Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4086/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İvanovnanın cavabdeh X3 qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə ərizəçi Maraqlı şəxs Ağa İsa qızının “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə” ərizəsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Maraqlı şəxs Ağa İsa qızı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı İvanovna cavabdeh X3 qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 gördüyü işlərinin qiymətini ona ödədiyi 33500 ABŞ dollarından çıxmaqla qalan məbləğin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını, görülmüş işlərin qiymətini müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini, Nərimanov RPİ-nin 18-ci PB bölməsindən materialların tələb edilməsini və Bakı şəhəri Kaveroçkin küçəsi ev 36, mənzil 17-də yaşayan X1 şahid qismində məhkəməyə dəvət edilməsni xahiş etmişdir. Eyni zamanda, iddiaçı İddiaçı İvanovna məhkəməyə ərizə verərək, iddianı təmin tədbiri kimi X3 adına reyestrdə qeydiyyata alınmış Bakı şəhəri, Yeni Yasamal-2, ev 7, *** saylı mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010-cu il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, X3 məxsus Bakı şəhəri, Yeni Yasamal-2, ev 7, *** saylı mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh X5 iddiaçı Bəxtiyarova Svetlan İvanovnanın xeyrinə 14.500 manat məbləğində pul tutulması qət edilmişdir. ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-***/**** nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs Ağa İsa qızı tərəfindən verilmiş şikayət dəftərxana vasitəsilə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010- cu il tarixli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs Ağa İsa qızı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. ##.##.2026-cı il tarixdə maraqlı şəxs X2 İsa qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010- cu il tarixli qərardadından şikayət verərək, onun ləğv edilməsini və Bakı şəhəri, Y.Yasamal-2 küçəsi, ev 7, *** saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2010-cu il tarixli qərardadından maraqlı şəxs X2 İsa qızı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Ərizəçi Maraqlı şəxs Ağa İsa qızı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2010-cu il tarixli qərardadını ləğv edərək, Bakı şəhəri, Y.Yasamal-2 küçəsi, ev 7, mənzil *** saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadına (hakim Kərim Xudayev) əsasən, iddiaçı İddiaçı İvanovnanın cavabdeh X3 qarşı “öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə ərizəçi Maraqlı şəxs Ağa İsa qızının “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2010cu il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən tətbiq edilmiş müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə” ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qeyd edilən qərardaddan ərizəçi Maraqlı şəxs Ağa İsa qızı şikayət verərək göstərmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Ərizəyə əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İsmayılova Tutuxanım Ağa İsa qızı ##.##.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Həmçinin ərizəyə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2025-ci il tarixdə ölmüşdür. Şikayətə əlavə edilmiş mübahisəli mənzilə dair Çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Y.Yasamal-2 küçəsi, ev 7, mənzil *** saylı mənzil 1997-ci ildən X4 adınadövlət qeydiyyatına alınıb. Mənzili isə biz 1996-cı ildə alqı-satqı yolu ilə əldə etmişik. *** saylı MTK-nın sədri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan göründüyü kimi, o, mübahisəli mənzildə 1996-cı ildən yaşayır. Lakin, məhkəmə həmin xüsusatları araşdırmamışdır. Göründüyü kimi, onun məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli əmlak mərhum əri ilə birgə nikahı dövründə əldə olunub. Bunun əksini təsdiq edən sübutu nə iddiaçı məhkəməyə təqdim etmiş, nə də məhkəmədə bu barədə digər sübut yoxdur. Əmlakın birgə mülkiyyətdə olmasını müəyyən edən hal yalnız məhkəmə qərarı deyil. Ona görə də həmin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak kimi tanınması üçün məhkəmənin qətnamə tələb etməsi tam əsassızdır. Təqdim edilmiş sənədlərə əsasən mənim ən azından ½ hissədə mülkiyyətçisi olduğu əmlaka həbsin qoyulması qanunsuzdur. Həmin iş üzrə məhkəmənin iş materiallarında mərhum cavabdehin mülkiyyətində başqa əmlakın olması və ya başqa yaşayış yeri olması barədə hər hansı sübut olmadığı halda məhkəmə ehtimallara əsaslanaraq ərizəni təmin etməmişdir. Həmçinin onu da qeyd edir ki, qeyd olunan mənzil yeganə yaşayış yeridir və orada 1996-cı ildən ailəsi ilə birgə yaşayır. Qeyd olunduğu kimi bu barədə məlumat *** saylı MTK-nın sədri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayış da qeyd olunub. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ## #### 2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Məhkəmənin bu dəlili ilə bağlı qeyd edirəm ki, sözü gedən məhkəmə qətnaməsinin icra olunması üçün mübahisəli əmlaka tələbin yönəldilməməsinin səbəbi həmin əmlaka tələbin yönəldilməsinin qanunvericiliyin tələbinə əsasən mümkünsüz olması olmuşdur. Məhkəmənin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki iş birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010-cu il tarixli qərardadı ilə X3 məxsus Bakı şəhəri, Yeni Yasamal-2, ev 7, *** saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Mülki-Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Belə ki, iddianı təmin tədbirinin qəbul olunduğu vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məcəllənin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. (162.3) İşin hallarından görünür ki, X3 ilə İsmayılova Tutuxanım Ağa İsa qızı ##.##.1987-ci il tarixdə nikaha daxil olmuşlar. Həmçinin ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Eləcə də şikayətə əlavə edilmiş mübahisəli mənzilə dair çıxarışdan göründüyü kimi, Bakı şəhəri, Y.Yasamal-2 küçəsi, ev 7, mənzil *** saylı mənzil 1997-ci ildən X4 adına dövlət qeydiyyatına alınmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Həmçinin qanunun mənasına görə iddianı təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Göründüyü kimi iddianı təmin tədbiri məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi daşıyır. Hazırki işin faktiki halları ilə isə müəyyən olunur ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli “icraata xitam verilməsi” Qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə xitam verilməsi Qərara alınmışdır. Bu halda artıq qətnamənin icrasını təmin etmək kimi bir məqsədin realizəsi mümkün olmadığından, həmin məqsədlə qoyulmuş həbsin saxlanması üçün də səbəb qalmamışdır. Bundan əlavə qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır və bu hal təkzib olunmamaqla birlikdə ərin də vəfatı ilə təkzibi mümkün deyildir. Nəticə etibarilə hazırki iş üzrə ərizəçinin də mübahisəli əmlak üzərindəki mülkiyyət hüquqlarından irəli gələn tələb hüququ vardır. Həmçinin AZEMİS elektron informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, hazırda Bakı şəhəri, Y.Yasamal-2 küçəsi, ev 7, mənzil *** saylı mənzil ərizəçi Maraqlı şəxs Ağa İsa qızının yeganə yaşayış yeridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ## #### 2002-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Odur ki, gələcəkdə icra sənədi üzrə icraatın yenilənməsi halında belə qətnamənin icrasını təmin etmək məqsədilə ərizəçinin yeganə yaşayış yeri olan mənzilə yönəltmə aparılması mümkün olmayacaqdır. Bu halda həmin mənzil üzərində həbsin mövcudluğu da bir məna kəsb etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ***/**** nömrəli, ##.##.2010-cu il tarixli qərardadı ilə X3 məxsus Bakı şəhəri, Yeni Yasamal- 2, ev 7, *** saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv etmək hüququ təsbit olunmuşdur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi Maraqlı şəxs Ağa İsa qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2010-cu il tarixli qərardadı ilə X3 məxsus Bakı şəhəri, Yeni Yasamal-2, ev 7, *** saylı mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülsün. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(3-6)-4086/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4086/2026
02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver