Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4047/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İsmayılov Qulu Arzuman oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılov Qulu Arzuman oğlu cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 75000 (yetmiş beş min) manat borc məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-103)- ***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 56750 (əlli altı min yeddi yüz əlli) manat məbləğində pul və 260.25 (iki yüz altmış manat 25 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İsmayılov Qulu Arzuman oğlunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə cavabdeh Cavabdeh məhkəməyə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh ##.##.2026-cı tarixli qərardaddan narazı qaldığı üçün ərizə ilə məhəkəmyə müraciət edərək həmin qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli,e-*(*-***)-***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair ərizə təmin olunmamışdır. Aşağıdakılara əsasən hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı əsassız olduğundan ləğv edilməli və ərizə təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa olunub apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi işi tam, obyektiv və hərtərəfli şəkildə araşdırmadan və yalnız qarşı tərəfin formal mülahizələrini əsas götürərək qərardad qəbul etmişdir. Belə ki, sözügedən məhkəmə qətnaməsinin qəbul edilməsinddən tam məlumatsız olmuş və bu barədə ərizədə də qeyd etdiyi kimi yalnız icra məmuru tərəfindən dəvət olunanda məlumatı olmuşdur. Cavabdeh qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində adına elektron kabineti olmamışdır. Məhkəmə qəradadında qeyd edir ki, onun adına “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində ##.##.2022-ci ildə elektron kabinet olmuşdur. Lakin bununla əlaqədar olaraq bildirir ki, o həmin tarixdə adına olan “ASAN” imzadan istifadə etmiş və fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı vergi ödənişləri və digər sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatları öyrənmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- 2(5-103)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 128.1, 130.3, 133.1, 360, 362 və 363-cü maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ## #### 2026cı il tarixdə cavabdehə məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş, cavabdeh isə apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Göründüyü kimi cavabdeh Cavabdehn qətnamədən məlumatlı olmuşdur. Mülki Prosessual Məcəllə ilə məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün konkret qayda və prossual müddət göstərilmişdir. Mülki Prosessual Məcəllə normativ hüquqi aktdır və normalarının tələblərinə riayət olunmalıdır. Həmin Məcəllənin tələbləri hər hansı şəxsin öz sərbəst düşüncə və fikirlərinə görə əsassız pozula bilməz. Cavabdeh müddəti ötürməsinin hansı üzrlü səbəbdən baş verməsini əsaslandırmamış, müddətin ötürülməsi səbəbi kimi cavabdehin elektron kabinetini nəzarətdə saxlamaması, qətnaməni sonradan görməsi göstərilmişdir. Bu cür əsaslandırmanın müddətin bərpası üçün məqbul hesab edilməsi hər kəsin öz mülahizəsinə görə qanunun tələblərini pozmasının yolverilən olduğu mənasına gəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələrdə gedən çəkişmələr uzun müddətdir davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərinə (məhkəmə müddətin buraxılmasının səbəblərini tam araşdırmamış, elektron məhkəmə sistemində mövcud olmuş texniki problemləri nəzərə almamış, nəticədə cavabdehin məhkəməyə çıxış və apellyasiya hüququ əsassız olaraq məhdudlaşdırılmışdır) münasibət bildirərək qeyd edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas vermir. Belə ki, prosessual müddətin bərpası yalnız müddətin buraxılmasının obyektiv və üzrlü səbəblərlə bağlı olduğu sübuta yetirildiyi hallarda mümkündür. Müddətin bərpasını istəyən şəxs həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Hazırkı iş üzrə ərizəçi elektron məhkəmə sistemində texniki nasazlıqların mövcud olduğunu bildirsə də, həmin nasazlıqların konkret olaraq onun elektron kabinetinə çıxışını mümkünsüz etməsini, məhkəmə aktı ilə tanış olmasına mane olmasını və ya apellyasiya şikayətinin vaxtında verilməsini obyektiv surətdə istisna etməsini təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim etməmişdir. İş materiallarından görünür ki, məhkəmə aktı qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron kabinetdə yerləşdirilmişdir. Bu halın əksi sübuta yetirilmədiyindən, məhkəmə bildirişinin lazımi qaydada çatdırıldığı qəbul edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” ## ##### 2017-ci il tarixli qərarında məhkəməyə çıxış hüququnun bütün instansiyalara şamil olunduğunu vurğulamışdır. Bununla yanaşı, həmin hüquq mütləq xarakter daşımır və qanunla müəyyən edilmiş prosessual qaydalara riayət olunması tələbi ilə uzlaşdırılmalıdır. Prosessual müddətlərin tətbiqi hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə xidmət edir. Birinci instansiya məhkəməsi ərizəçinin irəli sürdüyü arqumentləri araşdırmış, təqdim edilmiş materiallara hüquqi qiymət vermiş və gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Şikayətdə göstərilən dəlillər həmin nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmir. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarına uyğun qəbul edilmiş, onun ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-4047/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4047/2026
02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver