Məhkəmə qərarları › İş №2(3-6)-2986/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2986/2026

20.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2986/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı 1şkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı 1şkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı 1şkilatı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT “xxxx” MMC arasında bağlanmış ##.##.2019-cu il tarixli, L-BK-*******-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 8725.80 manat əsas borc, 3656.11 manat faiz borcu, 28.36 manat cərimə borcu, 1596.82 manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 14007,09 manat məbləğində kredit borcunun və ödənilmiş 133 manat dövlət rüsumunun alınaraq İddiaçı 1şkilatı “xxxx“ MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8725.80 manat əsas borc, 3656.11 manat faiz borcu, 28.36 manat cərimə borcu, 1596.82 manat dəymiş zərər olmaqla, cəmi 14007.09 (on dörd min yeddi manat, doqquz qəpik) manat məbləğində borcun və 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı 1şkilatı “xxxx” MMC-yə ödənilməsi və ekspertiza xərcinin – 126 (bir yüz iyirmi altı) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh Cavabdeh tərəfindən həmin qətnamədən ## ###### 2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

5. Cavabdeh Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün ötürülümüş müddətin bərpa olunmasını xahiş etmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması və cavabdeh Cavabdeh tərəfindən qərardaddan verilən şikayətin geri qaytarılması qərara alınmışdır.

6. Qərardadın əsaslarına görə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, lakin şikayət məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Qərardaddan verilmiş şikayət cavabdeh Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə verilmiş, bununla da şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Məhkəmə hesab etmişdir ki, qərardad cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə rəsmi olaraq alınmış, lakin şikayət 27 gün sonra məhkəməyə təqdim olunmuş və şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməsi barədə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbi üzürlü hesab oluna bilməz və buna görə də həmin müddət bərpa oluna bilməz.

7. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1014 /**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün aidiyyətı üzrə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır və qərardad ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı 1şkilatı “xxxx” MMC-nin iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən onun tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və müddətin keçməsi əsası ilə geri qaytarılmışdır. Onun məhkəmə qərardadından məlumatı olmamış və bu barədə ona hər hansı bir formada, yəni yazılı məktub formasında və ya elektron qaydada məlumat verilməmişdir. Iş üzrə onun vəkili olmuş şəxslə heç bir əlaqəsi olmamışdır. Bu faktı o hal təsdiq edir ki, məhkəmənin qətnaməsindən o vəkilsiz şikayət vermişdir. Ona görə də o məcbur olub sonradan çətinliklə məhkəmənin qərardadını məhkəmənin inzibati binasında əldə etmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, güya o iş üzrə apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1(bir) aylıq müddəti ötürmüşdür. O həmin işdən apellyasiya şikayətini hazırlayaraq ##.##.2026-cı il tarixində şəxsi kabinet vasitəsi ilə elektron qaydada məhkəmənin elektron kabinetinə yerləşdirmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsi onun apellyasiya şikayətini icraata qəbul edilərək aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərməməkdə səhvə yol vermişdir. Onun apellyasiya şikayətindən imtina barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il qərardadından ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə öz qərardadını onunla əsaslandırmışdır ki, guya iş üzrə məhkəmənin qərardadı ##.##.2026-cı il tarixində göndərildiyini göstərmişdir. O, həmin qərardadı qanunla müəyyən edilmiş müddətdə ala bilmədiyi üçün sonradan ona təqdim edilmiş qərardadı almış və elektron qaydada ##.##.2026-cı il tarixində şikayət vermişdir. Lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi müddətin bərpa edilməsi barədə onun şikayətini ##.##.2026-cı il tarixli qərardadı ilə təmin etməmiş və apellyasiya şikayəti aidiyyatı üzrə göndərilməmişdir. Məhkəmə qərardadında qeyd edir ki, guya ##.##.2026-cı il tarixli qərardadı onun keçmiş vəkili olmuş şəxsin elektron kabinetinə yerləşdirmişdir. Nəzərə almaq lazımdır ki, onun işi üzrə birinci instansiya məhkəməsində vəkil olmuş şəxslə heç bir əlaqəsi yoxdur. Ona görə də onun şikayəti üzrə qəbul edilmiş qərardadın onun vəkili olmayan şəxsin elektron kabinetinə göndərilməsi əsassızdır və həmin hala görə müddətin keçməsini göstərilməsi qəbul edilə bilməz. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ona ##.##.2026-cı il tarixində rəsmi təqdim edilmişdir. Bildirir ki, iş üzrə ##.##.2026-cı il tarixli məhkəmə qərardadından vaxtında məlumat almamış və bu barədə ona hər hansı bir formada, yəni nə yazılı məktub formasında, ya da elektron qaydada məlumat verməmişdir. Iş üzrə onun vəkili olmuş şəxslə heç bir əlaqəsi olmamışdır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “eleketron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsiilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti icraata qəbul edilməmiş və müddətin keçməsi əsası ilə geri qaytarılmışdır. Onun məhkəmə qərardadından məlumatı olmamış və bu barədə ona hər hansı bir formada, yəni yazılı məktub formasında və ya elektron qaydada məlumat verilməmişdir. Iş üzrə onun vəkili olmuş şəxslə heç bir əlaqəsi olmamışdır. Bu faktı o hal təsdiq edir ki, məhkəmənin qətnaməsindən o vəkilsiz şikayət vermişdir. Ona görə də o, məcbur olub sonradan çətinliklə məhkəmənin qərardadını məhkəmənin inzibati binasında əldə etmişdir. Cavabdehin iş üzrə birinci instansiya məhkəməsində vəkili olmuş şəxslə heç bir əlaqəsi yoxdur. Ona görə də onun şikayəti üzrə qəbul edilmiş qərardadın onun vəkili olmayan şəxsin elektron kabinetinə göndərilməsi əsassızdır və həmin hala görə müddətin keçməsini göstərilməsi qəbul edilə bilməz.

11. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadı cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə ## #### 2026-cı il tarixində yerləşdirilmiş, lakin şikayət məhkəməyə ## ##### 2026-cı il tarixdə daxil olmuşdur. Qərardaddan verilmiş şikayət cavabdeh Cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə ## ##### 2026-cı il tarixində verilmiş, bununla da şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür.

12. Işin hallarından görünür ki, qərardad cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən ##.##.2026-cı il tarixdə rəsmi olaraq alınmış, lakin şikayət 27 gün sonra məhkəməyə təqdim olunmuş və şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən ötürülməsi barədə heç bir sübut təqdim olunmamışdır.

13. Buna görə də kollegiya cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qərardadı cavabdehə (nümayəndəsi və vəkilinə) rəsmi qaydada ## #### 2026-cı il tarixində çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.

14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar