Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-39/2026 23.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh Cavabdeh İddia tələbi Pul tələbi Qəbul edilmiş məhkəmə aktı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- (qərardad, qətnamə və s.) 5286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 11764 (on bir min yeddi yüz altmış dörd) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla, həmçinin ödənilmiş 159,60 (yüz əlli doqquz manat, altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə aktının şikayət Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- (apellyasiya şikayəti) verən 5286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin tərəfə göndərilmə və alınma Cavabdeh tərəfindən nə vaxt alınması barədə tarixi məlumat iş materiallarından müəyyən edilmir. Apellyasiya şikayətinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti (şikayətin) məhkəməyə daxil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə olduğu tarix birinci instansiya məhkəməsinə daxil olmuşdur Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri 361.1, 363.1.1, 364 və 366 Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Məhkəmə, elektron kabinet vasitəsilə verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir.Belə ki, cavabdeh şikayəti ümumi məzmunda tərtib etmiş, yalnız işin halları barədə məlumat verərək qətnamə çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqındao 09 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən və “MPMə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən Bakı şəhəri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5286/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət cavabdehə geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-39/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-39/2026
23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver