Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3802/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Birgə iddiaçılar X5 və iddiaçı1 cavabdehlər Bakı şəhəri * saylı Notariat ofisinə, cavabdeh3 MMC-yə, “X11” MMC-yə və Bank “xxxx” ASC-yə iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, Birgə iddiaçılar X5 və iddiaçı1 cavabdehlər Bakı şəhəri * saylı Notariat ofisinə, cavabdeh3 MMC-yə, “X11” MMC-yə, Bank “xxxx” ASC-yə qarşı (Bakı şəhəri Xəzər rayon Icra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və s.“ tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Birgə iddiaçılar X5 və iddiaçı1 cavabdehlər Bakı şəhəri * saylı Notariat ofisinə, cavabdeh3 MMC-yə, “X11” MMC-yə, Bank “xxxx” ASC-yə qarşı (Bakı şəhəri Xəzər rayon Icra Şöbəsi və Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi, onun hüquqi nəticələrinin ləğv edilməsi və s.“ tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli*-*** saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi; cavabdeh3 MMC tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli R**/**/**/*** saylı Qiymətləndirmə rəyinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsz hesab edilməsi, həmin əmlakın hazırki real bazar qiyməti əsasında yenidən qıymətləndirilməsi; iddiaçı1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "X11" MMC tərəfindən cavabdeh Bank "xxxx" ASC-yə satılmasına dair keçirilmiş hərrac etibarsız hesab edilərək, ## #### 2025-ci il tarixli ****************** saylı hərrac protokolu ləğv edilərək, həmin əmlakın Bank "xxxx" ASC-nin mülkiyyətinə keçməsi barədə "xxxx" Publik Hüquqi Şəxs tərəfindən "Daşınmaz əmlakın dövlət reyestrində" ##.##.2025-ci il tarixdə 1125079183 nömrə altında aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında Bank "xxxx" ASC-nin adına verilmiş "Reyestrdən çıxarış"ın ləğv edilməsini xahiş etmişlər.
2. Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçılar X5 və iddiaçı1 cavabdehlər Bakı şəhəri * saylı Notariat ofisinə, cavabdeh3 MMC-yə, “X11” MMC-yə, Bank “xxxx” ASC-yə qarşı (Bakı şəhəri Xəzər rayon Icra Şöbəsi və * saylı Bakı Ərazi Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) icra qeydinin, qiymətləndirmə rəyinin ləğv edilməsi, hərracın nəticələrinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair e-*-*(***)-****/**** saylı iş üzrə icraat “##.##.2024-cü il tarixli*-*** saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi” hissəsində ayrılaraq işə yeni nömrə verilməsi qərara alınmışdır.
3. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı iddiaçı1 cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı “icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Iddiaçının nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ##.##.2024-cü il tarixli *İ-*** saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi (cavabdeh3 MMC tərəfindən tərtib edilmiş ##.##.2024- cü il tarixli R**/**/**/*** saylı Qiymətləndirmə rəyinin, Abdullayevə Pərvin Yusif qızına məxsus ünvan 1 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evinin “X11” MMC tərəfindən cavabdeh Bank “xxxx” ASC-yə satılmasına dair keçirilmiş hərracın, ## #### 2025-ci il tarixli ****************** saylı hərrac protokolunun etibarsız hesab edilməsi, həmin əmlakın Bank “xxxx” ASC-nin mülkiyyətinə keçməsi barədə “xxxx” Publik Hüquqi Şəxs tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” ##.##.2025 ci il tarixdə 1125079183 nömrə altında aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında Bank “xxxx” ASC-nin adına verilmiş “Reyestrdən çıxarış”ın ləğv edilməsi) ünvan 1 (Yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı Abdullayevə Pərvin Yusif qızının mülkiyyətinə qaytarılması və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması və iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın verilməsi xxxx publik hüquqi şəxsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-97)- 230/2026 nömrəli qərardadı ilə mülki iş üzrə icraata iddiaçı iddiaçı1 cavabdehlər Bakı şəhəri * saylı Notariat ofisinə, cavabdeh3 MMC-yə, “X11” MMC-yə, Bank “xxxx” ASC-yə qarşı (Bakı şəhəri Xəzər rayon Icra Şöbəsi və * saylı Bakı Ərazi Idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “##.##.2024-cü il tarixli *-*** saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi” hissələrində xitam verilməsi qərara alınmışdır.
6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqında Icra Qeydinə əsasən, iddiaçı1 məxsus olan 003011007695-***** reyestr nömrəli ****** qeydiyyat nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən alınmış çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi üzərindəki 166.90 kv.m olan əmlaka tutma yönəldilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən görünür ki, iddiaçı iddiaçı1 cavabdeh cavabdeh1, Xəzər rayon Icra Şöbəsinə, Bank “xxxx” ASC-yə qarşı "icra qeydinin ləğv edilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən, iddiaçı iddiaçı1 cavabdeh Bakı şəhəri * saylı Notariat Ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bank “xxxx” ASC, Bakı şəhəri Xəzər rayon Icra şöbəsi və X5 cəlb edilməklə) qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata MPM-nin 261.0.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı tələbinə eyni tərəflər arasında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə artıq baxılmaqla, qiymət verildiyindən iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsindən və ya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005) ****/**** saylı ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən şikayət verilməsi halı müəyyən olunmamışdır. Göründüyü kimi hazırki iş üzrə mübahisə predmetini Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə bağlı tələb təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia predmetinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e- 2(003) ****/**** saylı qətnaməsi üzrə olan iddia predmeti ilə eynilik təşkil etməsi halı mövcuddur. Belə ki, hazırki mülki iş üzrə iddia predmetini icra qeydinin ləğv edilməsi təşkil edir ki, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə iddia predmetini də məhz həmin icra qeydinin ləğvi ilə bağlı tələb təşkil etmişdir. Həmçinin mülki işlərdə olan tərəflər də eynilik təşkil edir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsi üzrə tərəflər olaraq, iddiaçı qismində - iddiaçı1 (hazırki iş üzrə iddiaçılardan biri), cavabdehlər olaraq cavabdeh1 (hazırki iş üzrə cavabdeh), Bank “xxxx” ASC (hazırki iş üzrə cavabdeh), Xəzər rayon Icra Şöbəsi (hazırki iş üzrə üçüncü şəxs) çıxış etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində yeni əsas kimi icra qeydində olan borcun mübahisəsiz olmaması və s. hallara istinad olunması özlüyündə iddia tələbinə yeni əsasın mövcüdluğu kimi görüntü yaradılması məqsədi daşımışdır. Belə ki, qeyd edilən hal yeni yaranmış hal kimi mövcud olmamış, məhkəmə qətnaməsi çıxarılmış Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatında olmuş iş üzrə əvvəlki məhkəmə proseslərinin olduğu müddətdə həmin hallların mübahisələndirilməsı mümkün olduğu halda, bununla bağlı heç bir tələb olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçılar (habelə iddiaçı1) iddia ərizəsində onlara heç bir məlumat verilmədiyini, bu barədə 2025-ci ilin iyul ayında icra işi ilə tanış olarkən məlumatlı olduqlarını bildirsələr də, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə müəyyən olunur ki, icra qeydi ##.##.2023-cü il və ##.##.2023-cü il tarixdə, bildirişlər ##.##.2023-cü il tarixdə göndərilmiş və iddiaçı iddiaçı1 bildirişi qəbul etməsi ilə bağlı 326807 və ****** nömrəli qaimə həmin iş materiallarına əlavə edilmişdir. Qeyd olunan qətnamə iddiaçı iddiaçı1 tərəfindən mübahisələndirilməmişdir. Yəni iddiaçı iddiaçı1 məhkəmə qətnaməsi ilə və qətnamə ilə müəyyən olunmuş hallarla razılaşmışdır. Məhkəmə hesab edir ki, tələbin eyni predmet barəsində, eyni tərəflərə qarşı irəli sürülməsi, iddiaçının 2023-cü ilin sonlarından etibarən müqaviləyə əsasən cəmi 270.646,46 manat tutulmalı borcunun yaranması və borc məbləğinin ipoteka predmetinə yönəldilməsi ilə bağlı icra qeydindən məlumatı olmasına baxmayaraq ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərkən bunu qeyd etməməsi, borc məbləğini mübahisələndirməməsi halları özlüyündə iddiaçının hazırki mülki iş üzrə iddia tələbini formal olaraq irəli sürməsi, bununla da eyni tələbə (artıq barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan tələbə) başqa məhkəmə tərəfindən yenidən baxılmasına nail olmağa çalışması və iddiaçının hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməsinə əsas verir. Bu baxımından, məhkəmə qeyd olunan halları nəzərə alaraq, habelə hüquqi müəyyənlik, məhkəmə aktının təkzibolunmazlığı, dayanıqlılığı, preyudisiallığı, hüquqlardan suiistifadə edilməsinin yolverilməzliyi prinsiplərini əsas götürərək, hesab edir ki, qeyd olunan hallar hazırki mülki iş iddia tələbinə münasibətdə iddiaçı1 münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması halı kimi qiymət verməyə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2ci maddəsinin tələbinə əsasən iş üzrə icraata iddiaçı iddiaçı1 münasibətdə olan hissədə xitam verilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
7. Iddiaçı iddiaçı1 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız çıxarıldığından aşağıdaki əsaslarla ləğv edilməsini, əks təqdirdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş edir. Belə ki, iddiaçı1 əvvəlki məhkəmələrdə yalnız Bank tərəfindən bildirişlərin ona göndərilmədiyini mübahisələndirmişdir. Hazırki iddiada isə o: 1) Icra qeydi əsasında tutulan borcun məbləğini; 2) Icra qeydi qəbul edilərkən zamin olmadığı halda borcun ondan da tutulmasını mübahisələndirir. Məhkəmə icraata xitam verərkən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadına istinad edərək eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qətnaməsi olmasına əsaslanmışdır. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsinə əsasən iddiaçı iddiaçı1 yalnız bildirişin ona çatmadığını mübahisləndirmişdir və həmin qətnamə ilə iddiaçı1 Bank “xxxx” ASC tərəfindən göndərilmiş bildirişləri alması qeyd edilmişdir, həmin əsasla da iddia rədd edilmişdir. Bundan sonra iddiaçı iddiaçı1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə eyni tələblə müraciət edərək ##.##.2025-ci il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadla icraata xitam edilmişdir. Halbuki, hazırki iddianın əsası fərqlidir. Bildirir ki, hazırki iddiada kredit müqaviləsi üzrə borcun məbləği, tutulma əsasları mübahisələndirilir. Belə ki, 1) Notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, kreditor tərəfindən birtərəfli qaydada hesablanan borc şişirdilmişdir. Halbuki, kredit müqaviləsi üzrə borcun bir hissəsi ödənilmişdir. Belə bir vəziyyətdə kreditora bu qədər qalıq borcun olması mümkün deyil. Iddia ərizəsinə əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, kreditor tərəfindən əsassız olaraq kredit müqaviləsi üzrə ödənişlər faiz borcundan silinmişdir. Kredit müqavilələri üzrə ilkin olaraq 150.000 manat kredit verilmişdir, həmin kredit üzrə kifayət qədər ödənişlər olmuşdur. Lakin ##.##.2023-cü ildə restrukturizasiya olan məbləğ 261.066,21 manat təşkil etmişdir. Həmin məbləğ düzgün müəyyən edilməmişdir, bundan sonra da ödənişlər edilməsinə baxmayaraq ödənişlər əsassız olaraq faiz borcundan silinmişdir. Belə ki, icra qeydində göstərilmiş borc məbləği absurddur və mübahisə predmetidir. ki xüsusi bilik tələb olunan sualları izah etmək üçün və borcun düzgün müəyyən edilməsi üçün mühasibatlıq ekspertizası təyin edilməsi zərurəti vardır. Belə ki, “xxxx” MMC ilə Bank “xxxx” ASC arasında ##.##.2022-ci il tarixli SMN-00005- **/**A saylı kredit müqaviləsi bağlanmışdır. X3 ilə Bank “xxxx” ASC arasında ##.##.2023-cü il tarixli RP-*****-**/**A saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan Şirəliyev RövşənQardaş oğlu ilə Bank “xxxx” ASC arasında qalıq 261.066,21 manat vəsaitin ##.##.2023-cü il tarixli RP-*****-**/**A saylı kreditin restrukturizasiyası müqaviləsi bağlanmışdır. Qeyd edilən hallar notariusun biliyi xaricində olmuşdur, odur keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsaslarından biri ekspertiza təyin etməkdir. "Notariat haqqında" Qanunun 34-cü maddəsinə əsasən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə - bir aydan artıq olmayan müddətə təxirə salına bilər. "Notariat haqqında" Qanunun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə. 2) Notarius Təlimatın 162-ci maddəsinin tələblərinə zidd olaraq bütün borcun (261.066,21 manat əsas və ona hesablanmış faiz və cərimə) tutulması haqqında icra qeydi vermişdir. Halbuki əgər müqavilədə öhdəliyin hissəhissə icrası konkret müddətlər müəyyən edilmşdisə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Belə ki, kredit müqaviləsinin cədvəlinə əsasən borclu 48 ay müddətində aylıq konkret müəyyən edilmiş ödəniş etməliydi. Borclunun yanvar 2024-cü il tarixə əsas borcu 261066,21 + 256371,24 = 4694.97 manat təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 162-ci maddəsinə əsasən Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 3) Bundan əlavə kreditor tərəfindən notariusa icra qeydi ilə bağlı müraciət edilərkən borcalanın əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü gecikdirib gecikdirilməməsi araşdırlmalı idi. Belə ki, Ipoteka haqqında Qanuna əsasən yalnız bu halda ipoteka predmetinə tutma yönələ bilərdi. “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsasdır. Iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. Iddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. Iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakımübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. Iddianın hüquqi əsası dedikdə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması(hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ - hüquqi aktlarla tənzimlənir. Həmçinin nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hər hansı mülki iş üzrə məhkəmənin hüquqi dəyərləndirməsi və gəldiyi hüquqi nəticə, ifadə etdiyi hüquqi mövqe iş üzrə müəyyən edilmiş faktlar hesab edilmədiyindən eyni tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Bildirmək istəyir ki, qanunvericiliyin tələblərinə görə eyni tərəflər arasında, eyni predmetə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması başqa əsasla məhkəməyə təkrar müraciət etmək imkanını istisna etmir. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “##.##.2024-cü il tarixli *İ-*** saylı icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi” əsası kimi həmçinin iddiaçı iddiaçı1 ilə bağlanmış zaminlik müqaviləsinin də olmasını göstərmişdir. Belə ki, iddiaçı1 Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən ##.##.2024-cü il tarixli *İ-*** saylı icra qeydi əsasında həmçinin borclu qismində qeyd edilmişdir və hazırda Icra şöbəsi barəsində müvafiq icra tədbirləri görür. Halbuki, iddiaçı1 kredit müqavilələri üzrə yalnız ipotekaqoyan qismində çıxış etmişdir. Işdə olan zaminlik müqaviləsi isə ##.##.2024 cü il tarixli icra qeydindən sonra ona cari hesab müqaviləsi adı altında ##.##.2024-cü il tarixində imzalatdırılmışdır. Bəllidir ki, ipoteka qoyan ipoteka predmeti olan daşınmaz əşyanın dəyəri həcmində məsuliyyət daşıyır. Lakin hazırki vəziyyətdə o, əsassız olaraq həmçinin borcu ödəməli şəxs kimi icra icraatının tərəfidir. Məhkəməyə bu barədə dəfələrlə desə də, məhkəmə iddiaçının zamin olmayan müddətə düşən vaxt barəsində notariusun icra qeydi çıxarılmasına fikir verməmiş və bu hissəyə qərardadında münasibət bildirməmişdir. Necə ola bilər ki, şəxslə zaminlik müqaviləsi ##.##.2024-cü il tarixdə bağlandığı halda ##.##.2024-cü il tarix notariusun icra qeydində şəxs borclu kimi qeyd edilir. Məhkəmə bu hissəyə işi araşdıraraq qiymət vermək əvəzinə həmin hissədə də iddiaçının hüququn pozaraq onun hissəsində icraata xitam vermişdir. Halbuki, məhkəmə iddiaçı1 hissəsində icraata qismən xitam verərək Bank tərəfindən ##.##.2024-cü il tarixli *İ-*** saylı icra qeydi ilə bağlımüraciət etdikdə iddiaçı1 zamin olubolmamasına mahiyyəti üzrə baxa bilərdi. Iddianın əsası onun faktiki və hüquqi əsaslarından ibarətdir. Iddianın faktiki əsası dedikdə - iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. Iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakımübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. Iddianın hüquqi əsası dedikdə- iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması(hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Hazırda mübahisələndirdiyimiz ##.##.2026-cı il tarixli *(*-**)-***/**** saylı qərardadla Məhkəmə tərəfindən iddiaçı iddiaçı1 hissəsində cavabdeh Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı“icra qeydinin ləğv edilməsi və onun doğurduğu bütün nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi onun fərqli əsasla müraciət etdiyi iddiasına baxılmaması deməkdir və konstitusion hüququnun pozntusudr. Bu səbəbdən bildiririk ki, hazırda iddiaçı iddiaçı1 iddiasına mahiyyəti üzrə məhkəmədə baxılmalıdır ki, Bankın bütün qanunsuz hərəkətlərinə qiymət verilsin və vətəndaşın hüquqları bərpa edilsin. Həmçinin məhkəmə qərardadda qeyd edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*(***)-****/**** saylı qətnaməsi ilə müəyyən olunur ki, icra qeydi ##.##.2023-cü il və ##.##.2023-cü il tarixdə, bildirişlər ##.##.2023-cü il tarixdə göndərilmiş və iddiaçı iddiaçı1 bildirişi qəbul etməsi ilə bağlı 326807 və ****** nömrəli qaimə həmin iş materiallarına əlavə edilmişdir. Halbuki həmin qətnamə ilə yalnız bildirişləin olması və göndərilməsi müəyyən edilmiş, lakin bildirişlərin iddiaçı iddiaçı1 tərəfindən imzalanaraq qəbul edilməsi araşdırılmamışdır. Belə ki, iddiaçı1 heç bir bildiriş almayıb və imzalamayıb. Bu səbəbdən X4 poçt xidmətinin 326809 və ****** saylı qaimələrindəki “alanın soyadı və imzası” qrafasındaki imzaların iddiaçı1 məxsus olubolmaması ilə bağlı xətşünaslıq ekspertizası təyin edilməldir. Xətşünalıq ekpsertizası keçirib həqiqəti müəyyən etmək imkanı olduğu halda məhkəmənin bunu etməməsi və qanunvericilikdə prosessual boşluqlardan istifadə edərək vətəndaşın itirdiyi evin və keçirdiyi mənəvi sarsıntını gözardı etməsi ədalətli və qanuni yanaşma deyildir. Nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş istənilən halların deyil, məhz araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. Iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı ləğv edilməli və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
14. Işdən görünür ki, iddiaçı iddiaçı1 daha əvvəl Bakı şəhəri * saylı Dövlət Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 8i-*** reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, iddia tələbini belə əsaslandırmışdır ki, onun nə icra qeydi, nə də icraata başlamaq haqqında qərardan xəbəri olmamışdır. Həmin iddia tələbi Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə rədd edilmişdir.
15. Daha sonra iddiaçı eyni əsasla iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə mülki iş üzrə icraata MPM-in 261.0.3-cü maddəsinə əsasən icraata xitam verilmişdir.
16. Hazırki iddia ərizəsindən isə görünür ki, iddiaçı iddiaçı1 sözügedən icra qeydinin ləğv edilməsini xahiş edərək tələbini belə əsaslandırır ki, icra qeydi əsasında tutulan borcun məbləği düzgün hesablanmamış, həmçinin icra qeydi qəbul edilərkən zamin olmadığı halda borcun ondan da tutulması icra qeydində göstərilmişdir.
17. Göründüyü kimi mübahisənin tərəfləri və iddianın predmeti eyni olsa da, hazırda iddianın əsası fərqlidir.
18. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi iddia ərizəsində “icra qeydinin ləğv edilməsi” kimi göstərilsə də, iddia ərizəsinin məzmununa əsasən iddiaçı mahiyət etibarilə icra qeydini deyil, icra qeydi aparılmış tələbi mübahisələndirir.
19. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının əsas dəlillərindən biri ondan ibarətdir ki, icra qeydi əsasında tutulmalı olan borc məbləği düzgün hesablanmamışdır.
20. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
21. Göründüyü kimi, icra qeydi aparıldıqdan sonra da qanunvericilik borcluya icra qeydi aparılmış tələbi mübahisələndirmək hüququnu verir.
22. Odur ki, məhkəmə tərəfindən iddiaya baxılarkən iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ondan tutulmalı olan borc məbləğinin düzgün müəyyən edilməsi (icra qeydi aparılmış tələbin mübahisələndirilməsi) və ya icra qeydinin ləğv edilməsi də dəqiqləşdirilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(5-97)- 230/2026 nömrəli qərardadı ləğv edilsin, iş, bu qərardadın əsaslandırıcı hissədə göstərilənlər nəzərə alınmaqla növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.