Azərbaycan̆Respublikası̆adından Qətnamə Bakı̆şəhəri İş̆№̆2(3-6)-3796/2026 09.09.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 MMC və cavabdeh1 qarşı iş üzrə (Açar̆sözlər:̆maddi zərərin əvəzinin ödənilməsi) Fuad̆Vahid̆oğlŭQəşəmzadənin̆katibliyi, Iddiaçı̆İddiaçı̆iştirakı̆ilə, Işin halları
1. “xxxx” MMC-nin direktoru cavabdeh1, şəxsində bir tərəfdən və digər tərəfdən İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC Bakı Şəhər IH başçısının ##.##.2017- ci il tarixli 582 № sərəncamına əsasən “Yaşayış binasının tikintisi haqqında” Sərəncamı ilə Gəncə prospekti 113 ünvanda yerləşən 5 mərtəbəli mansardlı evin 2 mərtəbə, ümumi sahəsi 45 kv.metrə olan, * nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı” ya verməyi öz öhdəsinə götürmüşdür. Payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.metrə sahə üçün 650 manat müəyyən edilmişdir. Sahəsi 45 kv.metr olan mənzil̆üçün̆cəmĭ8.775̆manat̆ödənilmişdir.̆
2. “xxxx” MMC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Atabəylər prospekti 149 ünvanında layihəyə uyğun olaraq tikilməkdə olan yaşayış binası “xxxx” MMC-yə məxsusdur. A nömrəli binanın 2-ci bloku, 2-ci mərtəbə, ümumi sahəsi 45 kv.mş olan izolə olunmuş 1 otaqdan ibarət * nömrəli mənzilin dəyərĭ29250̆manat̆təşkil̆edir.̆Payçı̆İddiaçı̆tərəfindən̆8775̆manat̆ödənilmişdir.
3. “xxxx” MMC tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, X2̆5̆ayın̆ödənişlərinə̆görə̆ümumilikdə,̆2560̆manat̆məbləğində̆ödəniş̆etmişdir.
4. Cinayət işi başlanmasının rədd edilməsi barədə ##.##.2024-cü il tarixli qərarın surətindən görünür ki, ##.##.2024-cü il tarixdə Gəncə şəhəri, S.Qazıyeva küçəsi 2-ci döngə, ev 15A-da yaşayan İddiaçı DIN-in 102 xidməti zəng mərkəzinə zəng edərək, X3 və X7 tikinti işi aparıb mənzil tikəcəkləri adı ilə onu aldatmaları, 2022-ci ildə sonuncuya 11375 manat pul verməsi, lakin vədlərinə əməl etməyərək pulunu geri qaytarmadıqlarını bildirmişdir. Material üzrə izahatı alınmış vətəndaş İddiaçı izahatında göstərmişdir ki, 2022-ci ilin mart ayında “Instagram” sosial şəbəkəsində bina evləri satışı elanı görmüş və həmin profildə olan nömrə ilə əlaqə saxlamışdır. Solmaz adlı qadın onun zənginə cavab vermiş və o, “xxxx” MMC-nin Gəncə şəhər Grand Qafqaz ticarət mərkəzində yerləşən ofislərinə getmişdir. Solmaz xanım onu özünü tikintinin nəzarətçisi kimi təqdim edən X7 ilə tanış etmiş, bundan sonra o, Solmaz xanımla birlikdə həmin tikiliyə baxmağa getmişdir. Tikinti Gəncə şəhəri, Atabəylər prospekti 149 ünvanında yerləşmiş, o, binanın birinci mərtəbəsində yerləşən 45 kv.m sahəsi olan evə baxmış və bəyənmişdir. Bundan sonra ofisə qayıtmış, o, Şaiq Rüstəmovla 29250 manata razılaşmışdır. Bir neçə gündən sonra o, ilkin ödəniş kimi 8775 manat pulu ofisə gedərək Şaiq Rüstəmova vermiş, yerdə qalan 20.775 manat pulu 3 il müddətində hissə-hissə verməyə razılaşmışdır. Aylıq 512 manat pul ödəməli olmuş, o, əlavə olaraq 5 ay müddətində 2560 manat pul ödəniş, o, ümumilikdə 11335 manat pul ödəmişdir. O, tikintinin davam etmədiyini görüb ödənişi dayandırmış, bundan sonra Şaiqlə əlaqə saxlamış, Şaiq onu Köhnə Gəvə zavodunun söküntüsünə rəhbərlik edən X3 ilə tanış etmişdir. Onlar gəvə zavodunun qarşısında Həsənlə görüşmüş, Həsən ona gəvə zavodunun söküntü işlərini apardığını, həmin binanın da sahibi olduğu və cavabdeh1 onun qardaşı olmasını bildirmişdir. Həsən ona binaya özünün cavabdehlik daşıdığını və tez bir zamanda binanın istifadəyə veriləcəyini ona söz vermişdir. O, bundan sonra dəfələrlə Həsən və Şaiqlə əlaqə saxlamaq istəsə də, zənglərinə cavab verilməmiş və onun nömrəsini bloka atmışlar. Bundan sonra o, 2023-cü ilin oktyabr ayında gəvə zavodunda fəhlələrdən Həsəni maraqlananda, Teymur adlı şəxs ona yaxınlaşmış, Teymur binanın tikintisini ona tapşırdıqlarını, tez bir zamanda qazın, işığın və suyun çəkiləcəyini bildirmişdir. Lakin o, bir neçə ay səbr etsə də, binada tikinti işləri başlamamış, bundan̆sonrăo,̆aldadıldığını̆görüb̆şikayət̆etmişdir.̆
5. Material üzrə izahatı alınmış vətəndaş X3 izahatında göstərmişdir ki, Gəncə şəhəri, Natavan qəsəbəsi, Atabəylər küçəsində bina tikintisi ilə məşğul olmuş, həmin tikintidə İddiaçı ev satmışdır, Elnarə də kredit formasında hissə-hissə olmaqla ona 11300 manat pul vermişdir.̆
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şənsi * saylı Gəncə Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Atabəylər prospekti 149 ünvanındakı torpaq sahəsi üzərində çoxmərtəbəli yaşayış binaları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçəməmişdir. Binaların yerləşdiyi torpaq sahəsi isə X1, X8 və X4 mülkiyyətindədir. X8 və X4, hər birinin mülkiyyətində olan 0,1 ha torpaq sahələrinin kateqoriyası 2025-ci ilin dekabr ayında dəyişdirilərək,̆yaşayış̆məntəqələrinin̆torpaqları̆kimĭmüəyyən̆edilmişdir.̆
7. İddiaçı tərəfindən cavabdeh cavabdeh2 MMC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəflər arasında bağlanmış ## #### 2022-ci il tarixli müqavilənin şərtləri qarşı tərəfin pozduğuna, istinadən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və mənim tərəfimdən ödənilmiş 11 335 manat pulun iddiaçıya geri qaytarılmasını̆xahiş̆etmişdir.̆
8. “xxxx” MMC tərəfindən təqdim edilmiş CVN/Y **-***/** nömrəli rəydən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Atabəylər prospekti 149 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m. olan * saylı mənzil ilə analoji mənzilin ##.##.2026-cı il tarixində bazar dəyəri 406000 manat təşkil edir, bununla yanaşı Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Atabəylər prospekti 149 ünvanında yerləşən ümumi sahəsi 45 kv.m. olan * saylı mənzil̆ilə̆analojĭmənzilin̆##.##.2026-cı̆il̆tarixində̆bazar̆dəyərĭ29000̆manat̆təşkil̆edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdeh cavabdeh2 MMC və cavabdeh1 qarşı cavabdehlərdən 11335 və 5000 manat dəymiş ziyanın və ödənilmiş 139 manat dövlət rüsumunun alınıb iddiaçıyăödənilməsĭtələbinə̆dair̆iddiăərizəsĭilə̆məhkəməyə̆müraciət̆etmişdir.
10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh Gəncə şəhəri Icra Başçısının ##.##.2017-ci il tarixli *** saylı sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Gəncə prospekti 113 ünvanda yerləşən 5 mərtəbəli mansardlı evin 2-ci mərtəbəsi, ümumi sahəsi 45 kv.m olan, * saylı izolə olunmuş 1 otaqdan ibarət bir mənzilli bir pay kimi iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Iddiaçı ilkin ödəniş kimi 8775 manat pul ödəmişdir. O, ##.##.2022-ci il tarixdə 512 manat, ##.##.2022-ci il tarixdə 512 manat, ##.##.2022-ci il tarixdə 512 manat, ##.##.2022-ci il tarixdə 1024 manat olmaqla, ümumilikdə, 11 335 ödəmişdir (on bir min üç yüz otuz beş) manat pul ödəmişdir. Iddiaçı sonradan cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilmədiyinin şahidi olmuşdur. Belə ki, binanın tikintisini 3 ilə bitirəcəklərini bildirilsə də, heç bir işin getmədiyinin şahidi olmuşdur. Bununla əlaqədar hətta polisə də şikayət etmişdir. Cavabdeh vaxtında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddiaçıya 5000 manat ziyan dəymişdir. Halbuki, iddiaçı həmin vaxt başqa bir yerdən ev götürə bilməmişdir. Hazırda daşınmaz əmlakın qiyməti də̆qalxmışdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 MMC-dən cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə üzrə ödənilmiş vəsaitin əvəzi olaraq 11335 (on bir min üç yüz otuz beş manat), maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 (yüz otuz doqquz manat) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, mütəxəssis tədqiqatının dəyərinə görə 250 (iki yüz əlli manat) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 MMC-dən tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin̆edilməməsĭqət̆edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 423.1, 423.2, 424.1, 424.2, 424.3, 424.4, 424.5, 425.1, 425.2, 442, 443.1-443.10, 448.1, 448.2, 448.3, 448.4, 449.1, 449.2, 449.3, 449.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 77.3, 119.1, 119.2, 119.3, 119.4, 119.5, 119.6-cı̆maddələrinə̆istinadlăəsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən cavabdeh cavabdeh2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinĭxahiş̆etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsi əsassız və qeyri obyektiv olaraq, iclasıda iştirakı təmin edilmədən qərar qəbul etmişdir. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, “xxxx” MMC-nin direktoru cavabdeh1, şəxsində bir tərəfdən və digər tərəfdən İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən“xxxx” MMC Bakı Şəhər IH başçısının ##.##.2017- ci il tarixli 582 № sərəncamına əsasən “Yaşayış binasının tikintisi haqqında” Sərəncamı ilə Gəncə prospekti 113 ünvanda yerləşən 5 mərtəbəli mansardlı evin 2 mərtəbə, ümumi sahəsi 45 kv.metrə olan, * nömrəli mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi “Payçı” ya verməyi öz öhdəsinə götürmüşdür. Payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.metrə sahə üçün 650 manat müəyyən edilmişdir. Sahəsi 45 kv.metr olan mənzil üçün cəmi 8.775 manat ödənilmişdir. X12” MMC tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərindən görünür ki, X2 5 ayın ödənişlərinə görə ümumilikdə, 2560 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə tarixli müqaviləyə əsasən iddiaçı tərəfdən “xxxx” MMC-yə mənzilin dəyəri olan 29250 manatdan 11335 manat məbləğ ödənilmişdir. Qalıq 17915 manat məbləğ isə hazırkı tarixədək İddiaçı tərəfindən ödənilməmişdir. Bununla da İddiaçı tərəflər arasında bağlanmış müqavilə şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış həmin müqavilənin 3.2. bəndindən görünür ki, müqavilə bağlandığı gündən beş gün ərzində alıcı tərəfindən mənzilin ümumi dəyərinin faiz məbləğindən az olmayaraq ilk haqqı ödənilir. Payçı pulun qalan hissəsini bərabər hissələr olmaqla ümumi dəyərin məbləğində və müddətində hər ayın 20 si-30 u arasında ödəməyi öhdəsinə götürür. 3.3. bəndə əsasən Payçı ilk ödənişi gecikdirərsə Icraçı-nın ixtiyarı varki bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. Ilk ödəmədən sonraki haqqlar 30 gündən artıq gecikdirilərsə Icraçı-nın ixtiyarı var ki, müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pul Payçı ya Icraçı tərəfindən yalnız mənzil satıldıqdan sonra qaytarılır. Həmçinin, tərəflər arasında bağlanan müqavilədə binanın təhvil verilməsi müddəti göstərilməmişdir. Lakin hansısa səbəbdən məhkəmə qətnaməsində müqavilə bağlanmasının üzərindən 4 ildən az müddət keçməsinə baxamayaraq qeyd edilən müddəti 8 il göstərilmişdir. Belə ki, MM-nin 442-ci maddəsinə əsasən ŏhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, is̆lərdə və xidmətlərdə qŭsurlarla və ya ŏhdəliyin məzmunun ilə mŭəyyənləs̆dirilmis̆ digər s̆ərtləri pozmaqla icra edilməsi) bas̆a dŭs̆ŭlŭr. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə şərtləri pozulmuş müvafiq ödənişlər həyata keçirilməmişdir. Bu səbəbdən tərəflər arasında olan müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Artıq müqavilə bağlandıqdan sonra tərəflər arasında qarşılıqlı yaranmış öhdəlik münasibətləri formalaşır ki, bu andan sonra tərəflər qarşılıqlı öhdəliklərini vicdanla yerinə yetirməlidirlər. Müqavilə ilə üzərinə öhdəlik götürən şəxsin öhdəliklərinə əməl etməməsini, öhdəliklərinin icrasından yayınmasını “müqavilə azadlığı” prinsipi ilə əlaqələndirmək əsassız və qanunsuzdur. Qeyd olunan müqavilənin 3.3.-cü bəndinə əsasən Payçı ilk ödənişi gecikdirərsə Icraçı-nın ixtiyarı varki bu müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. Ilk ödəmədən sonraki haqqlar 30 gündən artıq gecikdirilərsə Icraçınınixtiayrı var ki müqaviləni bir tərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pul Payçı ya Icraçı tərəfindənyalnız mənzil satıldıqdan sonra qatarılır. Hazırda iş materiallarına əlavə olunan sənədlərdən də aydın olur ki, iddiaçı (payçı) tərəfindən müqavilə şərtləri pozulmuş, ödənişlər həyta keçirilməmişdir. Bundan sonra tərəflərinfən müqaviləyə xitam edilmiş və qeyd edilən mənzil satışa çıxarılmışdır. Lakin hazırda binada tikinti işləri davam etdirildiyindən mənzilin satışı həyata keçirilə bilməmişdir. Belə ki, müqavilənin 3.3-cü bəndinə əsasən payçıya onun tərəfindən ödənilmiş məbləğin qaytarılması yalnız həmin mənzilin satışından sonra realizə olunur. Mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik isə iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddənin mətnindən və mahiyyətindəngöründüyü kimi, öhdəliyin predmetini pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Hazırkı halda yekunlaşmaq üzrə olan işlər üzrə müqavilənin ləğv edilib, ödənişin geri tələb edilməsi, sahibkar üçün ciddi maliyyət itkisi olmaqla yanaşı onun tərəfindən işlərin yekunlaşdırılmasın ayrılmış maliyyənin digər istiqamətə yönəltməklə işlərin görülməsinə yekunlaşmasına yaradılmış bir maneədir. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları özmənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansımüqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları isə Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, özhüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cumaddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək̆azadlığını̆qeyd̆etmək̆olar.̆Qanunvericilik̆bŭazadlıqları̆mülkĭdövriyyə̆iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan RespublikasıMülki Məcəlləsinin 390-cımaddələrinin şərh edilməsinə dair” ## #### 2012-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mŭlki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, ŏhdəliyin icrasından birtərəfli imtinaya və onun s̆ərtlərini birtərəfli dəyis̆dirməyə yol verilmir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Qeyd olunlara əsasən məlum olur ki, öhdəliyinicrası mŭqavilədə nəzərdə tutulan mŭddətdə, mŭqavilədə belə mŭddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun mŭəyyənləs̆dirilmis̆ mŭddətdə həyata kec̆irməlidir. Qeyd olunanaları hazırki işə tətbiq etdikdə, tərəflər arasında bağlanan müqavilədə tərəflərin öhdəlikləri aydın göstərilmişdir, payçı tərəfindən ödənişlər həyata keçirilmədikdə, müqaviləyə xitam edilir və mənzil satıldıqdan sonra ödəniş geri qaytarılır. Hazırkı məhkəmə qətnaməsi ilə müqavilə azadlığı pozularaq üzərinə öhdəliyin icrası qoyulmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd edilən məbləğin qaytarılması müqavilə şərtlərinə uyğun olaraq yalnız mənzil satıldıqda mümkündür. Hazırki işdə iddiaçı birtərəfli qaydada müqavilə ləğv etməklə ödənilmiş məbləği geri tələb etməsi sahibkar üçün ciddi maliyyə itkisi və hüquqlarının pozulmasıdır. Həmçinin qeyd olunan müqavilənin müvafiq bəndinə əsasən ödənilmiş məbləğin geri qaytarılması yalnlz qeyd olunan mənzilin satışından sonra realizə olunur. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Belə ki, sübutların bir növü sayılan işdə iştirak edən şəxslərin izahatları işdə olan başqa sübutlarla birlikdə onların heç birinə üstünlük verilmədən hərtərəfli, tam və obyektiv yoxlanılmalı və dəyərləndirilməlidir. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan -müqavilə şərtlərini tam araşdırma aparmadan, ehtimala söykənən belə bir qənaətə̆gəlməsĭreallığı̆əks̆etdirmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiyăşikayətinə̆qarşı̆etiraz̆daxil̆olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək̆təmin̆edilməməsinĭxahiş̆etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün̆hesab̆etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan̆Respublikası̆MülkĭMəcəlləsi
18. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə̆ayrı̆qaydănəzərdə̆tutulmayıbsa,̆tərəflərin̆razılaşması̆ilə̆mümkündür.
19. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən̆ümid̆etməyə̆haqqı̆çatanlardan̆xeylĭdərəcədə̆məhrum̆olur.̆
20. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq̆surətdə̆ləğv̆edilmiş̆və̆yădəyişdirilmiş̆sayılır.
21. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eynĭformadăbağlanır.̆
22. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab̆almadıqdăirəlĭsürə̆bilər.
23. 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.̆
24. 424.2.̆Müqavilə̆ləğv̆edilərkən̆tərəflərin̆öhdəliklərinə̆xitam̆verilir.
25. 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər̆dəyişdirilmiş̆və̆yăxətm̆edilmiş̆sayılır.̆
26. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə̆icrăetdiklərinin̆qaytarılmasını̆tələb̆edə̆bilməzlər.̆
27. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv̆edilməsĭnəticəsində̆dəyən̆zərərin̆əvəzinin̆ödənilməsinĭtələb̆edə̆bilər.
28. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət̆etməlidir.̆
29. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
30. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə̆olmur.̆
32. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.̆
33. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar̆çıxardığı̆gün̆mövcud̆olmuş̆qiymətlər̆nəzərə̆alınır.̆
34. 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü̆tədbirlər̆və̆bŭməqsədlə̆apardığı̆hazırlıq̆işlərĭnəzərə̆alınır.
35. 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə̆zərərin̆əvəzinin̆ödənilməsinĭtələb̆edə̆bilər.̆
36. 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət̆təyin̆edilməsĭzərurətĭyoxdur.̆
37. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində̆dəymiş̆zərərin̆əvəzinĭödəmək̆vəzifəsĭqoyulur.̆
38. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması̆yolverilməzdir.̆
39. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət̆daşımalıdır.̆
40. 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
41. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
42. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığăgörə̆məsuliyyətdən̆qabaqcadan̆azad̆etmək̆olmaz.
43. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və̆yăhərəkətsizliyĭüçün̆olan̆dərəcədə̆məsuliyyət̆daşımalıdır.
44. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtındăalınmaması̆ilə̆əlaqədar̆kreditorun̆düşdüyü̆zərər̆üçün̆məsuliyyət̆daşıyır.̆
Azərbaycan̆Respublikası̆MülkĭProsessual̆Məcəlləsi
45. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan̆istifadə̆etməlidir.̆
46. Maddə̆77.1.̆Hər̆bir̆tərəf̆öz̆tələblərinin̆əsası̆kimĭistinad̆etdiyĭhalları̆sübut̆ etməlidir.̆
47. Maddə̆372.6.̆apellyasiyăinstansiyası̆məhkəməsĭbirincĭinstansiyă məhkəməsinin̆qətnaməsinin̆əsaslılığını̆onun̆düzünə̆və̆yădolayısı̆ilə̆mübahisələndirilən̆ hissəsində,̆şikayət̆qərarın̆ləğv̆edilməsinə̆yönəldikdə̆və̆yăapellyasiyăşikayətində̆və̆onă etirazlardăifadə̆olunmuş̆dəlillərə̆əsasən̆mübahisənin̆predmetĭbölünməz̆olduqdăisə̆tam̆ yoxlayır.
48. Maddə̆384.0.1.̆Apellyasiyăinstansiyăməhkəməsĭqətnamənĭdəyişmədən,̆ apellyasiyăşikayətinĭisə̆təmin̆etmədən̆saxlayăbilər.̆
49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə̆bilməz.
Apellyasiya baxışının hədləri
50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş̆dəlillərə̆əsasən̆mübahisənin̆predmetĭbölünməz̆olduqdăisə̆tam̆yoxlayır.
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən̆asılı̆olmayaraq̆yoxlayır.̆
52. Hazırki halda qətnamədən cavabdeh cavabdeh2 MMC apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə iddianın təmin edilən̆hissəsində̆yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası izahatı dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə̆dəyişdirilmədən̆saxlanılmalıdır.
54. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin̆həllĭüçün̆bunun̆əhəmiyyətĭyoxdur.
55. Ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən “xxxx” MMC iddiaçı İddiaçı 45 kv.m sahəsi olan * nömrəli mənzil payı verməyi, iddiaçı isə müqavilə üzrə müəyyən edilmiş ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə ümumilikdə̆11.335̆manat̆məbləğində̆vəsait̆ödənilmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin müqavilə üzrə əsas məqsədi iddiaçının müqavilədə nəzərdə tutulmuş mənzilə sahib olması və həmin mənzilin ona təhvil verilməsi olmuşdur. Lakin müqavilənin bağlanmasından sonra uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən mənzilin yerləşdiyi yaşayış binasının tikintisi başa çatdırılmamış,̆binăistismarăverilməmiş̆və̆nəticədə̆mənzil̆iddiaçıyătəhvil̆verilməmişdir.
57. Beləliklə, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülmüş əsas öhdəliyin icrası faktiki olaraq baş verməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi deməkdir. Hazırkı işdə isə cavabdehin üzərinə götürdüyü əsas öhdəliyin icra olunmadığı̆iş̆materialları̆ilə̆təsdiq̆edilir.
58. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər hallarda ləğv edilə bilər. Müqavilə pozuntusu o zaman əhəmiyyətli hesab olunur ki, həmin pozuntu nəticəsində digər tərəf müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bu normanın məqsədi müqavilənin əsas iqtisadi və hüquqi məqsədinin digər tərəfin pozuntusu nəticəsində faktiki olaraq aradan qalxdığı hallarda zərərçəkən tərəfin müqaviləyə xitam vermək hüququnu təmin etməkdir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə də, müqavilənin əhəmiyyətli dərəcədə pozulması müqavilənin̆ləğvĭüçün̆hüquqĭəsas̆yaradăbilər.
59. Hazırkı işdə iddiaçının müqavilə bağlamaqda əsas məqsədi mənzilin əldə edilməsi olmuşdur. Lakin yaşayış binasının tikintisinin başa çatdırılmaması və mənzilin iddiaçıya təhvil verilməməsi nəticəsində müqavilənin əsas məqsədinə nail olmaq mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkət və hərəkətsizliyĭmüqavilənin̆əhəmiyyətlĭpozuntusŭkimĭqiymətləndirilməlidir.
60. Bununla yanaşı sözü gedən ünvanla bağlı daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrinin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə̆təminat̆qeydinin̆aparıldığı̆dămüəyyən̆edilməmişdir.̆
61. Bütün bunlar ona deməyə əsas verir ki, cavabdeh, müqavilə üzrə icraçı olan “xxxx” MMC tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur ki, bu da müqavilənin iddiaçı, müqavilə üzrə sifarişçi olan İddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsinə əsas vermişdir.
62. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2024-cü il tarixdə yazılı müraciət edilərək müqavilənin ləğv edilməsi və ödənilmiş 11.335 manat vəsaitin geri qaytarılması tələb edilmişdir. Buna baxmayaraq, ödənilmiş vəsait iddiaçıya qaytarılmamışdır. Belə olan halda iddiaçının müqavilənin icrasından imtina etməsi və müqavilə üzrə̆ödədiyĭvəsaitin̆gerĭqaytarılmasını̆tələb̆etməsĭəsaslı̆hesab̆edilməlidir.
63. Mülki Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə̆xitam̆verilir.̆
64. Hazırkı işdə iddiaçı müqavilə üzrə öz üzərinə düşən ödənişlərin bir hissəsini icra etmiş, cavabdeh isə müqavilənin əsas predmetini təşkil edən mənzili iddiaçıya təhvil vermək öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı tərəfindən ödənilmiş 11.335 manatın cavabdehdən̆tutulması̆qanunĭvə̆əsaslıdır.
65. Cavabdehin apellyasiya şikayətində iddiaçının qalan ödənişləri həyata keçirmədiyi və bunun müqavilənin pozulmasına səbəb olduğu barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ödənişləri davam etdirməməsi onun müqavilə üzrə əsas məqsədinin – tikintisi başa çatdırılacaq və təhvil veriləcək mənzilin əldə edilməsinin cavabdeh tərəfindən təmin edilməməsi şəraitində baş vermişdir. Belə şəraitdə iddiaçının ödənişləri dayandırması cavabdehin əsas öhdəliyinin icra edilməməsindən irəli gələn hal kimi qiymətləndirilməlidir. Cavabdeh öhdəliyin icrasının iddiaçının hərəkətləri səbəbindən mümkün olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarından yaşayış binasının tikintisinin başa çatdırılmadığı və mənzilin iddiaçıya təhvil verilmədiyĭmüəyyən̆edilir.
66. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilənin 3.3-cü bəndinə istinad etməsi də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki müqavilə şərtləri tərəflərin vicdanlı davranmaq və müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq öhdəliyini aradan qaldırmır. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən tərəflər öz öhdəliklərini vicdanlı şəkildə icra etməli və müqavilənin məqsədinə̆çatmağămaneçilik̆törədə̆biləcək̆hərəkətlərdən̆çəkinməlidirlər.
67. Məhkəmə kollegiyası 5.000 manat məbləğində maddi zərərin tutulması ilə bağlı dăbirincĭinstansiyăməhkəməsinin̆nəticəsinĭəsaslı̆hesab̆edir.
68. Belə ki, iş üzrə keçirilmiş qiymətləndirmə zamanı Gəncə şəhəri, Kəpəz rayonu, Natavan qəsəbəsi, Atabəylər prospekti 149 ünvanında yerləşən 45 kv.m sahəli * nömrəli mənzillə analoji mənzilin bazar dəyərinin müəyyən edilməsi üçün araşdırma aparılmışdır. Iş materiallarında olan mütəxəssis rəyi mənzilin bazar dəyərində əhəmiyyətli dəyişiklik baş verdiyini təsdiq edir. Iddiaçı isə cavabdehin öhdəliyini yerinə yetirməməsi nəticəsində əvvəlki qiymətlə̆mənzil̆əldə̆etmək̆imkanından̆məhrum̆olduğunŭbildirmişdir.
69. Mənzilin bazar dəyərinin sonrakı dövrdə artması nəzərə alınmaqla cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi iddiaçının həmin mənzili əvvəlki şərtlərlə əldə etmək imkanını̆itirməsĭilə̆nəticələnmişdir.
70. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 5.000 manat məbləğində maddi zərərin müəyyən edilərək cavabdehdən tutulması işin konkret halları, tərəflərin qarşılıqlı münasibətləri və təqdim edilmiş sübutların məcmusu nəzərə̆alınmaqlăəsaslı̆olmuşdur.
71. Beləliklə, iş materialları ilə cavabdehin müqavilə üzrə əsas öhdəliyini icra etmədiyi, müqavilənin əsas məqsədinin həyata keçirilmədiyi, iddiaçı tərəfindən müqavilə üzrə 11.335 manat vəsait ödənildiyi və müqavilənin əhəmiyyətli dərəcədə pozulması nəticəsində iddiaçıyămaddĭzərər̆dəydiyĭmüəyyən̆olunur.
72. Bu hallar nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdeh cavabdeh2 MMC-dən 11.335 manat ödənilmiş vəsaitin, 5.000 manat maddi zərərin və 139 manat dövlət rüsumunun tutulması hissəsində təmin etməklə iş üzrə̆düzgün̆və̆qanunĭnəticəyə̆gəlmişdir.
73. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə̆əsaslı̆sayılăvə̆təmin̆edilə̆bilməz.̆
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən̆ibarətdir.
75. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin̆məbləğinə̆münasib̆olaraq̆işdə̆iştirak̆edən̆şəxslərə̆aid̆edilir.
76. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2̆MMC̆tərəfindən̆verilmiş̆apellyasiyăşikayətĭtəmin̆edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsĭyoxlanılan̆hissədə̆dəyişdirilmədən̆saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh cavabdeh2 MMC-yə̆aid̆edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiyăşikayətĭverilə̆bilər.