Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3044/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı iddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı iddiaçı2 Qapalı Səhmdar Cəmiyyətinin, iddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2011-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh cavabdeh1 tərəfindən verilmiş ərizəyə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2011-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı iddiaçı2 IKB-nin cavabdehlər Şahin (Ələkbərova) Solmaz Allahverdi qızına və cavabdeh1 qarşı “kredit üzrə borcun tutulması” tələbinə dair iddiası qismən təmin edilmiş, 999,42 ABŞ dolları əsas borc, 1239,20 ABŞ dolları faiz, 200 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 2438,62 ABŞ dolları pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Şahin (Ələkbərova) Solmaz Allahverdi qızından və cavabdeh1 müştərək qaydada iddiaçı2 IKB-nin xeyrinə tutulması qət edilmişdir.
2. Həmin qətnamədən cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət olunmuşdur.
3. Ərizə onunla əsaslandırılmışdır ki, onun iştirakı və xəbəri olmadan, ona aidiyyəti olmayan iddia tələbi üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- ****/**** nömrəli, ## ######## 2011-ci il tarixli qətnaməsinin surətini müraciəti əsasında ## ###### 2026-cı il tarixdə məhkəmənin inzibati binasında təhvil almışdır. Belə ki, 2011-ci ildə baxılan bu məhkəmə işindən və məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Bu yaxınlarda Qaradağ Icra və Probasiya şöbəsindən ona barəsində çıxan qətnaməni icra etməli olduğu bildirilmişdir. O, qətnamədə göstərilən iddiaçı banka da müraciət etmişdir. Bankda aparılan ilkin araşdırma vaxtı ona aid hər hansı borcun mövcud olmadığı bildirilmiş, daha sonra bankın problemli kreditlər şöbəsinə müraciət edilmiş, ona aid kredit müqaviləsinin, zaminlik sənədinin, və ya hər hansı imzanın mövcud olmadığı bildirilmişdir. Bank əməkdaşları tərəfindən bu məsələnin onlara da aydın olmadığı və məhkəməyə müraciət etməsinin məqsədəuyğun olduğu bildirilmişdir. Qeyd olunan iddia tələbinin ona heç bir aidiyyəti olmamış, ümumiyyətlə iddiaçı bankda heç bir formada zaminlik müqaviləsi bağlamamışdır. O, digər cavavdehi də şəxsən tanımır. Qeyd olunan iddia tələbinin ona heç bir aidiyyəti olmamışdır. Lazım gələrsə zaminlik müqaviləsi təftiş edilməli, onun saxta olması məhkəmə araşdırması ilə müəyyən edilməlidir. Çünki o, heç vaxt həmin şəxsə zamin durmamış, ümumiyyətlə həmin şəxsi tanımamışdır. Onun iddiaçı bankdan götürülmüş kreditə aidiyyətinin olmaması açıq-aşkar olduğu halda, zaminlik müqaviləsinə imza atmadığı halda, onun cavabdeh kimi niyə işə cəlb olunması qeyrimüəyyəndir. Hesab edir ki, bu məsələdə məhkəmə də yalan məlumatları araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Barəsində bu cür qanunsuz qətnamənin olması və icradan onu narahat etmələri səhhətində ağırlaşmalara gətirib çıxarmışdır. Qeyd olunan məsələ ilə bağlı yaranmış hüquqi qeyri-müəyyənlik və icra tədbirləri onda ciddi psixiloji gərginlik, stress və yuxu pozuntuları yaratmış, bu da sağlamlıq vəziyyətinə mənfi təsir göstərmişdir. Çox təəssüf ki, məhkəmə onun dinlənilmə hüququ təmin olunmadan, heç bir sübuta əsaslanmadan onu cavabdeh kimi tanıyaraq ziyanına qətnamə qəbul etmişdir. Yaşayış yeri üzrə heç bir məhkəmə bildirişini almamışdır. Apellyasiya şikayətinin verilməsi müddəti üzrlü səbəbdən ötürülmüşdür. Hesab edir ki, bu barədə onun səhvi olmamış, məhkəmə icraatı, qətnamə barədə indiyə kimi ona məlumat verilməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab olunub, həmin müddətin bərpa edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan müddətin buraxılmasının üzürlü hesab olunub, həmin müddətin bərpa edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Icra şöbəsinin Icra məmuru X1 bildirdi ki, qeyd olunan qətnamə üzrə icra sənədi icra olunması üçün Icra şöbəsinə göndərilmiş və icraata qəbul edilmişdir. Icra işində olan sənədlərdən də göründüyü kimi, o, hazırda ərizəsinə baxan borcluya icra sənədinin mövcudluğu barədə bildiriş göndərərək məlumat vermiş, icra sənədinin könüllü icra edilməsi üçün vaxt qeyd olunmuş, borclunun qətnamənin mövcudluğundan xeyli öncələr məlumatı olmuşdur.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən ərizə təmin edilməmişdir.
7. Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair mötəbər sübutlar ərizəyə əlavə edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini məhkəməyə müraciət edərək, ## ###### 2026-cı il tarixdə almasına rəğmən, onun həmin qətnamənin mövcudluğundan illər öncə məlumatı olmuşdur. Icra işində olan sənədlərdən görünür ki, icra məmuru tərəfindən illər öncə cavabdehi Icra şöbəsinə dəvət etmiş, icra sənədinin mövcudluğu barədə cavabdehə rəsmi şəkildə məlumat verilmiş, bildiriş təqdim olunmuş, icra sənədinin könüllü şəkildə icra edilməsi üçün vaxt verilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin cavabdeh cavabdeh1 tərəfindən buraxılması üzürsüz hesab edilməli və müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməsindən imtina edilməlidir.
8. Həmin qərardaddan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- ****/**** nömrəli, ## ######## 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı əsassız olmaqla onun ədalətli məhkəmə araşdırılması hüququnu heçə endirmişdir. 2011-ci ildə qəbul edilmiş qətnamənin ona heç bir aidiyyəti olmamış, təsadüfən adı işə daxil edilmişdir, əsas borclunu isə ümumiyyətlə tanımamışdır. Kimlərinsə cinayətkar əməli nəticəsində onun adına saxta zaminlik müqaviləsi tərtib edilmişdir. Həmin işin ona aidiyyəti olmadığını sübuta yetirməsi üçün verdiyi müddətin bərpası barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi onun üçün olduqca vacibdir. Müddətin bərpası ilə bağlı işə baxarkən məhkəmə verdiyi izahatı nəzərə alınmamış, icra sənədlərindəki məlumat onun əleyhinə səhv təfsir edilmişdir. Məhkəmə qərardadında göstərilir ki, «Icra işində olan sənədlərdən görünür ki, icra məmuru tərəfindən illər öncə cavabdehi icra şöbəsinə dəvət etmiş, icra sənədinin mövcudluğu barədə cavabdehə rəsmi şəkildə məlumat verilmiş, bildiriş təqdim olunmuş, icra sənədinin könüllü şəkildə icra edilməsi üçün vaxt verilmişdir.» Lakin bu qeyd olunanlar həqiqiəti əks etdirmir. Halbuki, 2022-ci ildə onu icra məmuru Orxan Göyüşlü icra şöbəsinə dəvət edəndə ondan ərizə almış, o, həmin ərizədə tələb olunan icra ödənişinin ona aid olmadığını, tələbkar bankda heç bir müqaviləsinin olmadığını bildirmişdir. Həmin vaxt ona heç bir hüququ izah edilməmiş, ona heç bir icra sənədi təqdim edilməmişdir. Icra məmuru həmin vaxtdan 2025-ci ilə kimi onu narahat etməmiş, o da məsələnin aydınlaşdırıldığını zənn etmişdir. 2025-ci ilin sonlarında icra məmuru yenə onunla əlaqə saxlamış, pensiyasına icranın yönəldiləcəyini bildirmişdir. O, artıq icra məmurunun onun dəlilləri ilə razılşamadığını gördükdə, adı çəkilən banka yaxınlaşanda lquqda vaxtilə heç bir müqavilənin bağlanmadığı bildirilmiş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Yalnız bundan sonra o, məhkəməyə müraciət edərək arxivdən məhkəmə qərarının verilməsini xahiş etmişdir. Müddətin buraxılması ondan asılı olmayan səbəblərdən ötmüş, 2011-ci ildə çıxarılmış məhkəmə qətnaməsi 2026-cı ildə ona rəsmi qaydada təqdim edilmişdir. Məhkəmə ümumi formada guya illər öncə məhkəmə qərarından məlumatlı olmasını qeyd etməklə onun hüququnu məhdudlaşdırmış, icra sənədinin icra məmuru tərəfindən ona heç vaxt rəsmi qaydada təqdim edilməməsi faktı araşdırılmamışdır. Qeyd olunan məsələ ilə bağlı onda ciddi psixiloji gərginlik, stress və yuxu pozuntuları yaranmış, bu da sağlamlıq vəziyyətinə mənfi təsir göstərmişdir. Hesab edir ki, bu məsələdə məhkəmə yalan məlumatları araşdırmamış, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “eleketron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsiilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X8 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Şikayət onunla əsaslandırılmışdır ki, 2011-ci ildə qəbul edilmiş qətnamənin ona heç bir aidiyyəti olmamış, təsadüfən adı işə daxil edilmişdir, əsas borclunu isə ümumiyyətlə tanımamışdır. Kimlərinsə cinayətkar əməli nəticəsində onun adına saxta zaminlik müqaviləsi tərtib edilmişdir. Həmin işin ona aidiyyəti olmadığını sübuta yetirməsi üçün verdiyi müddətin bərpası barədə ərizəsinin təmin edilməsi və apellyasiya şikayətinin icraata götürülməsi onun üçün olduqca vacibdir. Müddətin bərpası ilə bağlı işə baxarkən məhkəmə verdiyi izahatı nəzərə alınmamış, icra sənədlərindəki məlumat onun əleyhinə səhv təfsir edilmişdir.
14. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən haqlı və düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin üzrlü səbəbdən buraxılmasına dair mötəbər sübutlar ərizəyə əlavə edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsini məhkəməyə müraciət edərək, ## ###### 2026-cı il tarixdə almasına rəğmən, onun həmin qətnamənin mövcudluğundan illər öncə məlumatı olmuşdur. Icra işində olan sənədlərdən görünür ki, icra məmuru tərəfindən illər öncə cavabdehi Icra şöbəsinə dəvət etmiş, icra sənədinin mövcudluğu barədə cavabdehə rəsmi şəkildə məlumat verilmiş, bildiriş təqdim olunmuş, icra sənədinin könüllü şəkildə icra edilməsi üçün vaxt verilmişdir.
15. Buna görə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz.
16. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.