Məhkəmə qərarları › İş №2(3-6)-3188/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3188/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3188/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı işi üzrə Açar sözlər:( “pul”) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi , ilk iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi vəkil X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. Iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2023-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdeh 49600 manat məbləğində borc vermişdir. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən borc məbləğini ##.##.2023-cü il tarixinədək ona geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh bu günə qədər bu məbləğdən bir manat belə geri qaytarmamışdır. Bununla da cavabdeh aralarında bağlanmış borc müqaviləsi üzrə üzərinə götürdürüyü öhdəlikləri icra etməmişdir. Cavabdeh Cavabdeh ## #### 2023-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş qalmış 49600 manat əsas borc, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 4960 manat olmaqla ümumilikdə 54560 manat məbləğində pulun və 254 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı 52109 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% (2605 azn) olmaqla 5210 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, 265 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə iddia (dəqiqləşmə) ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddia ərizəsində qeyd edilmişdir ki, bankın mövcud prosedur və tələblərinə əsasən sahibkarlıq fəaliyyəti üçün verilən və məbləği 15000 manatdan artıq olan kreditlərin nağdlaşdırılması zəruri idi. Bu səbəbdən də tərəfindən 50000 manat məbləğində sahibkarlıq krediti əldə edilmişdir. Həmin kreditin nağdlaşdırılması məsələsi ilə bağlı Vahid ona bildirmişdir ki, bankdan alınan vəsaitin nağd şəkildə çıxarılması tələb olunur. Vahid onun uzun müddətdir tanıdığı, güvəndiyi şəxs olmuşdur və aralarında etibarlı münasibət mövcud idi. Məhz bu etimad əsasında tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. Kredit faktiki olaraq onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə götürülmüşdür. Lakin Vahidin təklifi ilə kredit onun adına rəsmiləşdirilmişdir. Vahid bu təklifi edərkən bildirmişdir ki, kreditin onun adına rəsmiləşdirilməsi daha məqsədəuyğundur və bu halda kredit tarixçəsi onun adına düşəcəkdir. Mən də buna etiraz etməmiş və razılığını bildirmişdir. Krediti bankın kredit mütəxəssisi birbaşa ticarət obyektinə (dükana) gələrək kreditin götürülməsini özü təklif etmişdir. Kredit üzrə vəsaitin əldə edilməsi, istifadəsi və ödənişləri birbaşa tərəfindən həyata keçirilmişdir. Kredit öhdəliklərini də faktiki olaraq o yerinə yetirmişdir. Bundan əvvəl də müxtəlif banklarda kredit öhdəlikləri olmuşdur və hazırda da mövcuddur, yəni kredit münasibətləri onun üçün adi və tanış bir haldır. Vahid rəsmi olaraq onun işçisi olmuş, ticarət obyektində satıcı kimi fəaliyyət göstərmişdir. Onun kredit məsələsində iştirakı yalnız etibar münasibətinə və onun təklifinə əsaslanmışdır, kreditin faktiki sahibi və istifadəçisi isə o olmuşdur .

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.1, 6.1.2, 6.1.5, 6.2, 14.1, 16.1, 18, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 340.2, 385.1, 389.1, 390.1, 399.1, 404.1, 404.2, 560.2, 560.3, 560.3.3; Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.3-cü; “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2020-ci il Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il Qərarına; “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2021-ci il Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il qərarına; F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il Qərarına; Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.2, 217.3, 217.5, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə mülki iş üzrə ilkin iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, tərəflərin izahlarını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi, o cümlədən qarşılıqlı iddia tələbi əsassızdır və rədd edilməlidir. Ilkin iddia tələbi cavabdeh Cavabdeh ## #### 2023-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş qalmış 49600 (qırx doqquz min altı yüz) manat əsas borc, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 4960 (dörd min doqquz yüz altmış) manat olmaqla ümumilikdə 54560 (əlli dörd min beş yüz altmış) manat məbləğində pulun alınaraq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi ilə bağlıdir. Qarşılıqlı iddia tələbi isə İddiaçı 52109 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% (2605 azn) olmaqla 5210 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, 265 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması ilə bağlıdır. Ilk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ilkin iddia və qarşılıqlı iddia tələbinin əsasında tərəflər arasında bağlanmış ## #### 2023-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən pul tələbidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. (§26) Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). (§22) Məhkəmə hesab edir ki, tərəflər arasında etibarıı əqd bağlanmamış, iddiaçının istinad etdiyi əqd yalan əhəmiyyətsiz əqddir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında işçi və işəgötürən münasibəti mövcud olmuş, cavabdeh ilkin iddiaçının adına sahibkarlıq məqsədilə kredit rəsmiləşdirmiş, daha sonra qanunvericilikdə nəğdləşdirmə ilə bağlı məhdudiyyətdən yan keçmək məqsədilə (§23) yalan borc müqaviləsi bağlamışlar. Iddiaşı ilə cavabdeh arasında münasibətlər korlandıqdan sonra ilkin iddiaçı yalan əqdə istinad edərək cavabdehdən pul tələb etmişdir. Qarşılılıqlı iddiaçı isə əvəzində ilkin iddiaçının adına rəsmiləşdirilmiş kredir müqaviləsi üzrə ödədiyi pulu qarşı tərəfdən tələb edir. Məhkəmə araşdırması zamanı qarşılılıq iddiaçı tələb etdiyi pulu qarşı tərəfin adına rəsmişədirdiyini, sahibkarlıq məqsədi ilə xərclədiyini və ödədiyini özü etiraf edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin edilməsi qanundan sui istifadə üçün zəmin yaradar. Məhkəmə hər iki iddia tələbi hallarına uyöun olaraq qeyd edir ki, Mülki Məcəlllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.(§22) Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. (§25, §27) Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Məhkəmə araşdırması zamanı ilkin iddiaçının işin halllarından məlumatlı olması və kredit yolu ilə əldə edilmiş pulun nağlaşdırılması üçün hüquqdan sui istifadə üçün iradə göstərməsi, daha sonra pisləşən münasibətlər fonunda müqaviləyə istinad edərək pul tələb etməsi bu halı təsdiq edir. (§22) Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir- görüntüdə bağlanan əqd və ya pərdələyən əqd- tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur;- gizli bağlanan əqd və ya pərdələnən əqd- tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir;- yanlış təsəvvür yaratmaq niyyəti- tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etməyi vacib etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Əqdin yalan olubolmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı ilkin iddiaçının üçüncü tərəflə (bankla) bağladığı əqd üzrə ödəliklərini yerinə yetirildiyi müəyyən edilmişdir. (§22) Məhkəmə hər iki tələbin əsasında sui-istifadə olması hallarının mövcudluğunu qeyd edərək bildirir ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2023-cü il Qərarı. (§29) Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). (§22) Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.(§27) Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (§22) Məhkəmə qeyd edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, “Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar sırasına müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi və s. kimi hallardır. (§22) Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.(§22) Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa Insan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə qeyd edilən qanunvericilik normalarına və işin hallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia sui istifadə hallarına şərait yarada biləcək tələblər olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ilkin və qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu ilkin iddiaçının özünə, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli, 3M-**** reyestr qeydiyyat nömrəli kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh 49600 manat 00 qəpik məbləğində pul verir, borc alan krediti ##.##.2023-cü il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür; - Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış məktuba əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı ilə notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 49600 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra borc alan– Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh verilməsi üçün AZ**BRES******************** №-li depozit hesabına qəbul olunması xahiş edilmişdir; - ##.##.2023-cü il tarixli kreditin verilməsinə dair Razılaşmaya əsasən razılaşmanın imzalanması ilə Kreditverən (xxxx ASC) 50000 AZN məbləğdə və illik faiz dərəcəsi 16 olmaqla, ##.##.2023 tarixədədək, 0 ay güzəşt müddəti olmaqla Dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, Müştəri (Borcalan İddiaçı) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 18.1%-dir; - ##.##.2023-cü il tarixli, **HAZMH********* nömrəli Girov müqaviləsinə əsasən, "Girov qoyan" (İddiaçı) xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan "Daşınar Əmlakın Qiymətləndirmə Aktı"nda (Girov predmetini təşkil edən əmlakın siyahısı) və ya Əlavədə göstərilən əmlakı (bundan sonra "GIROV predmeti" adlandırılacaq) "xxxx" (xxxx ASC) qarşısında Girov ilə yüklü edir; - ##.##.2023-cü il tarixli, **FIZAM********* nömrəli Zaminlik müqaviləsinə əsasən, Borclunun (İddiaçı) Kreditor (xxxx ASC) qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyin tamamı ilə icra edilməsi üçün Zaminin (Cavabdeh) Kreditor (xxxx ASC) qarşısında birgə məsuliyyətinin əsasları müəyyən edilmişdir; - İddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş razılıq ərizəsinə əsasən, mülkiyyət hüququ ona məxsus aşağıdakı daşınar əmlakla bağlı "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məlumatların Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsinə razılıq verir. Bu razılıq yaranmış öhdəliyə xitam verilənədək qüvvədədir və geri götürülməyəcəkdir; - Ödəniş tapşırığı; - Fotoşəkillər, qəbzlər və disk; - Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin qarşılıqlı iddiaya münasibətdə olan hissədə ləğv olunaraq qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1, 340.2, 404.1, 404.2, 560-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2023-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən iddiaçı cavabdeh 49600 manat məbləğində borc vermişdir. Cavabdeh ilə aralarında bağlanmış borc müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə göstərilən borc məbləğini ##.##.2023-cü il tarixinədək ona geri qaytarmağı öhdəlik kimi öz üzərinə götürmüşdür. Buna baxmayaraq cavabdeh bu günə qədər bu məbləğdən bir manat belə geri qaytarmamışdır. Bununla da cavabdeh aralarında bağlanmış borc müqaviləsi üzrə üzərinə götürdürüyü öhdəlikləri icra etməmişdir. Iddiaçı Cavabdeh Cavabdeh ## #### 2023-cü il tarixli, 3M-**** reyestr nömrəli borc müqaviləsinə əsasən ödənilməmiş qalmış 49600 manat əsas borc, gecikdirilmiş vaxt üçün borc məbləğinin illik beş faizi, yəni 4960 manat olmaqla ümumilikdə 54560 manat məbləğində pulun və 254 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh nümayəndəsi (vəkili) vəkil2 qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 55794 manat pulun, həmin pulun gecikdirilməsinə görə illik 5% olmaqla 2789 manatın, 1000 manat zaminlik müqaviləsinə görə xidmətin, hüquqi xidmətə görə 300 manatın və 270 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.Ilk olaraq qeyd olunmalıdır ki, məhkəmə qarşılıqlı iddiaçının həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatlara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, qarşılıqlı iddiaçı açıq şəkildə bildirmişdir ki, ##.##.2023 cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş vəsait faktiki olaraq onun sahibkarlıq fəaliyyəti üçün istifadə olunmuş və həmin kredit üzrə ödənişlər də məhz onun tərəfindən həyata keçirilmişdir. Bu hal iş materiallarında olan ödəniş sənədləri ilə də təsdiq olunur. Qarşılıqlı iddiaçı tərəfindən konkret tarixlər üzrə (##.##.2023 – 10000 manat, ##.##.2023 – 10000 manat, ##.##.2023 – 10000 manat, ##.##.2023 – 8800 manat, ##.##.2023 – 6000 manat, ##.##.2023 – 7309 manat) ümumilikdə 52109 manat məbləğində ödəniş edilmişdir . Məhkəmə bu mühüm faktı qəbul etsə də, ona düzgün hüquqi nəticə verməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən digər ilkin iddiaçının adına olan kredit öhdəliyinin faktiki icra edilməsi, həmin məbləğin geri tələb olunması üçün müstəqil hüquqi əsas yaradır. Bundan əlavə, məhkəmə tərəflər arasında bağlanmış borc müqaviləsini “yalan əqd” kimi qiymətləndirsə də, bu nəticəyə gəlmək üçün tələb olunan hüquqi şərtləri tam sübuta yetirməmişdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, yalan əqd yalnız o halda mövcud sayılır ki, tərəflər birgə niyyətlə real hüquqi nəticə yaratmaq istəməsinlər və bağladıqları əqd yalnız üçüncü şəxslərdə yanlış təsəvvür yaratmağa xidmət etsin. Lakin iş materiallarından görünür ki: 1. kredit faktiki olaraq rəsmiləşdirilmiş və bank tərəfindən verilmişdir; 2. həmin kredit üzrə ödənişlər real şəkildə həyata keçirilmişdir; 3. qarşılıqlı iddiaçı bu ödənişləri öz vəsaiti hesabına icra etmişdir. Bu hallar isə münasibətlərin sırf görüntü xarakterli olmadığını, əksinə real iqtisadi nəticələr doğurduğunu göstərir. Belə olan halda, əqdin “yalan” kimi qiymətləndirilməsi hüquqi cəhətdən əsassızdır. Digər tərəfdən, məhkəmə qarşılıqlı iddianın təmin edilməsinin “qanundan sui-istifadəyə zəmin yaradacağı” qənaətinə gəlsə də, bu nəticə abstrakt xarakter daşıyır və konkret sübutlarla əsaslandırılmamışdır. Mülki Məcəllənin 560-cı maddəsinə əsasən hüquqdan sui-istifadə faktı konkret davranış və niyyətlərlə sübut olunmalıdır. Halbuki, qarşılıqlı iddiaçı yalnız faktiki ödədiyi məbləğin geri qaytarılmasını tələb edir ki, bu da onun qanuni mənafeyinin müdafiəsi çərçivəsindədir və heç bir halda sui-istifadə kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 404.1ci maddəsinə görə Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Habelə 404.2-ci maddəsinə əsasən: Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin normaya əsasən müqavilənin təfsiri zamanı yalnız mətn deyil, tərəflərin həqiqi iradəsi, qarşılıqlı münasibətləri və sonrakı davranışları da nəzərə alınmalıdır. Iş üzrə isə: 1. tərəflər arasında işçi–işəgötürən münasibətinin mövcudluğu, 2. kreditin faktiki istifadəçisinin qarşılıqlı iddiaçı olması, 3. ödənişlərin onun tərəfindən həyata keçirilməsi kimi hallar məhkəmə tərəfindən lazımi səviyyədə qiymətləndirilməmişdir. Hazırkı iş üzrə isə məhkəmə təqdim olunmuş sübutları seçici qaydada qiymətləndirmiş, xüsusilə qarşılıqlı iddiaçının təqdim etdiyi ödəniş sənədlərinə və faktiki hallara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində həmin sübutların niyə qəbul edilmədiyi və ya hansı səbəbdən onların hüquqi nəticə doğurmadığı əsaslandırılmamışdır. Sübutların qiymətləndirilməsində bu cür natamamlıq və qeyri obyektiv yanaşma prosessual hüquq normalarının kobud şəkildə pozulmasıdır. Halbuki, mövcud sübutlar işin halları ilə məntiqi bağlılıq təşkil edir və qarşılıqlı iddianın əsaslılığını təsdiq edir. Bu baxımdan, məhkəmə tərəfindən MPM-in 88-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Qarşılıqlı iddiaçı tərəfindən bu prosessual öhdəlik tam şəkildə yerinə yetirilmişdir. Belə ki, həm iddia ərizəsində, həm də məhkəmə iclasında verilmiş izahatlarda kredit vəsaitinin faktiki olaraq onun tərəfindən istifadə edildiyi, eləcə də kredit üzrə ödənişlərin məhz onun tərəfindən həyata keçirildiyi ardıcıl və ziddiyyətsiz şəkildə göstərilmişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzləri və digər yazılı sübutlar onun faktiki olaraq 52.109 manat məbləğində öhdəliyi icra etdiyini təsdiq edir. Bu isə o deməkdir ki, qarşılıqlı iddiaçı sübutetmə yükünü yerinə yetirmişdir. Lakin birinci instansiya məhkəməsi bu sübutlara formal yanaşaraq onları kifayət qədər qiymətləndirməmiş, nəticədə MPM-in 77-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamənin əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmalı, sübutlara düzgün hüquqi qiymət verilməli və nəticə həmin sübutlardan məntiqi şəkildə irəli gəlməlidir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə uzlaşmır. Belə ki, məhkəmə bir tərəfdən qarşılıqlı iddiaçının kredit üzrə ödənişlər etdiyini fakt kimi qəbul edir, digər tərəfdən isə bu faktın hüquqi nəticəsini nəzərə almır və qarşılıqlı iddianı təmin etmir. Bu isə qətnamənin daxili ziddiyyətli olduğunu göstərir. Eyni zamanda, məhkəmənin “yalan əqd” və “hüquqdan suiistifadə” ilə bağlı gəldiyi nəticələr konkret sübutlara deyil, ümumi və abstrakt mülahizələrə əsaslanır. Bu səbəbdən qətnamə nə qanuni, nə də əsaslı hesab edilə bilər və MPM-in 218-ci maddəsinin tələblərinə cavab vermir. Apellyasiya icraatında müəyyən edilən hallar:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi vəkil X2 apellyasiya şikayətini əsassız hesab etdiyini, tərəflər arasında olan qarşılıqlı və formal öhdəliklərin tam icra olunduğunu, sadəcə tərəflərin bir-biriləri ilə prinsip apardıqlarını, apellyasiya şikayətinin də formal xarakter daşıdığını qeyd etmiş, şikayətinin təmin edilməməsini xahiş etmişdir.

7. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən ilk iddia üzrə cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

9. .Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il Qərarı: Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il Qərarı: Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir.Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, tərəflər arasında işçi və işəgötürən münasibətləri olmuş, cavabdeh ilkin iddiaçının adına sahibkarlıq məqsədilə kredit rəsmiləşdirmiş, daha sonra qanunvericilikdə nəğdləşdirmə ilə bağlı məhdudiyyətdən yan keçmək məqsədilə yalan borc müqaviləsi bağlamış, iddiaçı ilə cavabdeh arasında münasibətlər korlandıqdan sonra ilkin iddiaçı yalan əqdə istinad edərək cavabdehdən pul tələb etmiş, qarşılılıqlı iddiaçı isə əvəzində ilkin iddiaçının adına rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə ödədiyi pulu qarşı tərəfdən tələb etmişdir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tələb etdiyi pulu qarşı tərəfin adına rəsmiləşdirdiyini, sahibkarlıq məqsədi ilə xərclədiyini və ödədiyini etiraf etmişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi vəkil X2 da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara uyğun izahat verərək, tərəflərin əslində bir-birlərinə qarşı olan formal öhdəliklərini yerinə yetirdiklərini, sadəcə olaraq bir-biriləri ilə prinsip apardıqlarını, hazırkı apellyasiya şikayətinin də formal xarakter daşıdığını qeyd etmişdir. Beləliklə, işin müəyyən edilmiş halları, şikayətin dəlillərinin hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığı nəzərə alınaraq, apellyasiya şikayəti təmin edilməməlidir.

15. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) ödəyənə aid edilməlidir.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar