Məhkəmə qərarları › İş №2(3-6)-350/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-350/2026

07.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-350/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə iddiaçının vəkili (nümayəndəsi) İsmayılov Riçard Zamil oğlunun və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia MMC-nin buna səlahiyyəti çatan nümayəndəsi MMC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, cavabdeh Xidmətin “R” hərbi rütbəsində olan əməkdaşı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xidmətə məxsus “Mitsubishi L200” markalı, B-***-DS dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-cü il tarixdə idarə edərkən, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, “20-ci sahə” adlanan ərazidə, “X1” qarşısında yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil MMC-yə məxsus “xxxx” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə, MMC-ə məxsus avtomobil zədələnmiş və istismara yarasız vəziyyətə düşmüşdür. Bununla da MMC-yə maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş vermə səbəbləri müvafiq polis orqanı tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, hadisənin baş verməsinin səbəbkarı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsdur. Bu səbəbdən də, o, ##.##.2024-cü il tarixli, TP seriyalı, ******* saylı inzibati xəta haqqında qərarla inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. MMC, fəaliyyəti ləngiməsin deyə özünə məxsus avtomobili qısa müddətdə təmir etdirmişdir. Avtomobilin bəzi bərpa edilməli olan hissələri ölkədə olmadığından onların Çin Xalq Respublikasından gətirilməsinə zərurət yaranmışdır. Bu da əlavə xərclərə (yol xərci, daşınması, sifariş üçün əlavə ödəniş və s.) səbəb olmuşdur. “Lixiang” zavodun rəsmi nümaynədəliyi və texniki servisi olmadığından avtomobil Avtomobillərin təmiri ilə məşğul olan bir neçə mərkəzdə təmir olunub (“xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC). “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə tərtib olunan nöqsan aktından (ərizəyə əlavə olunur) da göründüyü kimi zədələnmiş ehtiyat hissələrinin ümumi dəyəri 12.690 manat, həmin hissələrin maşına quraşdırılması, avtomobilin bərpa-təmiri ilə bağlı işlərin görülməsinin qiyməti isə 9.960 manat, cəmi xərc isə 22.650 manat təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən müəssisədə bəzi ehtiyat hissələrini təmin etmək mümkün olmadığından və bəzi bərpa-təmir işləri aparıla bilmədiyindən avtomobil “xxxx” MMC Avtoservis Mərkəzində də təmir edilib və iddiaçı MMC tərəfindən həmin Mərkəzə 836,62 manat ödənilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, avtomobil sözügedən yol nəqliyyat qəzasından əvvəlki halına qaytarmaq üçün təmir olunsa belə, onun bazar və ya likvid dəyəri kəskin şəkildə azalmışdır. Çünki avtomobil artıq qəzaya uğramış və təmir olunmuş avtomobillər kateqoriyasına aiddir. Hesab edirik ki, avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizsiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 5% aşağı düşmüşdür. Belə ki, Azərbaycanda avtomobillərin alğı-satqısını həyata keçirən “turbo.az” saytında “xxxx” markalı avtomobilin ən aşağı qiyməti 53.000 dollardır (məlumatın fotoşəkillər ərizəyə əlavə olunur). Bununla da, müəyyən edilir ki, qəza səbəbindən avtomobilin dəyəri (53.000 x 5 % = 2.650 dollar =) 4.505 manat məbləğində düşmüşdür. Həmçinin iş üzrə sübutların (qiymətləndirməyə dair müvafiq təsdiqedici sənədlərin toplanması, cavabdeh orqana bir neçə dəfə müraciət edilməsi, cavabdeh orqanın səlahyyətli vəzifəli şəxslərlə işlə bağlı görüşlərin keçirilməsi, etibarnamə əsasında məhkəmədə təmsil olunmaq, ərizələrin hazırlanması, müraciətlərin göndərilməsi kimi hüquqi xidmətlərin göstərilməsi üçün “Kəngərli və partnyorları” Vəkil Bürosu (vəkili İsmayılov Riçard Zamil oğlu) ilə müqavilə bağlanmış və müqavilə üzrə Vəkil Bürosuna 2.000 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən də, iddia ərizəsində qeyd edilən (22.650 manat, 836,62 manat, 4.505 manat, 2.000 manat) məbləğlər və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat cavabdeh Xidmətdən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

2. Cavabdeh Xidmətə məxsus avtomobili idarə etmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. Cavabdeh Xidmətin nümayəndəsi və iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etmədikləri üçün işə onların iştirakı olmadan baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddia ərizəsində tutulması xahiş edilən 22.650 manat məbləğində pulun bir hissəsinin – 22.304 manat, 4.505 manat məbləğində pulun isə tam həcmdə, hüquqi yardıma çəkilmiş xərcin yarısının – 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin – 100 manat məbləğində pulun cavabdeh Xidmətdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının xərcini təşkil edən 500 manat məbləğində pulun bərbər hissələr ilə iddiaçı MMC-dən və cavabdeh Xidmətdən tutularaq “xxxx” Qiymətləndirmə Xidmətinə ödənilməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 22.304 manat məbləğində maddi zərər vurulması, iddiaçıya məxsus avtomobil dəyərinin 4.505 manat məbləğində aşağı düşməsi sübuta yetirildiyi üçün həmin məbləğlər cavabdeh Xidmətdən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddiaçı MMC-yə məxsus avtomobilin təmiri üçün iddiaçı MMC tərəfindən “xxxx” Avtoservis Mərkəzinə 836,62 manat ödənişin edilməsi sübuta yetmədiyindən MMC-nin iddiasının həmin məbləğin tutulması ilə bağlı hissəsi təmin edilməməlidir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı MMC-nin çəkdiyi xərclərə gəldikdə isə qeyd edilməlidir ki, iddia qismən təmin edildiyindən hüquqi yardıma görə Vəkil Bürosuna ödənilmiş məbləğin yarası – 1.000 manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun bir hissəsi – 100 manat cavabdeh Xidmətə, həmin məbləğlərin qalan hissəsi isə iddiaçı MMCnin özünə aid edilməlidir. İddia qismən təmin edildiyindən iş üzrə keçirilmiş qiymətləndirmənin tədqiqatının xərcini təşkil edən 500 manat məbləğində pul bərbər hissələr ilə iddiaçı MMC-dən və cavabdeh Xidmətdən tutularaq “xxxx” Qiymətləndirmə Xidmətinə ödənilməlidir. c) apellyasiya şikayətləri barədə məlumat

5. İddiaçı MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin “hüquqi yardıma görə ödənilmiş vəsaitin 1.000 manat” hissəsində dəyişdirilərək təmin olunmuş iddia məbləğinə mütənasib olaraq “hüquqi yardıma görə ödənilmiş vəsaitin 1.777 manat” həcmdə təmin edilməsini xahiş etmişdir.

6. MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər tərəflərə aid edilməlidir. İşə baxmış Rayon Məhkəməsi isə mütənasiblik prinsipini düzgün tətbiq etməmişdir. Belə ki, əsas iddia tələbinin 88,85%-i təmin edildiyi halda, Rayon Məhkəməsi vəkil xərcini (2.000 manat) eyni nisbətdə deyil, əsassız olaraq yarıbayarı (1.000 manat) azaltmışdır.

7. Cavabdeh Xidməti də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməməsini Məhkəmədən xahiş etmişdir.

8. Bu apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, yol-nəqliyyat hadisəsini törədən şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülki işçi deyil, hərbi qulluqçudur. Hərbi xidmət dövlət qulluğunun xüsusi növüdür və hərbi qulluqçularla dövlət orqanı arasında “əmək müqaviləsi” bağlanmır. Belə olan Rayon Məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Xidmətin “işçisi”, Xidməti isə “işə götürən” kimi qələmə verib, işçinin vurduğu zərərin əvəzinin işəgötürəndən tutulması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Cavabdeh Xidmət hərbi qulluqçunun vurduğu zərərə görə məsuliyyət daşımır. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçıya məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi ilə bağlı tələb olunan vəsaitin hesablanması dövlət orqanı - Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən deyil, özəl şirkət - “xxxx” Qiymətləndirmə Xidməti tərəfindən aparılmışdır. Buna görə də həmin Şirkətin verdiyi hesabata mütləq etibarlı sübut kimi yanaşmaq olmaz. Həmin Şirkətin verdiyi hesabatda qeyd edilən məbləğ şişirdilmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamış, iş üzrə ekspertiza təyin edərək, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı MMC, ona məxsus avtomobilin qəza nəticəsində dəyərinin aşağı düşdüyü bildirsə də, avtomobilin qəzadan əvvəlki texniki vəziyyəti Rayon Məhkəməsi tərəfindən araşdırılmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə icbari sığorta məbləği olaraq 5.000 manat məbləğində pul ödənilir. Lakin işə baxmış Rayon Məhkəməsi iddiaçı MMC-yə icbari sığorta məbləğinin ödənilib-ödənilməməsini araşdırmamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

9. İddiaçı MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh Xidmət tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçı MMC-yə icbari sığorta qaydasında hər hansı bir məbləğdə ödəniş olmamışdır. Əgər cavabdeh Xidmət icbari sığorta qaydasında iddiaçıya ödənişin edilməsini bildirirsə, onda bu halı sübut etmək yükünü daşıyır, çünki yol-nəqliyyat hadisəsi cavabdeh Xidmətin sürücüsü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs törətmişdir. Lakin cavabdeh Xidmət nəinki, icbari sığorta əsasında iddiaçıya sığorta ödənilməsini təsdiq edə biləcək sənədləri, hətta Xidmətə məxsus nəqliyyat vasitələrinin icbari qaydada sığorta edilməsini təsdiq edə biləcək sənələri məhkəmələrə təqdim etməmişdir. Onda olan məlumata görə isə hərbi strukturların, o cümlədən cavabdehin – Cavabdeh nəqliyyat vasitələri ümumiyyətlə icbari qaydada sığorta olunmur.

10. Cavabdeh Xidmətin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçı MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və cavabdeh Xidmət tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, sübut etmə yükü cavabdeh tərəfin deyil, iddiaçı tərəfin üzərinə düşür. Buna görə də, iddiaçı MMC-nin vəkilinin (nümayəndəsinin) dedikləri əsaslı hesab edilə bilməz.

11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, “xxxx” markalı, **-YY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı MMC-yə, “Mitsubishi L200” markalı, B-***-DS dövlət qeydiyyat nişanlı avtomobil isə cavabdeh Xidmətə məxsusdur. İş üzrə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Xidmətin R hərbi rütbəsində olan hərbi qulluqçusudur. ##.##.2024-cü il tarixdə, saat 09:20 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, “20-ci sahə” adlanan ərazidə, “X1” qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeyd edilən həmin avtomobillər toqquşmuşlar.

14. Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin ##.##.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, qeyd edilən yol nəqliyyat hadisəsi cavabdeh Xidmətə məxsus həmin avtomobili idarə etmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməməsi nəticəsində baş vermişdir. Buna görə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmuşdur.

15. Cavabdeh Xidmət və ya iş üzrə üçüncü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi ilə bağlı sübutları işə baxmış məhkəmələrə təqdim etməmişlər. Buna görə də qəbul edilməlidir ki, həmin qərar qüvvədədir.

16. İşdə olan sənədlərdən, o cümlədən işdə olan fotoşəkillərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı MMC-yə məxsus avtomobil zədələnmiş və istismara yarasız vəziyyətə düşmüşdür.

17. Bunları nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh Xidmət, onun işçisinin törətdiyi deliktə (vurduğu zərərə) görə mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş maddi zərərin əvəzini ödəməlidir.

18. Rayon Məhkəməsi bu nəticəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Zərərin əvəzinin ödənilməsi” adlı 21-ci maddəsinin, “Mülki hüquq pozuntuları (deliktlər) anlayışı” adlı 1096-cı maddəsinin, “Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti” adlı 1099-cü maddəsinin, “Zərərin əvəzinin ödənilməsi üsulları” adlı 1115-ci maddəsinin tələbləri baxımından əsaslandırmışdır.

19. Məhkəmə bildirir ki, cavabdeh Xidmətin qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edildiyi kimi cavabdeh Xidmətə məxsus avtomobili idarə etmiş və yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsini törətməklə iddiaçı MMC-yə münasibətdə delikt törətmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh Xidmətin işçisi deyil, o, cavabdeh Xidmətin R hərbi rütbəsində olan hərbi qulluqçusudur. Xidmət ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs arasında əmək münasibətləri olmadığından Rayon Məhkəməsi Mülki Məcəllənin 1099-cü maddəsinə istinad etməkdə haqlı olmamamışdır. Belə ki, Mülki Məcəllənin 1099-cü maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1.). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2.).

20. Buna baxmayaraq Məhkəmə hesab edir ki, bu kimi halın mövcudluğu Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi üçün əsas götürülə bilməz. Çünki Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi faktlar nöqteyi-nəzərindən əsaslıdır və Rayon Məhkəməsinin əsas götürdüyü digər maddi hüquq normaları Rayon Məhkəməsi tərəfindən düzgün seçilmişdir.

21. Belə ki, Rayon Məhkəməsinin əsas götürdüyü Mülki Məcəllənin digər maddələrinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).

22. Bunları nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh Xidmət yol-nəqliyyat hadisəsini törətmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs münasibətdə “işəgötürən” statusunda olmasa da, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hadisə vaxtı idarə etdiyi avtomobilin, yəni yüksək təhlükə mənbəyinin sahibidir və buna görə də, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçıya münasibətdə törətdiyi deliktə görə mülki məsuliyyət daşıyır.

23. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətində cavabdeh Xidmətin bu məsələ ilə bağlı göstərdiyi dəlil formal xarakterli hesab edilməlidir.

25. Bu nəticəyə gələn Məhkəmə həmçinin nəzərə alır ki, Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115.).

26. Rayon Məhkəməsi iddiaçı MMC-yə dəymiş maddi zərərin əvəzinin cavabdeh Xidmət tərəfindən ödənilməli olması nəticəyə gələrkən nəzərə almışdır ki, “xxxx” Qiymətləndirmə Xidməti tərəfindən iş üzrə verilmiş ##.##.2025-ci il tarixli, 10-***/** №-li rəydə qeyd edilmişdir ki, iddiaçı MMC-yə məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsait ##.##.2024-cü il tarixli “Qüsur aktında” göstərilən məlumatlar əsasən 22.304 manat təşkil edir.

27. Buna görə də, Rayon Məhkəməsi, iddia ərizəsində tutulması tələb olunan 22.650 manatı deyil, yuxarıda qeyd edilən rəydə nəzərdə tutulmuş 22.304 manat məbləğində pulun cavabdeh Xidmətdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir.

28. Cavabdeh Xidmət “xxxx” Qiymətləndirmə Xidmətinin verdiyi həmin rəydə göstərilən məbləğin şişirdilmiş olduğunu bildirsə də, Məhkəmə hesab edir ki, Xidmətin bu dəlili sübuta söykənmədiyi üçün əsaslı hesab edilə bilməz. Çünki bunu bildirən cavabdeh, iddiaçıya dəymiş və yuxarıda qeyd edilən rəyi ilə müəyyən edilmiş ziyanın məbləğini şübhə altına ala biləcək hər hansı sübutu (məsələn: avtomobillərin təmiri ilə məşğul olan hər hansı müəssisəsinin və ya mütəxəssisin rəyini) Məhkəməyə təqdim edilməmişdir.

29. Bu baxımdan qəbul edilməlidir ki, Rayon Məhkəməsi cavabdeh Xidmətdən iddiaçı MMC-nin xeyrinə 22.650 manatı məbləğində pulun tutulmasını qət etməkdə haqlı olmuşdur.

30. İddiaçı MMC tərəfindən cavabdeh Xidmətə qarşı irəli sürülmüş digər tələb avtomobilin zədələnməsi nəticəsində avtomobilin əvvəlki dəyərinin 4.505 manat məbləğində azalması ilə bağlı həmin məbləğin cavabdeh Xidmətdən onun xeyrinə tutulması barədədir.

31. Rayon Məhkəməsi işin hallarını və ona təqdim edilmiş sübutları nəzərə alaraq bu tələbi tam həcmdə təmin etmişdir.

32. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh Xidmət Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmır və bildirir ki, Rayon Məhkəməsi iddiaçı MMC-yə məxsus avtomobilin qəzadan əvvəlki texniki vəziyyətini araşdırmamışdır.

33. Cavabdeh Xidmətin bu dəlilinin əsaslılığı ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəmə iddiaçı MMC-yə məxsus avtomobilin dəyərinin aşağı düşməsini araşdırmış və bununla bağlı “xxxx” Qiymətləndirmə Xidməti qarşısında müvafiq sual qoymuşdur.

34. “xxxx” Qiymətləndirmə Xidməti tərəfindən də Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli, 10-***/** №-li rəydə qeyd edilmişdir ki, baş vermiş və yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin əmtəə dəyər itkisi 10.057 manat təşkil edir.

35. Buna baxmayaraq Rayon Məhkəməsi cavabdeh Xidmətdən iddiaçı MMC-nin xeyrinə tutulmalı olan həmin zərərin əvəzini rəydə qeyd edilən məbləğdə deyil, iddia ərizəsində qeyd edilən məbləğdə müəyyən etmişdir.

36. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu kimi nəticəsi əsaslıdır. Çünki, əvvəla, Rayon Məhkəməsi iddiaçı MMC-yə məxsus avtomobilin dəyərinin aşağı düşməsini araşdırmışdır və MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə almışdır. Belə ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Bu baxımdan qəbul edilməlidir ki, cavabdeh Xidmətin müzakirə edilən bu dəlili də əsassızdır.

38. Cavabdeh Xidmət qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edir ki, yolnəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə icbari sığorta məbləği olaraq 5.000 manat məbləğində pul ödənilir. Lakin işə baxmış Rayon Məhkəməsi iddiaçı MMC-yə icbari sığorta məbləğinin ödənilib-ödənilməməsini araşdırmamışdır.

39. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə görə, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

40. Cavabdeh Xidmət icbari sığorta qaydasında iddiaçı MMC-yə nəinki sığorta ödənişinin verilməsini təsdiq edə biləcək sübutları, hətta onun məsuliyyətinin üçüncü şəxslər qarışında icbari qaydada sığortlanmasını hansı Sığorta Şirkəti tərəfindən həyata keçirildiyi barədə məlumatları belə işə baxmış məhkəmələrə təqdim etməmişdir.

41. Buna görə də, Məhkəmə cavabdeh Xidmətin müzakirə edilən bu dəlili də əsassız hesab edir.

42. Qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh Xidmət iş üzrə Rayon Məhkəməsinin qətnaməsinin tam həcmdə ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini tələb etdiyindən Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı MMC tərəfindən cavabdeh Xidmətə qarşı irəli sürdüyü iddianın “xxxx” Avtoservis mərkəzinə ödənilmiş 836,62 manat məbləğində pulun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə hissəsini rədd etmişdir.

43. İddiaçı Rayon Məhkəməsinin bu nəticəsini mübahisələndirməmişdir.

44. Həmin nəticə cavabdehin maraqlarına toxunmadığından Məhkəmə hesab edir ki, həmin nəticənin əsaslılığının apellyasiya qaydasında müzakirə edilməsi üçün əsas yoxdur.

45. İddianın qismən təmin edilməsini nəzərə almış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, iddiaçı MMC-nin hüquqi yardıma görə çəkdiyi xərcin yarısı – 1.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsi – 100 manat məbləğində pul cavabdeh Xidmətdən iddiaçı MMC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının xərcini təşkil edən 500 manat məbləğində pul bərbər hissələr ilə iddiaçı MMC-dən və cavabdeh Xidmətdən tutularaq “xxxx” Qiymətləndirmə Xidmətinə ödənilsin.

46. Rayon Məhkəməsinin bu nəticəsinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir (maddələr 115.0.1. və 115.0.6.). Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (maddə 121.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər tərəflərə aid edilməlidir (maddə 119.1.).

47. İddiaçı MMC tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, MMC, hüquqi yardıma görə “Kəngərli və partnyorları” Vəkil Bürosuna 2.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə dövlət büdcəsinə 180 manat məbləğində dövlət rüsumu ödəmişdir.

48. “xxxx” Qiymətləndirmə Xidmətinin Rayon Məhkəməsinə verdiyi “Ekspertiza xərclərinə dair bildirişdən” isə görünür ki, iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının xərci 500 manat təşkil edir.

49. Odur ki, bunları, iddianın qismən təmin edilməsini və MPM-in tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslı və qanunidir. Hər iki apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlilləri əsassızdır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

50. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, hər iki apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları isə, MPM-in 119.1-ci maddəsinin tələbinə görə, rüsumları ödəmiş şəxslərin özlərinə aid edilməlidir.

53. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı MMC-nin və cavabdeh Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar