Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3512/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərardadından iddiaçının şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları 1.Iddia ərizəsində cavabdeh Cavabdeh 1 000 manat alınaraq iddiaçı İddiaçı verilməsi tələb olunub. Iddia ərizəsinin əsasında Xətai Rayon Məhkəməsində mülki iş başlanıb. Müəyyən olunur ki, Xətai Rayon Məhkəməsinin icraatında hazırkı mülki işlə əlaqəli olan iki iş var. 2.Birinci iş *(***)-****/**** nömrəli mülki işdir. Həmin mülki işdə iddiaçı Cavabdeh cavabdeh “xxxx” MMC-yə qarşı “zərərin ödənilməsi barədə” iddia verərək maddi zərərin əvəzi kimi 10.000 manat, mənəvi zərərin əvəzi kimi 1.000 manat tələb edib. “xxxx” MMCnin direktoru olan Azər Şirvanzadə hazırkı mülki işdə iddiaçı İddiaçı oğludur. 3.Ikinci iş *(***)-***/**** nömrəli cinayət işidir. Həmin cinayət işində Azər Şirvanzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilir. Cavabdeh ona 10 000 manat zərər dəydiyini bildirərək cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmasını xahiş edib və zərər çəkmiş şəxs kimi tanınıb. Təqsirləndirilən şəxs Azər Şirvanzadə hazırkı mülki işdə iddiaçı İddiaçı oğludur. 4.Yuxarıda göstərilən 2(011)-2716/2025 və *(***)-***/**** nömrəli işlərdə 10 000 manat məbləğində maddi zərərin vurulması iddia və ittihamdır. Iddia və ittiham üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığına görə, 10 000 manat maddi zərərin vurulması hüquqi müstəvidə ehtimal kimi qiymətləndirilir. 5.Hazırkı mülki işdə iddiaçı İddiaçı 1 000 manat pul tutulması barədə tələbi onunla əsaslandırıb ki, 10 000 manat maddi zərərə görə Cavabdeh 1 000 manat ödəyib, növbəti aylarda bir o qədər ödəniləcəyi razılaşdırılıb, lakin sonradan Cavabdeh onun oğlunun dələduzluq yolu ilə 10 000 manatı ələ keçirdiyi polisə bildirib, o cümlədən zərərin məbləğini azaltmayıb, 1 000 manat aldığını gizlədib. Bundan başqa, İddiaçı iddia edir ki, oğlu Azər Şirvanzadənin öhdəliklərinə görə məsuliyyət daşımır. Məhkəmə icraatı 6.Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı mülki iş üzrə icraat həmin məhkəmənin icraatında olan *(***)-***/**** nömrəli cinayət işi və *(***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər dayandırılsın. 7.Iddiaçının şikayətində qərardadın ləğv edilməsi tələb olunub. 8.Birinci instansiya məhkəməsi şikayəti rədd edərək baxılması üçün apellyasiya instansiyasına göndərib. Məhkəmənin mövqeyi 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2004-cü il tarixli qərarında qeyd olunub ki, MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asıllığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. 10.Hazırkı mülki işlə *(***)-****/**** nömrəli mülki işin və *(***)-***/**** nömrəli cinayət işinin arasında göstərilən asıllıq mövcuddur. Belə ki, iddiaçı İddiaçı iddia ərizəsində istinad etdiyi hallardan görünür ki, o, oğlunun öhdəliyinə görə oğlunun əvəzinə 1 000 manat ödəyib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-cü maddəsinə görə, öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu qayda zərər vurulmasından əmələ gələn öhdəliklərə də şamil olunur. Odur ki, İddiaçı oğlunun öhdəliyini onun əvəzinə icra edə bilər. Hazırkı iddiada İddiaçı üçüncü şəxs kimi borclunun (oğlunun) əvəzinə kreditora ödədiyi pulu geri tələb edir. Bu iddianın düzgün həlli üçün əvvəlcə borclunun (iddiaçının oğlunun) kreditorun qarşısında öhdəliyinin olubolmadığı, əgər öhdəlik varsa onun həcmi müəyyənləşdirilməlidir. Bunun müəyyənləşdirilməsi üçün isə (***)-****/**** nömrəli mülki iş və *(***)-***/**** nömrəli cinayət işi həll edilməlidir. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə icraatı dayandırıb, icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas yoxdur. 11.Hazırkı şikayətə MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yazılı icraat qaydasında baxılıb. Iddiaçı şikayətə məhkəmə iclasında baxılması barədə vəsatət versə də, vəsatət protokol qaydasında qərardadla təmin edilməyib, çünki iş materiallarında olan məlumatlar şikayətin həlli üçün kifayət edir. 12.Iddiaçı apellyasiya icraatı zamanı məhkəmə tərkibinə etiraz versə də, etiraz protokol qaydasında qərardadla baxılmamış saxlanılıb. Belə ki, MPM-in 21.3-cü maddəsinə görə, məhkəməyə etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz üçün əsaslar MPM-in 19-cu maddəsində müəyyən edilib, lakin iddiaçı həmin maddədə göstərilən əsaslara dair sübut təqdim etməyib. 13.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-3512/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3512/2026
14.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver