Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2988/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dаir mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin *(***)-****/**** saylı ##.##.2024-cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi həcmində alimentin, həmçinin tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə həmin Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsi, ##.##.2008-ci il təvəllüdlü X3 və ##.##.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin ##.##.2026-cı il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, lakin müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, apellyasiya şikayətinin icraata qəbul olunaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaətin heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmənin istinad etdiyi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsində, həmçinin Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində alimentilə bağlı apelyyasiya şikayəti verərkən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə həmin Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməsi, ##.##.2008 ci il təvəllüdlü X3 və ##.##.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment ##.##.2026-cı il tarixdən hesablanmaqla Cavabdeh tutularaq İddiaçı ödənilməsi və s. qət edilmişdir. Hakimin qənaətini doğru fərz etsək, bu qət etdi hissəsində qeyri-müəyyən məbləğ üzrə dövlət rüsumunun hesablanmasını necə aparmaq olar? Hakim 50 faiz dövlət rüsumunun ödənilməsini bildirsə də, burada hansı məbləğin 50 faizinin ödənilməsi qeyri-mümkündür. Hakim belə bir ödənişin olduğunu bildirdisə, onda hazırda bu iş üzrə apellyasiya şikayəti vermək üçün nə qədər dövlət rüsumun ödənilməsini konkret hesablayaraq qeyd etməli idi. Görünür ki, hakim özü də bu hesablamanı apara bilmədiyi üçün Qanunun ümumi maddələrinə istinad etməklə qərardadı əsaslandırmağa çalışmışdır.
6. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.1. Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Maddə 8.6. Apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; Maddə 112.1. Iddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iş üzrə isə apellyasiya şikayətini iddiaçı deyil, cavabdeh vermiş və onun şikayətdə göstərdiyi əsaslar üzrə dövlət rüsumunun ödənilməsindən azad edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
13. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.
14. Bundan əlavə, işdən müəyyən olunur ki, mübahisələndirilən qətnamə ilə Suraxanı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin (hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat) məbləği dəyişdirilərək, cavabdehin qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi həcmində müəyyən edilmişdir.
15. Qətmamədə cavabdehin aylıq gəlirinin əmək haqqı olaraq 792 manat, pensiya olaraq 1217 manat təşkil etdiyi göstərilmişdir. Cavabdehin ümumi aylıq gəlirinin 1/3 hissəsi 669,6 manat təşkil edir. Beləliklə, iddianın qiyməti 835,2 manat təşkil edir (669,6 – 600 = 69,6 manat; 69,6 manat x 12 ay = 835,2 manat).
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci madəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova