Məhkəmə qərarları › İş №2(3-6)-339/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-339/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-339/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-339/2026 (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili İbrahimova Nuridə Ələslan qızının iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı – cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli 377IK-NİZ/202* saylı kredit müqaviləsinə əsasən faiz borcu üzrə 1.824,93 manat, cərimə borcu üzrə 79,86 manat olmaqla, cəmi 1.904,79 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,05 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması; tələbin ##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/ynın **** saylı bağ sahəsi - yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, ** saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin ##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinə əsasən cəmi 1.904,79 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 39,05 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X10 arasında bağlanmış ##.##.2023-cü il tarixli 377İKNİZ/202* saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, 8 faiz dərəcəsi ilə 64.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. ##.##.2023cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinin təminatı kimi X10 ilə Bank arasında bağlanan ##.##.2023-cü il tarixli ipoteka müqaviləsinə əsasən X10 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/y-nın **** saylı bağ sahəsi - Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, ** saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. X6 ##.##.2023-cü il tarixdə vəfat etmişdir. * saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X10 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsə Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakları - 2014-cü il buraxılış ili olan “X1” minik markalı **-VL-*** nömrə nişanlı nəqliyyat vasitəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.3 kv.m. olan mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi, yaşayış sahəsi 18 kv.m., 1 otaqlı olan mənzil və ödənilməmiş haqq-hesab 1.143,82 manat və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət 5.966,22 manat pul vəsaitindən ibarətdir. Cavabdeh Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu oz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Bundan əlavə, ##.##.2023-cü il tarixli 377İKNİZ/2023 -saylı kredit müqaviləsinə dair təminat qismində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner" b/ynın **** saylı bağ sahəsi Yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən ** saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsi ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəflərindən ##.##.2024-cü il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə qeyd edilən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair 52,48 manat dövlət rüsumu tərəflərindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə X10 ##.##.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən ##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinə əsasən cavabdehin faiz borcu üzrə 1.824,93 manat, cərimə borcu üzrə 79,86 manat olmaqla, cəmi 1.904,79 manat borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 39,05 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinə əsasən 1.842,85 manat əsas borc, 131,05 manat faiz borcu, 79,86 manat cərimə borcu olmaqla, cəmi 2.053,76 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,54 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının tutulması; tələbin ##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Kondioner” b/y-nın **** saylı bağ sahəsi, yeni qaydalarla: AZ 1088, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 77-ci Hövsan küçəsində yerləşən, ** saylı bağ evinin və həmin bağ evinin yerləşdiyi ümumi sahəsi 0,025 ha olan torpaq sahəsinə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin ##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinə əsasən cəmi 2.053,76 manat borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ödənilmiş 52,48 manat dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 40,54 manat dövlət rüsumu və 0,80 manat xidmət haqqının ödənilməsinə yönəldilməsi; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehdən ümumi qaydada tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddianın təmin edilməsi, ##.##.2023-cü il tarixli 377İK- NİZ/202* saylı kredit müqaviləsinə əsasən 1.842,85 manat əsas borc, 131,05 manat faiz borcu, 79,86 manat məbləğində cərimə olmaqla, 2.053,76 manat borc məbləği, ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu, məhkəməyə ödənilmiş 40,54 dövlət rüsumu və 0,80 manat bank xidmət haqqı olmaqla, cəmi 2.147,58 manat pul məbləği cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ASC-nə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, **** saylı bağ evi, “Kondioner” b/y (yeni qaydalarla: AZ 1088, ünvan 6) ünvanında yerləşən 80,9 kv.m olan ** saylı bağ evinə və həmin evin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, **** saylı bağ evi, “Kondioner” b/y (yeni qaydalarla: AZ 1088, ünvan 6) ünvanında yerləşən 80,9 kv.m olan ** saylı bağ evinin və həmin evin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 86.000 manat məbləğində olmaqla, qeyd edilmiş əmlakın açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 1.842,85 manat əsas borc, 131,05 manat faiz borcu, 79,86 manat məbləğində cərimə olmaqla, 2.053,76 manat borc məbləği, ipoteka predmetinə tutma yönldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 52,48 manat dövlət rüsumu, məhkəməyə ödənilmiş 40,54 dövlət rüsumu və 0,80 manat bank xidmət haqqı olmaqla, cəmi 2.147,58 manat pul məbləğinin İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra əmlakın satışından qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 279, 319.1, 319.6, 385.1, 442, 462.1. 462.3, 465.2, 739, 1133.1, 1133.2, 1151.1-ci maddələrinə, «İpoteka haqqında» Qanunun 10.4, 34.1.1, 39.2, 39.3, 41.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarılması zamanı Məcəllənin qeyd olunan müddəalarının tələbləri, iş üzrə əhəmiyyət kəsb edən hallar və qanunvericiliklə müəyyən edilmiş təcrübəyə riayət edilməmişdir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Qeyd olunan maddənin dispozisiyasından aydın olur ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunmasıməqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. X10 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi ##.##.2023-cü il tarixə aiddir. X10 vəfat etdiyi tarixədək, yəni ##.##.2023-cü il tarixədək hər hansı bir borcu olmamışdır. Borclu tərəfindən ##.##.2023cü il tarixdə 520.50, ##.##.2023-cü il tarixdə isə 776.50 manat ödəniş edilmiş, ödəniş cədvəlindən məlum olduğu kimi bununla borclunun qalıq borcu 63.298 manat təşkil etmişdir. X10 tərəfindən ödənişlər vaxtında edilmiş olduğu üçün öldüyü məqamda heç bir gecikmə, habelə bundan dolayı yaranmış faiz və ya cərimə borcu olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında məhkəmənin mövqeyini aydın şəkildə görürük. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2008-ci il ## ###### tarixli ** nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, həmin qərara əsasən, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olubolmamasıməsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. “xxxx” Sığorta Şirkəti tərəfindən ##.##.2025-ci il tarixli məktubda qeyd olunur ki, sığortalı X10 ölümünə görə sığorta ödənişinin verilməsinə dair İddiaçı ASC-nin Nizami filialı tərəfindən ##.##.2023-cü il tarixli, *** nömrəli müraciəti əsasında ##.##.2024-cü il tarixdə ödəniş edilmişdir. Qeyd edək ki, həmin ödənişin məbləği X10 qalıq borcu ilə üst-üstə düşür. Buradan da aydın olur ki, iddiaçının tələb etdiyi borc əsas borc deyil, arada yaranmış gecikməyə görə faiz borcu və cərimədən ibarətdir. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixədək borc məbləğinə dair maliyyə arayışından görünür ki, X11 ##.##.2023-cü il tarixli, ***IPFO********* saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc – 0 manat, ##.##.2024-cü il tarixinədək cəmi ödənilməmiş faizlər - 1.824,93 manat, ödənilməmiş cərimə faizi 79,86 manat, borc üzrə cəmi tələb edilən məbləğ 1.904,79 manat təşkil etmişdir. Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi, borclu öldükdən sonra qalıq borca görə faiz hesablanması başlıca olaraq vicdanlılıq prinsipinə ziddir. Digər tərəfdən isə Bank bunu o halda vərəsədən tələb edə bilər ki, borcun gecikdirilməsinə görə məsuliyyəti cavabdeh daşımır, belə olan halda dəbbə pulunun ödənilməsini tələb etmək heç cür qanuni əsaslara söykənə bilməz. Bundan əlavə, iş materiallarında olan sübutlardan və “xxxx” Sığorta Şirkəti ASC-nin ##.##.2025ci il tarixli məktubundan aydın olur ki, sığorta hadisəsi – yəni sığortalının ölümü baş verdikdən sonra bank tərəfindən sığortaçıya müraciət edilmiş və sığorta ödənişi ##.##.2024-cü il tarixdə həyata keçirilmişdir. Həmin ödənişin məbləği sığortalının ölüm tarixinə mövcud olan kredit üzrə qalıq əsas borc məbləği ilə tam uyğunluq təşkil etmişdir. Bu hal onu göstərir ki, kredit müqaviləsi üzrə əsas borc sığorta mexanizmi vasitəsilə tam şəkildə bağlanmışdır. Belə olan halda, iddiaçı tərəfindən cavabdehdən tələb edilən məbləğin hüquqi mahiyyəti araşdırıldıqda müəyyən edilir ki, bu tələb əsas borcdan deyil, məhz sığorta hadisəsindən sonra bankın sığortaçıya gec müraciət etməsi və ödənişin gec icra olunması nəticəsində formalaşmış faiz borcu və cərimədən ibarətdir. Halbuki, sığorta müqaviləsinin məqsədi və mahiyyəti borcalanın ölümü halında kredit üzrə riskin bankdan götürülməsi və bu riskin sığortaçı tərəfindən qarşılanmasıdır. Qeyd olunmalıdır ki, sığorta hadisəsi baş verdiyi andan etibarən kredit üzrə risk artıq borcalanın və ya onun vərəsələrinin deyil, sığortaçının risk dairəsinə daxil olur. Bankın sığorta şirkətinə müraciəti gecikdirməsi və ya sığorta ödənişinin daha gec tarixdə həyata keçirilməsi sığortalının vərəsələrinin hüquqi vəziyyətini ağırlaşdıra bilməz və bu gecikmənin mənfi nəticələri cavabdehin üzərinə yüklənə bilməz. Hazırkı iş üzrə isə cavabdeh Cavabdeh kredit öhdəliyinin icrasının gecikdirilməsində hər hansı təqsiri müəyyən edilməmişdir. Əksinə, borclunun ölümü və sığorta hadisəsinin baş verməsi nəticəsində kredit üzrə öhdəliyin icrası obyektiv olaraq cavabdehin iradəsindən kənar olmuşdur. Bu baxımdan, bank tərəfindən tələb edilən cərimə məbləği və faizlər cavabdehin təqsiri ilə əlaqəli olmadığından, həmin tələbin cavabdehə yönəldilməsi Mülki Məcəllənin 462.2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, təqsiri olmayan şəxsə qarşı dəbbə pulunun tətbiqi yolverilməzdir və hüquqi əsaslardan məhrumdur. Nəhayət, qeyd edilməlidir ki, sığorta ödənişinin gec həyata keçirilməsi nəticəsində yaranmış faiz və cərimələr, əgər ümumiyyətlə əsaslı hesab edilirsə, yalnız sığortaçı ilə bank arasındakı münasibətlər çərçivəsində həll edilməli, bu risk və məsuliyyət sığortalının vərəsəsi olan cavabdehin üzərinə ötürülməməlidir. Əks yanaşma sığorta institutunun mahiyyətini faktiki olaraq aradan qaldırır və vərəsənin sığortalı kredit üzrə əsassız maliyyə yükü altına salınmasına gətirib çıxarır. Belə olan halda, məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını, yəni borc tələbi üzrə borclu şəxsin Cavabdeh olub-olmamasını araşdırmalı idi..”

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

9. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili İbrahimova Nuridə Ələslan qızı izahatında faiz və cərimə borcunun tutulmasına etiraz etmədiyini bildirmiş, qalan hissədə isə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (mübahisə vaxtı qüvvədə olan redaksiyada)

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 13.Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

14. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

15. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

16. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

29. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə qanuniliyinin və əsaslılığının bütövlükdə təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

23. Birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları lazımi qaydada araşdırılmamışdır ki, bu da qətnamənin qismən ləğvinə səbəb olur.

24. Kollegiya qeyd edir ki, hazırda iddia tələbi əsas etibarilə 3 hissədən ibarətdir: 1) 1.842,85 manat əsas borcun; 2) 131,05 manat faiz borcunun; 3) 79,86 manat məbləğində cərimə borcunun tutulması; 4) tutmanın ipoteka predmetinə yönəldilməsi.

25. Məhkəmə ilkin tələbin əsaslı olub-olmamasına münasibətdə aşağıdakıları qeyd edir.

26. İş materiallarından görünür ki, İddiaçı ASC ilə X10 arasında bağlanmış ##.##.2023cü il tarixli 377İKNİZ/202* saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X10 İddiaçı ASC-dən illik 8% ödəmək şərti ilə 120 ay müddətinə götürdüyü 64.000 manat məbləğində kredit verilmişdir

27. ## ####### 2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ##.##.2023-cü ildə ölmüşdür. İş materiallarında olan ## ##### 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2023-cü il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Ofisinin ## #### 2024-cü il tarixli , *** nömrəli məktubuna əsasən mərhum X10 məxsus AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş ##.##.2022-ci il tarixli BA****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 5XYZUDLA5EG225247, mühərrikin nömrəsi – və buraxılış ili 2014-cü il olan “X1” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2020-ci il tarixli, 010011005095-05301- ****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 57.3 kv.m olan mənzil; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2005-ci il tarixli, 30/15666 qeydəalma nömrəsi ilə **** nömrəli kitabın 209197-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi, yaşayış sahəsi 18 kv.m, 1 otaqlı olan mənzil; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Respublika Təcili və X8 Mərkəzi” Publik hüquqi şəxs tərəfindən ##.##.2023cü il tarixli 18-1-88/2- ***/**** nömrəli məktubuna əsasən X10 adına ödənilməmiş yekun haqqhesab 1.143,82 manat və orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət (dəfn pulu) 5.966,22 manat pul vəsaitindən ibarətdir.

28. Beləliklə, işin mübahisəsiz halıdır ki, iddiaçı bank ilə mərhum X10 arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə sonuncuya 64.000 manat məbləğində kredit verilmiş, bundan qısa müddət sonra, ##.##.2023-cü il tarixdə borclu vəfat etmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, hazırki iş üzrə cavabdeh Cavabdeh mərhumun vərəsəsi kimi tanınmış və miras əmlakını rəsmi olaraq qəbul etmişdir.

29. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Göründüyü kimi cavabdehin mərhum X10 iddiaçı qarşısında olan öhdəliklərinə görə məsuliyyət daşımışdır. Hazırda araşdırılmalı məsələ isə X10 öldüyü vaxt iddiaçıya nə qədər borcunun olmasının müəyyənləşdirilməsidir ki, bu da cavabdehin iddiaçı qarşısında müvafiq məsuliyyətinin həcmi üçün önəmlidir.

31. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası təyin etsə də, ekspert qarşısında qoyulan suallar və hesablamanın aparılacağı tarixlər düzgün müəyyən edilməmişdir. Bu səbəbdən apelyasiya baxışı zamanı yenidən ekspertiza təyin edilmiş, tədqiqat nəticəsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş **/**** saylı, ##.##.2026-cı il tarixli ekspert rəyindən görünür ki, ##.##.2023-cü il, yəni borclunun vəfat etdiyi tarixə kredit müqaviləsi üzrə əsas borcu 63,298.17 manat, faiz borcu isə 351.66 manat təşkil etmiş, cərimə borcunu isə müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən hesablanması mümkün olmamışdır. Həmçinin qeyd edilmişdir ki, müqavilə üzrə ##.##.2024-cü il tarixdə 63,298.17 manat məbləğində ödəniş edilmişdir.

32. İş materiallarında olan ##.##.2023-cü il tarixli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, ipoteka krediti üzrə borcalan X10 həyatı sığortaçı “xxxx” Sığorta Şirkəti ASC tərəfindən 120 ay müddətinə sığortalanmışdır. Sığorta məbləği 64.000 manat təşkil edir. Həmçinin işin mübahisəsiz halıdır ki, kredit borcunun 63.298 manat hissəsi ##.##.2024-cü il tarixdə “xxxx” Sığorta Şirkəti tərəfindən icra edilmiş sığorta ödənişinin hesabına ödənilmişdir.

33. Göründüyü kimi sığorta şirkəti tərəfindən edilən ödəniş borclunun öldüyü vaxt banka olan əsas borc məbləği ilə eynilik təşkil etmişdir və nəticə etibarilə həmin tarixə borclunun hər hansı əsas borcu qalmamışdır. Nəticə etibarilə hazırki iş üzrə cavabdehə vərəsəlik qaydasında ötürülən əsas borc məbləği mövcud olmadığından, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

34. Kollegiya iddia tələbinin faiz və cərimə borcu ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, faiz borcu yuxarıda adı çəkilən ekspert rəyi ilə iddia tələbində göstəriləndən daha çox müəyyənləşsə də, həm iddia tələbindən kənara çıxma üçün əsaslar olmadığından, həm də cavabdehin nümayəndəsi və vəkili apelyasiya baxışı zamanı iddia tələbində qeyd olunan faiz və cərimə məbləğinə etiraz etmədiklərini bildirdiyindən, apelyasiya şikayəti həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Kollegiya tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, Kredit müqaviləsi üzrə borcalanın öhdəliyi ipoteka ilə təmin edildiyindən həmin borcun tutulmasının ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, **** saylı bağ evi, “Kondioner” b/y (yeni qaydalarla: AZ 1088, ünvan 6) ünvanında yerləşən 80,9 kv.m olan ** saylı bağ evinə və həmin evin yerləşdiyi ümumi sahəsi 0.025 ha olan torpaq sahəsinə yönəldilməsi barədə mövqe əsaslı olmuşdur.

46. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və nəticədə qətnamə ləğv olunaraq iddia tələbi təmin edilməməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

48. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

50. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

51. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Kollegiya hesab edir ki, iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının dəyəri onu ödəmiş şəxslərin özlərinə aid olunsun.

53. Həmçinin birinci instansiya və apelyasiya baxışı zamanı aparılan ekspert tədqiqatının dəyəri qismində cəmi 350 manat pulun 175 manat hissəsi iddiaçıdan, 175 manat hissəsi cavabdehdən tutulmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi “##.##.2023-cü il tarixli 377İK-NİZ/202* saylı kredit müqaviləsinə əsasən 1.842,85 (bir min səkkiz yüz qırx iki manat səksən beş qəpik) manat əsas borc məbləğinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri onu ödəmiş şəxsin özünə aid olunsun. Birinci instansiya və apelyasiya baxışı zamanı aparılan ekspert tədqiqatının dəyəri qismində cəmi 350 manat pulun 175 (yüz yetmiş beş) manat hissəsi iddiaçı İddiaçı ASC”-dən, 175 (yüz yetmiş beş) manat hissəsi cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X14, Kod 210005, VÖEN **********, M/h- AZ85NABZ01360100000003003944, SWIFT-BIK CTREAZ22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar