Məhkəmə qərarları › İş №2(3-6)-2953/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2953/2026

07.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2953/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Müslümov İsfəndiyar Habil oğluna qarşı iş üzrə Açar sözlər: (“pul”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və iddiaçının vəkili vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Müslümov İsfəndiyar Habil oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı cavabdeh Müslümov İsfəndiyar Habil oğluna qarşı Müslümov İsfəndiyar Habil oğlundan İddiaçı xeyrinə 41730 manat əsas məbləğ, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik, 216 manat ödənilmiş dövlət rusumun, qiymətləndirmə və sənədlərin tərcüməsi üçün ümumilikdə 1887 manat, cəmi 44000 manat 25 qəpik manat tutulması tələbinə dair iddia (tələbinin dəqiqləşdirilməsi) ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, halhazırda Polşa dövlətində yaşayır. Onun tanışı cavabdeh Müslümov İsfəndiyar Habil oğlu ona 41730 manat pul verməlidir. Bütün bunlarla yanaşı bildirmək istəyir ki, cavabdeh Müslümov İsfəndiyar Habil oğlu onun xəbəri olmadan, ona məxsus 2007-ci il istehsalı olan BMW 335i markalı, WO EMİN dövlət nişanlı nəqliyyat vasitəsini qanunsuz idarə etmiş və Polşa dövlətində yol-nəqliyyat hadisəsi törətmişdir, bu barədə olan ##.##.2022-ci il tarixli arayışı ərizəsinə əlavə edir. Bunun nəticəsi olaraq ona 41730 manat ziyan vurmuşdur. Sözügedən avtomobili o, Polşa dövlətində alqı-satqı müqaviləsi ilə almışdır. X1 Baş İdarəsinin Yol Nəqliyyat Departamentinin tərcümə edilmiş sənədindən görünür ki, Müslümov İsfəndiyar Habil oğlu ##.##.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və hadisəyə səbəb özü olmuşdur. Pulun verilməsi barədə dəfələrlə cavabdeh Müslümov İsfəndiyar Habil oğluna müraciət etsə də, o, müxtəlif bəhanələrlə 41730 manat pulu ona verməkdən boyun qaçırır. Bunlar onun maddi vəziyyətinin və səhhətinin pisləşməsinə gətirib çıxarmışdır. O, yuxarıdakıları əsas gətirərək məhkəməyə müraciət etmək qərarına gəldi. Onun ümidi ancaq məhkəməyədir.

2. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir: - ##.##.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, alıcı İddiaçı Polşa Respublikasının Varşava şəhərində yerləşən satıcı “xxxx” şirkəti ilə aralarında bağlanmış alqı-satqı müqaviləsi əsasında istehsal tarixi 2007-ci il olan “BMW” markalı,”335I Kabriolet” modelli avtomobili 62500 PLN (zlot) məbləğində pul ödəməklə almışdır. Avtomobil vizual baxışdan və sınaqdan keçirildikdən sonra satılmış, alıcı aldığı avtomobilin texniki vəziyyəti ilə tanış olduğunu bəyan etmişdir; - Polşa Respublikası Varşava şəhər Baş Polis İdarəsinin Yol Nəqliyyat Departamentinin ##.##.2021-ci il və ##.##.2022-ci il tarixli məlumat vərəqlərindən görünür ki, ## #### 2021-ci il tarixdə saat 14:00 radələrində Varşava şəhəri Dolina Slujeveska küçəsində avtomobillərin yan-yana toqquşması nəticəsində nəqliyyat vasitələrindən əlavə yol cihazı zədələnmişdir. Hadisəyə səbəb olan BMW markalı W0 EMİN dövlət qeydiyyat nişanlı şəxsi nəqliyyat vasitəsinin sürücüsü İsfəndiyar Müslümov ayıq vəziyyətdə olmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. O, hadisə zamanı nəqliyyat zolağını düzgün keçməmişdir. İsfəndiyar Müslümovun barəsində cərimə tətbiq edilmişdir; - Polşa Respublikasının Varşava şəhərində yerləşən “Sawicki və tərəfdaşları” vəkil ofisi tərəfindən Varşava şəhər Baş Polis İdarəsinin Yol Nəqliyyat Departamentinin məlumatı əsasında verilmiş ##.##.2022-ci il tarixli bildirişə əsasən, Azərbaycan Respublikasının vətəndaşı Müslümov İsfəndiyar Habil oğlu (pasport nömrəsi C02873582, FİN *******) # #### 2021-ci il tarixdə saat 14:00-da Varşava şəhəri Dolina Sluzevetska küçəsində yerləşən ***** nömrəli işıq dirəyinin yaxınlığında hərəkət zolağının dəyişmə manevri zamanı qaydaları pozmuş və nəticədə yol qəzasına səbəb olmuşdur. Yuxarıda qeyd edilən əcnəbi vətəndaş, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (pasport nömrəsi C01667041, FİN *******) məxsus olan BMW 335i markalı, W0 EMİN dövlət nişanlı nəqliyyat vasitəsini qanunsuz idarə edərək qeyd edilmiş yol-nəqliyyat hadisəsini törətmiş və avtomobilin sahibinə ümumi olaraq 107.812.30 PLN (yüz yeddi min səkkiz yüz on iki zlot, 30/100) məbləğində zərər vurmuşdur; - Polşa Respublikasının Varşava şəhərində yerləşən “BMW” servisi tərəfindən verilmiş ##.##.2022ci il tarixli qüsur aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 335İ” markalı nəqliyyat vasitəsinə ümumilikdə 107.812.30 PLN məbləğində ziyan dəymişdir; - Polşa Respublikasının Varşava şəhərində yerləşən Sığorta Zəmanət Fondunun ##.##.2022-ci il tarixli məlumatına əsasən, qeydiyyat nişanı W0 EMİN olan avtomobil ##.##.2021-ci il tarixinə daxili nəqliyyat üçün aşağıdakı üçüncü şəxslərin məsuliyyət sığortasına malik idi: 1. Sığorta Polisi: BMW 3 markalı KM-F****** nömrəli avtomobil üçün məsul qurum İnterRisk İnsurance Company S.A. Vyana Sığorta Qrupu; - Polşa Respublikasının Varşava şəhərində yerləşən Vyana Sığorta Qrupu tərkibində olan İnterRisk Sığorta Şirkəti Səhmdar Cəmiyyətinin zərərçəkmiş Varşava şəhər Təmizlik İdarəsinin əmlak tələbi ilə bağlı ##.##.2022-ci il tarixli izah məktubundan görünür ki, həmin Cəmiyyət indiyədək əldə etdiyi nəticələrə və toplanmış sənədlərə əsasən avtonəqliyyat vasitəsi sahibinin üçüncü şəxslərin məsuliyyət sığortasından yolların təmizlənməsi xərcləri çərçivəsində müavinəti ödəməkdən imtina edir. Avtonəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxslərin mülki məsuliyyətinin sığortası üzrə sığortaçının məsuliyyətinə qəza və ya toqquşmadan sonra yolun təmizlənməsi xərclərinin ödənilməsinə dair tələblər daxil deyil. Avtonəqliyyat vasitəsi sahiblərinin üçüncü şəxslərin mülki məsuliyyətinin sığortası üzrə kompensasiya tələbi yalnız zərər vuran hadisə nəticəsində zərərçəkmiş şəxsin yaşayış yeri üzrə və ya qeydiyyat yeri üzrə yurisdiksiyaya malik məhkəməyə və ya hadisənin baş verdiyi yer üzrə məhkəməyə verilə bilər. Yerli yurisdiksiya üçün yuxarıda göstərilən əsaslar olmadıqda, ümumi yurisdiksiya haqqında müddəalara uyğun olaraq yurisdiksiyaya malik məhkəmə qarşısında iddia qaldırıla bilər; - “Sawicki və tərəfdaşları” vəkil ofisi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli bildirişə əsasən, Azərbaycan Respublikasının vətəndaşı Müslümov İsfəndiyar Habil oğlu (pasport nömrəsi C02873582, FİN *******) # #### 2021-ci il tarixdə saat 14:00-da Varşava şəhəri Dolina Sluzevetska küçəsində yerləşən ***** nömrəli işıq dirəyinin yaxınlığında hərəkət zolağının dəyişmə manevri zamanı qaydaları pozmuş və nəticədə yol qəzasına səbəb olmuşdur. Yuxarıda qeyd edilən əcnəbi vətəndaş, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (pasport nömrəsi C01667041, FİN *******) məxsus olan BMW 335i markalı, WO EMİN dövlət nişanlı nəqliyyat vasitəsini qanunsuz idarə edərək qeyd edilmiş yol-nəqliyyat hadisəsini törətmiş və avtomobilin sahibinə ümumi olaraq 107.812.30 PLN (yüz yeddi min səkkiz yüz on iki zlot, 30/100) məbləğində zərər vurmuşdur; - “X3 Mərkəzi” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsinə dair ##.##.2025-ci il tarixli hesabat aktına əsasən, qüsur aktında göstərilmiş ehtiyat hissələrinin qiymətləri real bazar qiymətlərinə uyğun gəlir və təqdim edilmiş xidmətlərin dəyəri əsaslı hesab olunur. Avtomobilə dəymiş maddi zərərin real məbləği 2022-ci ilin bazar qiymətləri ilə şəkildə 34955,2 AZN, 2025-ci ilin bazar qiymətləri ilə 37027,64 AZN təşkil etmişdir. “BMW 335İ” markalı, 2007-ci il buraxılışlı və VIN nömrəsi WBAWL71000P166547 olan avtomobilin orijinal buraxılış (fabrik) qiyməti təxminən 38.000 ABŞ dolları olmuşdur. Təqdim olunan fotoşəkillərdə göstərilən “BMW 335İ” markalı, 2007-ci il buraxılışlı və VIN nömrəsi WBAWL71000P166547 olan avtomobil mübahisə predmeti olan nəqliyyat vasitəsidir və həmin qəza nəticəsində zədə alan avtomobil kimi təsbit edilmişdir. Təqdim olunan fotoşəkillərdə göstərilən “BMW 335İ” markalı, 2007-ci il buraxılışlı və VIN nömrəsi WBAWL71000P166547 olan avtomobil üzərində olan zədələr həmin mübahisə predmeti olan qəza nəticəsində yaranmışdır. Fotoşəkillər və zərərin xarakteri elə ehtimal yaradır ki, avtomobil məhz həmin qəzadan zədə almışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, təmir-bərpa işlərinin dəyəri (dəmirçi, rəngsaz, elektrik, montaj və s.) 2022-ci ilin bazar qiymətləri ilə şəkildə 34955,2 (otuz dörd min doqquz yüz əlli beş manat iyirmi qəpik) manat, 2025-ci ilin bazar qiymətləri ilə 37027,64 (otuz yeddi min iyirmi yeddi manat 64 qəpik) təşkil etmişdir. Nəticə olaraq, aparılmış bazar araşdırmasına əsasən, Polşa Respublikasında 2007-ci il buraxılışlı, istismara yararlı və orta texniki vəziyyətdə olan “BMW 335İ” markalı avtomobilin hazırkı bazar dəyəri 13 000 - 16 000 avro (təqribən 20 700 - 22 750 AZN) intervalında müəyyən olunur; - “xxxx” MMC tərəfindən aparılmış əmlakın əlavə qiymətləndirilməsinə dair ##.##.2026-cı il tarixli hesabat aktına əsasən, iş materiallarında təqdim edilmiş sənədlər və fotoşəkillər əsasında BMW 335i markalı, 2007ci il buraxılışlı, WBAWL71000P166547 ban nömrəli avtomobilin qəzadan sonrakı texniki vəziyyəti təhlil edilmiş və avtomobilin qalıq hissələrinin dəyərinin müəyyən edilməsi məqsədilə tədqiqat aparılmışdır. Təqdim edilmiş məlumatlara əsasən avtomobil ##.##.2021-ci il tarixində Polşa Respublikasının Varşava şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmişdir. Hadisədən sonra servis müəssisəsi tərəfindən avtomobilə baxış keçirilmiş və qəzadan sonra yaranmış qüsurları müəyyən edən qüsur aktı tərtib edilmişdir. Qüsur aktına əsasən avtomobilin bərpası üçün tələb olunan təmir xərcləri 107,812.30 PLN (25,287 avro) təşkil edir. Aparılmış bazar araşdırması nəticəsində müəyyən edilmişdir ki, hadisə tarixində analoji texniki göstəricilərə malik avtomobilin Polşa Respublikasında bazar dəyəri 15,600 avro təşkil etmişdir. Həmin texniki qüsurun Polşada olan dəyərlərindən Azərbaycanda texniki bərpa dəyəri kimi istifadə etmək uyğun deyil. Avtomobilin texniki qalıq dəyəri qüsur aktında göstərilən zədələnmə səviyyəsi nəzərə alınaraq Azərbaycanda hesablanmışdır. Qalıq əmsalları hər iki ölkə üçün eyni metodika ilə müəyyən edilmişdir. Beləliklə, avtomobilin bərpası üçün tələb olunan təmir xərclərinin onun bazar dəyərindən yüksək olduğu müəyyən edilmiş və bu səbəbdən avtomobilin texniki bərpası iqtisadi cəhətdən məqsədəuyğun hesab olunmamışdır. Bu kimi hallarda nəqliyyat vasitəsi ekspertiza praktikasında iqtisadi tam zərər (total loss) kimi qiymətləndirilir. Bu səbəbdən avtomobilin dəyərinin müəyyən edilməsi qəzadan sonra yararlı vəziyyətdə qalan ehtiyat hissələrinin dəyərinin hesablanması yolu ilə aparılmışdır. Təqdim edilmiş qüsur aktının və fotoşəkillərin təhlili nəticəsində müəyyən edilmişdir ki, avtomobil əsasən ön hissədən ağır zədələr almışdır və zədələr avtomobilin konstruktiv elementlərini əhatə edir. Qüsur aktına əsasən avtomobildə aşağıdakı əsas zədələr müşahidə olunmuşdur: Ön bamper və radiator barmaqlığının deformasiyası; Ön kapot və ön qanad elementlərinin zədələnməsi; Radiator və soyutma sisteminin elementlərinin zədələnməsi; Ön işıqlandırma sisteminin (faraların) zədələnməsi; Ön asqı və mexaniki elementlərin bir hissəsinin zədələnməsi; Kuzovun ön hissəsində konstruktiv deformasiya. Bu zədələr avtomobilin konstruktiv elementlərinə təsir göstərdiyindən avtomobilin tam texniki bərpası üçün tələb olunan təmir xərcləri yüksək olmuş və qüsur aktında göstərilən təmir xərcləri avtomobilin bazar dəyərini üstələdiyi müəyyən edilmişdir. Belə hallarda avtomobil yalnız yararlı ehtiyat hissələrinin istifadə və ya satış dəyəri əsasında qiymətləndirilir. Avtomobilin qalıq dəyərinin müəyyən edilməsi yararlı ehtiyat hissələrinin bazar realizasiya dəyərinin hesablanması metodu əsasında aparılmışdır. Bu metod zədələnmiş nəqliyyat vasitəsinin bərpasının iqtisadi cəhətdən məqsədəuyğun olmadığı hallarda tətbiq olunur və avtomobilin yalnız istifadə üçün yararlı qalan hissələrinin potensial bazar dəyərinin nəzərə alınmasına əsaslanır. Qüsur aktının təhlili göstərir ki, avtomobilin bərpası üçün tələb olunan təmir xərcləri (107,812.30 PLN) avtomobilin hadisə tarixində mövcud olan bazar dəyərindən yüksəkdir. Bu səbəbdən avtomobil iqtisadi tam zərər kimi qiymətləndirilmişdir. Avtomobil ekspertizası praktikasında belə hallarda zədələnmiş nəqliyyat vasitələrinin qalıq dəyəri adətən avtomobilin bazar dəyərinin 20-25 % intervalında müəyyən edilir. Avtomobilin zədələnmə səviyyəsi, qüsurların xarakteri və avtomobildə istifadə üçün yararlı qalan ehtiyat hissələrinin mövcudluğu nəzərə alınaraq hesablama zamanı 25 % yararlılıq əmsalı tətbiq edilmişdir. Hazırkı dövr üzrə avtomobilin bazar dəyəri hesabatın əvvəlki bölməsində təqdim olunmuş analoji avtomobillərin bazar araşdırmasının nəticələrinə əsasən müəyyən edilmişdir. Qeyd: Həm 2021-ci il, həm də 2026cı il hesablamalarında istifadə olunan yararlılıq əmsalları eynidir və hesablamalar metodu tam olaraq oxşardır, yalnız bazar dəyərləri dövr üzrə yenilənmişdir. Beləliklə, “BMW 335i” markalı, 2007-ci il buraxılışlı, WBAWL71000P166547 ban nömrəli avtomobilin ##.##.2021ci il tarixində (qəzasız vəziyyətdə) Polşada orta bazar dəyəri 16,000 € = 31,125 manatdır. Azərbaycanda isə həmin dövrdə orta bazar dəyəri 31,000 manatdır. Təqdim edilmiş fotoşəkillərdə göstərilən “BMW 335i”, 2007-ci il buraxılışlı avtomobilin qəzadan sonra ##.##.2021-ci il və hazırkı dövr üzrə Azərbaycan Respublikasında və Polşa Respublikasında qalıq dəyərləri aşağıdakı kimi müəyyən edilmişdir: ##.##.2021-ci il tarixdə Azərbaycanda 7,750 AZN; ##.##.2021-ci il tarixdə Polşada 4,000 €; 2026-cı ildə Azərbaycanda 6,750 AZN; 2026-cı ildə Polşada 3,600 €; - ##.##.2025-ci il tarixli BPMPCO************ saylı ödəniş tapşırığından görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən əmlakın qiymətləndirilməsinə görə “X3 Mərkəzi” MMC-nin hesabına 600 manat pul ödənilmişdir; - ##.##.2026-cı il tarixli BPMPCO************ saylı və BPMPCO************ saylı ödəniş tapşırıqlarından görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən əmlakın qiymətləndirilməsinə görə “xxxx” MMC-nin hesabına 600 manat pul ödənilmişdi; - ##.##.2022-ci il tarixli ***** saylı mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri * saylı vəkil bürosunun hesabına (vəkil vəkil2) 150 manat pul ödənilmişdir. 19. ##.##.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi vəkil2 tərəfindən iddia ərizəsinin verilməsi üçün 216 manat dövlət rüsumu ödənilmişdir; - ##.##.2022-ci il tarixli BPMASAN************ saylı, ##.##.2022-ci il tarixli BPMASAN************ saylı, ##.##.2023cü il tarixli *** saylı və ##.##.2025-ci il tarixli **** saylı mədaxil qəbzlərindən görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən notarius və tərcümə xidmətləri üçün ümumilikdə 677 manat pul ödənilmişdir; - ##.##.2022-ci il tarixli ƏN-İ ****** saylı etibarnamədən görünür ki, iddiaçını müvafiq səlahiyyətlərlə təmsil etmək üçün nümayəndə vəkil2 adına Bakı şəhəri ** saylı notariat ofisində etibarnamənin verilməsi üçün 17,25 manat haqq ödənilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Müslümov İsfəndiyar Habil oğlundan maddi ziyana görə 23343,75 manat, vəkilə hüquqi yardım üçün ödənilmiş pulun əvəzi qismində 150 manat, notariat ofisində etibarnamə verilməsi üçün ödənilmiş pulun əvəzi qismində 17 manat 25 qəpik, dövlət rusumuna görə ödənilmiş pulun əvəzi qismində 121 manat, əmlakın qiymətləndirilməsi üçün ödənilmiş pulun əvəzi qismində 672 manat, sənədlərin tərcüməsi üçün ödənilmiş pulun əvəzi qismində 677 manat, cəmi 24981,00 manat məbləğində pulun iddiaçı İddiaçı xeyrinə tutulması, dövlət rüsumuna görə ödənilmiş 95 manat, əmlakın qiymətləndirilməsinə görə ödənilmiş 528 manat, cəmi 623 manat məbləğində pul iddiaçı İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1115; Mülki Prosessual Məcəllənin 107, 119.1, 121.1, 220.4-cü maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002ci il tarixli Qərarına; “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə ilk növbədə iddia ərizəsində və ümumilikdə iş materiallarında istinad olunan pul vahidinın adı, onun manata münasibətdə məzənnəsi və s. bağlı qeyd edir ki, Polyak pulunun (Polşanın rəsmi valyutasının) adı Polşa zlotısı adlanır, pulun Beynəlxalq valyuta kodu PLN, simvolu isə zł-dır, bundan başqa zlotının 1/100 hissəsinə bərabər olan kiçik pul vahidi qroş adlanır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytında əksini tapmış məlumatlara əsasən 1 Polşa zlotısının manata münasibətdə məzənnəsi ##.##.2018-ci il tarixdə (nəqliyyat vasitəsinin alındığı vaxt) 0.4514 AZN, ##.##.2021-ci il tarixdə (yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt) 0.4621 AZN olmuşdur. Məhkəmə iclasında işin faktiki halları və qanunvericiliyin istinad edilən normalarına əsasən müəyyən olundu ki, cavabdeh Müslümov İsfəndiyar Habil oğlu yüksək təhlükə mənbəyi olan iddiaçı İddiaçı məxsus “BMW” markalı,”335İ Kabriolet” modelli avtomobili ##.##.2021-ci il tarixdə saat 14:00 radələrində Polşa Respublikası Varşava şəhəri Dolina Slujeveska küçəsində idarə edərkən hərəkət zolağının dəyişmə manevri zamanı qaydaları pozaraq yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçıya maddi ziyan vurması işin mübahisəsiz halıdır, məhkəməyə təqdim olunmuş və məhkəmədə tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmaqla yanaşı cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı İddiaçı maddi ziyan vurmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Müslümov İsfəndiyar Habil oğlu Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı İddiaçı ödəməlidir. Məhkəmə maddi ziyanın kimdən tutulmalı olması ilə bağlı hüquqi nəticəyə gəldikdən sonra, maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı ona dəymiş maddi ziyanın məbləğini 41730 manat həddində müəyyən edərkən, Polşa Respublikasının Varşava şəhərində yerləşən “BMW” servisi tərəfindən verilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində “BMW 335İ” markalı nəqliyyat vasitəsinə ümumilikdə 107.812.30 PLN məbləğində ziyan dəydiyinə dair ##.##.2022-ci il tarixli qüsur aktına istinad etmişdir. Lakin bu hesablamanın 1 Polşa zlotısının (PLN) manata münasibətdə məzənnəsinin hansı qaydada hesablandığı məlum deyildir. Məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi və əlavə qiymətləndirilməsi aparılmışdır. İş üzrə “xxxx” MMC tərəfindən aparılmış əmlakın əlavə qiymətləndirilməsinə dair ##.##.2026-cı il tarixli hesabat aktı ilə müəyyən edilmişdir ki, iş materiallarında təqdim edilmiş sənədlər və fotoşəkillər əsasında BMW 335i markalı, 2007ci il buraxılışlı, WBAWL71000P166547 ban nömrəli avtomobilin qəzadan sonrakı texniki vəziyyəti təhlil edilmiş və avtomobilin qalıq hissələrinin dəyərinin müəyyən edilməsi məqsədilə tədqiqat aparılmışdır. Qüsur aktına əsasən avtomobilin bərpası üçün tələb olunan təmir xərcləri 107,812.30 PLN (25,287 avro) təşkil edir. Aparılmış bazar araşdırması nəticəsində müəyyən edilmişdir ki, hadisə tarixində analoji texniki göstəricilərə malik avtomobilin Polşa Respublikasında bazar dəyəri 15,600 avro təşkil etmişdir. Həmin texniki qüsurun Polşada olan dəyərlərindən Azərbaycanda texniki bərpa dəyəri kimi istifadə etmək uyğun deyil. Avtomobilin texniki qalıq dəyəri qüsur aktında göstərilən zədələnmə səviyyəsi nəzərə alınaraq Azərbaycanda hesablanmışdır. Qalıq əmsalları hər iki ölkə üçün eyni metodika ilə müəyyən edilmişdir. Beləliklə, avtomobilin bərpası üçün tələb olunan təmir xərclərinin onun bazar dəyərindən yüksək olduğu müəyyən edilmiş və bu səbəbdən avtomobilin texniki bərpası iqtisadi cəhətdən məqsədəuyğun hesab olunmamış, avtomobilin dəyərinin müəyyən edilməsi qəzadan sonra yararlı vəziyyətdə qalan ehtiyat hissələrinin dəyərinin hesablanması yolu ilə aparılmışdır. Təqdim edilmiş qüsur aktının və fotoşəkillərin təhlili nəticəsində müəyyən edilmişdir ki, avtomobil əsasən ön hissədən ağır zədələr almışdır və zədələr avtomobilin konstruktiv elementlərini əhatə edir. Aşkar olunan zədələr avtomobilin konstruktiv elementlərinə təsir göstərdiyindən avtomobilin tam texniki bərpası üçün tələb olunan təmir xərcləri yüksək olmuş və qüsur aktında göstərilən təmir xərcləri avtomobilin bazar dəyərini üstələdiyi müəyyən edilmişdir. Belə hallarda avtomobil yalnız yararlı ehtiyat hissələrinin istifadə və ya satış dəyəri əsasında qiymətləndirilir. Avtomobilin qalıq dəyərinin müəyyən edilməsi yararlı ehtiyat hissələrinin bazar realizasiya dəyərinin hesablanması metodu əsasında aparılmışdır. Bu metod zədələnmiş nəqliyyat vasitəsinin bərpasının iqtisadi cəhətdən məqsədəuyğun olmadığı hallarda tətbiq olunur və avtomobilin yalnız istifadə üçün yararlı qalan hissələrinin potensial bazar dəyərinin nəzərə alınmasına əsaslanır. Qüsur aktının təhlili göstərir ki, avtomobilin bərpası üçün tələb olunan təmir xərcləri (107,812.30 PLN) avtomobilin hadisə tarixində mövcud olan bazar dəyərindən yüksəkdir. Bu səbəbdən avtomobil iqtisadi tam zərər kimi qiymətləndirilmişdir. Avtomobil ekspertizası praktikasında belə hallarda zədələnmiş nəqliyyat vasitələrinin qalıq dəyəri adətən avtomobilin bazar dəyərinin 20-25 % intervalında müəyyən edilir. Avtomobilin zədələnmə səviyyəsi, qüsurların xarakteri və avtomobildə istifadə üçün yararlı qalan ehtiyat hissələrinin mövcudluğu nəzərə alınaraq hesablama zamanı 25 % yararlılıq əmsalı tətbiq edilmişdir. Bununla da, BMW 335i markalı, 2007-ci il buraxılışlı, WBAWL71000P166547 ban nömrəli avtomobilin ##.##.2021-ci il tarixində (qəzasız vəziyyətdə) Polşa Respublikasında orta bazar dəyəri 16,000 avrо (31,125 manat) təşkil etmişdir. Həmin dövrdə avtomobilin Azərbaycan Respublikasında orta bazar dəyəri isə 31,000 manat olmuşdur. Təqdim edilmiş fotoşəkillərdə göstərilən avtomobilin qəzadan sonrakı vəziyyəti nəzərə alınaraq müəyyən edilmişdir ki, ##.##.2021-ci il tarixinə Azərbaycan Respublikasında qalıq dəyəri 7,750 manat, Polşa Respublikasında qalıq dəyəri 4,000 avro təşkil edir. Hazırkı dövr üzrə aparılmış bazar araşdırması və hesablamalara əsasən avtomobilin Azərbaycan Respublikasında qalıq dəyəri 6,750 manat, Polşa Respublikasında isə qalıq dəyəri 3,600 avro təşkil edir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazının əsasını təşkil edən hər hansı sübutunu təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, həm 2021-ci il, həm də 2026-cı il hesablamalarında istifadə olunan yararlılıq əmsallarını, avtomobilin ##.##.2021-ci il tarixində (qəzasız vəziyyətdə) Polşa Respublikasında və Azərbaycan Respublikasında orta bazar dəyərini, təqdim edilmiş fotoşəkillərdə göstərilən avtomobilin qəzadan sonrakı vəziyyətini nəzərə alaraq ##.##.2021-ci il tarixinə hər iki ölkədə qalıq dəyərini və s. müəyyən etdiyinə görə, maddi ziyanın məbləği məhz “xxxx” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsinə dair hesabat aktı əsas götürülməklə müəyyən edilməlidir, həmin qiymətləndiricinin hesabat aktı işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Bununla da, iş üzrə sübutların məcmusu ilə uyğunluq təşkil edən qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş qaydada, avtomobilin bərpası üçün tələb olunan 107,812.30 PLN təmir xərcinin avtomobilin hadisə tarixində mövcud olan bazar dəyərindən yüksək olması, avtomobilin zədələnmə səviyyəsi, qüsurların xarakteri və avtomobildə istifadə üçün yararlı qalan ehtiyat hissələrinin mövcudluğu nəzərə alınaraq hesablama zamanı 25% yararlılıq əmsalının tətbiq edilməsi, beləliklə, “BMW 335i” markalı, 2007-ci il buraxılışlı, WBAWL71000P166547 ban nömrəli avtomobilin ##.##.2021-ci il tarixində (qəzasız vəziyyətdə) Polşada orta bazar dəyərinin 16,000 € = 31,125 manat olması nəzərə alınmaqla, 25% qalıq dəyəri (7781,25 manat) çıxılıb, cəmi 23343,75 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, işə baxılması zamanı, yaranmış zərurətlə əlaqədar Polşa Respublikasının aidiyyəti məhkəməsinə məhkəmə tapşırığı verilmiş, lakin iddiaçıya sığorta ödənişi edildiyinə dair sübutlar əldə edilməmişdir. Ona görə cavabdeh tərəfin iddiaçının sığorta ödənişi alması ilə bağlı irəli sürdüyü dəlillərin əsası yoxdur, iddia edən tərəf olaraq da cavabdeh buna dair sübutlarını təqdim etməmişdir. İddiaçı iddia tələbində həmçinin vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik, 216 manat ödənilmiş dövlət rusumun, qiymətləndirmə və sənədlərin tərcüməsi üçün ümumilikdə 1887 manat (1200 manat qiymətləndirmə, 687 manat tərcümə işi üçün) pulun da cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, vəkilə hüquqi yardım üçün ödənilmiş 150 manat, etibarnamə üçün ödənilmiş 17 manat 25 qəpik pulun cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsaslar vardır. Sənədlərin tərcüməsi üçün cəmi 677 manat ödənişin edildiyi təqdim olunan sübutlarla öz təsdiqini tapır, həmin məbləğin 687 manat olmasını, yəni qalıq 10 manatın bu məqsədlə ödənildiyini təsdiq edən sübut yoxdur, ona görə cavabdehdən həmin hissədə 677 manat pul tutulmalıdır. İddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilməli olan hissəsinə nisbətdə 121 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 95 manatı iddiaçıya aid edilməli, əmlakın qiymətləndirilməsi üçün ödənilmiş 1200 manat pulun isə 672 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan 528 manatı iddiaçıya aid edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Şəhər Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsini qismən ləğv edərək, iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 21; Mülki Prosessual Məcəllənin 77.1, 88, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MM-nin 1115-ci maddəsinə əsasən vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğün olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Bütün bunlarla bağlı birnci instansiya məhkəməsi cavabdeh Müslümov İsfəndiyar Habil oğludan İddiaçı xeyrinə 44000 manat 25 qəpik /qırx dörd min manat 25 qəpik/ manat tutulması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirlməsi zamanı qanunvericiliklə nəzərdə tutulmuş hallarda zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasını nəzərə almamışdır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Digər tərəfdən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Lakin məhkəmə mülki hüquları həyata keçirərkən cavadeh Müslümov İsfəndiyar Habil oğlundan zərərin əvəzinin ödənilməsi tələbini tam təmin etməmiş, iddianı təmin edərkən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirlməsi zamanı bunları nəzərə almamış və nəticə verərkən bu məsələyə toxunmamışdır. Birinci instansiya məhkəməsi bu hala əhəmiyyət verməmiş və iddiaçı İddiaçı hüquqlarını pozmuş və əsassız olaraq Azərbaycan Respublikası MM-nin 1115-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavadeh Müslümov İsfəndiyar Habil oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində nəzərdə tutlduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı İddiaçı 44000 manat 25 qəpik /qırx dörd min manat 25 qəpik/ manat maddi ziyan vurmuş və tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavadeh Müslümov İsfəndiyar Habil oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyan olan 44000 manat 25 qəpik /qırx dörd min manat 25 qəpik/ manatı Azərbaycan Respubikası Mülki Məcəlləsinin 21 maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçı İddiaçı ödəmilidir. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərini pozmuşdur. Tətbiq edilməli olan hüquq normalarının seçimində yanlışlığa yol verildiyi üçün, habelə tərəflərin hansı hüquqi münasibətdə olmaları, habelə tətbiq edilməli hüquq normaları düzgün seçilmədiyindən, sübutların qiymətləndirilməsində də yanlışlığa yol verilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin təmin olunması, Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsininin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 21; Mülki Prosessual Məcəllənin 77.1, 88, 103.1, 217.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Bu səbəbdən də qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi də düzgün tətbiq edilməmişdir. Həmin maddəyə əsasən yalnız real zərərin əvəzi ödənilə bilər. Lakin iş materiallarından görünür ki, avtomobil məhv olmamış, hazırda da iddiaçının sahibliyində qalmaqda davam edir. Avtomobilin qalıq hissələri və onların bazar dəyəri mövcud olduğu halda, faktiki zərərin məbləği tam və dəqiq müəyyən edilmədən cavabdehdən pul tutulması qanunun tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmənin gəldiyi nəticə həmçinin iddiaçının əsassız varlanmasına şərait yaradır. Belə ki, iddiaçı avtomobili özündə saxladığı, onun qalıq hissələrinə sahib olduğu halda, əlavə olaraq avtomobilin bazar dəyərinin əhəmiyyətli hissəsinin cavabdehdən tutulmasına nail olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" ## ### 2002-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə zərərin əvəzinin ödənilməsi zərərçəkmişi əvvəlki vəziyyətinə qaytarmalı, ona əlavə əmlak üstünlüyü qazandırmamalıdır. Hazırkı halda isə iddiaçı həm avtomobili, həm də onun qalıq dəyərini özündə saxlayaraq əlavə pul vəsaiti əldə edir ki, bu da kompensasiya institutunun mahiyyətinə ziddir. Hazırkı iş üzrə iddiaçı avtomobilin qəza tarixindəki faktiki bazar dəyərini, qəzadan sonrakı real qalıq dəyərini, avtomobilin hazırkı vəziyyətini və faktiki olaraq hansı məbləğdə zərərə məruz qalmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Məhkəmə özü də qətnamədə iddiaçının tələb etdiyi məbləğin hansı qaydada hesablandığının məlum olmadığını qeyd etsə də, buna baxmayaraq iddianı qismən təmin etmişdir. Halbuki, sübut edilməmiş tələb təmin edilə bilməzdi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edirəm ki, hər bir sübut mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməlidir. Sübutların əldə olunduğu mənbələrin mötəbərliyi məhkəmə tərəfindən qiymətləndirildikdən sonra onun kifayətliyi məsələsi aydınlaşdırılmalıdır. İş materiallarından görünür ki, avtomobilə məhkəmə tərəfindən baxış keçirilməmiş, onun hazırkı vəziyyəti araşdırılmamış, qalıq hissələrinin real bazar dəyəri müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə avtomobilin hadisə tarixindəki bazar dəyərini 16.000 avro məbləğində qəbul etmişdir. Həmin rəqəmin hansı rəsmi bazar məlumatlarına, statistik göstəricilərə və ya beynəlxalq satış platformalarına əsaslandığı isə iş materialları ilə təsdiq olunmur. Məhkəmə MPM-nin 103.1ci maddəsinin tələblərini pozaraq xüsusi bilik tələb edən halları məhkəmə ekspertizası keçirmədən həll etmişdir. Qətnamənin əsasını təşkil edən "xxxx" MMC-nin hesabatı məhkəmə ekspertizasının rəyi deyil, tərəfin sifarişi əsasında hazırlanmış özəl mütəxəssis rəyidir. Həmin hesabat avtomobilə faktiki baxış keçirilmədən, yalnız fotoşəkillər və təqdim edilmiş sənədlər əsasında tərtib edilmişdir. Avtomobilin bazar dəyəri, qalıq dəyəri, təmir imkanları və zərərin faktiki həcmi kimi xüsusi bilik tələb edən məsələlər məhkəmə ekspertizası yolu ilə müəyyən edilməli olduğu halda, məhkəmə bu tələblərə əməl etməmişdir. İddia tələbini qismən təmin edən məhkəmə, prosessual qanunvericiliyin qeyd edilən normasını pozaraq məhkəmə iclasında müəyyən edilən hallara uyğun deyil, iddiaçı tətəfin mülahizələrinə uyğun qətnamə qəbul etmiş, maddi hüquq normasının tələb etdiyi sənədlərin mövcudluğu istiqamətində heç bir araşdırma aparmayaraq qətnaməni öz mülahizələri ilə əsaslandırmaqla kifayətlənmişdir. Cavabdeh tərəfin mühüm əhəmiyyət kəsb edən etirazlarına hüquqi qiymət verməmişdir. Belə ki, hadisənin Polşa Respublikasında baş verməsi, mübahisəyə tətbiq edilməli hüququn müəyyən olunması, iddiaçının sığorta ödənişi alıb-almaması, avtomobilin naturada bərpası imkanları və avtomobilin hazırda da iddiaçının sahibliyində qalması ilə bağlı etirazlar qətnamədə ümumiyyətlə araşdırılmamış və əsaslandırılmış hüquqi mövqe ortaya qoyulmamışdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia tələbinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən tutulan məbləğin az olduğunu, ekspert tərəfindən məbləğin düzgün hesablanmadığını bildirmiş, yalnız öz maşınlarına dəymiş zərərlə bağlı olan iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi vəkil vəkil1 ərizə ilə məhkəməyə müraciət etmiş, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməsinin mümkün olmadığını qeyd etməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Republikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə istinadən qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir, apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etmir. Belə ki, iş üzrə iddiaçıya maddi zərərin vurulduğu işin mübahisəsiz və aşkar halıdır. Yuxarıda sadalanan normaların məzmunundan və işin hallarından göründüyü kimi bu zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehin üzərindədir, belə ki, cavabdeh yol-nəqliyyat hadisəsinin onun tərəfindən törədilməsini mübahisələndirmir. Həm iddiaçının, həm cavabdeh tərəfindən mübahisələndirilən yalnız dəymiş ziyanın məbləğidir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və ekspert rəyi alınmışdır. “X3 Mərkəzi” MMC tərəfindən aparılmış əmlakın qiymətləndirilməsinə dair ##.##.2025-ci il tarixli hesabat aktından görünür ki, aparılmış bazar araşdırmasına əsasən, Polşa Respublikasında 2007-ci il buraxılışlı, istismara yararlı və orta texniki vəziyyətdə olan “BMW 335İ” markalı avtomobilin hazırkı bazar dəyəri 13 000 - 16 000 avro (təqribən 20 700 - 22 750 AZN) intervalında müəyyən olunur. “xxxx” MMC tərəfindən aparılmış əmlakın əlavə qiymətləndirilməsinə dair ##.##.2026-cı il tarixli hesabat aktına əsasən müəyyən olunur ki, “BMW 335i” markalı, 2007ci il buraxılışlı, WBAWL71000P166547 ban nömrəli avtomobilin ##.##.2021-ci il tarixində (qəzasız vəziyyətdə) Polşada orta bazar dəyəri 16,000 € = 31,125 manatdır. Azərbaycanda isə həmin dövrdə orta bazar dəyəri 31,000 manatdır. Təqdim edilmiş fotoşəkillərdə göstərilən “BMW 335i”, 2007-ci il buraxılışlı avtomobilin qəzadan sonra ##.##.2021-ci il və hazırkı dövr üzrə Azərbaycan Respublikasında və Polşa Respublikasında qalıq dəyərləri aşağıdakı kimi müəyyən edilmişdir: ##.##.2021-ci il tarixdə Azərbaycanda 7,750 AZN; ##.##.2021-ci il tarixdə Polşada 4,000 €; 2026-cı ildə Azərbaycanda 6,750 AZN; 2026-cı ildə Polşada 3,600 €.

14. Birinci intansiya məhkəməsi zərərin məbləğini müəyyən edərkən xüsusi biliklərə əsaslanan məhkəmə ekspertizasının rəyini əsas götürmüşdür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Tərəflərin hər ikisi zərər məbləğinə etiraz etsələr də, tələblərini təsdiq edən heç bir alternativ ekspert rəyi, mütəxəssis rəyi təqdim etməmişlər. Tərəflərin apellyasiya şikayətlərində göstərdikləri mülahizələr fərziyyə xarakteri daşıyır və iş materiallarında olan ekspert rəyini təkzib edən hər hansı sübut mövcud deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin tərəflərin üzərinə düşməsi prinsipi nəzərə alınaraq, yalnız subyektiv mülahizlərə əsaslanan apellyasiya şikayətləri təmin edilə bilməz.

15. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Apellyasiya şikayətləri əsasız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı və cavabdeh Müslümov İsfəndiyar Habil oğlunun apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-**/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron Məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar