsində əsaslıdır.
2. Işin icraatı zamanı müəyyən edilmişdir ki: - cavabdeh2 ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli, **/*** saylı kredit müqaviləsinə əsasən, bank Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kv.m olan ** nömrəli mənzilin alınması üçün borcalana 38600 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 120 aydır. Həmin müqavilənin 6-cı bəndindən görünür ki, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Əsas kredit borcunun ödənilməsi gecikdirildikdə, gecikdirilmiş günlərə ödənilməmiş məbləğə görə kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24%-lə hesablanır; - Bank “xxxx” ASC ilə kooperativ “xxxx” MMC arasında bağlanmış ##.##.2014-cü il tarixli müqaviləyə əsasən, müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir; - ##.##.2014 cü il tarixli mənzilin alqı-satqısı haqqında IH/B-A(b)/*** nömrəli müqaviləyə əsasən, satıcı “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 C saylı, 8 mərtəbəli yaşayış binasında ümumi sahəsi 80 kv.metr olan 2 otaqdan ibarət ** saylı mənzili cavabdeh2 satmağı, alıcı isə bu müqavilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsindən görünür ki, mənzilin dəyəri tərəflərin razılığı ilə 53600 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, alıcı bu müqavilənin 2.1ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir; - ##.##.2023-cü il tarixli bildiriş məktubuna əsasən, “xxxx” ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur; - ##.##.2024-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 268 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspertiza rəyindən görünür ki, ##.##.2014-cü il tarixli, **/*** nömrəli kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə ##.##.2024-cü il tarixinə banka olan əsas borc üzrə 36342,14 manat, faiz borcu üzrə 30391,69 manat məbləğində müəyyən edilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə mülki iş təkrar rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəmə- mühasibat ekspertizasının aparılmasından imtina edilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə mülki iş təkrar rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspertiza rəyinə əsasən, ##.##.2014-cü il tarixli, **/*** nömrəli kredit müqaviləsinə əsasən ekspert qarşısında qoyulmuş suallar üzrə ##.##.2024-cü il tarixinədək banka olan əsas borc üzrə 35004,25 manat, faiz borcu üzrə 24438,73 manat məbləğində müəyyən edilmişdir; - Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iddia tələblərinə yazılı qaydada etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı “xxxx” ASC-nin “34923.15 manat əsas, 24205.92 manat faiz borcu, cəmi 59129.07 manat və iş üzrə ödənilmiş 267.40 manat dövlət rüsumunun cavabdeh “xxxx” MMC-dən tutulması hissənin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-2(011)-***/**** №-li qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 458, 458.1, 475.1, 567;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı Qərarına istinadən qeyd edilmişdir ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. cavabdeh cavabdeh2 obyektiv hallardan irəli gələrək (üzləşdiyi maddi çətinliklərlə əlaqədar) kredit öhdəliyini lazımi şəkildə icra edə bilməmişdir. Belə olan halda məhkəmə humanizm və ədalətlilik baxımından dəbbə pulunun aşağı salınması ilə bağlı Mülki Məcəllənin ona verdiyi səlahiyyətlərdən istifadə edərək cavabdehin vəziyyətini nisbətən yüngülləşdirə bilərdi. Lakin qətnamədə Xətai Rayon Məhkəməsi bu hala ümumiyyətlə toxunmamış və heç bir münasibət bildirməmişdir. Bununla da cavabdehin hüquqlarını pozan qətnamə çıxarılmışdır. Hazırkı iş üzrə kreditor cavabdeh tərəfin borcu icra etməməsindən sonra 60 gün müddətində məhkəməyə müraciət etməmiş, əksinə vaxtı uzadaraq daha çox dəbbə pulunun yığılması (hesablanması) gözləmişdir. Bununla da öhdəliyin icra edilməməsi nəticəsində ona dəymiş zərər məbləğinin süni surətdə artmasına şərait yaratmışdır. Lakin, işin bu halları da məhkəmə tərəfindən nəzərə alınmamış, borclunun məsuliyyətinin ölçüsün azaldılmasında Mülki Məcəllənin yuxarıda qeyd edilən maddəsinə istinad edilməmişdir. Iddiaçı tərəf cavabdeh cavabdeh2 11 il müddətinə öhdəliyini icra etməməsinə baxmayaraq vaxtında məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, 11 il ərzində əsas borcun üzərinə faizlərin hesablanmasını gözləmiş və nəticə etibarı ilə faizlər əsas borc məbləği ilə bərabərləşmək ərəfəsində olduqda məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Yəni, kreditor özü də əsas borcun ödənilməməsinə görə faizlərin hesablanmasında (məbləğin artmasında) maraqlı olmuşdur. Bununla da cavabdehi olduqca ağır maddi vəziyyətə salan qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsində qanunvericiliyin normalarının tələblərini sadalamaqla kifayətlənmiş, yalnız iddiaçının sübutları mötəbər sübut olaraq qəbul etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı Qərarında göstərilir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən etmədən məhkəmə tərəfindən işə baxılması yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Hazırki iş üzrə Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənmiş, onları əlaqəli şəkildə şərh etməmiş, bu və ya digər sübutun qəbul edilib- edilməməsinin səbəblərini qətnamədə aydın izah etməmişdir. Bununla da Məhkəmə da məhkəmələrə məhz bu “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı Qərarında təsbit edilmiş tövsiyyələrə əməl etməmişdir. AR Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Hesab edir ki, 34923,15 manat əsas, 24205,92 manat faiz borcu olmaqla cəmi 59129,07 manat vəsaitin iddiaçı ödənilməsi öhdəliyini cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarmalı idi. Sonradan isə “xxxx” MMC öhdəliyi tam icra etdikdən sonra digər cavabdeh cavabdeh2 qarşı reqress tələblə iddia qaldırmaq hüququna malik olardı. Apellyasiya icraatında müəyyən edilən hallar:
4. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi vəkil nümayəndə4 apellyasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək, cavabdehin maddi vəziyyətindən yaranmış çətinliklər səbəbindən borcun yarandığını, iddiaçı ilə danışıqlar apardıqlarını, lakin hazırda iddiaçının tələb etdi məbləğin cavabdeh tərəfindən birdəfəlik verilməsinin qeyri-mümkün olduğunu, dəbbə puluna münasibətdə cavabehə müəyyən güzəştlərin edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə də cavabdehin borcunun təsdiq olunduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
6. Məlumatlandırılma üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh “xxxx” MMC-nin iştirakı olmadan iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
7. Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə əsasən: apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.4. Icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz.740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir.740.10. Gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər.742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir.742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər.742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır.742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər:742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla);742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda.743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.745.1. Bu Məcəllənin 742.5.3-cü maddəsi kredit öhdəliyinin icrası təminatının itirilməsi və yaxud dəyərinin azalması hallarına yalnız bu şərtlə tətbiq edilir ki, borcalan kredit müqaviləsində müəyyən edilmiş müddətdə təminatı əvəz etməmiş və ya əlavə təminat təqdim etməmiş olsun.745.2. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəlik vaxtından əvvəl ödənilərsə, borcverən bu Məcəlləyə uyğun olaraq zərərin əvəzinin ödənilməsi üçün kompensasiya ödənilməsini yalnız kredit müqaviləsində nəzərdə tutulduqda tələb edə bilər.745.3. Bu Məcəllənin 740.7-ci maddəsi kredit müqavilələrindən irəli gələn münasibətlərə bu şərtlə tətbiq edilir ki, ödəniş əməliyyat gününün (borcverənin ödənişlərin qəbulu üçün müəyyən etdiyi vaxt) sonuna kimi həyata keçirilmiş olsun. Borcverən tərəfindən kredit müqaviləsində daha qısa müddət müəyyən edilməmişdirsə, əməliyyat günü bitdikdən sonra ödəniş terminalı vasitəsilə və ya digər üsulla həyata keçirilən ödəniş növbəti iş günündən gec olmayaraq həyata keçirilən ödəniş hesab edilir.745.4. Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir.745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.745.6. Əgər kredit üzrə ödənişlərin gecikdirilməsinə görə borcverənə dəyən zərər bu Məcəllənin 745.5-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, borcverən borcalandan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi məhkəmə qaydasında və ya zərərin baş verdiyi tarixdən sonra borcalanla ayrıca razılıq əldə etməklə tələb edə bilər.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər sübuta yetirilmir. Belə ki, apellyasiya şikayətinin və cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasına verdiyi izahatların məzmunundan da görünür ki, cavabdeh iddiaçı qarşısında borclu olduğunu etiraf edir. Sadəcə üzləşdiyi maddi çətinliklərlə əlaqədar olaraq bu borcun yarandığını, gələcəkdə maddi vəziyyətində yaxşılaşma olan kimi iddiaçı ilə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün danışıqlar aparmağa hazır olduğunu qeyd etmişdir. Bundan əlavə dəbbə pulunun (faizin) çox hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya hesab edir ki, bu dəlil əsassızdır, qeyd edilməlidir ki, bununla bağlı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş, ekspert rəyi ilə də iddiaçının cavabdehdən şişirdilmiş və ya əsassız dəbbə pulu tələb etmədiyini öz təsdiqini tapmışdır. Iddiaçının borcun vaxtında tələb etməyərək faizin artmasına şərait yaratması dəlilinə dair qeyd edilməlidir ki, iddiaçının borcun tələb etmək hüququnun olduğu kimi cavabdehin borcun vaxtında qaytarmaq öhdəlikləri vardır. Ona görə şikayət verən cavabdeh öz öhdəliklərinin icra edə bilmədiyi təqdirdə zamanında müqavilə münasibətlərinin xüsusatları üzrə müvafiq hərəkətlər etmək kimi hüquqlara malik olmuş risk dairəsinə mənsub olduğu vəzifələrin daşıyıcısı olmuşdur. 11.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir.
12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçılar tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.