Məhkəmə qərarları › İş №2(3-6)-354/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-354/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-354/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək Icarəçiyə təhvil verməsini, Icarəçi isə Icarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra Icarəyə verənin həmin Akt və Müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür, müqavilədə nəzərdə tutulmuş işlərin Icarəyə verən tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur.

2. Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, Frontal yükləyici (KON) icarəsi ** BC *** 28 günə hər günə 200 manat olmaqla icarəyə verilmişdir.

3. Təhvil-təslim aktından görünür ki, İddiaçı avqust ayında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə Frontal yükləyici (KON) ** BC *** avadanlığını, dəyəri 6166,71 manat, 33 günə hər günə 186,87 manat olmaqla icarəyə verilmişdir.

4. Təhvil-təslim aktından görünür ki, İddiaçı sentyabr ayında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə Frontal yükləyici (KON) ** BC *** avadanlığını, dəyəri 4111,14 manat, 22 günə hər günə 186,87 manat olmaqla icarəyə verilmişdir.

5. Ödəniş tapşırığından görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti 1803,37 manat ödəniş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 8424,48 manat pulun və iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Bakı şəhərində ## ###### 2024-cü il tarixli, **/** nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarına əsasən iddiaçı özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan aktlarda nəzərdə tutulan işləri icra edərək cavabdehə təhvil verməsini, cavabdeh isə iddiaçıya təhvil verdiyi işi ondan təslim aldıqdan sonra iddiaçının akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərini ödəməyi öz öhdəsinə götürür. Buna baxmayaraq, cavabdeh müqavilənin müddəalarına əməl etməmiş və iddiaçıya gördüyü işin müqabilində ödəniş etməkdən yayınmışdır. Belə ki, 2024-cü ilin avqust və sentyabr ayında iddiaçı ümumi dəyəri 10227,85 manat məbləğində iş görmüşdür. Bütün bunlar iddia ərizəsinə əlavə edilən təhvil-təslim aktlarından da aydın görünür. Cavabdeh bu günə müqavilə üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Məhkəmədə iddia qaldırılmazdan öncə tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəalarına əsasən, mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehə təklif məktubu ilə müraciət olunmuşdur. Cavabdeh məktub ona çatdıqdan sonra iddiaçıya olan borcundan 1803,37 manat ödəmişdir. Hazırda cavabdehin iddiaçıya olan ümumi borcu 8424,48 manat təşkil edir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 8424,48 manat məbləğində pul və 105 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, təhvil-təslim aktından görünür ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə Frontal yükləyici (KON) ** BC *** avadanlığını vermişdir. Qiymətlərin razılaşdırılması protokoluna əsasən Frontal yükləyici (KON) ** BC *** avadanlığı 28 gün, hər günə 200 manat olmaqla icarəyə verilmişdir. Avqust ayı üzə avadanlığın icarə haqqı 33 gün olmaqla hər günə 186,87 manat cəmi 6166,71 manat, sentyabr ayı üzə isə 22 gün olmaqla hər günə 186,87 manat cəmi 4111,14 manat borc yaranmışdır. Iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilərək, müqavilədə göstərilən əşyalar cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək iddiaçıya olan borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddiaçı qarışısında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Göründüyü kimi icarəyə verilən əşyanın dəyəri 6166,71+4111,14=10277,85 manatdır. Cavabdeh isə borcundan 1803,37 manat ödəniş etmişdir. Qalan 8474,48 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389, 390, 399.1, 425, 430.1, 442, 700, 704.2-ci maddələrinə, “Icarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 80, 119.1, 217.4, 241.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin - 1439,27 manat hissəsində rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, müqavilə üzrə “Icarəyə verən” İddiaçı tərəfindən 2024-cüilin avqust (ÖMV daxil 6166,71 manat) və sentyabr (ÖMV daxil 4111,14 manat) ayları üzrə təhvil-təslim aktları təqdim edilmişdir. Həmin təhvil-təslim aktlarında qeyd edilən məbləğin bir hissəsi apellyasiya şikayətinə əlavə edilmiş ödəniş tapşırığından da göründüyü kimi Cavabdeh MMC tərəfindən ödənilmiş və hal-hazırda İddiaçı ÖMV çıxıldıqdan sonra 7035,58 manat məbləğində ödənilməmiş borc qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, İ **/** saylı Müqaviləyə Əlavədə (X5) qeyd edilmişdir ki, Əlavədə qeyd edilən qiymətlərə ÖMV (ödəmə mənbəyindən vergi) daxil deyil. Lakin Müqavilə üzrə “Icarəyə verən” İddiaçı təqdim etdiyi təhvil-təslim aktlarında Müqavilə şərtlərinə zidd olaraq icarə haqlarına ÖMV məbləğini də əlavə etmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan faktlar iddiaçı İddiaçı tərəfindən qanunsuz olaraq məqsədli şəkildə gizlədilmiş və birinci instansiya məhkəməsi tərəfindən də bununla bağlı heç bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə iddiaçı İddiaçı iddia etdiyi məbləğin bir hissəsinin Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi ödənilməsi və 14% ÖMV (ödəmə mənbəyindən vergi) çıxıldıqdan sonra ümumilikdə 7035,58 manat borcun qalması qanunsuz və əsassız olaraq araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin bir hissəsini məhkəməyədək icra etməsi qanunsuz və əsassız olaraq nəzərə alınmamış, iş üzrə iddiaçı İddiaçı iddia etdiyi məbləğin bir hissəsi Cavabdeh MMC tərəfindən ödənilmişdir, 1439,27 manat hissəsi isə qanunsuz və əsassız olaraq şişirdilmiş (ÖMV məbləği) məbləğdir. Qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanlar işin faktiki hallarına uyğun gəlmir. Belə ki, iş üzrə Cavabdeh MMC-nin müqavilə üzrə öhdəliklərinin bir hissəsini məhkəməyədək icra etməsi məhkəmə tərəfindən araşdırılmamış və müqavilənin şərtləri, o cümlədən maddi və prosessual qanunvericiliyin tələbləri əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Cavabdeh MMC tərəfindən birinci instansiya məhkəməsində üzrlü səbəblərdən iştirak edilmədiyindən iddiaçı İddiaçı Cavabdeh MMC tərəfindən qeyd olunan borcun bir hissəsinin ödənilməsini təsdiq edən ödəniş sənədlərini üzrlü səbəblərə görə məhkəməyə təqdim etmək mümkün olmamışdır. Bu səbəbdən də, hesab edir ki, hazırki şikayətə əlavə edilmiş yeni sübut və faktlar kimi məhkəmə tərəfindən nəzərə alınmalı və mübahisə üzrə obyektiv araşdırma aparılaraq qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Müqavilə üzrə “Icarəçi” Cavabdeh MMC tərəfindən “Icarəyə verən” İddiaçı ödənişlər edilməsi qanunsuz və əsassız olaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bu səbəbdən də, iddiaçı İddiaçı 8424,48 manat məbləğində pulun tələb olunması barədə iddia tələbi tamamilə qanunsuz və əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə qəbul edilərkən aşağıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də, hesab edir ki, qeyd olunanlar nəzərə alınmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan tam şəkildə ləğv edilməli və iddiaçı İddiaçı iddia tələbi 1439,27 manat hissəsində rədd edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi və iddia tələbinin - 1439,27 manat hissəsində rədd olunması barədə qətnamə çıxarılması tələb edildiyindən, məhkəmə aktı iddia təmin olunan həmin hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, ləğv olunan hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.

19. Işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ##### 2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, icarəyə verən özünün sürücüləri və istifadəsində olan texnika və avadanlıqlarla bu müqavilənin tərkib hissəsi olan Aktlarda nəzərdə tutulan işləri icra edərək Icarəçiyə təhvil verməsini, icarəçi isə icarəyə verənin təhvil verdiyi işi ondan təslim aldıqdan sonra icarəyə verənin həmin akt və müqavilə ilə müəyyən etdiyi işlərin dəyərinin ödənilməsini öhdəsinə götürür. Müqavilədə nəzərdə tutulmuş işlərin Icarəyə verən tərəfindən icra olunması tərəflər arasında imzalanan təhvil-təslim aktı ilə müəyyən olunur. Qiymətlərin razılaşdırılması protokolundan görünür ki, Frontal yükləyici (KON) ** BC *** avadanlığı 28 gün, hər günə 200 manat olmaqla icarəyə verilmişdir. Avqust ayı üzə avadanlığın icarə haqqı 33 gün olmaqla hər günə 186,87 manat cəmi 6166,71 manat, sentyabr ayı üzə isə 22 gün olmaqla hər günə 186,87 manat cəmi 4111,14 manat, təşkil edir. Ödəniş tapşırığından görünür ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti borcundan 1803,37 manat ödəniş etmişdir.

20. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı İddiaçı iddia etdiyi məbləğin bir hissəsinin Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi ödənilməsi və 14% ÖMV (ödəmə mənbəyindən vergi) çıxıldıqdan sonra ümumilikdə 7 035,58 manat borcun qalması araşdırılmamışdır. Iddia tələbinin 1439,27 manat hissəsi qanunsuz və əsassız olaraq şişirdilmiş məbləğ, yəni ÖMV məbləğidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış ## ###### 2024-cü il tarixli, İ **/** saylı müqaviləyə Əlavədə (X5) qeyd edilmişdir ki, əlavədə qeyd edilən qiymətlərə ÖMV (ödəmə mənbəyindən vergi) daxil deyil. Bunun mahiyyəti isə ondan ibarətdir ki, İddiaçı vergi ödəyicisi olmadığından, ödəmə mənbəyindən vergi Cavabdeh MMC ödənilməli və bu məbləğ qiymətlərə daxil olunmamalıdır. Lakin borc hesablanarkən bu məbləğ nəzərə alınmamışdır. Ödəmə mənbəyindən verginin 14% olduğu nəzərə alınarsa, birinci instansiya məhkəməsinin borcun 1439,27 manat hissəsinin tutulması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur.

22. Apellyasiya şikayətinin dəlilləri baxımından araşdırma aparan məhkəmə kollegiyası hesab edir ki, “cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 8424,48 manat məbləğində pul və 105 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə 14% ÖMV (ödəmə mənbəyindən vergi) məbləğinin – “1439,27 manat məbləğində pul vəsaitinin tutulması” hisssində əsassızdır, həmin hissədə qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir.

23. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə təsdiq olunur, dəlillər qətnamənin qismən ləğvinə əsas verir. Buna görə də apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq həmin hissədə iddia rədd edilməlidir.

24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qiyabi qətnaməsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 1439,27 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar