Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4012/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(010)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(010)- ****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh tapşırıq müqaviləsi üzrə vurduğu zərərə görə 4000 (dörd min) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə AZEMİS vasitəsi lə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026cı il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026- cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. ##.##.2026-cı il tarixində (cavabdeh Cavabdeh apellyasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edildikdən sonra) Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iş üzrə cavabdeh Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(010)- ****/**** saylı qərardadı ilə ərizə təmin olunmamışdır. Cavabdeh Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 2(010)- ****/**** saylı qərardadından şikayət vermişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət birbaşa mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 269-cu maddəsində qeyd olunur ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə ,.., göndərilir. Qeyd edilən maddənin tələbləri baxımından Suraxanı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, 2(010)- ****/**** saylı qərardadından cavabdehin verdiyi şikayətə əvvəlcə həmin məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilməli, şikayətin təmin edilmədiyi halda isə Bakı Apellyasiya Məhkəməsinə göndərilməli idi. Lakin iş materiallarında birinci instansiya məhkəməsinin şikayətlə bağlı hər hansı prosessual hərəkət etməsinə dair məhkəmə aktı aşkar edilməmiş, şikayətin birbaşa baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, hazırki vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(010)- ****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından qeyri-mümkün hesab edilsin və iş materialları Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(3-6)-4012/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4012/2026
26.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver