Məhkəmə qərarları › İş №2(3-6)-3331/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3331/2026

18.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3331/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Zülal Kərimovun, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçı (borc verən) ilə cavabdehin (borc alanın) arasında notariat qaydasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə görə, iddiaçı cavabdehə 9.000 manat məbləğində pulu borc verir, cavabdeh isə pulu ##.##.2025-ci il tarixədək iddiçıya qaytarmağı öhdəsinə götürür. 2.Iddia ərizəsi ##.##.2026-cı il tarixdə, yəni pulun qaytarılması üçün müəyyən edilmiş müddət bitdikdən sonra verilib. Məhkəmə icraatı 3.Iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə 9.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. 4.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, 9.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət onunla əsaslandırılıb ki, tərəflər iş quraraq mənfəət götürmək barədə razılığa gəliblər. Cavabdeh iqtisadçı olduğuna görə bütün işləri o, görməli idi. Işlərin qurulması üçün kredit müqaviləsinə əsasən cavabdehə 9.000 manat pul verilib. Pul verildikdən sonra iddiaçının atası Zülal Kərimov pulu cavabdehdən istəmiş və 2-3 gündən sonra geri – cavabdehə qaytaracağına söz vermişdir. Cavabdehin iddiaçının atası Zülal Kərimov ilə qohumluq əlaqələri olduğuna görə ona inanmış və notariat ofisinin binasında cavabdeh 9.000 manat pulu müvəqqəti olaraq iddiaçıya vermişdir. Tərəflərin arasındakı iş birliyi pozulmuş, əks tərəf pulu cavabdehə qaytarmamışdır. Cavabdeh dəfələrlə iddiaçıya müraciət edərək kredit müqaviləsinin ləğv edilməsini təklif etmiş, lakin iddiaçı müxtəlif bəhanələrlə bundan yayınmışdır. Cavabdeh hesab edir ki, kredit müqaviləsi etibarsız hesab olunmalı, müqavilənin bağlanmasından 4 il keçdiyi üçün mülki iş üzrə icraata xitam verilməlidir. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh bildirdi ki, kredit müqaviləsində göstərilən 9.000 manat pul notariusun depozit hesabı vasitəsilə ona verilib, lakin notariat ofisinin binasında iddiaçı pulu ondan geri alıb. 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Zülal Kərimov bildirdi ki, kredit müqaviləsinə göstərilən 9.000 manat notariusun depozit hesabı vasitəsilə iddiaçıya borc verilib, lakin iddiaçı pulu geri qaytarmayıb. 8.Apellyasiya icraatı zamanı cavabdehin təşəbbüsü ilə onun oğlu Vüsal Nəbiyev şahid qismində dindirilmişdir. O, ifadəsində göstərmişdir ki, kredit müqaviləsində göstərilən pul atasına verilib, lakin iddiaçı tərəf pulu notariat ofisinin binasında atasından geri alıb. Məhkəmənin mövqeyi 9.Kredit müqaviləsinə göstərilən 9.000 manat pul cavabdehə verilib. Bunu cavabdehin özü etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, iddiaçı 9.000 manat pulun cavabdehə verildiyini sübutetmə yükündən azaddır. 10.Iddiaçı iddia edir ki, cavabdeh 9.000 manat pulu geri qaytarmayıb. Pulun geri qaytarıldığını sübutetmə yükü cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh bu barədə hər hansı sübut təqdim etməyib. Apellyasiya icraatı zamanı cavabdehin oğlu şahid kimi pulun qaytarıldığını təsdiq edən ifadə versə də, yalnız onun ifadəsi pulun qaytarıldığını müəyyən etmək üçün kifayət etmir. 11.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar