Məhkəmə qərarları › İş №2(3-6)-3033/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3033/2026

27.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3033/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin hər iki qaydada tutulmasının uşaqların mənafeyinə uyğun olması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (atası) Nümayəndə Fayiq oğlunun və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə X2 arasında ##.##.2012ci ıl tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsində bağlanmış **** nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 anası X2 himayəsində saxlanması, Cavabdeh X2 xeyrinə ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ##.##.2023- cü il tarixdən başlayaraq, hər uşağa görə hər ay 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməklə həmin hissədə yeni qətnamə qəbul edilməsi; ##.##.2023-cü il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.

3. “xxxx” MMC tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş arayışda göstərilib ki, X1 ##.##.2025-ci il tarixdən hal-hazıradək 1 il müddəti olmaqla “General English” və “General German” proqramları üzrə tədris alır. “General English” və “General German” proqramları üzrə tələbə aylıq olaraq 300 manat məbləği miqdarında ödəniş edir.

4. R Cavabdeh ##.##.2009-cu ildən Daxili işlər orqanlarında, ##.##.2025-ci il tarixdən hazıradək Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinin “təhlükəsiz şəhər” xidməti operatoru vəzifəsində çalışır; 2025-ci ilin dekabr ayınadək hesablanmış əmək haqqı məbləği vergilər çıxıldıqdan sonra 902.31 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi, daha sonra isə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, alimentin maaşdan tutulan 1/3 hissəsinin ödənilməsi davam etdirilməklə, hər uşaq üçün 500 manat olmaqla, iki uşaq üçün ayda 1000 manat sabit pul şəklində aliment tutlması barədə qətnamə qəbul edilməsini xahiş edib.

6. İddiada göstərilib ki, aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, respublikada bütün məhsullara (komunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsulları yaşları artdıqca digər xərclər) tətbiq edilmiş qiymət artımı övladının saxlanılmasını daha da çətinləşdirmişdir. Hazırkı ərizəni verməkdə məqsədi uşaqları yetkinlik yaşına çatanadək onların saxlanılması üçün alimentin miqdarını artırmaqdan ibarətdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş üzrə mübahisəsiz hal ondan ibarətdir ki, cavabdeh Cavabdeh ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 üçün qüvvədə olan məhkəmə qətnaməsinə əsasən aliment tutulur və həmin aliment hazırda cavabdehin əmək haqqının 1/3 hissəsi həcmində icra edilir. Başqa sözlə, uşaqların saxlanılması ilə bağlı aliment öhdəliyi artıq məhkəmə qaydasında müəyyən edilmiş və hüquqi qüvvəyə minmiş məhkəmə aktı ilə tənzimlənmişdir. Hazırkı iddia ilə iddiaçı mövcud aliment öhdəliyinin saxlanılması ilə yanaşı, əlavə olaraq hər bir uşaq üçün aylıq 500 manat olmaqla, ümumilikdə 1000 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. İddia tələbinin mahiyyəti və hüquqi məzmunu göstərir ki, iddiaçı faktiki olaraq əvvəl müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Alimentin artırılması və ya azaldılması ilə bağlı hüquqi münasibətlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasının sistemli və məntiqi təhlilindən aydın görünür ki, alimentin məbləğinin dəyişdirilməsi yalnız müəyyən hüquqi şərtlərin mövcudluğu halında mümkündür. Belə ki, qanunverici birbaşa olaraq müəyyən etmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verərsə, məhkəmə tərəflərdən birinin tələbi əsasında alimentin müəyyən olunmuş miqdarını dəyişdirə bilər. Deməli, qanunvericiliyin imperativ tələbinə əsasən, alimentin artırılması üçün əsas təşkil edən hüquqi fakt məhz tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsidir. Hazırkı iş üzrə isə iddiaçı alimentin artırılması tələbini cavabdehin və ya özünün maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklə əsaslandırmamış, iddiasının əsası kimi yalnız uşaqların böyüməsi ilə əlaqədar xərclərinin artmasını göstərmişdir. Uşaqların yaş artımı ilə əlaqədar gündəlik tələbatlarının və müəyyən xərclərinin artması həyatın adi axarından irəli gələn təbii haldır. Lakin qanunvericilik alimentin dəyişdirilməsi məsələsini ümumi inflyasiya, bazar qiymətlərinin dəyişməsi və ya uşaqların yaş artımı faktı ilə deyil, məhz tərəflərin maddi və ailə vəziyyətində baş vermiş dəyişikliklə əlaqələndirmişdir. Əks yanaşma aliment münasibətlərində hüquqi müəyyənlik prinsipinin pozulmasına, hər qiymət dəyişikliyindən sonra aliment məbləğinin yenidən mübahisələndirilməsinə və hüquq münasibətlərinin qeyri-sabit xarakter almasına səbəb ola bilərdi. Əksinə, iş materiallarından, tərəflərin izahatlarından və təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdehin maddi vəziyyətində əvvəlki dövrlə müqayisədə artım deyil, azalma müşahidə edilir. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh 2025-ci ildən etibarən iş yerini dəyişmiş, hazırda aylıq əmək haqqısı əvvəlki dövrlə müqayisədə daha aşağı məbləğdə, yəni təxminən 902 manat müəyyən edilmişdir. Nəticə etibarilə, hazırkı halda cavabdehin gəlirlərində artım deyil, əksinə azalma baş verməsi müəyyən olunur. Aliment ödəyən şəxsin gəlirlərinin azaldığı bir şəraitdə alimentin əlavə olaraq artırılması Ailə Məcəlləsinin 112-ci maddəsinin hüquqi məzmunu və məqsədi ilə uzlaşmır. Çünki həmin norma aliment münasibətlərində balanslı yanaşmanı nəzərdə tutur və alimentin dəyişdirilməsi zamanı həm uşağın mənafeyinin, həm də aliment ödəyən şəxsin real maddi imkanlarının nəzərə alınmasını tələb edir. İddiaçı məhkəmə iclasında cavabdehin əlavə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, rəsmi olaraq aşağı əmək haqqılı işə keçməsinin formal xarakter daşıdığını bildirsə də, həmin xüsusatlarla bağlı məhkəməyə hər hansı mötəbər və obyektiv sübut təqdim edilməmişdir. Cavabdehin adına vergi uçotu məlumatları, VÖEN, sahibkarlıq fəaliyyəti ilə bağlı gəlir sənədləri və ya digər təsdiqedici sübutlar iş materiallarında mövcud deyildir. Məhkəmə xüsusilə vurğulayıb ki, mülki mühakimə icraatının fundamental prinsiplərindən biri məhz sübutetmə prinsipidir. Məhkəmə qərarı ehtimallar, fərziyyələr və ya subyektiv mülahizələr əsasında deyil, yalnız məhkəmə iclasında tədqiq edilmiş və hüquqi baxımdan mötəbər hesab edilən sübutlar əsasında qəbul edilə bilər. Tərəfin hər hansı halı iddia etməsi həmin halın mövcudluğunu avtomatik təsdiq etmir. İddia olunan faktı sübut etmək vəzifəsi onu iddia edən tərəfin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı cavabdehin gizli gəlirlər əldə etməsi ilə bağlı məhkəməyə hər hansı hüquqi əhəmiyyətli sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, məhkəmə nəzərə alır ki, cavabdeh məhkəmə iclasında alimentin əmək haqqından müəyyən hissənin tutulması əvəzinə, hər bir uşaq üçün qanunvericilikdə nəzərdə tutulmuş minimum sabit pul məbləğində müəyyən edilməsinə etiraz etməmiş, hətta bunun uşaqların maraqlarına daha uyğun və stabil təminat yaradacağını bildirmişdir. Məhkəmə tərəfindən həmin təklif iddiaçıya təklif edilsə də, iddiaçı bununla razılaşmamışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş edib göstərir ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hazırda cavabdeh bir ata kimi uşaqlarının daha yaxşı yaşaması, təhsil alması və maddi təminatı üçün lazimi köməklik göstərmir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi (atası) Nümayəndə Fayiq oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddia tələbinin isə təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 17, II hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 10.2. Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. Maddə 11. Hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Maddə 24.2. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır.

15. “Uşaq hüquqları haqqında” Konvensiya:

Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. Maddə 27.2. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

16. «Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

17. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Minimum aylıq əmək haqqının məbləği 2025-ci il ######ın #-dən 400 manat müəyyən edilsin.

18. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2016cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

24. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

26. Əvvəla, idda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

28. Əvvəla, cavabdehin dolayı da olsa iddiaya etiraz etməsi onu uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin iddiaya etiraz forması, yəni alimentin yalnız sabit pul məbləğində uşaqlar üçün yaşayış minimumu həddində ödəməyə razı olması o demək deyildi ki, məhkəmə də dərhal onun alimenti həm də qazancın(gəlirin) müəyyən hissəsi kimi ödəmək istəməməsini yaxud buna etiraz etməsini əsas götürüb iddianı rədd etsin.

29. Başqa sözlə, iddiaçının alimentin bu qaydada tələb etməsinin qanuni əsası Ailə Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulub, yəni normanın tələbinə görə... uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İddaçı da bu hüququndan istifadə edərək məhkəməyə müraciət edib.

30. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği uşaqların minimum yaşayış tələbatını ödəyə bilmədiyini cavabdeh də qəbul edərək hər uşaq üçün yaşayış minimumu həddində aliment ödəməyə etiraz etmir, sadəcə bunu həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi ödəmək istəmədiyini bəyan edir, lakin səbəbi barədə ciddi arqument göstərmir. Buna görə də birinci instansiya məhkəməsinin cavabdehin təklifinin iddiaçı tərəfindən qəbul edilməməsini əsas götürüb iddianı tam rədd etməsi yanlış olmuşdur. Çünki bu nəticə uşaqların mənafeyinə zidd olub.

31. Uşaqlara qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də iddiaçının iddiasında, həmçinin şikayətində göstərdiyi hallar alimentin qismən də olsa tələb etdiyi qaydada tutulmasının rədd edilməsi üçün əsas ola bilməzdi.

32. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, valideynlərin ayrılmasının uşaqların psixoloji vəziyyətində yaratdığı natamamlıq hissi danılmazdır. Uşaqların təməl xərclərinin cüzi hissəsini qarşılaması üçün aliment tutulması qaydasının mübahisə predmeti olması atanın valideyn kimi öhdəliyindən yayınması təəsüratını yarada bilər. Ancaq cavabdeh ata da unutmamalıdır ki, iddiaçı ilə uğursuz nikah münasibətlərinin acısını uşaqlar çəkməməlidir.

33. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməli; Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ##.##.2023-cü il tarixdən başlayaraq ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cvavabdeh Cavabdeh qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulan alimentlə yanaşı, ##.##.2025-ci ildən başlayaraq əlavə olaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün minimum əmək haqqının 0,25 misli miqdarında aliment də tutularaq iddiaçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə ##.##.2023-cü il tarixdən başlayaraq ##.##.2013-cü il təvəllüdlü X3 və ##.##.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Cavabdeh qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında tutulan alimentlə yanaşı, ##.##.2025-ci ildən başlayaraq əlavə olaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay, hər uşaq üçün minimum əmək haqqının 0,25 misli miqdarında aliment də tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, iddiaçı İddiaçı tərəfindən ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, cavabdeh Cavabdeh tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar